Məhkəmə qərarları › İş №2-2(102)-251/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-251/2025

19.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-251/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X4 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra və Probasiya şöbəsi və X5) “qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, girov predmeti olan dövriyyədək i malların ilkin satış qiymətinin müəyyən edilməsi və sair” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 4 fevral tarixli 2-2(106)-7/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 23 sentyabr tarixli 2(006)126/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2014-cü il 12 sentyabr tarixli 132764-1-12067/1 nömrəli “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 1.249.018 manat 81 qəpik məbləğində əsas borc, 278.739 manat 36 qəpik məbləğində faiz, 1.000 manat cərimə olmaqla, cəmi 1.528.758 manat 17 qəpik məbləğində borcun, 2014-cü il 12 sentyabr tarixli 132764-1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Banka 1.664.738 ABŞ dollar ı 16 sent məbləğində əsas borc, 355.911 ABŞ dolları 65 sent məbləğində faiz, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 2.021.649 ABŞ dolları 81 sent məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X5 ilə Bank arasında bağlanmış 2014-cü il 12 sentyabr tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mikrorayon 1D, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 1 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallara yönəldilməsi, həmin ma lların açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının (məhkəməmühasibatlıq) dəyəri olan 200 manatın cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

2. Həmin qətnamə əsasında 2020-ci il 13 oktyabr tarixində icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC (bundan sonra - “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, girov predmeti ola n dövriyyədəki malların ilkin satış qiymətinin müəyyən edilməsi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü il 12 sentyabr tarixli 132764-3-177 nömrəli “Dövriyyədəki malların girov müqaviləsi”nə (bundan sonra – “girov müqaviləsi”) əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan X3 (bundan sonra – “Ə.Hacı Zadə”) məxsus dövriyyədəki malların (bundan sonra – “ehtiyyat hissələri”) real bazar dəyərlərinin müəyyən edilməsinə dair cavabdehin 2021-ci il 7 aprel tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatının ləğv edilməsi, girov müqaviləsinə əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan Ə.Hacı Zadəyə məxsus ehtiyyat hissələrinin ilkin satış qiymətinin müəyyən edilməsi və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 m anat məbləğində xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 26 sentyabr tarixli 2-2(121)-17/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin 2021-ci il 7 aprel tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatının ləğv edilməsi, girov müqaviləsinin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan dövriyyədəki ehtiyyat hissələrinin ilkin satış qiyməti 507.400 manat məbləğində müəyyən olunması, 400 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə girov predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.000 manat məbləğində pul vəsaitinin 500 manatının cavabdehdən, 500 manatının isə iddiaçıdan alına raq "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə girov predmetinin (ehtiyyat hissələrinin) qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaitinin 750 manatının cavabdehdən, 750 manatının isə iddiaçıdan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – E.Abdullayev).

5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun qismən ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 aprel tarixli 2-2(106)-7/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş və iddiaçıya izah edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl edilməklə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edilə bilər (sədrlik edən – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kərimov).

7. Məhkəmə müəyyən etmişdir ki, hazırkı iddianın əsası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 23 sentyabr tarixli 2(006)-126/2019 nömrəli icra sənədinin icrası üzrə icra məmurunun hərəkəti ilə bağlıdır.

8. Məhkəmə qeyd etmişdir ki, MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl edilməklə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edilə bilər.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası K onstitusiyasının 60-cı maddəsinin 1-ci və 71-ci maddəsinin 1-ci hissələrinə; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanununa; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin MPM-in bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli (N 02/2021) qərardadının 28 və 32-ci b əndlərinə; MPM-in 14.2, 77.1, 261.0.1 və 391-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və hazırkı mübahisəyə məhkəmə tərəfindən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 11. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 8-ci maddələri üzrə - işin hallarına görə, hazırki mübahisə qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisədir. Məhkəmə tərəfindən ləğv edilmədiyi təqdirdə isə qiymətləndirmənin nəticələri haqqında hesabatında müəyyən edilmiş qiymətlər həqiqi sayılır.

12. MPM-in 4.1-ci maddəsi üzrə - cavabdehin 2021-ci il 7 aprel tarixli qiymətləndirməni n nəticələri haqqında hesabatı əsassız və qanunsuz olmaqla girov predmeti olan dövriyyədəki malların real qiymətini əks etdirmir, ümumiyyətlə, həmin qiymətlər həqiqətə uyğun ola bilməz və ağlabatan deyil. İddiaçının məqsədi dövriyyədəki malların real qiymətini əks etdirməyən qiymətlə hərracın keçirilməsinin qarşısını almaqdır. Bu baxımdan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir və belə hüquqdan məhrum oluna bilməz. 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12 və 13-cü bəndləri üzrə - iş ü zrə iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünun fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. İddiaçı apellyasiya instansiya məhkəməsinin mövqeyinə münasibətdə bildirmişdir ki, qanunvericilikdə tələbkarın və ya borclunun qiymətləndirmə rəyindən narazı olduğu halda yenidən rəy alınması ilə bağlı icra məmuruna müraciət edilməsi nəzərdə tutulmamışdır. Belə ki, nəzərdə tutulmuş olsa idi, tələbkar və ya borclu tərəfindən yenidə n müəyyən edilmiş qiymətin mübahisələndirməsi halları da istisna edilməməlidir ki, bu isə sonsuz mübahisələrin yaranmasına gətirib çıxara bilər. Bundan başqa nəzərə alınmalıdır ki, qanuvericilikdə icra məmuru tərəfindən belə müracitələrə hansı müddətə baxılması, həmin müraciətin əsaslı olub-olmamasına icra məmurunun qərar vermək səlahiyyəti, həmçinin qəbul edilmiş qərarın hansı müddətə borclu və ya tələbkar tərəfindən mübahisələndirmək hüququ müyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

16. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq 17. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

51. Borclunun əmlakının qiymətləndirilməsi 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.” “Maddə

87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.” 18. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. Qiymətləndirmənin nəticələri haqqında hesabat 10.4. Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqil iyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, lakin Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 fevral tarixli 22(106)-7/2025 nömrəli qərardadı dəyişdirilməlidir.

21. Belə ki, İddiaçı ASC ilə borclu X5 arasında bağlanmış kredit müqavilələrinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qətnamə qəbul edilmiş və həmin qətnaməyə əsasən icra vərəqəsi verilmişdir. İcra sənədinin icrası zamanı qiymətləndirmə aparılmış, lakin iddiaçı təqdim olunmuş qiymətləndirmə hes abatını əsaslandırılmamış və reallıqdan uzaq hesab edərək həmin hesabatı iddia icraatı qaydasında mübahisələndirərək ləğv edilməsi tələbini irəli sürmüşdür. Eyni zamanda, həmin qətnamənin icrası ilə əlaqədar hərrac keçirilməmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli (N 02/2021) qərardadının 28-ci bəndinə əsasən “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurun un sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, isti nad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir.

23. Həmin Qərardadın 32-ci bəndinə görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricin in rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

24. Qeyd olunan qərardadda ifadə olunan hüquqi mövqeyə görə borclunun ipoteka predmeti olmayan əmlakının satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir.

25. İ ddiaçının mübahisələndirdiyi Cavabdeh MMC-nin 2021-ci il 7 aprel tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatı da borclu X2 ipoteka predmeti olmayan əmlakının qiymətləndirilməsi ilə bağlı tərtib edilmiş, eyni zamanda hərrac keçirilməmişdir.

26. Belə olan halda isə həmin qiymətləndirmənin mübahisələndirməsi iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı həmin qiymətləndirmə hesabatında müəyyən edilən qiymətlər əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxılmalıdır.

27. MPM-in 261.0 və 2610.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

28. Bu baxımdan, kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.

30. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsində qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılması müəyyən edilsə də, həmin mübahisələrə hansı məhkəmə tərəfindən baxılması mülki prosessual qanunvericiliklə müəyyən edilir.

31. MPM-in 418-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli (N 02/2021) qərardadı ilə də müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsində mübahisələndirilən qiymətləndirmənin nəticələri haqqında hesabata məhkəmə qaydasında, lakin iddia icraatı çərçivəsində deyil, icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxılmalıdır.

32. Bu baxımdan, kollegiya qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-8-ci maddələrinin və MPM-in 4.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlillər əsassızdır. 33. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarı is ə iddia icraatı qaydasında baxılan işlərin ümumi və ya kommersiya məhkəmələrinə aid olması ilə bağlı məsələləri tənzimləyir və hazırkı işə aid deyildir.

34. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçının hansı məhkəməyə müraciət etməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə icra və prosessual qanunvericiliyin tələblərinə uyğun deyil.

35. Belə ki, icra məmurunun qərarından verilən şikayətə baxılmasının hansı məhkəmənin səlahiyyətinə aid olması ilə bağlı qeyd edilir ki, “İcra haqqında” Qanunun 8.5, 16.3, 20.5, 21.4, 21.6, 23.7, 27.9, 29.1, 42.6, 46.6, 70.4, 81.4, 84.3-cü maddələrində icra məmurunun müxtəlif qərar və hərəkətlərindən (hərəkətsizliyindən) icra icraatında iştirak edən şəxslərin şikayət verməsi imkanı nəzərdə tutulmuşdur.

36. Həmin Qanunun 87.1 -ci maddəsində isə göstərilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

37. Lakin “İcra haqqında” Qanunun müxtəlif maddələrinin (məsələn: 8.5, 16.3, 42.6 və s.) məzmunundan elə nəticyə gəlmək olur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun bütün qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati məhkəməyə şikayət verlməsi qanunvericiliyin məqsədinə uyğun deyil.

38. Eyni zamanda, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsin ə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verməlidirlər.

39. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun bəzi qərarlarından inzibati məhkəməyə deyil, icra sənədini vermiş məhkəməyə şikayət verilməlidir.

40. Bundan əlavə, “İcra haqqında” Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

41. Bununla bağlı, Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında göstərilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməs inin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.... Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə i craata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.

42. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını vacib hesab edir. Qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən bax ılır. Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Qanunun 87.2ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəasının icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanununa əsasən “İcra haqqında” Qanunun 87.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. İcra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.” Həmin Qanunun 87.2-ci maddəsi ləğv edilmiş, 87.3-cü maddəsindəki “ (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi)” sözləri çıxarılmış və “87.1ci və 87.2-ci maddələrində” sözləri “87.1-ci maddəsində” sözləri ilə əvəz edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qər arlarının icrası sahəsində istənilən modeli müəyyən etməkdə sərbəstdir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232- ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. 43. “İcra haqqında” Qanunun qeyd olunan müddəaları və Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqe nəzərə alınaraq, icra məmurunun icra sənədinin icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə hansı məhkəmə tərəfindən baxılmalı olması barədə hazırda formalaşmış məhkəmə təcrübəsinə görə belə şikayətlərin və məhkəmə icraatlarının aşağıdakı 5 növü mövcüddür:

1. Ümumi və ya kommersiya məhkəmələri tərəfindən verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu şikayətlərə müvafiq məhkəmənin birinci instansiyası (yəni kommersiya məhkəməsinin verdiyi icra sənədinin icrası ilə bağlı şikayətlərə kommersiya, ümumi məhkəmənin verdiyi icra sənədi üzrə ümumi məhkəmənin birinci instansiya məhkəməsi) tərəfindən baxılmalı və şikayət icra qurumunun yerləşdiyi ərazi üzrə məhkəməyə verilməlidir.

2. İnzibati məhkəmə tərəfindən verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu şikayətlərə inzibati məhkəmə tərəfindən baxılmalı və şikayət icra sənədini icra edən icra qurumunun yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə verilməlid ir.

3. Notariusun icra qeydi əsasında verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu növ şikayətlərə icra qurumunun yerləşdiyi ərazi üzrə birinci instansiya məhkəməsinə verilməli və həmin məhkəmə tərəfindən baxılmalıdır.

4. İnzibati orqanın qərarı əsasında verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu növ şikayətlərə icra qurumunun yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə verilməli və həmin məhkəmə tərəfindən baxılmalıdır.

5. İstənilən icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və ya digər qanunsuz hərəkətlərlə bağlı işlərə iddia icraatı qay dasında inzibati məhkəmələrdə baxılmalıdır.

44. Apellyasiya instansiyası məhkəməsi isə yalnış olaraq iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etməsini qeyd etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi ümumi məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər icra qurumunun yerləşdiyi ərazi üzrə ümumi məhkəməyə verilməlidir.

45. Bu baxımdan, kollegiya hesab edir ki, qərardad iddiaçıya hansı məhkəməyə müraciət etməsi ilə bağlı hissədə dəyişdirilməlidir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(106)-7/2025 nömrəli qərardadı iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hissəsində dəyişdirilsin. İddiaçıya izah edilsin ki, o, icra icraatı çərçivəsində Cavabdeh MMC-nin 2021-ci il 7 aprel tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatında müəyyən edilən qiymətlər əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən həmin icra məmurunun yerləşdiyi yer üzrə ümumi məhkəməyə şikayət verə bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar