Məhkəmə qərarları › İş №2-2(102)-268/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-268/2019

09.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-268/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh “Bağlan Qrup FZKO” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı kredit borcunun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixli qətnaməsindən cavabdeh Nümayəndəlik tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim. H.Babayeva; iş No 2-2(82)-854/2017) iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və X.Saryev, iş № 22(103)-197/2018) iddiaçı ASC-nin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iddia tələbinin təmin edilməsi; 516.272,86 manat əsas borc, 304.235,90 manat faiz borcu, 112.633,50 manat cərimə olmaqla, cəmi 933.142,26 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının cavabdeh Nümayəndəlikdən tutularaq, iddi açı ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdeh Nümayəndəlik kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC cavabdeh “Bağlan Qrup FZKO” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndəlikdən iddiaçı ASC-nin xeyrinə 14K/13 nömrəli, 27 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 04 avqust 2017-ci il tarixə cavabdeh Nümayəndəliyin iddiaçı ASC qarşısında əsas borc üzrə 516.272,86 manat, faiz borcu üzrə 304.235,90 manat, cərimə borcu üzrə 112.633,50 manat olmaqla, cəmi 933.142,26 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə ak tları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Nümayəndəlik Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən işin hallarını tam və obyektiv araşdırmamış, iş üzrə əhəmiyyətli sübutlar olmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə iddiaçının xeyrinə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilən kredit müqaviləsi üzrə borcun etiraf edilməsini göstərən son hərəkət 04.04.2014-cü ildə edildiyindən həmin borc üzrə üç illik iddia müddəti 04.04.2017-ci bit mişdir. Lakin iddiaçı məhkəməyə iddia müddəti keçdikdən 5 ay sonra müraciət etmişdir. Lakin iddia müddətinin keçməsinə baxmayaraq Apellyasiya məhkəməsi Mülki Məcəllənin bu normasını kobud şəkildə pozaraq iş üzrə qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416 -cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə müvafiq olaraq kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halardan məlum olur ki, tərəflər arasında bağlanmış 14K/13 saylı 27 mart 2013-cü il tarixli “Təminatsız Overdraft Kredit müqaviləsi”nə əsasən, iddiaçı Bank cavabdeh Nümayəndəliyə 250.000 manat məbləğində 27.04.2013-cü il tarixədək illik 15 faizlə kredit ve rməyi, cavabdeh Nümayəndəlik isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 27 mart 2013-cü il tarixli, 14K/13 saylı müqaviləyə edilmiş 10 iyun 2013-cü il tarixli 1 saylı əlavəyə əsasən 27.03.2013-cü il tarixli müqavilənin müddəti 27.03.2014-cü il tarixədək uzadılmışdır. İddiaçı Bank tərəfindən məhkəməyə cavabdeh Nümayəndəliyə 2.000 manat məbləğində nağd pulun verilməsinə dair 29 mart 2013-cü il tarixli BOA seriyalı 098078 saylı çek təqdim edilmişdir. İş materiallarında olan iddiaçı ASC tərəfindən verilmiş 09 avqust 2017-ci il tarixli maliyyə arayışına görə, borcalan cavabdeh Nümayəndəliyin 04 avqust 2017-ci il tarixinə 14K/13 nömrəli, 27 mart 2013-cü il tarixli müqav ilənin maliyyə arayışının təqdim edilmə gününə əsas borc üzrə 516.272,86 manat, faiz borcu üzrə 304.235,90 manat və cərimə üzrə 112.633,50 manat cərimə borcu vardır. Kredit üzrə son dəfə 04.04.2014-cü il tarixində 1.795 manat ödəniş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qərarı ilə iddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir. İddiaçı ASC tərəfindən 25 iyul 2017-ci il tarixdə cavabdeh Nümayəndəliyə pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, 14K/13 nömrəli, 27 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 919.590,10 manat borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqiqiymət verərək belə hesab etmişdir ki, cavabdeh Nümayəndəliyin gətirdiyi dəlillərdən fərqli olaraq yuxarıda qeyd olunan 2243 saylı, 09 avqust 2017-ci il tarixli maliyyə arayışında tərəflər arasında bağlamış 27 mart 2013-cü il tarixli, 14K/13 saylı kredit müqaviləsinin bitmə tarixi 29.03.2016-cı ildir. Bundan başqa borclunun cari hesabından çıxarışında kreditin müddəti 12.05.2014-cü il tarixdə prolonqasiya edilməsi barədə əməliyyat öz əksini tapmışdır. Buna əsasən müştərinin krediti üzrə iddia müddətinin sonu 29.03.2019-cu il tarixdə bitir. Ona görə də iddiaçı ASC-niniddia tələbi əsaslı və qanunidir, həmin tələb tam təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qismən düzgun deyil; iddiaçının kassasiya şikayətində göstəriən dəlillər qismən əsaslı olduğundan qismən qəbul edilməlidir. Belə ki, araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi cavabdeh Nümayəndəliyin iddiaçı ASC-yə əsas borcunun düzgün olaraq 516.272,86 manat olmasını müəyyən etsə də, faiz və cərimə borcunu məhz, yuxarıda qeyd edilən maliyyə arayışında göstərilən müvafiq olaraq 304.235,90 və 112.633,50 manat məbləğərində olmasını əsaslanıra bilməmişdir. Halbuki, cavabdeh Nümayndəlik bu rəqəmləri mübahisələndirmişdir. İş üzrə müəyyən edilir ki, cavabdeh Nümayndəlyin, onun Bankla bağladı kredit müqaviləsinin bitmə tarixinə 304.235,90 mant deyil, yalnız 200.121,54 manat faiz borcu yaranmışdır ki, qeyd edilən tari x (kredit müqaviləsinin biaşa çatma tarixi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında kredit müqaviləsi üzrə faiz borcunun hesablanmasında xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, nə iddiaçı ASC tərəfindən, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən cərimə borcunun necə hesablanması açıqlanmamışdır. Halbuki, cavabdeh Nümayndəliyin kassasiya şikayətində qeyd edildiyi kimi, iddiaçı ASC, ümumi kredit borcunu təşkil edən faizlərin və cərimənin həqiqətən yuxarıda qeyd məbləğlərdə olduğuna dair Azərbaycan Respublikası MPM-in 9.2-ci maddəsi əsasında sübutlar təqdim etmək vəzifəsi daşıyır. Apellyasiya instansiya məhkəməsi isə buna dair müvafiq sübutları tədqiq etmədən və borcun iddia edilən məbləğlərdə olduğunu mötəbər sübutlar əsasında müəyyən etmədən iddianı təmin etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına, işdəki sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaların pozulmasına yol verilmişdir, nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Republikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88 və 106.1-ci maddələrinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçi nin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Həmin Məcəllənin 217 və 220.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamış, qətnamənin qismən ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixli qətnaməsi qismən - faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməli; qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh “Bağlan Qrup FZKO” şirkətinin Azərbaycan Respublikasındakı Numayəndəliynin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixli qətnaməsi qismən - faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilsin. Həm in hissədə iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar