Məhkəmə qərarları › İş №2-2(102)-262/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-262/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-262/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli, 2-2(103)-123/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı 2019-cu il 8 avqust tarixində MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 185.131,42 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin cavabdehin onu əhəmiyyətli dərəcədə pozması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməy ə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232.643 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitlərinin MMC-dən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 6 dekabr tarixində MTK-ya qarşı ilk iddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin tamamilə rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, MTK-dan 1.441.253,01 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi və qarşılıqlı iddiada adları, miqdarı, vəziyyəti və qiyməti qeyd olunan 169 adda avadanlıq, qurğu və inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınaraq MMC-yə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə müraciət edərək, MTK-nın MMC-yə qarşı iddia tələbinin rədd edilməsi, görülmüş işlərə görə 729. 657,2 manat, əlavə dəyər vergisinə görə 212.707,57 manat, dəymiş zərərə görə 276.365 manat, çatışmayan əmlakların dəyəri olaraq 95.167 manat, əldən çıxmış fayda 1.662.647 manat, iki illik faiz borcuna görə 72.965,7 manat, cəmi 3.049.509,47 manat məbləğində pulun MTK-dan alınıb MMC-yə ödənilməsi, adları, miqdarı və vəziyyəti qeyd olunan 169 adda avadanlıq, qurğu, inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınıb MMC-yə verilməsi, qeyd edilən siyahıda göstərilən mal-materialların və avadanlıqlar verilmədiyi və ya mövcud olmadığı təqdirdə, onların dəyərinin alınıb MMC-yə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 iyun tarixli e-2-2(113)-40/2021 saylı qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, MTKdan görülmüş işlərə görə 37.374,38 manat, illik 5 %-lə hesablanmaqla 1.868,70 manat olmaqla, cəmi 39.243,08 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması, BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar:

1. EYME BUKME MAKİNA 2 ədəd;

2. KESME MAKİNA 2 ədəd;

3. SU DİSPENSERİ 1 ədəd;

4. ETREQOL EYME UCUN 1 ədəd;

5. SLANQBAUN 1 ədəd;

6. QELİB 40 -2M 9 ədəd;

7. QELİB35 -2 M 5 ədəd;

8. QELİB 40 – İM 17 ədəd;

9. QELİB 35-1M 5 ədəd;

10. QELİB KUNC 3M - 20SM 5 ədəd;

11. LESA1.20 -1.45 (çalışma iskələsi dəst) 30 ədəd;

12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd;

13. ALT AYAR MİLİ 260 ədəd;

14. QELİB 50 –İM 187 ədəd;

15. QELİB 50-2 M 75 ədəd;

16. SALYANQOZ 1500 ədəd;

17. PAYANDA ALTLİQİ 40 ədəd;

18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd;

19. SANCAQ PİM 25 ədəd; 2

0. PAYANDA 17 ədəd;

21. QELİB UCUN KORKULUQ 15 ədəd;

22. BADYA 1 ədəd;

23. DEMİR QELİB 50 1 M 105 ədəd;

24. DEMİR QELİB 50 1 M 75 ədəd;

25. UQOLNİK 3 M 30 ədəd;

26. UST AYAR MİLİ 280 ədəd:

27. ALT AYAR MİLİ 700 ədəd;

28. İSKELE DEST 150180 446 ədəd;

29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd;

30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd;

31. İSKELE 1.10 -150 124 ədəd;

32. İSKELE 120-150 140 ədəd;

33. İSKELE 150180 159 ədəd;

34. CARPASLAR İSKELE UCUN 150 ədəd;

35. İSKELE 150180 33 ədəd;

36. FLYANSL1 DİREK 3M 72 ədəd;

37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd;

38. ALT MİL48 45 ədəd;

39. BAŞLİQ NİPEL 200 ədəd;

40. AYAQ ALTİ DEMİR 32 ədəd;

41. İSKELE 150-180 dest 462 ədəd;

42. DOKA 4 M 160 ədəd;

43. Ust ayar mili 250 ədəd;

44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd;

47. Taxta Azman (5x20) 1000 metr;

48. Plywood 550 ədəd MTK-dan alınaraq MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova). İddiaçı 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən – ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin olunduğu hissəsində ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin – qarşılıqlı iddianın qismən təmin olunduğu hissədə dəyişdirilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-58/2022 saylı qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin olunduğu hissədə ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia rədd edilmişdir. İlk iddia isə qismən təmin olunaraq, MMC-dən MTK-nın xeyrinə 65.776,72 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova). Cavabdeh 2022-ci il 19 may tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətn amənin ləğv, MTK-nın iddiasının rədd, MMC-nin qarşılıqlı iddiasının isə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 18 noyabr tarixli, 2-2(102)622/2022 nömrəli qərarı ilə ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-58/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qət edilmişdir (sədrlik edən – B.Qəribov, hakimlər – Ə.Əliyev və İ.Xəlilov). Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 dekabr tarixli, 2-2(103)-123/2023 nömrəli qətnaməsi ilə, İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,. ”Bingroup” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə qarşılıqlı iddia təmin edilməmişdir. İlk iddia isə qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı MTK-nın xeyrinə 65.776,72 (altmış beş min yeddi yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutulmuş, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması q ət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC 2024-cü il 9 mart tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2023-ci il tarixli 13 dekabr, 2-2(103)-123/2023 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı MTK-nın iddiasının rədd edilməsi və Cavabdeh MMC-dən qarşılıqlı iddiasının tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən «Elektron məhkəmə» İnformasiya Sistemindən göründüyü kimi, şikayəti elektron qaydada cavabdehin adından nümayəndə kimi Vəkil2 imzalamışdır. Lakin cavabdeh tərəfindən Vəkil2 verilmiş etibarnamənin müddəti 2023-cü il 8 yanvar tarixində bitmişdir. Bu isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlmə yə əsas verir. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassas iya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli, 2-2(103)-123/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar