Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-257/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərər (əldən çıxmış fayda), pul məbləğinin gecikdirilməsinə görə illik 5 % tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh “X3” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 22(103)-449/2024 nömrəli qətna məsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Tərəflər arasında bağlanmış 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) tərəfindən “X3” MMC-yə illik 16%-lə 36 ay müddətinə 2.130.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında 2014-cü il 25 noyabr tarixli girov (ipoteka) müqaviləsi bağlanmış və müqaviləyə əsasən “X3” MMC-nin mülkiyyətindəki 3.965.875 manat qiymətləndirilmiş 72 ədəd müxtəlif nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər “X3” MMC, X2 və X1 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipote ka predmetlərinə yönəldilməsi və onların açıq hərracda satılması” tələblərinə dair ilk, “X3” MMC-nin "xxxx" İKB ASC-yə qarşı “ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsini təxirə salınması” tələblərinə dair qarşılıqlı iddia qismən təmin edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 13 sentyabr tarixli 2(103)-8423/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC və cavabdeh “X3” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 13 oktyabr tarixində “X3” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə 2017-ci il 13 sentyabr tarixindən 2020-ci il 15 yanvar tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220.131 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğin və 363,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin m üddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən, götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən, borc alanın üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda kreditorun əldən çıxmış fayda şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməm əsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli e-2-2(113)-220/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim - Ü.Həsənova).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı işdə tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilkin olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələb in ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bu səbəbdən cavabdehin hərəkətlərinə kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət verilərkən cavabdehin təqsiri müəyyən edilməmişdir.
10. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən şikayət verilmiş, qətnamə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır. İcra işinin materialları məhkəmə tərəfindən tədqiq edilərkən onun hazıradək icra sənədi üzrə icraatın təzələnməsinə dair təkrarən icra qurumuna müraciət etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən, cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.
11. Həmçinin, məhkəmə qətnaməsi əsasında müvafiq borc məbləğinin girov predmetinə yönəldilməklə tutulmasına dair prosedur çərçivəsində borclu tərəfindən hər hansı maneə yaradılmamış, bu halın əksini sübut edən hər hansı dəlil isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, icra işinin materiallarında da aşkar edilməmişdir.
12. Göründüyü kimi, icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımamış, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsi zliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmiş, icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21.2, 425.1, 425.2, 445.7, 449.1, 449.3, 560.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 2-2(103)-393/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən R.Qurbanov, hakimlər - V.Baxışova və A.Hüseyn).
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də cavabdehin hərəkətlərinə kredit müqaviləsi ü zrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 443.1, 445.7, 448.2-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiya sının 2024-cü il 19 yanvar tarixli 2-2(102)-2/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 2-2(103)-393/2023 nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim – K.Abiyeva, hakimlər – İ.Dadaşov və E.Vəliyeva).
20. Qanunverici qeyd olunan normada (MM-in 445.7-ci maddəsi) icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz ş əkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.
21. Kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
22. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.
23. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.
24. Bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə maneələrin törədilib-törədilməməsinin müəyyən edilməsidir.
25. Təminatlı kreditlər üzrə ipoteka və girov predmetlərini aidiyyəti icra qurumuna təhvil verilməsindən imtina olunub-olunmaması barədə yekun qənaətə isə məhkəmə, yalnız həmin qətnamə üzrə icra işinin materiallarının tam tədqiqindən və qiymətləndirilməsindən sonra gələ bilər.
26. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələr in yaradılmasının aşkar olunmadığına dair nəticəyə gələrkən yuxarıda qeyd olunmuş xüsusatları nəzərə almamışdır. İşə, icra işinin materiallarından çıxarışlar əlavə edilsə də, həmin sənədlər (i.v.135-153) qeyd olunan halların araşdırılması baxımından birmənalı qənaətə gəlmək üçün yetərli deyildir.
27. Belə ki, işin materiallarından görünür ki, icra icraatı çərçivəsində cavabdeh (borclu) 2018-ci il 30 iyul tarixli məktubla icra məmuruna müraciət edərək, icra sənədində göstərilən nəqliyyat vasitələrindən 6 ədədini Bankın dayanacağına təhvil verdiyini bildirmiş və həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq borcun silinməsinə dair müvafiq tədbirin görülməsini xahiş etmişdir.
28. Mübahisənin düzgün hüquqi həlli baxımından əhəmiyyətli olsa da, məhkəmə tə rəfindən qeyd olunan nəqliyyat vasitələrinin borcun silinməsinə yönəldilib-yönəldilmədiyi araşdırılıb qiymətləndirilməmişdır. Belə ki, qeyd edilən silinmələrin aparıldığı halda, məhkəmə tərəfindən hazırkı iddia tələbinin əsaslılığı borcun ödənilməsinə yönəldilmiş həmin vəsaitlərin məbləği, ödənilmə tarixi müəyyən edilməklə, bu tarixdən sonrakı dövr üçün qalıq borca münasibətdə yoxlanılmalıdır.
29. Bundan başqa, işin materiallarından görünür ki, tələbkarın (Bankın) 2020-ci il 23 yanvar tarixli müraciəti əsasında İcra şöbəsinin 2020-ci il 28 yanvar tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddia tələbini rədd edərkən yalnız bu fakta istinadla qeyd etmişlər ki, cavabdehin hərəkətləri nəticəsində deyil, tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır.
30. Lakin nəzərə alınmamışdır ki, icra sənədi üzrə icraat 2018-ci il 1 may tarixində başlamış, tələbkarın icraatın dayandırılması barədə müraciəti isə təxminən 1 il 8 ay sonra - 2020-ci il 23 yanvar tarixində edilmişdir. Bu müddət ərzində qətnamənin icra edilməməsindən irəli gələn tələbə hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, tələbkarın hazıradək icra sənədi üzrə icraatın təzələnməsinə dair təkrarən icra qurumuna müraciət etmədiyi qeyd edilsə də, işin materiallarından görünür ki, icra icraatının dayandırılması tarixindən sonrakı tarixə (2022-ci ildə) tələbkar sözügedən icra sənədinin icrasından irəli gələn müəyyən hərəkətlərin edilməsi üçün icra qurumuna müraciət etmişdir (İ cild, i/v 152).
31. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur.
32. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.
33. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi MM-in 445.7-ci maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmiş, maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
34. İşə yenidən baxılarkən, iddia tələbinin yoxlanılması zamanı, iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsindən irəli gəldiyi nəzərə alınmalı, müvafiq icra işinin materiallarına əsasən icra sənədi üzrə ödənişlərin edilibedilmədiyi, həmin ödənişlərin tarixi, təminatlı kredit müqavilələri üzrə girov (ipoteka) predmetlərinin hərraca çıxarılması üçün təqdim olunub-olunmadığı, o cümlədən mübahisənin düzgün hüquqi həlli baxımından əhəmiyyətli olan digər hallar tam, hərtərəfli, obyektiv araşdırılmalıdır.
35. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunan əsas borca MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən faizin hesablanmasına dair sübutların təqdim edilməsini iddiaçıya təklif etməli, zəruri bilindiyi halda, həmin faizin hesablanması üçün müvafiq ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
36. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 21.2, 21.3, 425.1, 443.1, 443.2, 445.7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarlarına; MPM-in 14.2, 77.1, 88, 217.4, 416, 417, 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-449/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmuşdur. 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə 2017-ci il 13 senty abr tarixindən 2020-ci il 15 yanvar tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 218.889,92 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
38. Məhkəmə kollegiyası qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmi ş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
39. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən (bax § ) onu da qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə maneələrin törədilib-törədilməməsinin müəyyən edilməsidir.
40. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaç ı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
41. Belə ki, 2018-ci il 1 may tarixli qərarla icraata başlanılan Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli 2(009)-340/2018 nömrəli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün müddətində borcluya vaxt verilmişdir.
42. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu cavabdehə məxsus olan bank hesablarına həbs qoyulmuşdur və hesablarda aşkar olunan pul vəsaitləri Səbail rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq icra sənədi üzrə Səbail rayon İcra və Probasiya Şöbəsinə köçürülmüş pul vəsaitinin iddiaçının bank hesabına köçürülməsi xahiş olunmuşdur.
43. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2019-cu il 19 noyabr tarixli 97614/18-xx-xx/8361 nömrəli məktubdan görünür ki, icra sənədində ipoteka predmeti kimi göstərilmiş FAW markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hərrac yolu ilə satışının təmin olunması xahiş olunmuşdur.
44. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2020-ci il 15 yanvar tarixli PAİHTD190 nömrəli məktubdan görünür ki, icra vərəqəsi üzrə keçirilən hərracın dayandırılması ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur.
45. İddiaçı tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 2020-ci il 27 yanvar tarixli PAİHTD-605 nömrəli məktubdan görünür ki, icra sənədinin icrasının dayandırılması xahiş olunmuşdur.
46. Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 2020-ci il 28 yanvar tarixli qərardan görünür ki, Səbail rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli 2(009)340/2018 nömrəli qərarı üzrə icraat dayandırılmışdır.
47. İddiaçı 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə 2017-ci il 13 sentyabr tarixindən 2020-ci il 15 yanvar tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220.131 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir.
48. Göründüyü kimi iddiaçı icra üzrə icraatın dayandırılmasını xahiş etdiyi tarixədək, yəni 2020-ci il 15 yanvar tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220.131 manat pulu tələb etmişdir. Bundan başqa q eyd olunmalıdır ki, dayandırma barədə müraciətdə məqsəd ilkin satış qiymətinin məbləği ilə bağlı iddiaçının narazılığı olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli icra sənədinin 2017-ci il 13 sentyabr tarixindən 2020-ci il 15 yanvar tarixinədək icrasının sona çatdırılmaması iddiaçının hərəkətləri nəticəsində deyil, məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş vermişdir. İcra üzrə icraat dayandırılana qədər cavabdehin pul öhdəliyini yerinə yetirməsinə hüquqi və ya faktiki maneə aşkar edilməmişdir.
49. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, istinad olunan maddə (MM-in 445.7-ci maddəsi), öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdi rilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.
50. Ali Məhkəmənin göstərişi icra olunaraq kollegiyanın sorğusu əsasında yuxarıda qeyd edilən icra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 2018-ci il 14 may tarixində icra məmuru ipoteka predmetlərinin (avtomobillərin) axtarılması haqqında qərar qəbul etmiş, həmin qərarı müvafiq orqana göndərmişdir. Həmçinin icra məmuru məcburi icra ödənişinin alınması barədə qərar qəbul etmişdir.
51. İcra işində olan cavabdeh tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 2018-ci il 30 iyul tarixli 15 nömrəli məktubdan görünür ki, icra sənədində qeyd olunan nəqliyyat vasitələrindən 6 adda nəqliyyat vasitələri iddiaçının dayanacağına təhvil verilmişdir. Odur ki, icra işinin icrasıyla əlaq ədar olaraq həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq icra sənədi üzrə borclarının silinməsinə dair müvafiq tədbirin görülməsi xahiş olunmuşdur.
52. İddiaçının duracağına qoyulmuş “Faw” markalı maşına baxış keçirilməsi barədə cavabdehin nümayəndəsinin vəsatəti əsaslı olmadığı üçün təmin edilə bilməz. Belə ki, həmin maşın 52-ci bəndə qeyd edilən 6 adda maşınlardan biridir. Mübahisənin həlli edilməsi baxımından vəsatətin təmin edilməsi heç bir hüquqi əhəmiyyət kəsb etmir.
53. İcra işindən müəyyən edilmişdir ki, 2020-ci il 15 yanvar tarixinədək qətnamədə göstərilən ipoteka predmetləri olan 72 ədəd (6 ədəd istisna) müxtəlif nəqliyyat vasitələri cavabdeh tərəfindən icra məmuruna təqdim edilməmiş və hərrac keçirilməmişdir.
54. Beləliklə iş materialları ilə öhdəliyin icrasının gecikdirilməsi (qətnamənin icra edilməməsi, ipoteka predmetinin ödənilməməsi) işin mübahisəsiz halı kimi qəbul edilməlidir. İddiaçı zərərin məbləğinə dair sübut təqdim etməli, lakin zərərə düşməsini sübut etməyə məcbur edilə bilməz.
55. Məhkəmə kollegiyası iddiaçının zərərin məbləği ilə bağlı təqdim etdiyi sübutu kifayətedici saymayaraq məhkəmə mühasibatlıq ekspertizası keçirmiş və daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 1 noyabr tarixli ekspert rəyində tərəflər arasında bağlanmış 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə 2017-ci il 13 sentyabr tarixindən 2020-ci il 15 yanvar tarixədək 1.871.742,79 manat əsas borca gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsinə hesablanmış faiz 218.889,92 manat məbləğində müəyyən olunmuşdur.
56. Cavabdeh k assasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
57. MM-in 445.7-ci maddəsi üzrə - Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırda iddiaçı faizdən faiz tələb edir.
58. MM-in 448.2-ci maddəsi üzrə - İş materiallarına əsasən iddiaçı qətnamənin icrasına maneə olaraq onu dayandırdığından cavabdehin heç bir təqsiri yoxdur. Borc məbləğinin iki qat dəyərində girov əmlak mövcuddur və qətnamə borcun həmin əmlaklara yönəldilməsini qət etmişdir. Lakin iddiaçı icra işini dayandıraraq hərracın keçirilməsinə, borcun ödənilməsinə maneə olduğundan borc gecikdirilmişdir. Təqdim olunmuş məktubdan görünür ki, cavabdeh iddiaçıya avtomobillər təqdim etmiş, lakin iddiaçı həmin avtomobillərin satılaraq borcun ödənilməsinə maneə olaraq icranı dayandrımışdır. Bu işdə təqsirkar vardırsa sübut olunur ki, bu iddiaçıdır. Normal proses olaraq hərracların keçirilməsi prosesini cavabdeh tərəfindən borcun ödənilməməsi kimi qiymətləndirmək qanunsuz və əsassızdır. 59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı üzrə - Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzi fələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Ona görə də, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri yoxdur.
60. MPM-in 9-cu maddəsi üzrə - Ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuş, qanunvericiliyin tələblərinə məhəl qoyulmadan iddiaçının və vətəndaşların hüquq və mənafelərinə toxunan qətnamə çıxarılmışdır.
61. MPM-in 77.1 və 88-ci maddələri üzrə - Sübutların obyektiv qiymətləndirməsi təmin edilməmişdir.
62. Kassator şikayətin “Digər məsələlər” bölməsində bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli icra sənədinin hazıradək icrasının sona çatdırılması cavabdehin hərəkətləri nəticəsində deyil, məhz tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən mümkün olmamışdır. Eyni zamanda cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, əsassız şikayətlərin verilməsi və s.) da təqdim edilməmişdir. Bütün bunlara görə də MM-in 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsini tələb etməsi əsassızdır, çünki cavabdehin heç bir təqsiri yoxdur. Lakin məhkəmə sübutlara qiymət vermək əvəzinə iddiaçının mənafeyini üstün tutur.
63. Həmçinin öz mövqeyini əsaslandırmaq üçün kassator tərəfindən şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü ma ddəsinin 1-ci hissəsinə; MM-in 17.1-ci maddəsinə; MPM-in 9.1, 14, 88, 189, 217.3, 218.1, 220.4, 403.1, 417.1.4, 418.1-ci maddələrinə də istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
65. İddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri)
66. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hall arının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
67. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta y etirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir...”
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zər ərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəs i ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər aras ındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar)...”
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.
72. Əvvəla, məhkəmə kollegiyası iddiaçının cavabdehdən MM-in 445.7-ci maddəsinə (bax § 67) uyğun olaraq kredit öhdəliklərinin gecikdirilməsinə görə illik 5 %-lə hesablanmış faiz borcunun tutulmasına dair iddia tə ləbinin haqlı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etdiyindən bununla bağlı hazırkı kassasiya şikayətinin müvafiq dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmədiyini bildirir.
73. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, son apellyasiya baxışında məhkəmə hazırkı iş üzrə ilk kassasiya baxışında qəbul edilmiş qərarda verilmiş göstərişləri natamam icra etdyindən cavabdehdən tutulmalı borcun məbləği barədə yanlış nəticəyə gəlmişdir.
74. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 yanvar tarixli 2-2(102)-2/2024 nömrəli qərarında verilən göstərişlərdən biri ondan ibarət olmuşdur ki, müvafiq icra işinin materiallarına əsasən icra sənədi üzrə ödənişlərin edilib-edilmədiyi, həmin ödənişlərin tarixi, təminatlı kredit müqavilələri üzrə girov (ipoteka) predmetlərinin hərraca çıxarılması üçün təqdim olunub-olunmadığı, o cümlədən mübahisənin düzgün hüquqi həlli baxımından əhəmiyyətli olan digər hallar tam, hərtərəfli, obyektiv araşdırılmalıdır.
75. İkinci apellyasiya apellyasiya baxışında məhkəmə icra işinin materiallarında olan cavabdeh tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 2018-ci il 30 iyul tarixli 15 nömrəli məktuba istinadən göstərmişdir ki, icra sənədində qeyd olunan nəqliyyat vasitələrindən 6 adda nəqliyyat vasitələri iddiaçının dayanacağına təhvil verilmişdir. Odur ki, icra işinin icrasıyla əlaqədar olaraq həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq icra sənədi üzrə borclarının silinməsinə dair müvafiq tədbirin görülməsi xahiş olunmuşdur.
76. Bununla belə, iş materiallarından görünür ki, hazırkı iddia üzrə cavabdehdən illik 5 %-lə tutulmalı olan faiz borcun məbləği Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2017-ci il 4 may tarixli qətnaməsi ilə qət olunmuş 1.871.742,79 manat əsas borca əsasən hesablanmış, lakin bu zaman cavabdehin 6 adda nəqliyyat vasitələrini iddiaçının dayanacağına təhvil verməsi nəzərə alınmamışdır.
77. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən (2009-cu il 9 iyul tarixli, 2023-cü il 29 mart tarixli qərarları - bax §§ 68-69) aydın olur ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam ve rilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Bununla belə, borcun, faizlərin girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Belə ki, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verilir. Bu, birmənalı olaraq sübut edir ki, qa nuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu borcludan asılı olmayan haldan irəli gəlir.
78. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia üzrə illik 5 %-lə tutulmalı faiz borcunun məbləği müəyyən edilərkən cavabdehin 6 adda nəqliyyat vasitələrini iddiaçının dayanacağına təhvil verməsinin nəzərə alınmaması ədalətli və əsaslı, o cümlədən yuxarıda istinad olunan hüquqi mövqelərə uyğun hesab edilə bilməz.
79. Bundan başqa, son apellyasiya baxışında işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu cavabdehə məxsus olan bank hesablarına həbs qoyulmuşdur və hesablarda aşkar olunan pul vəsaitləri Səbail rayon İcra və Probasiya Şöbə sinin depozit hesabına köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq icra sənədi üzrə Səbail rayon İcra və Probasiya Şöbəsinə köçürülmüş pul vəsaitinin iddiaçının bank hesabına köçürülməsi xahiş olunmuşdur.
80. Lakin apellyasiya instansiyası məhkəməsi həmin pul vəsaitlərinin məbləğini dəqiqləşdirərək onları da illik 5 %-lə hesablanmış faiz borcun məbləğini müəyyən edərkən nəzərə almamışdır.
81. Halbuki yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 yanvar tarixli qərarında verilən göstərişlərdən biri də məhz müvafiq icra işinin materiallarına əsasən icra sənədi üzrə ödənişlərin edilib-edilmədiyinin, həmin ödənişlərin tarixinin araşdırılması istiqamətində olmuşdur.
82. Sözügedən xüsusatlara aydınlıq gətirilməməsi səbəbindən isə h azırkı iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir.
83. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini (bax § 70) pozaraq hazırkı iş üzrə ilk kassasiya baxışında qəbul edilmiş Ali Məhkəmənin qərarında əks olunan göstərişləri tam yerinə yetirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 70) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
84. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-449/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
85. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla q eyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 yanvar tarixli 2-2(102)-2/2024 nömrəli qərarında verilən göstərişləri tam yerinə yetirərək müvafiq icra işinin materiallarına əsasən: 1) icra sənədi üzrə edilmiş ödənişləri, o cümlədən cavabdehə məxsus olan bank hesablarında aşkar olunaraq Səbail rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüş pul vəsaitlərini; 2) həmçinin təminatlı kredit müqavilələri üzrə hərraca çıxarılması üçün cavabdeh tərəfindən təqdim edilmiş girov (ipoteka) predmetlərini hazırkı iddia üzrə illik 5 %-lə tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
86. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu madd ələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “X3” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-449/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.