Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-236/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" MMC) qarşı alqı – satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-933/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2021-ci il 20 dekabr tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Hazırkı mübahisə üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-dən tələb etdiyi əsas borcun 300.007,26 manat hissəsi 2023-cü il 16 noyabr tarixli qiymət razılaşma protokolu, eyni tarixli təhvil-təslim aktı, eyni tarixli hesab faktura və 2023-cü il 16 noyabr tarixli EBDS 856146 saylı elektron qaimədə qeyd edilən 10 adda olan malların verilməsi ilə bağlıdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 12 fevral tarixində iddia ərizəsi ilə Bakı Kommersiy a Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) 304.820,32 manat həcmində əsas borc, 9.662,7 manat həcmində qanunvericiliklə nəzərdə tutulmuş faiz borcları, 217.946,3 manat (126.500,3 manat + 91.446 AZN= 217.946,3) müqavilə üzrə cərimələr olmaqla ümumilikdə 522.766,62 manat həcmində pul məbləğinin və 812,7 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, alıcı müqavilənin şərtlərini birtərəfli qaydada pozmuş, üzərinə götürmüş olduğu öhdəliklərin icrasından yayınmışdır. Dəfələrlə şifahi və yazılı qaydada borc məbləğinin ödənilməsi barədə xahiş edilsə də, nəticə dəyişməmiş, öhdəlik yerinə yetirilməmişdir. Ca vabdeh ödəməli olduğu 304.820,32 manat məbləğində borcu artıq 3 aya yaxındır ki, ödəmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 3.810,2 manat məbləğində faiz borcu da ödənilməlidir. Mərkəzi Bank tərəfindən 2023-cü il 2 noyabr tarixindən illik bank uçot faiz dərəcəsi 7,75 % olaraq müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus 304.820,32 manat məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. Ona görə də 7.75 % /12 = 0.64% aylıq olmaqla 2023-cü il 16 noyabr tarixindən başlayaraq 3 aylıq gecikmə müddətinə hesablanan gecikmə faizlərinin miqdarı 0.64% x 3 = 1,92% olacaqdır. Yəni 5.852,5 AZN faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir. Müqavilənin 8.2-ci bəndinə əsasən gecikdirilmiş hər gün (cəmi 83 gün ) üçün razılaşdırılmış cərimə faizi ümumilikdə 126.500,3 manat təşkil edir. Müqavilənin 8.3-cü bəndinə əsasən isə 2 təqvim ayından çox gecikdirildiyi üçün cavabdeh borc məbləğinin 30 %-i həcmində cərimə ödəməlidir ki, bu da 91.446 manat təşkil edir.
5. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və bununla bağlı bir müddət tərəflər arasında müxtəlif malların alqı-satqısı həyata keçirilmişdir. 2023-cü il 16 noyabr tarixli elektron-qaimə isə tamamilə əsassız olmaqla uydurma əsasında tərtib olunmuş və tərəflər arasında həmin elektron-qaimə əsasında malların alqı-satqısına dair heç bir razılaşma həyata keçirilməmiş, satıcı tərəfindən alıcıya heç bir malların təqdim olunması təmin edilməmişdir. Buna görə də həmin elektron -qaimə üzrə razılaşma etibarsızdır. Satıcı tərəf alıcı tərəflə aralarında olan tanışlıq, dostluq və işgüzar münasibətlərə güvənərək 2023-cü ilin noyabr ayında sahibkarlıq fəaliyyəti üzrə aparılan vergi yoxlaması ilə əlaqədar xərclərindən azad olmaq və əlavə mənfəət vergisi ödəməmək, eləcə də mənfəət vergisindən azad olmaq üçün belə bir elektron-qaimə tərtib edərək alıcıya göndərmiş və həmin elekton-qaimənin alıcı tərəfindən təsdiq olunmasını xahiş edərək sonradan ləğvə göndəriləcəyinə söz vermişdir. Sonradan isə həmin elektron-qaiməni ləğv etməmiş və yekunda belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı predmet üzrə tərtib olunmuş elektron qaimə-faktura uydurma olduğu üçün və həqiqətdə belə bir malların alqısatqısı həyata keçirilmədiyi üçün həmin elektron qa imə-faktura etibarsız hesab olunmalı və bu baxımdan da heç bir hüquqi nəticə yarada bilməz. Alıcı tərəfindən müxtəlif tarixli məktublarla dəfələrlə satıcı tərəfə müraciətlər olunaraq sözügedən elektron qaiməfakturanın uydurma olması və bu baxımdan ləğv olunması tələb olunsa da, satıcı tərəf əsassız varlanma istəyini həyata keçirmək üçün uydurma olaraq tərtib etdiyi elektron qaimə-fakturanın ləğvindən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin uydurma əqd əsasında yarandığı üçün rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 iyun tarixli e-2-2(113)-1551/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək müqaviləyə əsasən əsas borc üzrə 4.813,06 və 240 manat olmaqla cəmi 5.053,06 manat məbləğində və əsas borc a illik 5% hesablanmaqla 19,77 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim: Kənan Hüseynov).
7. Məhkəmə qeyd etmişdir ki, iddianın 4.813,06 manat məbləğində hissəsini cavabdeh qəbul etdiyindən həmin hissədə əlavə araşdırmağa aparılmasına lüzum yoxdur.
8. Məhkəmə iddianın 2023-cü il 16 noyabr tarixli hesab fakturada qeyd edilən 300.007,26 manat məbləğində pulun tələb edilməsi hissəsinə münasibətdə bildirmişdir ki, səs yazıları və vatsap üzərindən aparılan yazıların məzmununa əsasən iddiaçının mühasibi Haqverdiyeva Nərgiz cavabdehin direktoru Əliyev Rəfailə 300.007,26 manat məbləğində malların verilməsi ilə bağlı sənədlərin imzalanması, möhürlənməsi və elektron qaimənin qəbulunu xahiş etmiş və qaimənin də 1 aydan sonra ləğv ediləcəyini bildirmişdir. R.Əliyev isə ilk öncə bunlara razılıq verməmiş, sonradan isə 1 ay ərzində ləğv olunacağı təqdirdə razı olmuşdur.
9. Bundan başqa R.Əliyev iddiaçının mühasibi N.Haqverdiyevaya bir neçə dəfə qaimənin ləğv edilməsini tələb etmiş, ancaq sonuncu məlumat verdiyi və prosesin getdiyini bildirmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən N.Haqverdiyeva səslərin ona məxsus olduğunu, yazıların onun yazdığını qəbul etmiş və rəhbərlər arasında danışıq olduğunu bildirmişdir. Həmçinin iclasda iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin rəhbəri olan X3 izahatında cavabdehin hazırkı iddiaya aidiyyətinin olmadığını bildirmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021ci il 12 aprel tarixli qərarına istinadla qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş vatsap yazışmaları tərəflərin hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən ibarətdir. Ona görə də qeyd edilən yazı və səs yazıları sübut kimi qəbul edilə bilər.
12. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında formal olaraq malların təhvil-təslimi barədə sənədlər imzalanmış, təhvil-təslim aktı və elektron qaimədə göstərilən 300.007,26 manat məbləğində mallar cavabdehə təhvil verilməmişdir. Belə olan halda iddia 300.007,26 manat məbləğində pulun tələb edilməsi hissəsində əsassızdır.
13. Məhkəmə alqı-satqı müqaviləsi üzrə 217.946,3 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı vicdanlılıq prinsipini rəhbər tutmaqla hesab etmişdir ki, qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab e tdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Ona görə də 4.813,06 manat əsas borca münasibətdə 240 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
14. Məhkəmə əsas borca illik 5 faiz hesablanmaqla 3.810,2 manat məbləğində pulun hesablanması ilə bağlı qeyd etmişdir ki, işdən də göründüyü kimi 4,813,06 manat məbləğində malın təqdim edilməsi ilə bağlı 18 nömrəli razılaşma protokolu və hesabfaktura 2024-cü il 13 yanvar tarixində tərtib edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə təxmini 30 gün sonra, yəni 2024-ci il 12 fevral tarixində müraciət etmişdir.
15. Beləliklə, məhkəmə hesab etmişdir ki, gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmaqla 19,77 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Həmçinin məhkəmə iddianın Mərkə zi Bankının uçot dərəcəsinə uyğun faiz borcunun tutulması hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilmədiyi üçün iddia tələbi bu hissədə əsassızdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 425, 445.7, 449.1, 462.1, 467, 567, 600.4-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.3, 77.1 və 218.3-cü maddələrinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul və 2021-ci il 12 aprel tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin olunmamış hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-933/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, yəni 304.820,32 manat məbləğində əsas borc, 3.554,10 manat həcmində illik 5 faiz borcu və 15.241,16 manat dəbbə pulu olmaqla cəmi 323.615,58 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, E.Həsənov və L.Əliyeva).
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsini təsdiq edən kifayət qədər sayda, eləcə də mötəbər sübutlar ( razılaşma protokolu, təhvil-təslim aktı, hesab faktura, qaimə) təqdim etmişdir. Bu sübutlar cavabdeh tərəfindən imzalanmış və möhürlənmişdir. Göründüyü kimi iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmiş, lakin cavabdeh istinad etdiyi halı, yəni sənədlərin formal olmasını, malların verilməməsini sübuta yetirə bilməmişdir.
21. Cavabdehin mövqeyindən aydın olmuşdur ki, onun təqdim etdiyi sübutlar (mühasiblə olan eyni məzmunlu səs yazısı, yazışma) yalnız elektron qaimənin formal olmasına aiddir və iddiaçının təqdim etdiyi digər sübutların mötəbərsizliyinə yönəlməmişdir. Göründüyü kimi cavabdeh tələbi inkar etsə də, iddiaçının təqdim etdiyi sübutların mötəbər olmamasına dair özü sübutlar verməmişdir. Hətta iddiaçının pretenziyasından sonra cavabdehin direktorunun vergi orqanı na verdiyi şikayətində də yalnız elektron qaimə mübahisələndirilmişdir.
22. Məhkəmə kollegiyası cavabdehin 300.000 manat dəyərində malın "xxxx" MMCnin rəhbəri olan A.Ağayev tərəfindən sifariş verildiyini, qeyd edilən dəyərdə malların cavabdehə verilməməsi, eləcə də A.Ağayevin məhkəmə iclasında hazırkı iddianın cavabdehə aidiyyətinin olmaması ilə bağlı izahatlarını əsassız hesab edərək vurğulamışdır ki, iddiaçı tərəfindən təqdim edilən sübutlarda üçüncü şəxsin deyil, cavabdehin müqavilə bağlaması və malları alması aşkardır. Belə ki, məhkəmə sübutları tədqiq edərkən onları düzgün qiymətləndirməmiş, elektron qaimənin əsassızlığına yönələn eyni məzmunlu səs yazısı, yazışma və şahid ifadəsinə istinad edərək, təhvil-təslim aktı, hesab faktura, anbardan malların təhvil alınmasına dair qaiməyə qiy mət verməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və sübutlara uyğun olmamışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları və məhkəmə iclaslarının audio-video yazı materiallarına baxdıqda məlum olur ki, cavabdeh tərəf vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdləri imzaladığını və onların bu səbəbdən etibarsız (saxta) olmasını iddia edir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi dəlillərə nəzər saldıqda görünür ki, cavabdeh Mülki Məcəllənin 347.2.3-cü maddəsinin təbirincə əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmamasını (malların təhvil verilməməsini və sənədlərin ləğv ediləcəyini) əsas gətirir. Məhkəmə də məhz bu mövqedən çıxış edərək həmin sənədlərin etibarsız olması qənaətinə gələrək iddianı rədd etmişdir. Lakin məhkəm ə kəsici müddətlərə dair maddi hüquq normasını kobud surətdə pozmuşdur. Belə ki, Mülki Məcəllənin müvafiq normasına əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
24. İşdən görünür ki, iddiaçının əsas dəlillərini təşkil edən 5 sənədin (14 saylı razılaşdırma protokolu (1), elektron qaimə-faktura (2), təhvil təslim aktı (3),hesab-faktura (4) və 161 nömrəli anbar qaiməsi (5)) hər biri 2023-cü il 16 noyabr tarixində cavabdeh tərəfindən təsdiq edilmiş və həmin tarixdə ona məlum olmuşdur. Lakin cavabdeh tərəf həmin əqdlərin etibarsız olması barədə ilk məktubu 2 ay sonra göndərmişdir.
25. Bundan başqa məhkəmənin gəldiyi həm də mahiyyətcə ziddiyyətlidir. Belə ki, məhkəmə bir tərəfdən tərəflər arasında ola n bir müqavilə əsasında bəzi malların təhvil verilməsini müəyyən etmiş, digər tərəfdən həmin müqavilənin formal olması əsası ilə malların verilməsi niyyətinin olmamasını müəyyən etmişdir. Qeyd edilən əsaslar məhkəmənin qətnaməsinin əsassız və qanunsuz olmasını göstərir.
26. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi əsas borc hissəsində (304.820,32 manat) əsaslıdır.
28. Məhkəmə kollegiyası iddia tələbinin illik 5%-in ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 4.813,06 manat hissəsində hesabladığı məbləğlə eyni nəticəyə gəlmiş, tələbin 300.007,26 manat hissəsi ilə bağlı isə qeyd etmişdir ki, malların təqdim edilməsi ilə bağlı təhvil-təslim sənədləri 2023-cü il 16 noyabr tarixində tərtib edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə təxmini 86 gün sonra, 2024-ci il 12 fevral tarixində müraciət etmişdir. Ona görə də gecikdirilmiş vaxt üçün əsas borca illik 5 % hesablanmaqla 3.534,33 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hər iki faiz borcunun cəmi 3.554,1 manat təşkil edir.
29. Məhkəmə kollegiyası iddiaçının digər tələbi olan Mərkəzi Bankın uçot dərəcəsinə görə 5.852,5 manat faiz məblə ğinin tutulmasına münasibətdə hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin qaytarmalı olduğu puldan faydalanması halını sübut edə bilməmişdir. Ona görə də iddia tələbi bu hissədə rədd olunmalıdır.
30. Məhkəmə kollegiyası iddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə bildirmişdir ki, işin halları, əsas borcun 304.820,32 manat məbləğində olması, təxmini 3 ay gecikdirmənin olması, tələbin qismən etiraf edilməsi və kreditorun əmlak və bütün əsaslı mənafeləri və məhkəmə təcrübəsi nəzərə alınmaqla tənasübsüz surətdə yüksək dəbbə pulu məbləği azaldılmalı və 15.241,16 manat həddində müəyyən edilməlidir.
31. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.7, 449.1, 462.1, 567, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
32. İddiaçı qətnamədən kassasiya şika yəti verərək qətnamənin iddianın təmin edilməmiş hissələrində ləğv olunması və həmin hissələrdə tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın 2024-cü il 16 noyabr tarixli qaiməyə əsasən 300.000 manatlıq və ödənilmiş rüsumların tutulması hissələrində rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
34. Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə - məhkəmə alıcının malı gec qaytardığını əsas gətirərək malın əvəzinin ödənilməməsini qanunvericiliyə və iqtisadi prinsiplərə zidd şəkildə şərh etmişdir. Halbuki alğı-satqı müqaviləsinin mahiyyəti satıcının malı verməsi, alıcının isə onun əvəz ində pul ödəməsini nəzərdə tutur. Bu halda gecikdirilən predmet mal deyil, pul vəsaitidir. Cavabdeh malları qəbul edib kommersiya məqsədilə istifadə etmiş, lakin pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə münasibətləri düzgün qiymətləndirmədiyindən, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış 5.852,5 manat faiz tələbi əsassız olaraq təmin edilməmişdir.
35. Mülki Məcəllənin 462.1 və 467-ci maddələri üzrə - tərəflər arasındakı müqavilədən görünür ki, iki növdən olan məsuliyyət tədbiri nəzərdə tutulmuşdur. Hər bir məsuliyyət tədbiri ayrı-ayrı pozuntu hallarına münasibətdə təbiq edilir və tənzimləmə məqsəd və əhatələri fərqlidir. Ayrı-ayrılıqda hesablanan dəbbə pulu məbləğinin cəmi hissəsi 217.946,3 manat təşkil edir. Məhkəmə isə qeyd edilən məbləği tənasübsüz surətdə yüksək hesab ed ərək iddianı həmin hissədə qismən təmin etmişdir.
36. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, tərəflərin əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. Lakin məhkəmə bununla bağlı hər hansı xüsusi araşdırma aparmadan, iqtisadi ağlabatanlığı müəyyən etmədən tələb üzrə dəbbə pulunu tənasübsüz dərəcədə yüksək hesab etmiş və tələbi yalnız 15.241,16 manat hissədə təmin etmişdir. Kassator hesab etmişdir ki, məhkəmənin qətnaməsi həmin hissədə əsassız və qanunsuzdur. Çünki iddiaçı tərəfindən verilmiş bütün iddia tələbləri tam təmin edilsə də, məhkəmə cavabdehə xüsusi güzəşt edərək adi istehlak münasibəti kimi normanı şərh etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisə kommersiya mübahisədir və tərəflər azad iradələri əsasında alğı-satqı müqaviləsi bağlayaraq hüquqi risklərini buna uyğun tənzimləmişdir. Məhkəmə tərəflərin iradəsinin ziddinə olaraq müqavilə şərtini təmin etməməklə maddi hüquq normasını kobud surətdə pozmuşdur.
37. MPM-in 88-ci maddəsi üzrə - işdən görünür ki, məhkəmə iddia tələbinin təmin edilməməsi hissəsində sübutlara və tərəflərin faktiki münasibətlərinə düzgün qiymət verməmiş, nəticədə qismən ədalətsiz qətnamə qəbul edilməsinə yol açmışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
38. Mülki Məcəllənin 5.3, 386.1, 389.1, 425 və 442-ci maddələri üzrə - 2024-cü il 16 noyabr tarixli qaiməyə əsasən nə əvvəl, nə də sonra hər hansı mal təhvil verməyib, sozügedən təhvil-təslim aktına tərəflər arası nda olan işgüzar etibara əsasən şirkətin möhürü vurulub. Belə ki, iddiaçının rəhbər şəxsləri və mühasibi cavabdehin direktoru R.Əliyevi inandırıblar ki, vergi yoxlaması ilə əlaqədar qaimə və təhvil təslim aktı təsdiq edilsin, bir ay sonra ləğv ediləcək. Hal-hazırda da iddiaçının mühasibi işləyən Nərgiz və R.Əliyev arasında olan votsap üzərindən yazışmalar və danışıqlar onu sübut etmişdir ki, iddiaçının rəhbər şəxsləri cavabdehin direktorunu aldadaraq qaimənin və təhvil-təslim aktının imzalanmasına nail olublar.
39. İddiaçının təsisçisi və faktiki rəhbəri Əfqan ilə cavabdehin direktoru aralarında olan mobil telefon danışığından göründüyü kimi Əfqan bildirir ki, bu borc sənin deyil Anarındır, sən bu işə qarışma (qətnamələrdə bu danışıq əks olunmasa da səs yazılar materiala əlavə edilməsi üçü n məhkəmə prosesində təqdim olunmuşdur). R.Əiyev ona dəfələrlə bildirir ki, bu "xxxx" mənə məxsusdur, Anarın deyil. Anarın şirkəti Erko mühəndislikdir. Göründüyü kimi qeyd olunan yazışmalar və danışıqlarda heç biri cavabdehə bildirmirlər ki, bizə olan borcu ödəyin, sizin 307.000 manat borcunuz var.
40. Bundan başqa adı çəkilən qaimədə qeyd edilən mallar təxminən iki böyük iri həcmli (TİR markalı) avtomobilin daşıya biləcəyi yükdür. İddiaçı həmin yükün faktiki anbardan kiməsə təhvil verilməsini təsdiq edəcək hər hansı sənəd məhkəməyə təqdim etməyib. Yalnız elektron qaydada təsdiq olunmuş təhvil-təslim aktını təqdim ediblər. Cavabdeh həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərib və ona qeyd edilən mallar göndərilməyib. Bunu onlara məxsus mobil telefonların anten məlumatları təsdiq edə bil ər. Həmçinin Naxçivan MR gömrüyündən qeyd edilən malların keçməməsi məhkəmə tərəfindən araşdırılsa idi, bu müəyyən edilərdi. Niyə iki iri həcmli avtomobil yükü olan mallar kiməsə təhvil veriləndə özlərinə məxsus anbarda olan sənədlərə imza çəkdirməyiblər.
41. Həmçinin qaimədə qeyd edilən malların gömrük bəyannamələrinə fikir verilsə, görüləcək ki, həmin mallar bir neçə il əvvəl ölkəyə gətirilmiş malların adlarıdır. İş materiallarına əlavə olunmuş votsap yazışmalarından olan çıxarışlardan da görünür ki, 300.000 manat dəyərində malların göndərilməsi ilə bağlı qaimə uydurmadır.
42. MPM-in 14.1, 88 və 217.3-cü maddələri, həmçinin AR Konstitusiya Məhkəməsinin 2022-ci 20 aprel tarixli Qərarı üzrə - məhkəmə yalnız aldadılaraq elektron şəkildə təsdiq edilmiş qaimə, təhvil-təslim aktına istinad e dərək qanunsuz qətnamə çıxarmışdır. Bütün məhkəmə proseslərində məlum olmuşdur ki, iddiaçı şirkət mühasiblərindən və təsisçilərindən istifadə edərək yalançı əqdin bağlanmasına nail olmuşlar. Cavabdeh, ümumiyyətlə, qaimələri, təhvil-təslim aktlarını imzalayan zaman tərəflər arasında olan işgüzar etibara əsasən onlara inanaraq aldatmaya məruz qalmasını ehtimal etməmişdir. Apellyasiya instansiyası məhkəməsi əhəmiyyətsiz əqdə qiymət verərkən həmin əqdin vacib əhəmiyyətli əqd hesab edərək 1 aylıq kəsici müddəti tətbiq etməkdə yanlışlığa yol verməklə israrla iddiaçının iddiasını təmin etmək üçün qətnaməsini aiddiyyəti olmayan maddi hüquq normaları ilə əsaslandırmağa çalışmışdır.
43. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutları (votsap yazışmaları, səs yazıları) düzgün tətqiq etsəydi, müəyyən edərdi ki, cavabdehi aldadaraq imzalatdırılmış və möhür vurulmuş qaimələr və təhvil-təslim aktlarının mütəmadi olaraq ləğv ediləcəyi barədə yalan vədlər verildiyi məlum olduğu andan sonra cavabdeh tərəfdən iddiaçıya məktub ünvanlanaraq həmin qaimənin və təhvil-təslim aktının ləğv edilməsi tələb edilmiş, həmçinin həmin ərəfədə iddiaçının vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına şikayət verilmişdir (Cinayət işinin rədd edilməsi barədə qərar materiala əlvə edilmişdir).
