Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-267/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyətinə dair ümumi və kommersiya məhkəmələri arasında fikir ayrılığı bağlı məsələ 06.08.2020 GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının cavabdehə qarşı “müqavilənin ləğvi, texnikaların geri qaytarılması və pul” tələbin ə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 30.06.2020-ci il tarixli qərardadına əsasən, Ağcəbədi rayon məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsinin ləğv edilməsi, 2 ədəd tikinti texnikalarının iddiaçıya qaytarılması və 13.720 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcəbədi rayon məhkəməsinin 22.05.2020-ci il tarixli qərardadı ilə (hakim: E.Quliyev; iş №2(017)-198/2020) mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 30.06.2020-ci il tarixli qərardadı ilə (hakim: R.İsmayılov; iş № 2-2(121)-829/2020) işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Hazırki iş üzrə müəyyən edilir ki, Ağcəbədi rayon məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı baş vermiş, sonuncu həmin fikir ayrılığını həll etmək üçün 30.06.2020-ci il tarixli qərardadı ilə işi Ali Məhkəməyə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkə mə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Ağcəbədi rayon məhkəməsi 22.05.2020-ci il tarixli qərardadı ilə hazırki işi Şirvan Kommersiya Məhkəməsinə göndərərkən qərardadını onunla əsaslandırmışdır ki, ünvan 1-də yaşayan cavabdeh (VÖEN **********) vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fərdi sahibkar kimi iddiaçı ilə aralarında bağlanmış, 01 avqust 2018-ci il tarixli “tikinti texnikasının kirayəsi” müqaviləsinə əsasən iki ədəd tikinti fasad qaldırıcısı icarəyə götürmüşdür. Göründ üyü kimi, mübahisə fiziki şəxslə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasında yaranmışdır və mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Ona görə tərəflər arasında mübahisə iqtisadi mübahisəsidir. Eyni zamanda, Şirvan Kommersiya Məhkəməsi 30.06.2020-ci il tarixli qərardadı ilə işi Ali Məhkəməyə göndərərkən, qərardadını onunla əsaslandırmışdır ki,hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi müəyyən olunmadığından mübahisə kommersiya mübahisəsi deyil. Qarşıq məhkəmə tərkibi işin materialları ilə tanış olaraq hesab edir ki, iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İşin materiallarından görünür ki, müqavilə bağlanarkən hər iki tər əfin fərdi sahibkar statusu olmuşdur (iddiaçı VÖEN ********** və Cavabdeh VÖEN **********). İşin materiallarında tərəflərin fərdi sahibkar statusunun ləğv edilməsi müəyyən olunmamışdır. İddia ərizəsi Ağcəbədi rayon məhkəməsinə 06 dekabr 2019-cu il tarixdə daxil olmuş, həmin məhkəmənin eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. İddianın icraata qəbul olunduğu dövrdə qüvvədə olmuş MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin su byektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin dövrdə qüvvədə olmuş MPM-nin 26.1-ci maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Aidiyyətlə bağlı yeni qaydalar 01 yanvar 2020-ci ildən qüvvəyə minmişdir. Göründüyü kimi, iddianın icraata qəbul olunduğu dövrdə qüvvədə olan qanunun tələblərinə görə, hazırkı mübahisə inzibati-iqtisadi mübahisə olduğundan inzibati-iqtisadi məhkəməyə aid idi. Bunun la əlaqdar iddia Ağcəbədi rayon məhkəməsinə verilərkən və həmin məhkəmə tərəfindən icraata qəbul olunarkən həmin dövrdə qüvvədə olmuş aidiyyət qaydalarının tələbləri pozulmuşdur. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırkı mübahisə üzrə aidiyyət qaydaları aidiyyət qaydalarının tələbləri pozulduğundan mübahisəyə Şirvan Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya məhkəməsinə göndərilməlidir. Bununla belə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ağcəbədi rayon məhkəməsinə ele ktron formada təqdim edilməmişdir. MPM-nin10-1.1-ci maddəsinə görə, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin məcəllənin 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cüm lədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin məcəllənin 10-1.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin məcəllənin 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. İstinad olunan qanun normalarından görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər kommersiya məhkəmələrinə elektron qaydada təqdim edilməlidir. Hazırkı iş mahiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunun tələblərinə uyğun olaraq yenidən, elektron formada tələb edilməli və işə əlavə edilməlidir. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.7-ci maddəsinə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi məhkəmə a idiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1, 31.1, 31.2, 32.7, 403-1.6, 403-1.7 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının cavabdehə qarşı “tikinti texnikasının kirayəsi” müqaviləsinin ləğv edilməsi, 2 ədəd tikinti texnikalarının iddiaçıya qaytarılması və 13.720 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə dair iş ona mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-267/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-267/2020
06.08.2020 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver