Məhkəmə qərarları › İş №2-2(102)-252/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-252/2021

23.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-252/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi və maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 23.06.2021 hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov İlqar Kamil oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkilinin iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fe vral tarixli, 2-2(103)-160/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I.İŞİN HALLARİ

1. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, İddiaçı 28.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. 13 yanvar 2020-ci il tarixli, 5785/25307 saylı hesab fakturaya görə, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə iddiaçıdan 20759,32 manat borc, 3736,68 manat ƏDV olmaqla, cəmi 24.496 manat borcun ödənilməsi tələb olunmuşdur.

4. İddiaçının məhkəməyə ünvanlanmış 04 sentyabr 2020-ci il tarixli 46 saylı məktubuna görə, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qaz təchizatının olmaması səbəbindən metal əritmək mümkün olmadığına görə iddiaçı fəaliyyət göstərməmişdir. 5. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin QR166 saylı qiymətləndirmə rəyinə görə, qazın kəsilməsi səbəbindən iddiaçıya məxsus avadanlıqlara dəymiş ziyanın dəyəri 103.000 manat müəyyən edilmişdir.

6. Abonentin saldosuna görə, cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin dekabr ayına 24496 manat, 2020-ci ilin yanvar ayına 17340,20 manat borc hesablanmışdır.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10 dekabr 2019-cu il tarixli, 01/02HY06-1467 saylı məktuba görə, müəssisənin qaz sayğacından sonra yerləşən yeraltı qaz xəttində sızma aşkar edilmi ş və sızmanın qısa vaxt ərzində aradan qaldırılması xahiş edilmişdir.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 10 yanvar 2020-ci il tarixli məktuba görə, qaz kəmərində güclü qaz sızması aşkar edilmiş və sızmanın aradan qaldırılması üçün tədbir görülməsi xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin Sumqayıt regional X2 İdarəsinə ünvanlanmış 22 yanvar 2020-ci il tarixli, 01/EH.09.62 saylı məktuba görə, Sumqayıt şəhəri, 76-cı məhəllə, şəhər qəbirstanlığına gedən yolda, “xxxx” fabrikinin yaxınlığında qaz sızmasının olması ilə əlaqədar, həmin əraziyə texniki baxış keçirilərkən ərazidə müəssisələrə gedən (’’Delta qrup” MMC, “X5" LTD, İddiaçı (MİS zavodu), “xxxx” MMC, “xxxx”) qaz kəmərlərində sızma aşkarlanmış dır. Müəssisələrə məxsus qaz kəmərlərində aşkarlanmış sızmanın aradan qaldırılması barədə müəssisələrə xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunan ərazidə Sumqayıt Telekommunikasiya Qovşağına məxsus kabel-kanalizasiya quyularına gözə çarpacaq dərəcədə qaz dolması barədə Sumqayıt Telekommunikasiya Qovşağının rəhbərliyi tərəfindən X3 telefonoqrama ünvanlanmışdır. Odur ki, baş verə biləcək hər- hansı yanğın hadisəsinin qarşısının alınması məqsədilə, həmin ərazinin nəzarət altında saxlanılması xahiş edilmişdir.

10. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına görə, iddiaçının 31 mart 2020-ci il tarixə təbii qazdan istifadəyə görə qalıq borcu 63.438,33 manat təşkil edir.

11. İddiaçının əritmə sexi üzrə ustası, usta köməkçisi və fəhləsi tərəfindən tərtib və təsdiq edilmiş 12 may 202 0-ci il tarixli akta görə, 06 may 2020-ci il tarixində heç bir bildiriş və ya rəsmi xəbərdarlıq olmadan müəssisənin qaz təchizatı qəflətən kəsilmiş, nəticədə istehsal prosesi (mis əritmə) dayanmış, əritmə sobaları sıradan çıxmış və sobalardakı mis xammal yararsız vəziyyətə düşmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41.776 manat borcun silinməsi və qaz təchizatının kəsilməsi nəticəsində dəymiş 103.000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əs aslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. Həmin sayğac cavabdehə məxsus yarımstansiyada yerləşir. 2019-cu ilin dekabr ayının əvvəlində Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyriyaşayış sahəsinin ətrafında abadlıq işləri aparılırdı. Abadlıq işləri aparılarkən iddiaçıya məxsus qaz xəttinə zərər yetirilmişdir və bunun nəticəsində qaz xəttində kəskin sızma baş vermişdir. Kəskin sızma nəticəsində qazdan istifadə etmək mümkünsüz olmuş və buna görə də yanacaqdan istifadə edilmişdir. İddiaçı bununla bağlı dəfələrlə Sumqayıt X3 müraciət etsə də, 20 gündən sonra, yəni dekabr ayının sonunda qaz xətti bağlanılmışdır. Həmin müddətdən də yanacaqdan istifadə edilmişdir. Buna baxmayara q, yanvar ayı üçün 24.496,00 manat borc hesablanmışdır.

14. Digər şəxslərin təqsiri üzündən qaz xəttində sızma baş verdiyindən, iddiaçı tərəfindən qaz xəttindən istifadə edilməsi mümkünsüz olduğundan, qazdan sərfiyyat olaraq 24.496,00 manat məbləğində borc hesablanması əsassız hesab olunmalıdır.

15. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli, e-2-2(113)855/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 41.776 manat borcun silinməsi, dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 8,65 manat məbləği cavabdehdən, qalan 21,35 manat məbləği isə iddiaçıdan tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

16. Birinc i instansiya məhkəməsi hesab etmişdir ki, ətrafda aparılan təmir-tikinti işləri nəticəsində iddiaçının qaz sayğacından sonra yerləşən yeraltı qaz xəttində sızma aşkar edilmiş və qaz sızmasına görə iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında fəaliyyət göstərməmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin dekabr ayına 24.496 manat, 2020-ci ilin yanvar ayına 17.340,20 manat, ümumilikdə 41.836,2 manat borc hesablanmışdır.

17. Göründüyü kimi, iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qaz istehlak etməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçının istehlak etmədiyi təbii qaza görə ona borc hesablana bilməzdi.

18. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyən “Qazdan istifadə Qaydaları”nda qaz xətlərində baş vermiş sızmaların istehlakçı tərəfindən aradan qaldırılması nəzərdə tutulmamışdır.

19. Həmin Qaydaların 2.9-cu bəndinin tələbinə görə, qaz sızmasının qarşısının alınması üçün istehlakçının üzərinə qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxması və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratması vəzifəsi qoyulmaqla, həmin nöqsanın aradan qaldırılması vəzifəsi isə qaz paylayıcısının üzərinə qoyulmuşdur.

20. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddi a tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, müəssisənin fəaliyyətinin dayanmasının məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçini n, iddia ərizəsində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri zamanı iddiaçıya məxsus qaz xəttinin zədələndiyi qeyd olunmuşdur.

22. Beləliklə, iş üzrə, maddi zərərlə bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, iddia həmin hissədə təmin oluna bilməz.

23. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.8, 2.9, 5.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etmək lə əsaslandırmışdır.

24. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

26. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(103)-160/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Ağayev (sədrlik edən), A.B.Nuriyeva və A.Ə.Hüseyn) iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli, e- 2-2(113)855/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 17-24) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

28. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 29. 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayında iddiaçının məhz qaz sızması nəticəsində fəaliyyətini dayandırması barədə iş materiallarında heç bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxarkən vergi orqanla rı ilə iddiaçının 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayında fəaliyyətinin olub-olmaması, olmuşdursa əvvəlki aylarla müqayisədə nə qədər geriləmənin qeydə alınması dəqiqləşdirilməmiş, səlahiyyətli orqanlardan arayışlar tələb edilməmişdir. Nəticədə yazılı sübutlar tələb edilərək işin halları tam və hərtərəfli araşdırılmamış qalmışdır.

30. Kassasiya şikayəti Mülki Məcəllənin 88, 89.1, 217.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

32. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

33. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə la zımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

34. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

35. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə deyil, iddianın təmin olunan hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 40. “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu v istismarı 2.8. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sah əsinə (bundan sonra - qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir. 2.9. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır”. “5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(103)-160/2021 saylı qətnaməsi mübahisə ləndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayında iddiaçının məhz qaz sızması nəticəsində fəaliyyətinin dayandırması barədə iş materiallarında heç bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxarkən vergi orqanları ilə iddiaçının 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayında fəaliyyətinin olub-olmaması, olmuşdursa əvvəlki aylarla müqayisədə nə qədər geriləmənin qeydə alınması dəqiqləşdirilməmiş, səlahiyyətli orqanlardan arayışlar tələb edilməmişdir.

43. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən ətrafda aparılan təmir-tikinti işləri nəticəsində iddiaçının qaz sayğacından sonra yerləşən yeraltı qaz xəttində sızma aşkar edildiyindən, iddiaçı 2019-cu ilin dekabr və 2020ci ilin yanvar aylarında fəaliyyət göstərməmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin dekabr ayına 24.496 manat, 2020-ci ilin yanvar ayına 17.340,20 manat, ümumilikdə 41.836,2 manat borc hesablanmışdır.

44. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qazdan istifadə etmədiyi halda cavabdeh tərəfindən iddiaçının faktiki istehlak etmədiyi təbii qaza görə ona borc hesablana bilməz. Bu hal da cavabdehin, məhkəmələrin işə baxarkən vergi orqanları ilə iddiaçının 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayında fəaliyyətinin olub-olmamasının dəqiqləşdirilmədiyi, səlahiyyətli orqanlardan arayışlar ın tələb edilmədiyi və bununla da MPM-nin 89.1-cü maddəsinin tələblərini pozduğu barədə dəlilinin əsassız olduğunu sübut edir.

45. Məhkəmələrin işə baxarkən yazılı sübutların tələb edilərək işin hallarının tam və hərtərəfli araşdırılmadığı barədə cavabdehin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Digər tərəfdən, cavabdeh MPM-nin 77.1 və 77.2-ci maddələrinin tələbləri ziddinə iddiaya qarşı öz etirazlarını əsaslandırmaq üçün məhkəmələrə hər hansı sübut təqdim etməmiş, yalnız etirazlar və şikayətlər verməklə kifayətlənmişdir.

47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(103)-160/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olun

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar