Məhkəmə qərarları › İş №2-2(102)-266/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-266/2021

06.07.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-266/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MTK-nın cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: borcun silinməsi, maddi ziyanın ödənilməsi 06.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MTK-nın vəkili cavabdeh ASC-nin vəkilinin iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh ASC-yə qarşı “borcun silinməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2021-ci il 23 fevral tarixli 2-2(103)-87/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2014-cü il 11 fevral tarixli, R seriyalı, 018504 saylı Aktdan görünür ki, cavabdeh ASC-nin (bundan sonra – “ASC”) əməkdaşları tərəfindən X ünvanında yerləşən İddiaçı MTK-ya (bundan sonra – “MTK”) məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın ekranı oxunmur.

2. İş materiallarında olan 2017-ci il 16 iyun tarixli, NDQ seriyalı, 003235 saylı Aktdan görünür ki, ASC-nin əməkdaşları tərəfindən X ünvanında yerləşən MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 2017-ci il 9 iyun tarixində kompüterin məlumat bazasına “1100” göstəri cisi daxil edilmiş, faktiki göstərici isə 2036-dır (73070250 nömrəli sayğac). 3. 2017-ci il 24 avqust tarixli, NDQ seriyalı, 003424 saylı Aktdan görünür ki, ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 112 ünvanında yerləşən MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 73070250 nömrəli sayğacın impuls lampası yanıb sönmür, ekran oxunmur. 4. 2018-ci il 26 sentyabr tarixli, NDQ seriyalı, 004565 saylı Aktdan görünür ki, MTK-nin əməkdaşları tərəfindən X ünvanında yerləşən MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, kompüterin məlumat bazasına 95600 kvts daxil edilməmiş sərfiyyat var.

5. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 2017-ci il 25 avqust tarixli 082537 saylı protokolu n surətindən görünür ki, 73070250 nömrəli sayğac istismara yararsızdır.

6. Abunə haqqının surətindən görünür ki, NDQ 003041 saylı akta əsasən ASC tərəfindən MTKya 2017-ci il 23 aprel tarixində 1.558,68 manat, 2017-ci il 24 aprel tarixində 3.060,26 manat və 2017ci il 25 aprel tarixində 4.134,24 manat, cəmi 8.753,18 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. MTK 2019-cu il 1 aprel tarixində ASC-yə qarşı elektrik enerjisi sərfiyyatı ilə bağlı qanunsuz olaraq hesablanmış 44.372,08 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

8. Daha sonra MTK-nın nümayəndəsi və vəkili 2020-ci il 5 mart tarixində iddia tələbinin həcminin artırılması v ə dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ASC tərəfindən qanunsuz olaraq hesablanmış 2014-cü il 28 mart tarixli R1018504 saylı aktla 6.341,10 manat, 2017ci il 19 iyun tarixli NDQ0032535 saylı aktla 18.500 manat, 2017-ci il 28 avqust tarixli NDQ003424 saylı aktla 5.230,98 manat və 2018-ci il 1 oktyabr tarixli NDQ004565 saylı aktla 14.300 manat, əlavə hesablanmış 3.569 manat borc olmaqla, cəmi 47.941 manat məbləğində borcun silinməsi və binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC tərəfindən MTK-ya elektrik enerjisindən istifadəyə görə 2014-cü il 28 mart tarixində 6.341 manat, 2017-ci il 19 iyun tarixində 18.500 manat, 2017-ci il 28 avqust tar ixində 5.230 manat, 2018-ci il 1 oktyabr tarixində isə 14.300 manat olmaqla, cəmi 44.372 manat məbləğində sərfiyyat yazılmışdır, hansı ki, MTK-nın aylıq enerji xərci 300-400 manat civarındadır. Elektron sayğacın nasaz olması ilə bağlı dəfələrlə qarşı tərəfə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. MTK-nın üzərinə yüklənmiş qeyd edilən sərfiyyat və cərimələr əsassız və qanunsuzdur. Binada yaşayan sakinlərə məxsus mənzillərin hər birinə, o cümlədən MTKnın özünə ayrıca sayğac quraşdırılsa da, bununla yanaşı MTK-ya ümumi sayğac da quraşdırılmışdır. ASC həm MTK-nın, həm də sakinlərin hər birinə aid sərfiyyatı çıxarmaq üçün məlumatları ümumi sayğacdan götürür. Bundan sonra sakinlərin işlətdiyi elektrik enerjisi çıxıldıqdan sonra yerdə qalan məbləği MTK-nın üzərinə hesablayır. Bu isə bir sıra yanlışlıqların ortaya çıxmasına səbəb olur. Belə ki, əgər vətəndaşlardan kimsə sayğaca müdaxilə edərsə, bu qanunsuz addım nəticəsində meydana gəlmiş borc MTK-nın üzərinə atılır, bu isə MTK-nın hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni ilə hazırda mübahisələndirilən aktlara görə əmələ gəlmiş borclar da həmin düzgün olmayan hesablamalar nəticəsində ortaya çıxmışdır. Bu hal daim MTK-nı qeyri-müəyyən vəziyyətə salır və istisna edilmir ki, gələcəkdə sakinlər tərəfindən hər hansı pozuntu halı aşkar edilərsə, bunun məsuliyyəti yenə də MTK-nın üzərinə qoyulacaqdır.

10. İddia tələbi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3.1, 3.2-ci maddələrinə və həmin qanunun tətbiqi haqqında Azər baycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 saylı Fərmanına istinad edilərək əsaslandırılmışdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli e-2-2(81)704/2019 saylı qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur (hakim – F.Mədətli): 1) Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski ev 112-də quraşdırılmış MTK-ya məxsus “Viko” tipli, ******* №li, 02798146 №li, 02815673 №li və “Mak” tipli, 73070250 №li sayğaclar istismara yararlıdırmı? 2) Həmin sayğaclara müdaxilə edilmişdirmi? 3) ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş NDQ №0032235 Aktda qeyd olunan MTK-ya məx sus “Viko” tipli, ******* №li sayğacın üzərində kompüterin məlumat bazasına daxil edilməmiş 56.160 kvts, “Viko” tipli, 02798146 №li, 02815673 №li sayğacların üzərində kompüterin məlumat bazasına daxil edilməmiş 73.500 kvts+95.600 kvts sərfiyyat hansı dövrləri əhatə edir? 12. 2019-cu il 25 noyabr tarixli 20909 nömrəli ekspert rəyi ilə həmin suallara aşağıdakı kimi cavab verilmişdir: - 1 və 2-ci suallar üzrə: 2019-cu il 12 sentyabr tarixində ekspert və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının zirzəmisində və binanın yaxınlığında olan transformator məntəqəsində quraşdırılmış “Viko” tipli S/N 02798146 və S/N 02815673 nömrəli elektron elektrik sayğacların gövdəsində, onların üzərinə vurulmuş möhürlərdə və sayğaclara birləşdirilmiş cərəyan tr ansformatorların üzərindəki möhürlərdə gözlə görünə bilən, sınma, qırılma, deşilmə və digər müdaxiləyə oxşar izlər müəyyən edilməmişdir. “Mak” (“Makel”) tipli 73070250 nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin mülki iş materialları ilə ekspertizaya təqdim edilmiş ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2017-ci il 24 avqust tarixli 003424 NDQ №-li aktdan və 2017-ci il 25 avqust tarixli 013512 nömrəli “Sayğacların və cərəyan transformatorların yoxlanılması akt”ından görünür ki, “Mak” (“Makel”) tipli 73070250 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın daxili qüsuru nəticəsində işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmi şdir. “Makel” tipli ********* seriya nömrəli elektrik sayğacı ekspertiza tədqiqatına təqdim edilmədiyindən, həmin sayğac və ona bağlanmış möhürləri tədqiq etmək mümkün olmamışdır. Lakin əlavə materiallarla ekspertizaya təqdim edilmiş ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2014-cü il 11 fevral tarixli R №018504 nömrəli aktdan görünür ki, həmin “Makel” tipli ********* seriya nömrəli elektrik sayğacın ekranın oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. - 3-cü sual üzrə: Ekspertizaya iş materialları ilə təqdim edilmiş ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2017-ci il 16 iyun tarixli 003235 NDQ №-li və 2018-ci il 26 sentyabr tarixli 004565 NDQ №-li aktlardan göründüyü kimi, hesablaşma sayğaclarının üzərində kompüterin məl umat bazasına daxil edilməmiş sərfiyyatlar vardır. Lakin həmin sərfiyyatların hansı müddətlərdə və hansı səbəbdən yaranması barədə həm aktlarda, həm icra vərəqələrdə heç bir məlumat verilməmiş və bu səbəbdən sayğacların üzərində kompüterin məlumat bazasına daxil edilməmiş elektrik enerji sərfiyyatların hansı dövrləri əhatə edib-etməməsini müəyyən etmək mümkün deyildir. Bununla yanaşı, hər iki aktdan göründüyü kimi, yoxlama zamanı hesablaşma sayğaclarında qeydə alınmış enerji sərfiyyatlarının göstəriciləri ilə ASC-nin əməkdaşları tərəfindən aparılmış ölçmələr arasında heç bir fərq yoxdur, yəni sayğaclar sxemlərdən axan yükləri hesablamaqla enerji sərfiyyatlarını düzgün qeydə alırlarmış. Belə olan halda aktlarda göstərilmiş sayğacların kompüter məlumat bazasına daxil edilməmiş enerji sərfiyy atlarının yaranması şübhə doğurur. Qeyd olunur ki, elektrik sayğacların üzərində kompüterin məlumat bazasına daxil edilməmiş sərfiyyatların hansı dövrləri əhatə edibetməməsini, həmin elektron sayğacların kompüter bazasının yaddaşında olan məlumatları oxunmaqla (əgər həmin tip sayğaclarda bu funksiyası nəzərə alınıbsa) müəyyən etmək olar. Məhkəmə ekspertiza mərkəzində sayğacların kompüter yaddaşlarının oxunması üçün müvafiq avadanlıqlarla təyin edilmiş yer (laboratoriya, stend və s.) olmadığından qoyulmuş suala cavab vermək mümkün deyildir. ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2014-cü il 11 fevral tarixli R № 018504 və 2017-ci il 24 avqust tarixli 003424 NDQ nömrəli aktlara görə müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fev ral tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.16-cı bəndinin tələblərinə zidd hesablanmışdır. Belə ki, həmin bəndin tələblərinə görə istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatını enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparmaq əvəzinə ASC-nin əməkdaşları tərəfindən yoxlama zamanı sayğacın sxemindən axan yüklərinə görə hesabat aparılmışdır.

13. ASC-nin 2020-ci il 25 fevral tarixində iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK-nın ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasını 2014- cü il 11 fevral tarixli R 018504 saylı akt hissəsind ə iddia müddəti keçdiyindən, qalan hissələrdə isə əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli e-2-2(113)-80/2020 saylı qərardadı ilə MTK-nın ASC-yə qarşı binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin ASC-nin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir (hakim – Z.Axundova).

15. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə MTK-nın binanın ümumi sayğacının ləğv edilməsi vəzifəsinin ASC-nin üzərinə qoyulması mübahisəsinə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Belə ki, həmin hissədə iddia tələbi sahibkarlıq fəaliyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməməlidir. MTK binanın ümumi sayğacının ləğv edilməsi ilə bağlı ASC- yə, ASC tərəfindən imtina olunarsa, inzibati məhkəməyə müraciət edə bilər.

16. Məhkəmə bu qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 261.0.1, 262.1, 262.4, 262.5-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 2.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli e-2-2(113)-80/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ASC-nin MTK-ya hesablanmış 47.941 manat məbləğində borcun silinməsi vəzifəsi ASC-nin üzərinə qoyulmuş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).

18. Birinci i nstansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

19. ASC-nin əməkdaşları tərəfindən MTK-ya məxsus obyektdə yoxlama keçirilmiş və “Mak” (“Makel”) tipli 73070250 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın daxili qüsuru nəticəsində işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. “Makel” tipli ********* seriya nömrəli elektrik sayğacın ekranının oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Sayğacların üzərində kompüterin məlumat bazasına daxil edilməmiş sərfiyyatlar olmuş, lakin həmin sərfiyyatların hansı müddətlərdə və hansı səbəbdən yaranması barədə həm aktlarda, həm icra vərəqələrində heç bir məlumat verilməmiş və bu səbəbdən sayğacların üzərində kompüte rin məlumat bazasına daxil edilməmiş elektrik enerji sərfiyyatlarının hansı dövrləri əhatə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.

20. Bununla yanaşı, yoxlama zamanı hesablaşma sayğaclarında qeydə alınmış enerji sərfiyyatlarının göstəriciləri ilə ASC-nin əməkdaşları tərəfindən aparılmış ölçmələr arasında heç bir fərq olmamış, yəni sayğaclar sxemlərdən axan yükləri hesablamaqla enerji sərfiyyatlarını düzgün qeydə almışdır. Belə olan halda aktlarda göstərilmiş sayğacların kompüter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğurur. ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2014-cü il 11 fevral tarixli R № 018504 və 2017-ci il 24 avqust tarixli 003424 NDQ nömrəli aktlara görə müəyyən edilmiş artıq enerji sərfiyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – “EEİQ”) 8.16-cı bəndinin tələblərinə zidd hesablanmışdır.

21. İş materiallarında olan və ASC tərəfindən MTK barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, ASC MTK barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

22. Bundan əlavə, ASC tərəfindən tərtib edilmiş aktda qeyd edilmiş sayğacdakı nöqsanların məhz MTK-nın təqsirindən baş verməsi ilə bağlı hər hansı qeyd edilməmiş, əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilən in məhz MTK tərəfindən edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, aktlarda göstərilmiş sayğacların kompüter məlumat bazasına daxil edilməmiş enerji sərfiyyatlarının yaranması şübhə doğurmuş, müəyyən edilmiş artıq enerji sərfiyyatları EEİQ-in 8.16-cı bəndinin tələblərinə zidd hesablanmışdır.

23. ASC-nin nümayəndəsi 2014-cü il 11 fevral tarixli, R seriyalı 018504 saylı Akta münasibətdə iddia müddətinin tətbiq olunmasını, MTK-nın nümayəndəsi yuxarıda qeyd edilən səbəblərə görə iddia müddətinin bərpa olunmasını xahiş etmişdir. ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələrinin də qanunsuz hesab edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq olunması barədə vəsatət təmin olunmamalıdır.

24. Mülki prosesdə qə bul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, ASC tərəfindən MTK-ya ümumilikdə 47.941 manat borc hesablanmışdır və məhkəmə hesab edir ki, həmin borc silinməklə iddia təmin edilməlidir.

25. Məhkəmə bu qənaətini MPM-in 77.1, 119.1, 217-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat re yestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci, EEİQ-in 7.6, 8.33, 9.1, 9.10-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

26. ASC 2020-ci il 1 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 23 fevral tarixli 22(103)-87/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli e-2-2(113)-80/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır (sədrlik edən –V.Ağayev, hakimlər – A.Nuriyeva və A.Hüseyn).

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

29. Aparılan yoxlamalar MTK-nın sahibkarlıq fəaliyyətinə aid olmadığı üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun baxılan iş üzrə tətbiq edilməsi yanlış olmuşdur.

30. ASC enerjitəchizatı müəssisəsi, MTK isə istehlakçı və ya abonent qismində adlandırılmışdır. Məişət abonenti qismində işə əhali, yəni yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçılar qeyd olunmuşlar.

31. EEİQ-in 8.33-cü bəndi məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya münasibətdə t ətbiq oluna bilər. Baxılan iş üzrə qeyd olunan bəndin tətbiq olunması yanlış olmuşdur.

32. İş materiallarına əsasən müəyyən edilir ki, istehlakçı ilə enerjitəchizatı müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən istehlakçının sərəncamına sayğac verilmişdir. İstehlakçının barəsində elektrik enerjisinin uçotu və EEİQ-yə riayət olunması vəziyyətinin yoxlanılması ilə bağlı müxtəlif vaxtlarda tərtib olunmuş aktlara əsasən ümumi məbləği 47.941 manat olan borc hesablanmışdır. MTK EEİQ-in 9.10-cu bəndinə əsasən yaranmış borc məbləğlərini ödəməmişdir.

33. Göründüyü kimi, ASC tərəfindən MTK-ya hesablanmış borc məbləğləri qanuni əsaslarla hesablanmışdır və MTK tərəfindən ödənilməlidir.

34. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozul ması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmamalıdır.

35. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1, 1.1.1 – 1.1.4, 2.1-ci maddələrinə, EEİQ-in 1.1, 8.33, 9.1, 9.3, 9.3.1 – 9.3.9, 9.4, 9.10-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

36. MTK həmin qətnamədən 2021-ci il 6 aprel tarixində kassasiya şikay əti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə və ya qətnamənin ləğv edilərək yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

37. Məhkəmə öz qətnaməsində birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticəni göstərərək bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Da ha sonra məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin mühüm müddəalarına istinad edir, həmin istinadda da göstərdiyi kimi, məlum olur ki, ASC tərəfindən aparılan yoxlama qanunsuz olmuşdur və tərtib edilən aktlar qanunsuzdur. Bundan başqa, məhkəmə EEİQ-yə istinad edir və həmin istinadda da tərtib edilmiş aktların qanunsuzluğu ortaya çıxır. Məhkəmə prosesinin gedişində də tərəflərin izahatları ASC-nin nə qədər qanunsuz aktlar tərtib etməsini açıq aydın ortaya çıxartdı. Məhkəmə bunları qəbul etməklə yanaşı, nədənsə qətnamədə əks nəticəyə gəlir. Oxşar mübahisə ilə bağlı əvvəllər vəkil kimi mənim iştirakımla Bakı Komm ersiya Məhkəməsində ASC-yə qarşı “Borcun silinməsinə” dair kommersiya işinə baxılmış və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları tətbiq olunaraq ASC-nin verdiyi şikayət təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərmanında da oxşar məsələlər üzrə müxtəlif qərarların qəbul edilməsinin yolverilməzliyi vurğulanmış, sahibkarların hüquqlarının müdafiəsi məsələlərinə diqqət ayrılmışdır. Lakin işə baxan məhkəmə qeyd edilən hər iki fundamental hala heç əhəmiyyət belə verməmişdir.

38. Kassasiya şikayəti İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konve nsiyasının 6-cı maddəsinə, İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsinə istinad edilməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə iclasında iştirak edən MTK-nın vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə və ya qətnamənin ləğv edilərək yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

41. Məhkəmə iclasında iştirak edən ASC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin ed ilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. MTK apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

45. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

386. Maddi hüquq normalarının po zulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq ol unmamış hesab edilir....” 46. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə1.Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 1.1.2. sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilm əsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər; 1.1.3. yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslər; 1.1.4. yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsi;...” “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayə ndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Maddə 3.Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə 31.Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; …”

47. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstəril məsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yo xlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

48. EEİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: dövlət elektroenergetika müəssisəsi (vahid dövlət elektroenergetika sistemi) - vahid mərkəzdən idarə olunan yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələrinin, onların dispetçer idarəetmə vasitələrinin və ona tabe olan enerji istehsalçılarının birliyi; enerjitəchizatı müəssisəsi - xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; müstəqil enerji istehsalçısı - dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub, onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisi ilə təchiz edən hüquqi şəxs; elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent -elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məiş ət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı; sifarişçi - verilmiş texniki şərtlərə əsasən elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulan yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizatı sxemini dəyişən elektrik qurğularının mülkiyyətçisi, yaxud bu qurğuları istifadəyə götürmüş hüquqi və fiziki şəxs; elektrik qurğuları - elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər; elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərində n ibarət olan elektrik qurğuları; paylayıcı qurğu - elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları; balans mənsubiyyəti sərhədi - dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsi....

7. Elektrik enerjisinin uçot cihazlarının quraşdırılması və istismarı... 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötür ən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir....

8. Elektrik enerjisindən(aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar.... 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchi zatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur....

9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri 9.1.İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş el ektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.... 9.3. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir: 9.3.1. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerlə şdiyi tikililəri təmir etməyə; 9.3.2. qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3. enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4. enerjitəchizatı müəssisəsinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyəti nə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6. elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7 qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8 elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9. elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında Enerji Məs ələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. 9.4. İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir.... 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

49. İş materiallarını, kassasiya şikayətinin dəlillərini hərtərəfli tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassa siya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 23 fevral tarixli 2-2(103)-87/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

50. Məhkəmə kollegiyası kassatorun dəlili (bax yuxarıda § 39) ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 51. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-1.1.4, 2.1-ci maddələrinə istinad edən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, aparılan yoxlamalar MTKnın sahibkarlıq fəaliyyətinə aid olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən qanunun bax ılan iş üzrə tətbiq edilməsi yanlış olmuşdur.

52. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə normativ hüquqi aktların tələblərinə uyğun deyildir.

53. Belə ki, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1, 2.3 və 3-cü maddələrinə (bax yuxarıda § 48) görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) şamil edilir. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən qanunvericiliyin pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun bu tələbləri dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə şamil edilir.

54. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahi d məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə (bax yuxarıda § 49) görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yo xlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir.

55. Həmçinin EEİQ-in 8.34-cü bəndinin (bax yuxarıda § 50) tələblərinə görə, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.

56. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan ASC-nin nümay əndələri tərəfindən sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin, o cümlədən EEİQ-in özünün imperativ tələbidir.

57. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.

58. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ASC-nin əməkdaşları tərəfind ən vahid məlumat reyestrində qeydə alınmadan MTK-da həyata keçirilmiş yoxlamaların hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlamalar nəticəsində ASC tərəfindən MTK-ya qanunsuz hesablanmış borc məbləği silinməlidir.

59. Odur ki, apellyasiya instansiyası məhkəməsi isə həmin yoxlamaları və onların nəticələrini qanuni hesab edərkən maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli olan normalarını tətbiq etməmiş, nəticədə iş üzrə düzgün nəticəyə gəlməmiş, MPM-nin 217.1-ci maddəsinin (bax yuxarıda § 47) tələblərinə uyğun gəlməyən qanunsuz qətnamə qəbul etmişdir.

60. MPM-in 386, 418.1 və 418.2-ci maddələrinə (bax yuxarıda § 47) uyğun olaraq, maddi hüquq normalarının pozulması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Tətbiq edilməli olan normativ hüquqi aktın məh kəmə tərəfindən tətbiq edilməməsi maddi hüquq pozuntularından biridir.

61. Bununla belə, məhkəmə kollegiyasının qənaəti belədir ki, hazırkı iş üzrə ASC-nin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan MTK-da həyata keçirilmiş yoxlamaların, tərtib olunmuş aktların sayı, bunun nəticəsində MTK-ya hesablanmış borcun məbləği barədə işin materiallarından və işə baxmış məhkəmələrin qətnamələrindən birmənalı nəticəyə gəlmək mümkün deyil.

62. Belə ki, hazırkı iş üzrə MTK, ASC tərəfindən hesablanmış 47.941 manat məbləğində borcun silinməsi vəzifəsinin ASC-nin üzərinə qoyulmasını tələb edir.

63. İşə baxan birinci instansiya məhkəməsinin qətnaməsində isə göstərilmişdir ki, abunə haqqının surətindən görünür ki, ASC tərəfindən MTK-ya NDQ 003041 saylı akta əsasən 2017-ci il 23 aprel tarixində 1.558,68 manat, 2017-ci il 24 aprel tarixində 3.060,26 manat və 2017-ci il 25 aprel tarixində 4.134,24 manat, cəmi 8.753,18 manat məbləğində borc hesablanmışdır.

64. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində konkret sənədlərə istinad etmədən qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, ASC tərəfindən MTK-ya ümumilikdə 47.941 manat məbləğində borc hesablanmışdır və həmin borc silinməklə iddia təmin edilməlidir.

65. Beləliklə, birinci instansiya məhkəməsi 47.941 manat məbləğində borcun hamısının yoxlamalar nəticəsində tərtib olunmuş aktlarla hesablanmasını mötəbər dəlillərlə, sübutlarla əsaslandırmamış, qeyri-müəyyən şəkildə “məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallar”a istinad etməklə kifayətlənm işdir.

66. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ilə razılaşmasa da, nəinki birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qeyd olunan pozuntuları göstərməmiş, hətta özü də qətnaməsində bir daha həmin pozuntulara yol verərək qeyd etmişdir ki, abunə haqqının surətindən görünür ki, ASC tərəfindən MTK-ya NDQ 003041 saylı akta əsasən 2017-ci il 23 aprel tarixində 1.558,68 manat, 2017-ci il 24 aprel tarixində 3.060,26 manat və 2017-ci il 25 aprel tarixində 4.134,24 manat, cəmi 8.753,18 manat məbləğində borc hesablanmışdır.

67. Sonra isə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, istehlakçı barəsində elektrik enerjisinin uçotu və EEİQ-yə riayət olunması vəziyyətinin yoxlanılması ilə bağlı müxtəlif vaxtlarda tərtib olunm uş aktlara əsasən ümumi məbləği 47.941 manat olan borc hesablanmışdır.

68. Göründüyü kimi, işə baxmış məhkəmələr öz qətnamələrində ASC tərəfindən MTK-ya aktlar əsasında hesablanmış borcun məbləğinin əvvəlcə 8.753,18 manat, sonra isə 47.941 manat olduğunu göstərmiş, lakin bu rəqəmlər arasındakı böyük fərq yarandığını nəzərə almamış, bununla bağlı hər hansı izah verməmiş, habelə 47.941 manat borcun hamısının məhz aktlar əsasında hesablandığını, bu rəqəmə MTK-nın elektrik enerjisinin istehlakı borcunun daxil olmadığını mötəbər sənədlərlə, tutarlı dəlillərlə əsaslandıra bilməmişlər.

69. Onu da qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində ASC göstərmişdir ki, 2014-cü il 11 fevral tarixli R seriyalı 018504 saylı və 2017-ci il 24 avqust ta rixli NQD seriyalı 003424 saylı aktlarla MTK-ya cəmi 11.572,08 (6.341,10 + 5.230,98) manat borc hesablanmış, 2017-ci il 16 iyun tarixli NQD seriyalı 003235 saylı və 2018-ci il 16 sentyabr tarixli NQD seriyalı 004565 saylı aktlarla bağlı isə heç bir borc hesablanmamışdır. Silinməsi qət edilmiş 36.368,92 (47.941 – 11.572,08) manat borcun mübahisə edilən aktlara heç bir aidiyyəti olmamışdır.

70. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq pozuntusuna yol verməklə yanaşı, həmçinin MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 47) tələblərini pozaraq iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyi halda, ASC tərəfindən MTK-da keçirilmiş yoxlamalar nəticəsində ümumilikdə hesablanmış borcun məbləği barədə əsa slandırımış nəticəyə gəlməmiş, MPM-in 271.1 və 217.3-cü maddələrinin tələblərinə (bax yuxarıda § 47) uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir.

71. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz, buna görə də ləğv edilməlidir.

72. Yeni apellyasiya baxışında məhkəmə ASC tərəfindən MTK-da qanunsuz (vahid məlumat reyestrində qeydə alınmadan) keçirilmiş yoxlamalar nəticəsində ümumilikdə hesablanmış borcun məbləğini mötəbər sənədlər əsasında düzgün müəyyən etməli, nəticəsinə uyğun olaraq iddia tələbinə hazırkı qərarda əks etdirilmiş hüquqi mövqelərə uyğun qiymət verməlidir.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRA RA ALİR: İddiaçı MTK-nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 fevral tarixli 2-2(103)87/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar