Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-254/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 05.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(106)163/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağla nmış 2020-ci il 1 dekabr tarixli, 381 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-dən daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür.
2. Həmin müqavilənin 2.3-cü bəndinə görə yüklərin daşınmasına cəlb edilmiş xüsusiləşmiş nəqliyyat vasitəsi ilə həyata keçirildiyi üçün yükün boşaldılmasında yol verilən səbəbsiz gecikmələr məsuliyyətə səbəb olur. Ona görə də yüklərin dərhal boşaldılması tələb edilir; 2.4-cü bəndinə görə müqavilə üzrə hesablaşma, bu müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təq dim olunmuş hesab-fakturaya əsasən, 10 iş günü ərzində təhvil verilmiş malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır.
3. Əmtəə-nəqliyyat qaimələrindən və elektron qaimə fakturalardan görünür ki, 2021-ci il 23 noyabr tarixli, EBBM seriyalı, 791119 saylı elektron qaimə əsasında 4.536 manat, 2021-ci il 23 noyabr tarixli, EBBM seriyalı, 227663 saylı elektron qaimə əsasında 4.752 manat, 2021-ci il 17 oktyabr tarixli, EBBK seriyalı, 885513 saylı elektron qaimə əsasında 4.484 manat, 2021-ci il 26 sentyabr tarixli, EBBJ seriyalı, 729497 saylı elektron qaimə əsasında 4.320 manat, 2021-ci il 26 sentyabr tarixli, EBBJ seriyalı, 729501 saylı elektron qaimə əsasında 4.752 manat, 2021-ci il 7 iyul tarixli, EBBE seriyalı, 517436 saylı elektron qaimə əsasında 4.608 manat, 2021-ci il 22 avqust tarixli, EBBD seriyalı, 612823 saylı elektron qaimə əsasında 4.608 manat, 2021-ci il 14 iyun tarixli, EBBD seriyalı, 213864 saylı elektron qaimə əsasında 4.536 manat, 2021-ci il 26 may tarixli, EBBC seriyalı, 307385 saylı elektron qaimə əsasında 4.536 manat, 2021-ci il 15 may tarixli, EBBB seriyalı, 621191 saylı elektron qaimə əsasında 4.464 manat, 2021-ci il 5 may tarixli, EBBH seriyalı, 244528 saylı elektron qaimə əsasında 4.248 manat, 2021-ci il 27 aprel tarixli, EBBA seriyalı, 810076 saylı elektron qaimə əsasında 4.320 manat, 2021-ci il 20 aprel tarixli, EBBA seriyalı, 431448 saylı elektron qaimə əsasında 4.320 manat, 2021-ci il 10 aprel tarixli, EBAZ seriyalı, 956083 saylı elektron qaimə əsasında 4.248 manat, 2021-ci il 26 mart tarixli, EBAZ seriyalı, 181436 saylı elektron qaimə əsasında 4.464 manat, 2021-ci il 16 mart tarixli, EBAY seriyalı, 800209 saylı elektron qaimə əsasında 4.248 manat, 2021-ci il 2 mart tarixli, EBAY seriyalı, 144618 saylı elektron qaimə əsasında 2.232 manat, 2021-ci il 2 mart tarixli, EBAY seriyalı, 157066 saylı elektron qaimə əsasında 2.016 manat, 2021-ci il 16 fevral tarixli, EBAX seriyalı, 500731 saylı elektron qaimə əsasında 2.232 manat, 2021-ci il 10 fevral tarixli, EBAX seriyalı, 304709 saylı elektron qaimə əsasında 4.464 manat, 2021-ci il 4 fevral tarixli, EBAX seriyalı, 000728 saylı elektron qaimə əsasında 4.248 manat, 2021-ci il 26 yanvar tarixli, EBAW seriyalı, 580665 saylı elektron qaimə əsasında 4.464 manat, 2021-ci il 16 yanvar tarixli, EBAW seriyalı, 214446 saylı elektron qaimə əsasında 2.232 manat, 2021-ci il 11 yanvar tarixli, EBAW seriyalı, 988230 saylı elektron qaimə əsasında 4.248 manat, 2021-ci il 6 yanvar tarixli, EBAW seriyalı, 762272 saylı elektron qaimə əsasında 4.248 manat, 2020-ci il 18 dekabr tarixli, EBAV seriyalı, 090897 saylı elektron qaimə əsasında 4.464 manat, 2020-ci il 7 dekabr tarixli, EBAT seriyalı, 524627 saylı elektron qaimə əsasında 4.248 manat məbləğində, ümumilikdə 110.520 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. 4. “Access Bank”ın əməliyyat təfərrüfatlarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı QSC-yə köçürmə yolu ilə 82.200 manat məbləğində ödəniş edilmişdir. 5. 2022-ci il 12 avqust tarixli, MŞB/14-00024 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı QSC 200 manat məbləğində medias iya xərci ödəmişdir.
6. İddiaçı QSC tərəfindən Cavabdeh 2022-ci il 1 iyun tarixli, 005-2 saylı pretenziya məktubu ünvanlanaraq tərəflər arasında bağlanılmış 2020-ci il 1 dekabr tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 28.320 manat məbləğində borcun 5 iş günü müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı QSC (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 28.320 manat əsas borcun, 2.558,63 manat faiz borcunun və 200 manat mediasiya xərci olmaqla, cəmi 31.078,63 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödən ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 1 dekabr tarixli, 381 nömrəli müqaviləyə əsasən alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı bağlanmış müqavilə əsasında cavabdehə 110.520 manat dəyərində mal satmışdır. Cavabdeh bütün malları qəbul etmiş, həmin malların dəyərindən hissəvi olaraq 82.200 manat məbləğində ödəniş olunmuş, son 7 qaimənin dəyərini müqavilənin 2.4-cü bəndinin tələblərini pozaraq ödəmədiyi üçün iddiaçının 28.320 manat borcu yaranmışdır (ödənilməyən elektron qaimə seriya EBBD 612823, 2021-ci il 22 iyun tarixli elektron qaimə üzrə 4.608 manatın bir hissəsi 888 manat, seriya EBBE 517436, 2021-ci il 7 iyul tarixli elektron qaimə üzrə 4.608 manat, seriya EBBJ 729497, 2021-ci il 26 sentyabr t arixli elketron qaimə üzrə 4.320 manat, EBBJ 729501, 2021-ci il 29 iyun tarixli elektron qaimə üzrə 4.752 manat, seriya EBBK 885513, 2021-ci il 17 oktyabr tarixli elektron qaimə üzrə 4.464 manat, seriya EBBM227663, 2021-ci il 12 noyabr tarixli elektron qaimə üzrə 4.752, seriya EBBM 791119, 2021-ci il 23 noyabr tarixli elektron qaimə üzrə 4.536 manat, cəmi 28.320 manat məbləğində).
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə-“MM”) 385.1, 439.3, 442, 449, 567, 600.1-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1 və 3.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1 və 36.2-ci maddələrinə istinad edilmişdir.
10. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli, e-2-2(121)2064/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən edilmiş, cavabdehdən 28.320 manat əsas borc və 200 manat mediasiya xərci olmaqla, cəmi 28.520 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim İ.Cabbarov).
11. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında sement məhsulunun alqısatqısına dair müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə cəmi dəyəri 110.520 manat olan mallar verilmişdir. Cavabdeh aldığı malların dəyərindən iddiaçıya köçürmə yolu ilə 82.200 manat ödəniş etmiş, 28.320 manat borc qalmışdır.
12. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunmuşdur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəl ləsi və Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Elektron qaimə-fakturalar və əmtəə nəqliyyat qaimələri ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 28.320 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin normalarına əsasən, iddia əsas borca münasibətdə təmin olunmalıdır.
13. Məhkəmə MM-nin 449-cu maddəsinə istinadla iddianın 2.558,63 manat faiz borcunun ödənilməsi hissəsini əsassız hesab etmişdir.
14. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 445.2.1, 448.1, 449.1, 567, 600.1, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (bundan sonra – “VM”) 16.1.11-6, 71-1.1, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 saylı Qərarının 1.2, 1.4, 2.1, 2.4, 3.2-ci bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1, 107, 115.0.9, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iş üzrə xətşünaslıq ekspertizasının təyin olunması və müvafiq rəy alındıqdan sonra rəyə uyğun olaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli, 2-2(106)-163/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Heydərov, hakimlər T.Kərimov və Z.Zeynalov).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, elektron qaimə-fakturalar və əmtəə nəqliyyat qaimələri ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 28.320 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər hansı mötəbər süğutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və MM-in 385.1, 386.1, 425.1, 445.2.1, 448.1, 449.1, 567, 600.1, VM-in 16.1.11-6, 71-1.1, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 saylı Qərarının 1.2, 1.4, 2.1, 2.4, 3.2-ci bəndlərinə əsasən iddia əsas borca münasibətdə təmin edilməlidir.
18. Cavabdehin apellyasiya şikayətinin alqı-satqı müqaviləsinin imzalanmamasına dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin birinci instansiya məhkəməsi zamanı kifayət qədər vəsatət verməyə imkanı olsa da bu imkanlardan istifadə e tməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində vəsatət verərək birinci instansiya məhkəməsinə müraciət etdiyini bildirsə də, işin materiallarına baxış zamanı belə hal müəyyən olunmamışdır.
19. Cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmiş, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
20. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul ol unması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbi pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuş, cavabdehin izahatlarını, etirazlarını, apellyasiya şikayətinin dəlillərini nəzərə almamışdır.
22. MPM-in 8, 9, 14, 97.1, 385, 386, 387, 388, 389, 390, 416, 418-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində qeyd edilən mühüm dəlilləri nəzərə almamış, işin hərtərəfli araşdırılmasından yayınmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında dəfələrlə şifahi vəsatət verərək alqı-satqı müqaviləsindəki imzanın cavabd ehə aid olmadığını və mülki iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş olsa da, məhkəmə heç bir əsas gətirmədən vəsatətlər təmin olunmamışdır. Həmçinin nümayəndənin izahatında və məhkəmə iclas protokollarında verilmiş vəsatətləri göstərməməklə qanun pozuntusuna yol verməklə göstərilən prosessual hüquq normalarını pozmuşdur. İddiaçı tərəfindən apellyasiya şikayətinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı 2020-ci il 1 dekabr tarixli, 381 nömrəli alqı-satqı müqaviləsini hazırlamış, imza və möhürlə təsdiq edərək menecer vasitəsi ilə imzalanması üçün cavabdehə göndərilmiş. Cavabdeh mağazada olmadığından, menecer müqaviləni cavabdehin imzalaması üçün satıcıya təqdim etmişdir. Menecer bir müddət sonra mağazaya gedərək imzalanmış müqaviləni götürmüşdür. Müqavilənin k im tərəfindən imzalandığını görməmiş və ya cavabdeh müqaviləyə bilərəkdən sonuncuya aid imza etməmişdir. İddiaçı tərəfindən verilmiş olduğu etirazdan görünür ki, iddiaçı tərəf cavabdehlə qarşılıqlı müqavilə imzalamamışdır. Məhkəmə tərəfindən işə baxılan zaman xətşünaslıq ekspertizasının təyin edilməsi barədə yazılı vəsatət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmiş və qanuna zidd olaraq qətnamə qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2020-ci il 1 dekabr tarixli, 381 nömrəli alqı-satqı müqaviləsini hazırlamış, imza və möhürlə təsdiq edərək menecer vasitəsi ilə imzalanması üçün cavabdehə göndərilmiş. Cavabdeh mağazada olmadığından, menecer müqaviləni cavabdehin imzalaması üçün satıcıya təqdim etmişdir. Menecer bir müddət sonra mağazaya gedərək imzalanmış müqaviləni götürmüşdür. Müqavilənin kim tərəfindən imzalandığını görməmişdir. Həmin müqavilə əsasında iki ildən çox bir müddət ərzində əməliyyat aparılmış, lakin cavabdeh müqavilədəki imzanın sonuncuya məxsus olmadığını iddiaçıya bildirməmişdir. Cavabdeh borc məbləğinin ödənilməsindən yayınmaq üçün imzadan imtina edir.
24. İşin materiallarına əlavə olunmuş elektron qaimə-fakturalardan görünür ki, cavabdeh iddiaçıdan 110.520 manat məbləğində mal almış və elektron qaydada imza edərək qəbul etmişdir. Qəbul olunmuş malın dəyərindən 82.200 manat ödəniş etmiş, 28.320 manat məbləğində isə borcu qalmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun olaraq təhvil verilmişdir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
25. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən iddianın qismən təmin edildiyi hissəsində yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlaya rkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 3 86.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkə mə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”
29. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin müvafiq müddəa larında aşağıdakılar nəzərdə tutulur: “Maddə
16. Vergi ödəyicisinin vəzifələri... 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək:...” “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir:...” 30. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və isifadəsi” Qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli,26 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.... 1.4. Elektron qaimə-faktura aşağıdakı şəxslər istisna olmaqla, yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir: 1.4.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 1.4.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 1.4.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin ap arılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 1.4.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi....”
2. Elektron qaimə-fakturanın tərtib edilməsi 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı haz ırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir.... 2.4. Elektron qaimə-fakturanın növündən asılı olaraq, elektron qaimə-fakturada bu Qaydaların 2.3-cü bəndində qeyd olunan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar və uçotun qurulması üçün zəruri olan digər məlumatlar da əks etdirilir:...”
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndər ilir....” 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2009-cu il 9 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur....”
32. Azərbaycan Respublikası Mülki-Prosessu al müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qan uni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 35.Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-nin 78.1-ci maddəsi). Baxılan iş üzrə cavabdeh, birinci instansiya məhkəməsində hazırda mübahisələndirdiyi hallara ümumiyyətlə istinad etməmiş, prosessual qanunun qeyd olunan tələbinə uyğun olaraq, zəruri sübutları təqdim etməmiş və ya sübutların əldə olunması üçün əsaslandırılmış vəsatətlər təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq norma larının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 17-18).
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, iddiaçı ilə müqavilə münasibətlərinin olmasını inkar edən cavabdeh, iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələrə əsasən 82.200 manat ödəniş etməsinin səbəblərinə dair mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
37. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü m addəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(106)-163/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov İ.Ə.Şəfiyev