44. İddiaçı ilə cavabdehin arasında olan səs yazılarının və yazışmaların sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli Qərarında öz əksini tapmışdır.
45. Bu baxımdan laz ımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab-fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi tərəflər arasında işgüzar adətlərdən irəli gələn, əsas alış-veriş sifarişlərinin aparıldığı, borc barədə məlumatların, ödəniş barədə məlumatların olduğu votsap sosial şəbəkəsi vasitəsilə aparılan danışıqları, yazışmaları məhkəmə nəzərə almamış, ümumiyyətlə, qətna məsində votsap yazışmalarına hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin 4.813,06 manat hissəsi istisna olmaqla qalan digər hissələrində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissələrdə yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istina d olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecik dirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarını n azaldılması istisna edilir”. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.
50. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
53. Kassasiya şikayətlərində qeyd olunmuş məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün məhkəmə kollegiyası həmin qənaətlə razılaşır.
54. Bununla belə məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəbbə pulunun tutulması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini hazırkı mübahisəyə doğru tətbiq etmiş, hər iki tərəfin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun cərimə məbləği müəyyənləşdir mişdir. Ona görə də iddiaçının bu dəlili əsassızdır.
55. Məhkəmə iddiaçının kassasiya şikayətinin Mülki Məcəllənin 449.1-ci maddəsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəf cavabdehin qaytarmalı olduğu puldan faydalanması halını sübut edə bilmədiyi üçün iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə kollegiyası da bu mövqe ilə razılaşır və əlavə qiymətləndirilmə aparılmasına zərurət görmür.
56. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsində satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. N ormanın məzmunundan da görünür ki, əşyanın alıcının mülkiyyətinə keçməsi məqamı ilk növbədə onun həmin əşyanı qəbul etməsi ilə şərtləşdirilmişdir. Yəni əşyanı qəbul etməyən alıcı onun mülkiyyətçisi hesab oluna bilməz.
57. Belə ki, iş materiallarına əsasən iddiaçının əsas dəlillərini təşkil edən 5 sənədin (14 saylı razılaşdırma protokolu (1), elektron qaimə-faktura (2), təhvil təslim aktı (3),hesabfaktura (4) və 161 nömrəli anbar qaiməsi (5)) hər biri 2023-cü il 16 noyabr tarixində cavabdeh tərəfindən təsdiq edilmiş və həmin tarixdə ona məlum olmuşdur. Lakin cavabdeh tərəf həmin sənədlərin mübahisələndirməsi ilə bağlı ilk məktubu 2 ay sonra göndərmişdir.
58. Göründüyü kimi məhsulların alıcı tərəfindən qəbulu mötəbər sübutlarla təsdiq olunmuş, həmin sübutları şübhə altına alan hər hansı tuta rlı dəlil cavabdeh tərəfindən irəli sürülməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi vatsap yazışmalarında yalnız iddiaçı tərəfin ona göndərilmiş elektron qaimə-faktura ilə bağlı danışıqlar olmuşdur ki, həmin danışıqlarda da bu qaimənin ləğvi üçün əsas təşkil edən tutarlı bir məlumat mövcud deyildir. Həmçinin məhkəmə iclasında dindirilmiş iddiaçının mühasibi işləmiş X1 öz izahatında bildirmişdir ki, mallar cavabdeh tərəfindən alınmış, sadəcə olaraq cavabdeh alqı-satqının rəsmiləşdirməsini istəmədiyi üçün qaimənin ləğvi ilə bağlı danışıqlar aparılmışdır.
59. Qeyd olunanlardan görünür ki, iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirərək tələbini mötəbər sübutlarla əsaslandırmışdır. Cavabdeh isə bunun əksinə olaraq hər hansı tutarlı dəlil gətirə bilməmişdir. Ona görə də cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır.
60. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsi barədə hər iki kassatorun dəlilləri də əsassızdır.
61. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xa tırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
64. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 noyabr tarixli 2-2(103)-933/2 024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.