Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-241/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, kredit xətti müqaviləsi üzrə borcun hesablanması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Elşad Şamayev Yaquboviçdən ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cav abdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-223/2023 nömrəli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh6 ilə İddiaçı QSC-nin Bərdə filialı arasında 2019-cu il 30 sentyabr tarixli 025L**********31 saylı uzunmüddətli kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır.
2. Cavabdeh6 ilə İddiaçı QSC-nin Bərdə filialı arasında bağlanan 2019-cu il 30 sentyabr tarixli 025R********** saylı kredit raz ılaşmasına (bundan sonra – “kredit razılaşması”) əsasən ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 30.000 manat məbləğində fərdi mikro kredit verilməsi nəzərdə tutulmuşdur. 3. 2019-cu il 30 sentyabr tarixli 025S**********02 saylı, 025S**********03 saylı, 025S**********04 saylı, 025S**********05 saylı və 025S**********06 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.
4. Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərindədir. 2019-cu il 30 sentyab r tarixində Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 ilə Bank arasında bağlanılmış ipoteka müqaviləsinə (bundan sonra – “ipoteka müqaviləsi”) əsasən, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə həmin fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəriilkin satış qiyməti 16.200 manat müəyyən edilmişdir. 5. 2022-ci il 16 fevral və 14 noyabr tarixli xəbərdarlıq məktublarından görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir.
6. Maliyyə arayışlarına əsasən, Cavabdeh6 kredit razılaşması üzrə 2022-ci il 26 iyul tarixinə Banka 15.638,58 manat əsas borcu, 2.416,74 manat faiz borcu və 5.764,06 manat cərimə borcu olmaqla, ümumilikd ə 23.819,38 manat borcu vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 mart tarixində Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “Cavabdeh6”, “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”, “Cavabdeh5”, “Cavabdeh4”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit razılaşması üzrə 15.638,58 manat əsas, 2.416,74 manat faiz və 5.764,06 manat cərimə borcu olmaqla, cəmi 23.819,38 manat borcun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmə t haqqının ödənilməsi, tutmanın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətindəki Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi yuxarıda qeyd olunan işin halları (bax §§1-6) ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh6 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2021-ci il 25 iyun tarixindən banka qaytarmamışdır. Götürdüyü krеdit bоrcundan 14.361,42 manat ödəmiş, onun 15.638,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2022-ci il 26 iyul tarixinə 396 gün üçün hesablanmış faiz borcu 2.416,74 manat, cərimə 5.764.06 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin еtmək məqs ədilə cavabdеhlər zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər – ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 ilə bank arasında bağlanılmış ipoteka müqaviləsi əsasında onların mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit razılaşması üzrə 15.638,58 manat əsas borc, 2.416,74 manat faiz borcun və 5.764,06 manat cərimə borcu olmaqla ümumilikdə 23.819,38 manat borcun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka pre dmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətindəki Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh6 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, öhdəsində azyaşlı övlad ı, yaşlı valideynləri vardır və heç bir yerdə işləmir. 2018-ci il tarixində 36 ay müddətinə ödəmək şərti ilə 30.000 manat istehlak krediti götürmüş, pandemiya olduğundan istehlakda heç bir irəliləyiş olmamışdır. Buna baxmayaraq 19 ay 1.132 manat kredit ödəmişdir. Yəni, 21.508 manat nağd olaraq pul ödəmişdir. Ümumi ödəniləcək məbləğin miqdarı 15.638,58 manat təşkil edir. Qalan borcu ödəməkdə çətinlik çəkir. Ona görə də ona qarşı qaldırılmış iddianı əsassız hesab edir. 11. "xxxx" MMC-nin 2023-cü il 29 may tarixli 02-67/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 30.000 manat, likvid dəyər i 22.000 manat təşkil edir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 21 iyul tarixli e-2-2(115)-448/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək: tərəflər arasında bağlanmış kredit razılaşması üzrə 15.638,58 manat əsas borcu, 2.416,74 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 18.355,32 manat pul, 200 manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinə yö nəldilməsi, həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması və əmlakların ilkin satış qiyməti 22.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, cav abdehlərdən müştərək qaydada 145,06 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir (hakim - G.Quliyeva).
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh6 ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin tərəflər arasında zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış kredit razılaşmasına əsasən ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla ona 30.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin kredit razılaşması üzrə iddiaçıya 15.638,58 manat əsas borcu və 2.416,74 manat faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faizi cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.
15. Eyni zamanda məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq həmin hissədə iddianın qismən təmin edilməli olması qənaətinə gəlmiş və dəbbə pulunun məbləğinin az aldılmasının kreditorun əmlak mənafelərinə əsaslı təsir etmədiyini vurğulamışdır. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 5.764,06 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir.
16. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mülki məsuliyyətlərini araşdıraraq hesab etmişdir ki, onlar uzunmüddətli kredit müqaviləsi üz rə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
17. Beləliklə, məhkəmə hesab etmişdir ki, kredit razılaşması üzrə yaranmış 15.638,58 manat əsas borc, 2.416,74 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 18.355,32 manat məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan bildiriş məktubundan göründüyü kimi, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, tələb üzrə tutma cava bdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətindəki torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, əmlak açıq hərracdan satılmalı, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 22.000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qaytarılmalıdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 319.1, 385.1, 386. 1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 467, 470.1, 472.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh6 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-223/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə aid hissəsində dəyişdirilmədən s axlanılmışdır (sədrlik edən – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
22. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də, tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir əsaslı arqument irəli sürə bilməmişlər. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Cavabdeh iddiaya qarşı yazılı etirazında 19 ay müddətində hər ay 1.132 manat kredit ödənişi etdiyini bildirmişdir ki, belə olan halda iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən 19 aylıq ödənişdən sonra 2021-ci il 25 may tarixinə qalıq əsas borc məbləği 15.638,58 manat təşkil etməli idi və iddiaçı tərəfindən də məhz həmin məbləğ tələb olunmuşdur. Bununla da, əsas borc məbləğinin düzgün hesablanmaması ilə bağlı iddiaçının qeyri-müəyyən dəlili əsassız olmuşdur.
23. Eyni zamanda ödəniş cədvəlinə əsasən 15.638,58 manat əsas borc məbləğinə hesablanmalı olan aylıq faiz məbləği nəzərə alındıqda, 2021-ci il 25 may tarixindən borcun tələb edildiyi 2022-ci il 26 iyul tarixinə kimi hesablanmış 2.416,74 manat faiz məbləğinin də əsaslı olması müəyyən edilməkdədir. Buna görə də, məhkəmə kollegiyası cavabdehlərdən tutulan borc məbləğləri hissəsində şikayətin dəlillərini əsassız hesab etmişdir.
24. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə ba ğlı dəlilə münasibətdə isə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.5-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 16.200 manat dəyərində qiymətləndirilsə də, Gəncə Kommersiya Məhkəməsi öz təşəbbüsü ilə əmlakın qiymətləndirilməsini yenidən həyata keçirmiş və "xxxx" MMC-nin 2023-cü il 29 may tarixli mütəxəssis rəyi ilə ipoteka predmetinin hazırkı bazar (likvid dəyəri) dəyərinin 22.000 manat məbləğində olması müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Cavabdeh ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmişdir.
25. Məhkəmə kolleg iyası cavabdehin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evdən çıxarılması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı tərəfindən ilk iddia ərizəsi verilərkən belə bir tələb irəli sürülsə də, sonradan iddia tələbinin həcmi həmin hissədə azaldılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə belə bir tələbin təmin edilməsi qət edilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir.
26. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, iddia tələbinin 1-ci bəndinin əvvəli ilə sonu arasında uyğunsuzluq olmuşdur ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən həmin yalnışlıq aradan qaldırılmışdır. Məhkəmə kollegiyası tə rəfindən həmin uyğunsuzluq texniki yanlışlıq kimi qəbul edilmişdir ki, bununla da qeyd olunan uyğunsuzluq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 448.1, 448.2, 739.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3-cü; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 30.6, 36, 39.3, 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh6 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 425.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3 və 59.3-cü; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi üzrə - İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru baş landıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. İpoteka predmeti orta bazar qiymətindən qat-qat aşağı qiymətləndirildiyindən, həmin qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidə n qiymətləndirilməsi təmin edilməlidir.
30. Həmçinin, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanunun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz.
31. Qətnamədə cavabdeh tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmamış, faiz borcu və gecikdirilmiş vaxt üçün faiz borcu hesablanmışdır. Diqqət yetirdikdə müqavilə üzrə əsas borc məbləğinə demək olar ki, bərabər miqdarda faiz hesablanmışdır. İpoteka predmetinin dəyəri, yerləş diyi torpaq sahəsi ilə birlikdə ən azı 40.000-45.000 manat təşkil etdiyi halda, ipoteka predmtetinin likvid dəyəri cəmi 22.000 manat dəyərləndirilmişdir. Halbuki, evin yerləşdiyi torpaq sahəsinin dəyəri ən azı 10.000 manatdır. Bu səbəbdən də ipoteka predmentini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikintitexniki ekspertizasının keçirilməsi zəruridir. Yalnız iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizası keçirildikdən sonra cavabdehin banka olan həqiqi borcunun məbləği və ipoteka predmetinin dəyərini müəyyən etmək olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
33. Kassasiya şikayətinin dəlilləri nəzərə alınaraq hazırki icraat çərçivəsi ndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəl iyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi b ütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 36. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...” “Maddə
30. İpoteka predmetinə sərəncam verilməsi... 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka sa xlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndə rişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.... 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır....” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin mü əyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
40. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiya sı kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, ap ellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
44. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdud laşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.
45. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Əlavə olaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın §22-26-də verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, şikayətdə göstərilən dəlillər apel lyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə hər hansı dəlilə istinad edilməmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən də həmin dəlillərə ətraflı hüquqi qiymət verilmişdir. Odur ki, hazırda həmin hüquqi qiymətləndirmənin təkrarlanmasına lüzum yoxdur.
47. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
48. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-223/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.