Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-253/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, şikayət əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi X2 ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, torpaq sahəsinin boşaldılması və pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli e-2-2(113)-1189/2023 saylı qərardadında n Cavabdeh MMC tərəfindən verilmiş şikayətə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İŞİN HALLARİ: 1. 2021-ci il 4 avqust tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə Şəki rayonu, Baş Zeyzid kəndində yerləşən 2.200 kv.m torpaq sahəsini (Reyestr nömrəsi: **********05) müvəqqəti sahibliyinə və istifadəsinə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, 1 kv.m üçün aylıq 0,09 manat məbləğində təşkil edir. İcarəyə verilən torpaq sahəsinin ümumi icarə haqqı aylıq 200 manat məbləğində təşkil edir. 2. 2021-ci il 4 avqust tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı icarəçi Cavabdeh MMC-yə Şəki rayonu, Baş Zeyzid kəndindən yerləşən 3.600 kv.m olan torpaq sahəsini (Reyestr nömrəsi: **********31) müvəqqəti sahibliyə və istifadəsinə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, 1 kv.m üçün aylıq 0,09 manat məbləğində təşkil edir. İcarəyə verilən torpaq sahəsinin ümumi icarə haqqı aylıq 324 manat məbləğində təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı Kommersiya Məhkəməsində birinci icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı, iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 23 saylı notariat ofisində 2021-ci il 4 avqust tarixdə bağlanmış reyestr nömrəsi **********31 və reyestr nömrəsi **********05 olan hər iki icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və 7.860 manat məbləğində əsas icarə haqqı borcu və əsas borca görə 2.000 manat cərimənin, cəmi 9. 860 manat məbləğində pulun, həmçinin, ödənilmiş 120 manat məbləğində dövlət rüsumu və mediasiya xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən 3.600 kv.m torpaq sahəsini (Reyestr nömrəsi: **********31) və 2.200 kv.m torpaq sahəsini (Reyestr nömrəsi: **********05) əvəzi ödənilməklə Bakı şəhəri 23 saylı notariat ofisində 2021-ci il 4 avqust tarixli icarə müqaviləsi ilə 5 il müddətinə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehə icarəyə verilmişdir. İcarə haqqı hər kvadrat metr üçün 0.09 manat müəyyən olunmuşdur. Hər iki müqavilə üzrə aylıq icarə haqqı 524 manat təşkil etmişdir. İddiaçı xüsusi mülkiyyətində olan torp aq sahəsini cavabdehə icarəyə verərkən real qiymətindən aşağı qiymətə müqavilə bağlamışdır. Buna səbəb cavabdehin icarəyə götürdüyü torpaq sahəsini 1 il sonra real bazar qiyməti ilə satın alacağı barədə icarəyə verənlə şifahi olaraq razılığa gəlməsi olmuşdur. Bu məqsədlə iddiaçının direktoru olduğu "xxxx" MMC cavabdeh ilə həmin torpaq sahəsində sonuncunun kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün X4 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı müqavilə bağlamışdır. Cavabdeh icarə müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və müqavilə bağladığı vaxtdan hal-hazıradək icarə haqqından bir manat belə ödəməmişdir. Cavabdehin halhazıradək müqavilə üzrə olan borcu 7.860 manat təşkil etmişdir.
5. Daha sonra cavabdehin nümayəndəs i 2023-cü il 13 mart tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının cavabdehə qarşı “icarə müqaviləsinin ləğvi, torpaq sahəsinin boşaldılması və pul tələbinə” dair iddiası məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verildiyindən işin mülki icraat qaydasında baxılması üçün göndərilməsinə dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisənin kommersiya məhkəməsi aidiyyəti üçün iki zəruri meyardan biri mübahisənin subyektiv tərkibidir. Müqavilənin subyektiv tərkibinə baxdıqda aydın olur ki, icarəyə verən fərdi sahibkar və ya kommersiya hüquqi şəxsi deyildir, həmçinin torpaq sahəsinin icarəyə vermək onun sahibkarlıq fəaliyyəti ilə də bağlı olmamışdır. İcarəyə verənin məlumatlar ı qeyd olunan hissədə onun VÖENİ yox məhz şəxsiyyət vəsiqəsinin məlumatları göstərilmişdir. İddiaçı icarə müqaviləsi üzrə sahibkar kimi yox fiziki şəxs kimi müqavilə bağlamışdır. Eyni zamanda tərəflər arasında münasibət (mübahisənin predmeti) mahiyyət üzrə kommersiya münasibəti deyildir. Torpaq sahəsinin fiziki şəxs tərəfindən icarəyə verilməsi tərəflər arasında heç bir kommersiya münasibəti yaratmır. İddia ərizəsində iddiaçının direktoru olduğu "xxxx" MMC ilə cavabdeh arasında kommersiya münasibətinin mövcud olduğu göstərilmişdir. İddiaçının direktor olduğu müəssisə ilə iddiaçı özü iki fərqli hüquq subyektidir. "xxxx" MMC-nin kommersiya münasibətinin mövcud olması onun direktoru ilə cavabdeh arasında heç bir hüquq münasibəti mövcud olmamışdır. İddiaçı ilə cavabdeh arasında hüquq münasibət inin yeganə əsası icarə müqaviləsidir və bu müqavilə tərəflər arasında hər hansı kommersiya münasibəti yaratmır. İddiaçı və cavabdehin birgə həyata keçirdiyi hər hansı sahibkarlıq fəaliyyəti mövcud deyil.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli, e-2-2(113)-1189/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə rədd edilmişdir (hakim – K.Hüseynov).
8. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı VÖEN sahibi olmaqla fərdi sahibkardır. Cavabdeh isə kommersiya hüquqi şəxsi olan MMC-dir (VÖEN **********). Hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış 2021-ci il 4 avqust tarixli reyestr nömrəsi **********31 və reyestr nömrəsi **********05 olan hər iki icarə müqavilələri icarə obyektinin icarə götürülməsində icarəçinin məqsədi oradan qanunvericiliyə uyğun istifadə edərək, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə edərək gəlir əldə edilməsindən ibarət olmuşdur.
9. Həmçinin Vergilər Məcəlləsinin (bundan sonra – “VM”) 99.3.3-cü maddəsində əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə aid edilməsi cavabdehin iddiaçı ilə arasında olan icarə hüquq münasibəti ilə bağlı olan hallara deyil, məhz icarəyə verən iddiaçı ilə Vergi orqanı arasında olan münasibətlərə aid edilmişdir. Göründüyü kimi həm iş üzrə tərəflər, həmçinin də onlar arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri tərəflərin sah ibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur.
10. Məhkəmə öz qərardadında hüquqi əsas kimi VM-in 99.3.cü maddəsinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə, 10-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 12, 13-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 26.2, 31.1-ci maddələrinə istinad edilmişdir.
11. Cavabdeh həmin qərardaddan 2023-cü il 17 mart tarixdə şikayət verərək, qərardadın ləğv olunmasını və işi aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişdir.
12. Şikayətdə göstərilmişdir ki, MPM-in 24.2, 25.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı cavabdeh ilə müqavilə münasibətlərinə hər hansı təşkilati hüquqi formada malik hüquqi şəxs və ya fərdi sahibkar qismində daxil olmamışdır. İddiaçının şəxsiyyəti öz X1 nömrəsi ilə deyil, şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə eyniləşdirilmişdir. Həmçinin icarəyə verən fiziki şəxsin icarəçi hüquqi şəxslə arasındakı icarə münasibətləri ilə bağlı mübahisə iddiaçının müstəqil olaraq və ya hər hansı hüquqi şəxsin nümayəndəsi olaraq həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmamışdır. İddiaçı ilə cavabdehin arasındakı professional münasibətlərin iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı yaranması s əbəbindən iddiaçı ilə cavabdeh arasında mövcud istənilən digər münasibətin də sahibkarlıqla bağlı münasibət kimi qiymətləndirilməsi ilə əlaqədar olaraq düzgün nəticəyə gəlinməmişdir.
13. Şəxsin qazandığı gəlirdən dövlətə vergi ödəyib ödəməməsi nə mübahisənin predmetinə, nə də hüquq münasibətlərinin xarakterinə təsir göstərməmişdir. İddiaçının VÖEN-nin olması mübahisənin kommersiya məhkəməsində baxılması üçün əsas hesab edilə bilməz.
14. Həmçinin, MPM-in 31.1, 32.4-cü maddələrinin tələbləri də pozulmuşdur. Belə ki, iddiaçının vəkil və nümayəndəsi tərəfindən mübahisənin ümumi məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə əsaslandırılmış ərizə ünvanlanmışdır. Lakin, məhkəmə tərəfindən çıxarılmış qərardadda işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi ilə bağlı ərizə əsassız olduğundan əriz ə rədd edilmişdir.
15. Kommersiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 15 fevral tarixli Qərarındakı mövqe ilə ziddiyyət təşkil etmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 15 fevral tarixli Qərarının 18-ci bəndinin tələblərinə riayət olunmamışdır.
16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 mart tarixli, e-2-2(113)-1189/2023 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Hüseynov).
17. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf vermiş olduğu şikayətində iş üzə sahibkar statusuna məxsus fiziki və hüquqi şəxslər arasında olan icarə müqaviləsindən irəli gələn mübahisənin nəyə görə ümumi mə hkəməyə aid olmasını əsaslandıra bilməmişdir. Hüquqi şəxs olan cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün deyil də, başqa hansı məqsədlə icarəyə götürməsini də, əsaslandırması mümkün olmamış, VM-nin 99.3.3-cü maddəsində əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirə aid edilməsi cavabdehin iddiaçı ilə arasında olan icarə hüquq münasibəti ilə bağlı olan hallara deyil, məhz icarəyə verən yəni indiki halda iddiaçı ilə Vergi orqanı arasında olan münasibətlərə aid olmuşdur. Belə ki, VM-nin 99-cu maddəsi məhz “Fiziki şəxslərin gəlir vergisi” fəslinə aid edilmişdir.
