Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-252/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 dekabr tarixli 22(103)-955/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Nizamnamə kapitalının miqdarı (ödənilmiş) 5 manat olan "xxxx" MMC 2006-cı il 11 aprel tarixində qeydiyyata alınmışdır (VÖEN: **********), təsisçisi X10 (nizamnamə kapitalında mayalarının miqdarı 100%), qanuni təmsilçisi Cavabdeh3dur (çıxarışın verildiyi tarix və nömrə: 2017-ci il 19 dekabr, **********477300). 2. *, 1-ci mərtəbə, qapı 2 və 3; 2-ci mərtəbə, qapı 4 və 5; 3-cü mərtəbə, qapı 6-da olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.
3. İcarəyə verən "xxxx" MMC və icarəçi "xxxx" MMC arasında bağlan mış 2018-ci il 11 yanvar tarixli icarə müqaviləsi ilə icarəyə verən icarəyə verməyi, icarəçi isə *, 1-ci mərtəbədə qapı 2 və 3, 2-ci mərtəbədə, qapı 4 və 5, 3-cü mərtəbədə qapı 6-da yerləşən ümumilikdə 8.920,45 m2 qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. 4. 2018-ci il 11 yanvar tarixli icarə müqaviləsi ilə "xxxx" MMC mülkiyyətində olan * ünvanında yerləşən, ümumi sahəsi 8.920,45 m2 olan qeyri-yaşayış sahəsini 2017-ci il 25 dekabr tarixindən 2019-cu il 25 dekabr tarixinə qədər "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh3 icarəyə verilmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin 3-cü ərazi X18 İdarəsinin "xxxx" MMC-yə ünvanladığı 2016-cı il 26 avqust tarixli xx/xx-00648 nömrəli məktubunda aşağıdakılar göstərilmişdir: - "xxxx" ticarət mərkəzinə keçiril miş baxış zamanı obyektin avtomatik yanğınsöndürmə qurğusu ilə, ilkin yanğınsöndürmə alət və vasitələrlə normalara uyğun şəkildə, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmaması, obyektdə mövcud qurğulara texniki qulluq göstərilməməsi, obyektin Mərkəzi Monitorinq Xidmətinə qoşulmaması, mövcud daxili yanğın su kranları nömrələnərək möhürlənməməsi, obyektin ərazisində “Yanğın zamanı 101 və 112 telefon nömrələrinə zəng edin” yazılmış lövhələrin, yanğın nişanlarının, xəbərdaredici və qadağanedici nişanların asılmaması; - obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafəsinin gözlənilməməsi, 2-ci mərtəbədə elektrik lampalarının qoruyucu qapaqlarla təmin edilməməsi, müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə olunması, obyektdə taxta materiallardan otaqla rın quraşdırılması, bəzi satış sahələrində istifadə olunmuş taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmaması, obyektdə “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə icbari sığorta müqaviləsinin bağlanmaması, obyektin ətrafında avtomobillərin xüsusi ayrılmış yerlərdə saxlanılmasının təmin olunmaması, obyektdə ümumi sıraların yerlərini göstərən xüsusi lövhələrin asılmaması, qeyri-standart qızdırıcı cihazlardan istifadə olunması, bazarda yanğına qarşı cavabdeh şəxslərin, könüllü yanğın dəstələrinin yanğın təhlükəsizliyinin tam təmin edilməsi barədə “Tədbirlər planı”nın hazırlanmaması, - elektrik şəbəkəsinin mühafizəsi məqsədi ilə istifadə olunan qəza qoruyucularının və elektrik açarlarının standartlara uyğun olmaması, bazarın zəruri sahələrini n tüstü və hava sovurucu ventilyasiya sistemləri ilə təmin olunmaması, yanğın zamanı insanların xəbərdar edilməsi sistemlərinin mövcud olmaması, baş verə biləcək yanğınların söndürülməsi üçün lazımi normada su ehtiyatının olmaması, təxliyə yollarının tutulması aşkar edilmişdir ki, bu istiqamətdə tədbirlərin görülməməsi gələcəkdə baş verə biləcək yanğınların yayılaraq qısa müddət ərzində geniş sahələri əhatə etməsinə, kütləvi insan xəsarətinə, onların həlak olmasına, külli miqdarda əmlakların məhvinə səbəb ola bilər, qeyd edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməsi "xxxx" MMC-yə tövsiyə olunur.
6. Cavabdeh3 Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin 3-cü ərazi X18 İdarəsinə ünvanladığı 2017-ci il 23 fevral tarixli məktubda bildirilmişdir ki, “Lot os” və "xxxx" ticarət mərkəzinin ətrafında olan piştaxtalar onlara məxsusdur, hər hansı bir yanğın baş verərsə, bütün məsuliyyəti rəhbərlik öz üzərinə götürür.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən 2019-cu il 26 mart tarixində qəbul edilmiş “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” qərara əsasən, * ünvanında yerləşən "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 8. “Cinayət təqibinə hissəvi xitam verilməsinə dair” 2021-ci il 17 mart tarixli qərarla "xxxx" MMC-nin direktoru Cavabdeh2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 3 08.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X20 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yanğın-texniki, əmək təhlükəsizliyinin tədqiqi, tikinti-texniki, fizikikimyəvi ekspertizasının 2020-ci il 10 avqust tarixli 8142/8889/91/92 n ömrəli rəyinə görə, yanğının mənbəyi * ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin cənub tərəfindəki giriş qapısı ilə üzbəüz durduqda sol tərəfdə yerləşən dönər evinin daxilində sağ divarda elektrik avtomat açarının quraşdırıldığı sahədə yerləşmiş və oradan yüksələn xətt üzrə inkişaf edərək digər tərəflərə yayılmışdır. Yanğın, dönər evinin daxilində qapıdan içəriyə daxil olduqda sağ divarda (yanğının mənbəyində) quraşdırılmış elektrik avtomat açarına çəkilmiş elektrik naqilində (kabeldə) yaranmış elektrik təbiətli qəza halının (qısa qapanmanın və s.) təsirindən yaxınlığında yerləşən yanar materialların (lambrin, taxta və s.) alışmasından baş vermişdir. Ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik naqillərinin qalıqlarının üzərində elektrik təbiətli qəza halının (qısa qapa nmanın və s.) təsirindən əmələ gəlməsinə xarakterik olan izlər (lokal formalı damar ərimələri) vardır. Tədqiqata təqdim olunmuş hadisə yerindən götürülmüş yanğından sonrakı qalıq nümunələrin və predmetlərin üzərlərində tez alışan neft məhsullarının izləri yoxdur. "xxxx" ticarət mərkəzinin və ona bitişik obyektlərin layihələndirilmə və tikinti işlərinin aparılmasına dair layihə-smeta sənədləri mövcud olmadığına görə, həmin tikililərin konstruksiyalarına hansı məbləğdə ziyanın vurulmasının müəyyən edilməsi mümkün deyil.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 2021-ci il 15 mart tarixli 10/910 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur: - "xxxx" ticarət mərkəzinin elektrik qurğu larının quraşdırılmasına dair müvafiq layihə və texniki şərtlər tərtib edilmədiyinə, elektrik qurğularının quraşdırılmasından sonra sınaq və yoxlamalar keçirilmədiyinə, istismara buraxılış aktı tərtib olunmadığına, elektrik qurğularından istifadəsi qaydaları və yanğın təhlükəsizliyi üzrə dair təlimatlar tərtib edilmədiyinə, ticarət mərkəzinin elektrik qurğularına xidmət edən heyəti ilə öyrətmə, təlimatlandırma və biliklərin yoxlanılması işləri aparılmadığına, ticarət mərkəzinin ətrafında çəkilmiş elektrik xətləri ilə təchiz edilməsinə, həmin xətlərin obyektlərin içərisinə yanar tikinti konstruksiyaların və materialların arası ilə çəkilməsinə, kabel və naqillərdə birləşmələrin “soyuq burma” üsulu ilə aparılmasında qadağalar qoyulmadığına, ticarət mərkəzinin və obyektlərinin elektrik şəbəkəs inin mühafizə aparatlarının (elektrik avtomat açarlarının, istilik qoruyucularının və s.) sınaq və yoxlamalardan keçirilməsini təşkil edilmədiyinə; - ticarət obyektlərin divarları odadavamlılığı müəyyən olunmamış müxtəlif yanar materiallar və üzlüklərlə inşa edilməsinə icazə verildiyinə, ticarət mərkəzinin binasının mərtəbələrarası yanğının yayılmasının qarşısının alınması üçün müvafiq odadavamlılığa hesablanmış divarlar, qapı və kəsmələrin quraşdırılması təşkil edilmədiyinə, ticarət mərkəzinin otaqlarında və ətrafda olan ticarət obyektlərində tələb olunan sayda yanğın əleyhinə (alovsöndürən) balonların qoyulması təşkil olunmadığına, ticarət mərkəzində yanğın müdafiə sistemlərinin (yanğına qarşı su kəmərlərinin, xəbərdaredici və avtomatik söndürmə sisteminin) quraşdırılması və quraşdırıl dığı halda onların işlək vəziyyətdə olması təmin edilmədiyinə, ticarət mərkəzinin könüllü yanğın dəstələri yaradılmadığına; - yanğının baş verməsi hallarda isə xidməti həyətin əvvəlcədən hazırlanmış hərəkət planı (Tədbirlər planı) üzrə müvafiq tədbirlərinin görünməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın 1.4, 1.5, 1.9, 6.1, 6.2-ci bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarla üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.3, 2.2, 2.2.14, 3.19.1, 3.19.3, 3.19.4, 3.19.6, 3.19.7 və 3.19.15-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.1.32, 2.1.31, 2.1.32, 2.1.34, 2.1.36, 2.1.37, 2.1.38 və 3.1.8-ci bəndlərinin, “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 2.1, 3.2, 3.5, 9.1 və 9.3-cü bəndl ərinin tələbləri "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-nin direktoru Cavabdeh3 tərəfindən pozulmuşdur. - "xxxx" ticarət mərkəzinə elektrik enerjisinin verilməsinə dair alqı-satqı müqaviləsi və ona əlavə olunmuş balans mənsubiyyəti və istismar məsuliyyəti barədə akt, eləcə də elektrik qurğularının istismarına buraxılış aktı tərtib edilmədən ticarət mərkəzinə elektrik enerjisi verildiyinə görə, “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 3.2, 3.5 və 6.3-cü bəndlərinin tələbləri "xxxx" ASC-nin vəzifəli şəxsləri (konkret şəxslər ASC-nin strukturu və tutduğu vəzifələrə görə istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur.
11. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli hökmü ilə: - X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsind ə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması; - barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90.000 manat pulun 40.000 manatının zərərçəkmiş şəxs X3, 50.000 manatının zərərçəkmiş şəxs X6 verilməsi, zərərçəkmiş şəxs - mülki iddiaçı X8 mülki iddi asının baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqlarının izah edilməsi; - cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqların və yanğına məruz qalmış elektrik naqillərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 1.075,52 manat ekspertiza xərcinin X2 tutulub X1 hesabına keçirilməsi qərara alınmışdır. 12. "xxxx" ASC tərəfindən tərtib edilmiş 2019-cu il 22 aprel, 2019-cu il 25 aprel, 2019-cu il 22 may və 2019-cu il 12 iyun tarixli sığorta aktları əsasında, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" Firmasına məxsus daşınmaz əmlaka görə 2.787 manat, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" Firmasına məxsus daşınmaz əmlaka görə 10.120 manat, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən X4 məxsus daşınmaz əmlaka görə 6.000 manat, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka görə 9.487 manat, AZ/043630 nömrəli sığorta şəhadətnaməsinə əsasən daşınar əmlaka görə 17.000 manat və RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən daşınmaz əmlaka görə 8.000 manat X5 ödənilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli qətnaməsi ilə Cavabdeh3 "xxxx" ASC-yə qarşı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230.000 manat dəbbə pulunun tutulması barədə iddia tələbi rədd olunmuş, qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 dekabr tarixli qətnaməsi ilə təmin edilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 17 may qərarı ilə Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli qərardadı ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə olunmuş müraciət üzrə qərar dərc olunanadək dayandırılmışdır.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli qətnaməsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” barədə iddia tələbi rədd olunmuş, həmin qətnamədən "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 iyun tarixli qətnaməsi ilə təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 25 yanvar tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 aprel tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olun maqla, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmuş, "xxxx" ASC-dən "xxxx" MMC-nin xeyrinə 180.773 manat sığorta ödənişi, 230.000 manat dəbbə pulu və ödənilmiş 701 manat dövlət rüsumu olmaqla, cəmi 411.474 manat pulun tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli qərarı ilə "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 30 aprel tarixli qətnaməsi qismən - "xxxx" ASC-dən "xxxx" MMC-nin xeyrinə 230.000 manat dəbbə pulu və ödənilmiş 391,16 manat dövlət rüsumunun tutulması hissəsində ləğv olunmuş, yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin olunmamışdır. İş üzr ə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) 2023-cü il 20 sentyabr tarixində Cavabdeh3, Cavabdeh2 və "xxxx" ASC-yə (bundan sonra ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh3”, “Cavabdeh2”, birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında 53.394 manat pul, 410 manat mediasiya xərci olmaqla, ümumilikdə 53.804 manat pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 26 mart tarixində "xxxx" ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, iddiaçıda sığorta təminatı almış ticarət mərkəzinin yaxınlığında yerləşən əmlaklara dəymiş ziyana görə ümumilikdə 53.394 manat sığorta ö dənişi həyata keçirilmişdir. Baş vermiş yanğın hadisəsi üzrə təyin olunmuş kompleks məhkəmə yanğın-texniki, fiziki-kimyəvi, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının 2020-ci il 10 avqust tarixli 8142/8889/91/92 nömrəli rəyinə, həmçinin əlavə məhkəmə yanğın texniki ekspertizasının 2021-ci il 15 mart tarixli 8672 nömrəli rəyinə görə, qeyd edilən yanğın hadisəsi "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3, "xxxx" ASC-nin işçilərinin və "xxxx" MMC-nin elektrik montyorunun müvafiq normativ sənədlərin tələblərini pozmaları səbəbindən yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli hökmü ilə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X7 (bundan sonra – “N.Fətullayev”) Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdur.
20. Cavabdeh3 iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, hadisə baş verdikdən sonra "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3, “Cin Bazarı” adlanan ticarət sahəsində icarə haqlarını yığan X11 barəsində cinayət təqibi həyata keçirilmiş, hər üç şəxs barəsində həyata keçirilən cinayət təqibinə Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri X9 2021-ci il 17 mart tarixli qərarına əsasən CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Eyni zamanda yanğın baş verən zaman elektrik mantyoru vəzifəsində işləmiş N.Fətullayev Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli qərarı ilə CM-nin 225.2-ci maddələri ilə təqsirli bilinmişdir.
21. Cavabdeh2 iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda sözügedən yanğın hadisəsi ilə bağlı açılmış ********* nömrəli cinayət işi üzrə, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri X9 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərar qəbul etmişdir. Qərarda "xxxx" MMC-nin direktoru Cavabdeh2 əməllərində Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 178.3.1. 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respbulikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 -ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. Nizami rayon Məhkəməsinin 1(007)-11/2022 saylı, 2022ci il 13 may tarixli ittihamedici hökmü ilə, sözügedən yanğın hadisəsində "xxxx" MMC-də elektrik vəzifəsində işləyən N.Fətullayev təqsirli bilinmişdir. İddiaçının iddiasının əsaslı olması üçün Cavabdeh2 təqsirinin sübuta yetirilməsi zəruridir. Etiraza əlavə edilmiş iddiaçının N.Fətullayevə göndərdiyi mediasiya təklifindən görünür ki, iddiaçı ilkin olaraq ödənilmiş pulu yanğın hadisəsi zamanı təqsiri sübuta yetirilmiş N.Fətullayevdən tələb etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin N.Fətullayevin barəsində çıxadığı 2022-ci il 13 may tarixli ittihamedici hökm hazırki iş üzrə cavabdehlərin təqsirini müəyyən edən sübut kimi qəbul olunmamalıdır.
22. Bakı Kommer siya Məhkəməsinin 2024-cü il 19 mart tarixli e-2-2(113)-269/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim E.Əliyev).
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 2019-cu il 26 mart tarixində * ünvanında yerləşən "xxxx" ticarət mərkəzində yanğın hadisəsini törətməkdə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləmiş şəxs N.Fətullayev təqsirli bilindiyindən, həmçinin Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə, həmçinin "xxxx" MMCnin direktoru onun barəsində Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükə li olmaması ilə əlaqədar xitam verildiyinə görə onlara qarşı iddia tələbi təmin edilə bilməz.
24. Məhkəmə həmçinin "xxxx" ASC-yə münasibətdə qeyd etmişdir ki, yanğın hadisəsində "xxxx" ASC-nin təqsiri olması ilə bağlı heç bir sübut təqdim edilmədiyindən tələb həmin hissədə də təmin edilə bilməz.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 883.1, 936.1, 936.2 və 1096-cı maddələrinə istinadla əsaslandırmışdır.
26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 dekabr tarixli 2-2(103)-955/202 4 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbi qismən təmin olunmuş, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 53.394 manat sığorta ödənişinin əvəzi, 410 manat mediasiya xərci olmaqla, cəmi 53.804 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125,09 manat pulun Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər T.Mahmudova və L.Əliyeva).
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməs i gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, preyudisia ilə bağlı prosessual normaları, eləcə də subroqasiya ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir
29. Məhkəmə, Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarında, eləcə də “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeləri əsas götürərək qeyd etmişdir ki, bir icraatda qəbul edilən qərarın digər icraatın gedişatına müəyyən təsiri olur; bununla belə bu təsir mütləq xarakter daşımır və müvafiq olaraq hər icraatın (müki, cinayət, inzibati v ə kommersiya) təbiətinə, eləcə də fəlsəfəsinə uyğun olaraq tətbiq edilir.
30. Mülki və ya kommersiya qaydasında işə baxan məhkəmə, cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə tam bağlı deyil (§ 49), məhkəmə üçün həmin aktlar yalnız iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, mülki və ya kommersiya mübahisələri üzrə məhkəmə tərəflərin mülki məsuliyyətini müəyyən edərkən həmin qərarlarla tam bağlı deyil, yalnız mülki prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə alaraq, özünün hüquqi dəyərləndirməsini apara bilər.
31. Məhz bu konteksdə dəyərləndirmə aparan məhkəmə hesab etmişdir ki, barələrində cinayət təqibinə xitam verilməsinə baxmayaraq, Cava bdeh3 və Cavabdeh2 hər bir halda mülki məsuliyyət daşıyırlar.
32. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində cinayət təqibi və cinayət mühakimə icraatı çərçivəsində müəyyən olunmuş faktlara geniş yer verilsə də, bu, məsuliyyətin müəyyən edilməsi baxımından həlledici meyar hesab edilməmişdir. Belə ki, şəxsin cinayət məsuliyyətindən azad olunması onun mülki məsuliyyətdən azad olunması anlamına gəlmir. Eyni zamanda bu qəbildən olan işlərdə Ali Məhkəmə, hüquqi şəxsin işçisinin cinayət məsuliyyətinin və təqsirinin müəyyən olunmasına baxmayaraq, həmin hüquqi şəxsin və ya onun rəhbərinin mülki məsuliyyətini də istisna etməmişdir.
33. Digər tərəfdən “Cinayət təqibinə hissəvi xitam verilməsinə dair” 17 mart 2021-ci il tarixli qərarda "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-nin dire ktoru Cavabdeh3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir. Başqa sözlə, onların barəsində həmin maddə üzrə cinayət təqibinə bəraətverici əsaslara görə xitam verilməmişdir, bu da öz növbəsində adı çəkilən şəxslərin baş vermiş yanğın hadisəsinə aidiyyətini və onların təqsirini istisna etmir.
34. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı sığortaçı kimi sığortalı şəxslərə ödədiyi sığorta ödənişini sığorta hadisəsinin baş verməsində təqsirli olduğunu hesab etdiyi cavabdehlərdən subroqasiya qaydasında tələb edir.
35. İddiaçının subroqasiya hüququnun həyata keçirilməsi üçün cavabdehlərin mülki hüquq pozuntusuna (deliktə) görə m əsuliyyətinin yaranıb-yaranmamasına qiymət vermək lazımdır. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarının mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
36. Hazırkı mübahisə üzrə zərərin mö vcüd olması müvafiq cinayət işinin materialları ilə təsdiq olunur, eyni zamanda, cavabdehlər özləri də həmin halı mübahisələndirməmişlər. Bu baxımdan, zərərin mövcüd olması işin mübahisəsiz halını təşkil edir.
37. İşin halları ilə Cavabdeh2 və Cavabdeh3 "xxxx" ticarət mərkəzinə birgə idarəçiliyi həyata keçirdikləri müəyyən olunur. Yanğın hadisəsi baş verməmişdən əvvəl FHN tərəfindən həyata keçirilmiş yoxlamalar nəticəsində yanğın təhlükəsizlik qaydalarının pozulması ilə bağlı nöqsanlar aşkar edilmiş və bu barədə onlara xəbərdarlıq olunmuşdur. Digər tərəfdən adı çəkilən cavabdehlər nəinki bu nöqsanlardan xəbərdar olmuşlar, hətta hadisə baş verdiyi halda məsuliyyət daşımağa da hazır olduqlarını qeyd etmişlər. Cinayət işinin materiallarında olan ekspertiza rəyində də onların “Azərbaycan Respu blikası yanğın təhlükəsizliyi qaydaları”nın, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın, “Elektrik qurğularının quraşdırma qaydaları”nın və “Elektrik enerjisindən istifadə qaydalarının”nın müvafiq bəndlərinin tələblərini pozduqları göstərilmişdir.
38. Beləliklə, Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində yanğın hadisəsi baş vermiş və sığorta ödənişi alan şəxslərə zərər dəymişdir.
39. Digər tərəfdən hökmlə "xxxx" ticarət mərkəzinin işçisi X7 təqsirli bilinmişdir. Bu baxımdan, Cavabdeh2 və Cavabdeh3 işçilərinin əməlinə görə məsuliyyət daşıyırlar. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi nə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərmişdir ki, “...istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 109 9-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin-işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.”.
40. Məhkəmə onu da nəzərə almışdır ki, Cavabdeh3 "xxxx" MMC-yə məxsus * ünvanında yerləşən tic arət obyektində baş vermiş yanğınla bağlı sığorta ödənişinin həyata keçirilməsi barədə iddia qaldırmaqla, əslində həmin yanğın hadisəsinə aidiyyətini təsdiq etmişdir.
41. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı, Cavabdeh2 və Cavabdeh3 subroqasiya qaydasında 53 394 manatı tələb etməkdə haqlıdır.
42. Məhkəmə iddiaçının "xxxx" ASC-yə qarşı yönələn müvafiq tələbini isə əsaslı hesab etməmiş, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 15 mart tarixli rəyində, "xxxx" ticarət mərkəzinə elektrik enerjisinin verilməsinə dair alqı-satqı müqaviləsi və ona əlavə olunmuş balans mənsubiyyəti və istismar məsuliyyəti barədə akt, eləcə də elektrik qurğularının istismarına buraxılış aktı tərtib edilmədən ticarət mərkəzinə elektrik enerjisi verildiyi”, bu səbəblə “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 3.2, 3.5 və 6.3-cü bəndlərinin tələblərinin "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən pozulduğu” göstərilmişdir.
43. Bununla belə işin materiallarından aydın olur ki, sözügedən yanğın hadisəsi ilə bağlı istintaq orqanı tərəfindən "xxxx" ASC-nin vəzifəli şəxslərinə ittiham verilməmiş, ekspert rəyində pozuntu olaraq göstərilən halların həqiqətən mövcud olub-olmadığı, yaxud kimin tərəfindən törədildiyi ümumiyyətlə araşdırma predmeti olmamışdır.
44. Ekspert rəyindən aydın olur ki, yanğının mənbəyi "xxxx" ticarət mərkəzinin cənub tərəfindəki giriş qapısı ilə üzbəüz durduqda sol tərəfdə yerləşən dönər evinin daxilində sağ divarda elektrik avtomat açarının quraşdırıldığı sahədə yerləşmiş, yanğın, dönər evinin da xilində qapıdan içəriyə daxil olduqda sağ divarda (yanğının mənbəyində) quraşdırılmış elektrik avtomat açarına çəkilmiş elektrik naqilində (kabeldə) yaranmış elektrik təbiətli qəza halının (qısa qapanmanın və s.) təsirindən yaxınlığında yerləşən yanar materialların (lambrin, taxta və s.) alışmasından baş vermişdir. 45. "xxxx" ASC ilə yanğının baş verdiyi dönər evinin (yaxud "xxxx" ticarət mərkəzinin) arasında tərtib edilən balans mənsubiyyəti aktı məhkəməyə təqdim olunmasa da, işin hallarından aşkar görünən odur ki, yanğın elektrik sayğacının quraşdırıldığı nöqtədən sonra, yəni müvafiq obyektin daxilində və beləliklə də "xxxx" ASC-nin məsuliyyət daşıya biləcəyi balans sərhədindən kənarda başlamışdır.
46. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 386.1, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1114.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3, 25.2, 35.1, 42.1, 49.1 və 49.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli, 2018-ci il 12 iyul tarixli və 2022-ci il 18 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 82.4 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
47. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
48. Cavabdeh3 qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv ed ilərək iş üzrə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh3 kassasiya şikayətinin dəlilləri
49. MM-in 1114-cü maddəsi üzrə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, N.Fətullayev 2018-ci il 1 may tarixdən 2019-cu il 15 aprel tarixədək "xxxx" MMC-də elektrik vəzifəsində işləmişdir. Cavabdeh3 isə "xxxx" MMC-nin direktoru kimi çıxış etmişdir. Yəni elektrik montyoru vəzifəsində çalışan və təqsirli bilinən N.Fətullayev "xxxx" MMC-nin deyil, "xxxx" MMC-nin işçisi olmuşdur. 50. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.6, 25.1 və 25.2-ci maddələri üzrə - Nizami rayon Məh kəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmündən də göründüyü kimi, 2019-cu il 26 may tarixində "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsində N.Fətullayev təqsirli bilinmişdir. Həmin cinayət hadisəsi üzrə Cavabdeh3 deyil, N.Fətullayev təqsirli bilinmişdir. 51. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta şirkətlərinin sığorta ödənişini verdikdən sonra təqsirkar şəxslərə qarşı yaranır. Həmçinin, iddiaçının N.Fətullayevə göndərdiyi 2022-ci il 22 sentyabr tarixli mediasiya təklifindən görünür ki, ilkin olaraq ödənilmiş pulu yanğın hadisəsi zamanı təqsiri sübuta yetirilmiş N.Fətullayevdən tələb etmişdir. Bu isə sübut edir ki, iddiaçı özü də pulu hadisə zamanı təqsiri sübuta yetirmiş şəxsdən tələb etməli olduğunu bil ir. İddiaçı tələb etdiyi məbləği ödəmək üçün N.Fətullayevin maddi imkanının olmadığını bildiyi üçün hazırkı tələbini digərlərinə qarşı yönəltmişdir.
52. Həmçinin, sığortaçının subroqasiya hüququ, daşınmaz əmlakla bağlı deyil, yalnız mülki məsuliyyətin icbari sığortası ilə yaranır, qanunda daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə ümumiyyətlə subroqasiya hüququnun yaranması nəzərdə tutulmamışdır. Məhkəmə isə bu xüsusatlara düzgün hüquqi qiymət verməmiş və işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Cavabdeh3 subroqasiya tələbinin tərəfi kimi çıxış edə bilməz.
53. MPM-in 88, 217-ci maddələri üzrə - işin hallarından görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınc a qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. b) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri
54. MM-in 883.1, 936.1, 936.2, 936.6 və 1096-cı maddələri üzrə - Azərbaycan Respublikası Baş Prokurorluğunda sözügedən yanğın hadisəsi ilə bağlı açılmış ********* nömrəli cinayət işi üzrə, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri X9 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərar qəbul etmişdir. Qərarda "xxxx" MMC-nin direktoru Cavabdeh2 əməllərində Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 178.3.1. 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respbulikası Cin ayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. Nizami rayon Məhkəməsinin 1(007)-11/2022 saylı, 2022ci il 13 may tarixli ittihamedici hökmü ilə, sözügedən yanğın hadisəsində "xxxx" MMC-də elektrik vəzifəsində işləyən N.Fətullayev təqsirli bilinmişdir. İddiaçının iddiasının əsaslı olması üçün Cavabdeh2 təqsirinin sübuta yetirilməsi zəruridir. Etiraza əlavə edilmiş iddiaçının N.Fətullayevə göndərdiyi mediasiya təklifindən görünür ki, iddiaçı ilkin olaraq ödənilmiş pulu yanğın hadisəsi zamanı təqsiri sübuta yetirilmiş N.Fətullayevdən tələb etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin N.Fətullayevin barəsində çıxadığı 2022-ci il 13 may tarixli ittihamedici hökm hazırki iş üzrə cavabdehlərin təqsirini müəyyən edən sübut kimi q əbul olunmamalıdır.
55. MPM-in 4.1, 9, 76, 77 və 88-ci maddələri üzrə - işə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətlərinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorunun İ müavini Elçin Məmmədovun 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarına əsasən, Cavabdeh3 və Cavabdeh2 2019-cu il 26 mart tarixində * ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsinə görə təqsirli olduqları müəyyən edilmiş, onların əməllərində Cinayət Məcəlləsinin 225-ci maddəsinin tərkib əlamətlərinin olduğu öz təsdiqini tapmışdır. Belə ki, qərarın 7-ci səhifəs inin 6-cı abzasında göstərilir: "xxxx" Ticarət Mərkəzində 2019cu il 26 mart tarixində yanğın hadisəsinin baş verməsində "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X12 əməllərində Cinayət Məcəlləsinin 225.2-ci maddəsinin tərkib əlamətləri olsa da, onlar tərəfindən ticarət mərkəzinin rəhbərlik etdikləri müvafiq hissələrində fəaliyyət göstərmiş sahibkarlıq subyektlərinə (icarəçilər) yanğın zamanı dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi həmin şəxslərə münasibətdə onların ictimai təhlükəli olmasını aradan qaldırır”. İbtidai istintaq orqanı Cinayət Məcəlləsinin 74-cü və Cinayət Prosessual Məcəllənin 10.2-ci maddələrinə istinad edərək, təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə şəraitin dəyişməsinə görə xitam vermiş və qərarın nəticə hissəsində 2-ci abzasda göstərmişdir: "Diqlas” MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X20 barəsində Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilsin”. Göründüyü kimi, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxslərə dəyən maddi ziyan ödənildiyi üçün Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən (şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmamasının müəyyən edilməsi) "xxxx" MMC-nin direktoru Cavabdeh3 və "xxxx" MMC-nin direktoru Cavabdeh2 barəsində cinayət təqibin ə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Belə ki, təqsirləndirilən şəxslər və hazırkı iş üzrə Cavabdeh2 və Cavabdeh3 baş vermiş yanğın hadisəsinin törədilməsində təqsirsiz olmasına dair heç bir mülahizə qərara daxil edilməmiş və ibtidai istintaq orqanı onların təqsirsiz olması barədə yekun nəticəyə gəlməmişdir. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi isə həmin şəxslərin baş vermiş yanğın hadisəsinə görə mülki hüquqi məsuliyyətini istisna etmir. Digər tərəfdən qeyd olunmalıdır ki, hökmlə "xxxx" Ticarət Mərkəzinin işçisi N.Fətullayev təqsirli bilinmişdir. Ticarət mərkəzinin “elektrik təsərrüfatı” və “iş (xidmət) fəaliyyəti” vahid olmuşdur. Yəni ticarət mərkəzinin nəzərən 2 hissəyə bölünməsinə baxmayaraq, fiziki olaraq tam fəaliyyət göstərmiş və bu fəaliyyətə ha zırki cavabdehlər rəhbərlik etmişdir. O cümlədən Cavabdeh3 2017-ci ildə FHN-nə məktub ünvanlayaraq ticarət mərkəzinin ətrafında olan piştaxtalarda baş verəcək yanğına görə cavabdeh olduğunu bəyan etmişdir (qeyd: sözügedən yanğın hadisəsinin mənbəyi də bazar ətrafında olan və Cavabdeh3 tərəfindən icarə haqqı alınan piştaxtaların biri (dönərxana) olmuşdur). Bu baxımdan, Cavabdeh2 və Cavabdeh3 işçilərinin əməlinə görə məsuliyyət daşıyırlar. Kassasiya baxışının hədləri
57. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətində formal olaraq qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, qətnamə iddianın onlara münasibətdə təmin edilən hissəsində mübahisələndirilir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanunil iyi və əsaslılığı cavabdehlər tərəfindən mübahisələndirilən hissədə yoxlanılacaqdır.
58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
59. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəz ifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər (2021-ci il 23 fevral tarixli 277-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.2.1-ci maddəsinə birinci halda “müqavilələr” sözündən sonra “(əmək müqavilələri istisna olmaqla)” sözləri əlavə edilmişdir)....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 86.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
936. Subroqasiya hüququ 936.1. Subroqasiya hü ququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir ). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməs i; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....” “Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu z ərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır....” 60. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ o lmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır....” “Maddə
25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları... 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət g östərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər....” “Maddə
35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir....” “Maddə
42. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının məqsədi və təyinatı 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzini n ödənilməsi məqsədi ilə tətbiq edilir....” “Maddə
49. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta ödənişi və subroqasiya hüququ 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsi ni, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.”
61. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.... preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıq lı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir....”
62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.... İşəg ötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyə n etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır....”
63. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Madd ə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillə rinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 65. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qa ydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
66. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər, iddia tələbinə dair etiraz ərizələrinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.
67. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətlərində məhkəmənin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alar aq, apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməmə lidir.
69. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 dekabr tarixli 2-2(103)-955/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.