18. Məhkəmə öz qərardadında hüquqi əsas kimi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə, 10-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 12, 13-cü bəndlərinə, MPM-in 24.2, 26.1, 26.2, 269.2, 269.3-cü maddələrinə istinad edilmişdir. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
19. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir... 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir:... 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir;...” 20. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respu blikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Sahibkarlığın subyektləri
1. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər: fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; xarici hüquqi şəxslər. “Maddə
10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı
1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçot a alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 21. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keç irilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....”
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommers iya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikay ət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.... 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən v ə tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
23. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin mövqeyi üzrə iş materialları əsasında hüquqi qiymətləndirmə apararaq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdiri lmədən saxlanılmalıdır.
24. Öncə qeyd olunmalıdır ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
25. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020- ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 27. “Sahibkarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsl ərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
28. Hazırki işlə bağlı elektron informasiya sistemində olan “Vergi ödəyicilərinin məlumatları” adlı sənəddən görünür ki, iddiaçıya 2009-cu il 8 oktyabr tarixdə VÖEN (**********) verilmişdir. Cavabdeh isə kommersiya hüquqi şəxs olan Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN **********).
29. Göründüyü kimi, hazırkı iş üzrə tərəflər, həmçinin onlar arasında olan münasibətin və mübahisənin predmeti və hüquq münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur.
30. Bu baxımdan məhkəmə tərki bi hesab edir ki, cavabdehin tərəflər arasında yaranmış mübahisənin rayon məhkəməsində baxılmasına dair şikayəti əsassızdır və o təmin olunmamalı, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şikayətin dəlillərindən biri ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə Kommersiya məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin 2023-cü il 15 fevral tarixli Qərarındakı mövqe ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə şikayətin göstərilən dəlili ilə razılaşmır. Belə ki, həmin qərarda tərəflərdən biri kommersiya hüquqi şəxsi, digəri isə fərdi sahibkar statusuna malik olsa da, mübahisənin cavabdehin fərdi yaşayış məqsədi ilə inşa etdiyi tikili ilə bağlı olduğu və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyi göstərilmişdir. Həmin mübahisənin predmeti isə fərdi yaşayış məqsədi ilə inşa e dilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşadılması olmuşdur. Hazırkı işlə bağlı mübahisə predmeti isə 2021-ci il 4 avqust tarixdə bağlanmış, reyestr nömrəsi **********31 və **********05 olan iki icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və 7.860 manat məbləğində əsas icarə haqqı borcu və əsas borca görə 2.000 manat cərimənin, cəmi 9.860 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Bundan başqa hazırki iş üzrə hər iki müqavilənin 1.4-cü bəndində torpaq sahələrinin icarəçi tərəfindən istehsalat məqsədləri üçün istifadə olunacağı göstərilmişdir.
32. Bakı Kommersiya Məhkəməsinin məhkəmə iclasının 2023-cü il 27 fevral tarixli protokolunda isə iddiaçı cavabdehi n icarəyə götürdüyü torpaq sahəsini bir il sonra real bazar qiyməti ilə satın alacağı barədə icarəyə verənlə şifahi olaraq razılığa gəlməsini və bu məqsədlə iddiaçının direktoru olduğu "xxxx" MMC ilə cavabdehin həmin torpaq sahəsində sonuncunun kommersiya fəaliyyətini həyata keçirməsini təmin etmək üçün X4 Zavodunun tikintisi, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsi işləri ilə bağlı müqavilə bağlanmasını bildirmişdir.
33. Şikayətin digər dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçının VÖEN-ni olması texniki məsələdir və şəxsin real olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmadığını müəyyən etmək üçün əsaslı meyar deyildir. Bununla bağlı isə qeyd olunmalıdır ki VM-in 99.3.3-cü maddəsində əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əl də edilən gəlirə aid edilməsi cavabdehin iddiaçı ilə arasında olan icarə hüquq münasibəti ilə bağlı olan hallara deyil, məhz icarəyə verən iddiaçı ilə Vergi orqanı arasında olan münasibətlərə aid edilmişdir. Göründüyü kimi həmin iş üzrə tərəflər, həmçinin də onlar arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri vəhdət təşkil etməklə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri baxımından bağlılığına dəlalət edir.
34. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, tərəflər arasında mövcud olan münasibətin faktiki hüquqi məzmunu sahibkarlıq fəaliyyəti çərçivəsindədir və bu hal isə onunla nəticələnir ki, hazırkı mübahisəyə ümumi rayon məhkəməsində deyil Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.
35. Qarışıq məhkəmə tər kibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 408-1.8-ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, torpaq sahəsinin boşaldılması və pul tələbi”nin rədd edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli e-2-2(113)-1189/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.