Məhkəmə qərarları › İş №2-2(102)-27/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-27/2025

14.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-27/2025 14.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatası olmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC Bank olmayan Kredit Təşkilatına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-792/2024 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 3 avqust tarixli 07 və 08 saylı alqı-satqı müqavilələrinə əsasən 2 ədəd damlama suvarma sistemi satılmışdır. 2. 2020-ci il 15 avqsut tarixli təhvil-təslim aktlarına əsasən 2020-ci ilin avqust ayında fərdi sahibkar Cavabdeh2 tərəfindən Cavabdeh1 məxsus Qusar rayonu Bala Qusar kəndində yerləşən 6.57 ha torpaq sahəsində 35.000 manat dəyərində və 5.66 ha torpaq sahəsində 30.000 manat dəyərində cəmi 2 dəst damlama sulama sistemi quraşdırılaraq təhvil verilmiş və Cavabdeh1 təhvil almışd ır.

3. Cavabdeh3 QSC BOKT-un Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığı 2020-ci il 13 noyabr tarixli məktubunda fiziki şəxs Cavabdeh1 Cavabdeh2 müvafiq olaraq qiymətləndirmə dəyəri 32.000 manat və 27.000 manat olan 2 dəst Türkiyə istehsalı olan “MASSPİPE” markalı damlama sulama sistemini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına güzəştli şərtlərlə əldə etmək üçün Cavabdeh3 QSC-yə müraciət etdiyi, damlama sulama sisteminə dair və güzəştin tətbiq olunması üçün tələb olunan sənəndlər toplusu məktuba əlavə olunduğu və müraciətçi Cavabdeh1 yuxarıda adı çəkilən 2 dəst damlama sulama sistemini əldə etməsi üçün güzəşt olunacaq - 18360 manat vəsaitin və layihəni kre ditləşdirmək üçün tələb olunacaq 28840 manat vəsaitin hesaba köçürülməsi xahiş edilmişdir.

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh3 QSC BOKT arasında agentliyin vəsaitindən istifadəyə dair 2020-ci il 1 dekabr tarixli, 03 saylı müqavilə imzalanmışdır. 5. 2020-ci il 25 noyabr tarixli ödəniş qəbzinə əsasən Cavabdeh1 17800 manat məbləğində pul vəsaiti 2 ədəd suvarma sisteminin alınması üçün hesabına köçürülmüşdür. 6. 2020-ci il 2 noyabr tarixli “Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizama əsasən Cavabdeh1 agentliyin vəsaiti hesabına ona verilən 2 dəst suvarma sistemini təyinatı üzrə isti fadə edəcəyinə və tələbləri pozduqda ona verilmiş güzəşt məbləğinin qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı” və ya “agentlik”) iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 2020-ci il 3 avqust tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 18.360 manat maddi zərər, kredit vəsaiti olaraq ayrılmış 3259,02 manat maddi zərər, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiyaya dair xərclər olmaqla cəmi 22.319,02 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 QSC BOKT-dan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, 2022-ci ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda agentlikdə səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh1 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2020-2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də hesabata əsasən damcılı tipli suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təch izatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 2020-ci il 3 avqsut tarixli 07 nömrəli və 08 nömrəli alğı-satqı müqaviləsi əslində agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdlərin tərəflərinin həmin əqdlər üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Nəticədə agentliyə yuxarıda qeyd edilən miq darda ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş Cavabdeh3 QSC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul olunmuş, eləcə də kredit verilmişdir. Bu səbəbdən agentliyə vurulmuş zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı olmuş Cavabdeh3 QSC-dən də tutulmalıdır.

9. Cavabdeh1 iddia ərizəsinə qarşı məhəkəməyə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, damlama-sulama sistemi quraşdırılmış bağ sahələri üçün dövlət büdcəsindən hər il qanunla müəyyən edilm iş məbləğdə hər hektar üçün 700 manat olmaqla subsidiya ayrılmışdır. Ayrılmış subsidiyalar bağ sahəsi monitorinq edildikdən sonra, yəni damlama-sulama sistemi quraşdırılan sahələr yoxlanıldıqdan sonra bağ sahiblərinə ödənilmişdir. Güzəştli kreditlərin ödənişini həyata keçirən müvəkkil bank tərəfindən bağ sahələrinin monitorinqi aparılmışdır. Damlama-sulama sistemlərinin alqısatqısının aparılmasını təsdiq edən elektron vergi qaimələri mövcuddur və bu qaimələr iş materiallarına əlavə edilib. İddia ərizəsində göstərilənlərdən fərqli olaraq iddianın predmeti olan bağ sahələri, həmin bağ sahəsində quraşdırılmış damlama sulama sistemləri monitorinqə daim açıqdır. İstinad edilən, təkzibedilməz faktlar, mötəbər sübutlar işin mübahisəsiz hallarıdır və bu əsaslar iddia tələbinin rədd edilməsi üçün ə sasdır. İddia tələbinin əsassız olmasını göstərən əsaslardan biri də tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsidir. İddiaçı əqdin etibarsızlığını onunla əsaslandırır ki, mübahisələndirilən bağ sahəsi ya mövcud deyil, ya da mövcuddursa, həmin bağ sahəsində damlama sulama sistemi quraşdırılmayıb. Yuxarıda istinad edilən bütün mötəbər sübutlar iddiaçının tələblərinin əsassız, qərəzli və qanunsuz olduğunu göstərir. Belə ki, bütün damlama-sulama sistemlərinin ölkəyə gətirilməsi həmin malların gömrükdə rəsmiləşdirilməsi ilə öz təsdiqini tapır. Bundan başqa müqavilə tərəflərinin alqı-satqı predmeti olan malın alıb-satmalarını əks etdirən elektron vergi bəyannaməsi mövcuddur və həmin bəyannamə iş sənədlərinə əlavə edilib. Belə olduğu halda əqdin etibarsızlığından söhbət gedə bilməz. İddia ərizəsindən belə görsənir ki, iddiaçı özünün məsuliyyət dairəsinə aid olan işləri, əsasnaməsi ilə nəzərdə tutulan hərəkətləri, yəni güzəştli kredit ayrılması nəzərdə tutulan bağ sahələrinin əvvəlcədən monitorinqini aparmadığı üçün belə bir absurd tələblə iddia qaldırmışdır. İddiaçının güzəştli krediti ayırmazdan əvvəl kredit verilməsi nəzərdə tutulan bağ sahələrinə baxış keçiribkeçirməməsi sual doğurur. Əgər keçirməyibsə, bunun səbəbini izah etməlidir, işdə olan sənədlərdən görünür ki, iddianın qaldırılmasına səbəb AR Hesablama Palatasının 2023-cü il 1 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair Auditor hesabatı"ndan arayış olmuşdu r. Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35.020 manata bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlarla uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eyni zamanda hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə fakturaların mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi Hesablama Palatası avadanlıqların alındığını, həmin bağ sahələrində quraşdırıldığını və istismar olunduğunu təsdiq edir. Başqa bir məqam da Hesablama Palatasının bağlarda seçmə üsulla monitorinq aparmasıdır. X3 bütün mübahisəli bağ sahələrində yoxlama aparmayıb. Seçmə üsulla 2 şəxsə məxsus bağ s ahəsində apardığı yoxlamanı formal olaraq bütün sahibkarlara şamil edib. X1 bir daha təsdiq edir ki, bağ sahələrində damlama-sulama sistemləri var və istismar edilir. Belə olduğu halda iddiaçının əqdin etibarsızlığını mübahisələndirməsi məntiqli deyildir. İddiaçı X1ndan sonra da həmin bağ sahələrinə baxış keçirməmişdir. Bu bir daha sübut edir ki, iddiaçı sadəcə məhkəmədə iddia qaldırmaqla X2 öz məsuliyyətini sığortalayır.

10. Cavabdeh3 QSC BOKT iddia ərizəsinə qarşı məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının Cavabdeh3 QSC-dən və digər cavabdehlərdən kredit vəsaiti kimi ayrılmış kredit vəsaitini maddi zərər kimi tələb etməsi Cavabdeh3 QSC ilə iddiaçı arasında bağlanmış 2020-ci il 1 dekabr tarixli “Agentliyin vəsaitindən istifadəyə dair 03 nömrəli müqavilə”nin şərtlər inə ziddir. Belə ki, həmin kredit vəsaiti ilə bağlı borc vaxtlıvaxtında müqaviləyə uyğun olaraq iddiaçıya qaytarılır ki, burada da həmin kreditlə bağlı hər hansı bir maddi zərərdən danışmaq olmaz. Sözügedən müqavilənin 3.5-ci bəndinə görə Müvəkkil kredit təşkilatı (Cavabdeh3 QSC) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədləri tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə Müvəkkil Kredit Təşkilatına rəsmi məlumat verir. Həmin Müqavilənin 3.14-cü bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsəd ilə Agentlik Müvəkkil Kredit Təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə Müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borclarını vaxtından əvvəl qaytarılmasını tələb edir. Belə borcalanlara gələcəkdə Agentliyin vəsaiti hesabına kreditin verilməsi qadağan edilir. Müqavilənin şərtlərindən də göründüyü kimi borclandan kredit vəsaitini qaytarmaq vəzifəsi bilavasitə Müvəkkil Kredit Təşkilatı qismində Cavabdeh3 QSC-yə aiddir. Bundan başqa həmin kreditin (maddi zərərin) alqı-satqı müqaviləsinin digər tərəfi olan satıcıdan da tələb edilməsi başa düşülən deyil. Kredit borcunun qaytarılması ilə bağlı borclu ilə Cavabdeh3 QSC arasında hal-hazırda mübahisə yo xdur. İddiaçı tərəfindən Cavabdeh3 QSC-yə qarşı qoyulmuş iddia tələbinin heç bir hüquqi əsası yoxdur, Cavabdeh3 QSC Agentlik qarşısında öhdəsinə düşən bütün vəzifələri yerinə yetirir, kreditlər vaxtlı vaxtında Agentliyin hesabına köçürülür. Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 20 may tarixli e-2-2(113)-855/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir (hakim: Günay Namazova).

12. Məhkəmə qeyd etmişdir ki, uydurma əqddən bəhs edilə bilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə gerçəkləşmiş olması lazımdır: 1) əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır; 2) Uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır.

13. Məhkəmə araşdırılması zamanı alqı-satqı müqavilələrinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı hal/sübut müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, suvarma sisteminin təhvil-təsliminə dair aktlar və elektron-qaimə verilmiş, iddiaçı tərəfindən ayrılmış subsidiya müvəkkil təşkilat tərəfindən satıcının hesabına köçürülmüş, mövcud suvarma sistemi satıcı tərəfindən Türkiyə Respublikasından alınmasını təsdiq edən alış sənədləri belə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiada qeyd olunan dəlillərdən biri kimi “elektron-qaimənin” mövcud olmaması t amamilə əsassızdır (bir elektron-qaimə məhkəməyə təqdim edilmişdir, digər müqavilə üzrə elektron qaimənin təqdim edilməməsini isə məhkəmə müqavilələrin uydurma əqd olması üçün əsas deyil, vergi qanunvericiliyinin pozulması halı kimi giymətləndirilə bilər).

14. İddiaçının AR Hesablama Palatasının auditor hesabatına/baxış aktına istinadən Cavabdeh1 istifadəsində olan suvarma sisteminin sənədlərdə göstərilmiş damcılı suvarma sistemi avadanlıqlarının adlı siyahısı, markası və istehsal ili üzrə mövcudluğu yerində təsdiqini tapmaması arqumenti də tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş AR Hesablama Palatasının “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi və saiti hesabına maliyyələşdirilmiş texnikalardan (dancılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar 2022-ci il 20 iyul tarixli baxış aktından müəyyən olunmuşdur ki, baxış zamanı sahibkar cavabdehlərin iştirakı təmin olunmamış, akt yalnız Hesablama Palatasının və agentliyin əməkdaşı tərəfindən tərtib olunmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, akta qeyd edilən arqumenti də təsdiq edən heç bir sübut təqdim edilmədiyi, yalnız şifahi mülahizə və ehtimallara əsaslandığı üçün tamamilə əsassız hesab edilməlidir. Göründüyü kimi cavabdeh fiziki şəxslər arasında suvarma sisteminin satılmasına dair bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə tam riayət edilməklə aparılmış, əksini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir.

16. İddiaçının i ddiasının faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamış, əksinə müqavilə tərəflərlərinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə hərəkət etdikləri – lizinq obyektinin təhvil verildiyi, alqı-satqı və lizinq müqaviləsi tərəflərinin elektron qaimələr təqdim etməklə münasibətlərini rəsmiləşdirdiyi, lizinq alanın ilkin ödənişi və lizinq ödənişlərini ödədiyi, lizinq verənin isə alqı-satqı müqaviləsi üzrə satıcıya lizinq obyektinin dəyərini ödədiyi öz təsdiqini tapmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında 2020-ci il 18 avqust tarixində bağlanmış agentliyin vəsaitindən istifadəyə dair müqaviləyə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi borcalanın müraciətinə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentl ik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır.

18. Göründüyü kimi iddiaçı keçirilən ekspertizanın nəticələrinə əsasən müvafiq vəsaitin ayrılıb-ayrılmaması barədə qərar qəbul etməli, vəsait ayrıldığı təqdirdə isə müvəkkil kredit təşkilatının borcalanların monitorinqinə dair rüblük hesabatı qəbul etməli, vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək mə qsədilə müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparmalıdır.

19. Belə olan halda, iddiaçının monitorinq nəticələrinə istinad etməməsi, monitorinq nəticələrinə istinad edərək lizinq obyektinin yerini dəqiq müəyyən edib audit yoxlamasına təqdim etməməsi, Hesablama Palatasının auditə dair hesabatına qanunla müəyyən olunmuş müddətdə qeyd, irad və rəyini bildirməməsinin (bununla bağlı məhkəməyə hər hansı sübut – monitorinqin keçirilməsi, onun nəticələri, qeyd, irad və rəyin məzmunu, təqdim olunan sənədlər, araşdırmanın nəticəsi və s. təqdim olunmamışdır) səbəbləri məhkəməyə aydın deyil. Yəni əgər güzəştli vəsaitin və kredit məbləğinin ayrılması məhz iddiaçı qurumun hərtərəfli ekspertizaların, zəruri olduğu halda əlavə məlumat və sənədlərin təqdim edilməsinin tələb edilməsi və araşdırılmasından sonra mümkünlüyünü təsdiq etdiyi halda, bütün bu proseslərdən keçdikdən, pul ayrıldıqdan, avadanlıqlar alındıqdan üç il keçdikdən sonra yalnız Hesablama Palatasının yoxlama nəticəsində torpağa basdırılan suvarma sistemlərinin paslanması səbəbindən 2020-ci ildə alınmış avadanlıqlara bənzəməməsi ehtimalına istinad edərək bu cür iddianın qaldırılması tamamilə əsassızdır.

20. Belə ki, iddiaçı quruma ekspertizaların aparılması üçün təqdim olunan toplu sənədlərdə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri və sair sənədlər təqdim edilmişdir. Alqı-satqı müqavilələrində alınacaq suvarma sistemlərinin hansı gömrük bəyannamələrinə (tarixi və nömrəsi göstərməklə) əsasən ölkəyə idxal olunmuş dəqiq suvarma sistemləri belə öz əksini tapmışdı r.

21. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehlərin etirazını əsaslı hesab edərək alqı-satqı və kredit müqavilələrinin uydurma əqd hesab olunması üçün hüquqi əsasın və sübutun mövcud olmamasına əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.3, 337.4, 340.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-792/2024 nömrəli qətnaməsi ilə apellyasiya ş ikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, V.Baxışova və İ.İbrahimli).

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddia tələbində irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

26. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində qeyd edilənlərə əsasən tam əsas sızdır və mahiyyətcə düzgün olan həmin qətnamənin ləğvi üçün əsas ola bilməz.

27. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Mülki Məcəllənin 337.1, 337.5 və 340.1-ci maddələri üzrə - iddia tələbində göstərilən bütün hallar öz təsdiqini tapmış olsa da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və əsassız qərar çıxarılmışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparmamış, apellyas iya şikayətində qeyd edilən dəlillərin iddia tələbində irəli sürülməsi səbəbindən birinci instansiya məhkəməsinin arqumentasiyasının əsaslı və qanuni hesab etməklə kifayətlənmişdir. Halbuki elə birinci instansiya məhkəməsinin qətnaməsinin özünə də nəzər saldıqda müqavilələrdən biri üzrə elektron qaimənin təqdim edilməməsinin məhkəmə tərəfindən müəyyən edilməsi nəzərə çarpır. Eləcə də məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş gömrük bəyannaməsində göstərilmiş malın uydurma əqdlər olan 07 və 08 nömrəli müqavilələrin predmetini təşkil etmiş mallar ilə eynilik təşkil edib-etməməsi istiqamətində də araşdırma aparmamışdır.

29. Qeyd edilmiş ziddiyyətli məqamlara aydınlıq gətirilmədən, araşdırma aparılmadan tələsik əsassız, qanunsuz qətnamə qəbul edilərək apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən faktların mövcudluğu 07 və 08 nömrəli müqavilələrin uydurma əqd olmasının göstəricisi olsa da, məhkəmə bağlanmış müqavilələrin formal bağlanmadığı, tərəflərin iradə ifadəsini əks etdirdiyi qənaətinə gəlmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

30. Bundan başqa məhkəmə "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 2020-ci il 18 avqust tarixli müqaviləyə istinad etmişdir ki, istinad edilən "xxxx" ASC hazırkı məhkəmə mübahisəsi (iddia tələbi) üzrə tərəf belə olmamışdır. Müvəkkil kredit təşkilatı qismində Cavabdeh3 QSC BOKT olmuşdur. Bu halın özü belə məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmamasının təsdiqidir.

31. MPM-in 77.1-ci maddəsi üzrə - kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən m addənin tələbləri pozulmaqla yekun nəticəyə gəlinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....” “Maddə

340. Uydurma və yalan əqdlər in etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....”

36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədlərihttps://eqanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İddiaçı hazırda Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 2020-ci il 3 avqust tarixli 07 və 08 nömrəli alqı-satqı müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini göstərib müqavilənin etibarsızlığına (əhəmi yyətsizliyinə, uydurma əqd olmasına) istinad edir, cavabdehlər isə alqı-satqı müqaviləsinin, təhvil-təslim aktının, elektron qaimənin, gömrük bəyannamələrinə istinad edərək iddianın tamamilə əsasız olduğunu qeyd edirlər.

39. Agentliyi ilə Cavabdeh3 QSC BOKT arasında bağlanmış agentliyin vəsaitindən istifadəyə dair 2020-ci il 1 dekabr tarixli 03 saylı müqavilənin 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit t əşkilatına rəsmi məlumat verir.

40. Həmin müqavilənin 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir.

41. Göründüyü kimi iddiaçı keçirilən ekspertizanın nəticələrinə əsasən müvafiq vəsaitin ayrılıb-ayrılmaması barədə qərar qəbul etməli, vəsait ayrıldığı təqdirdə isə müvəkkil kredit təş kilatının borcalanların monitorinqinə dair rüblük hesabatı qəbul etməli, vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparmalıdır.

42. Bu halda, iddiaçının monitorinq nəticələrinə istinad etməməsi, monitorinq nəticələrinə əsaslanaraq lizinq obyektinin yerini dəqiq müəyyən etməyərək audit yoxlamasına təqdim etməməsi, həmçinin Hesablama Palatasının audit hesabatına qanunla nəzərdə tutulmuş müddətdə qeyd, irad və rəy bildirməməsi (bu məsələyə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir – monitorinqin keçirilməsi, nəticələri, qeyd, irad və rəyin məzmunu, təqdim olunan sənədlər, araşdırma nəticələri və s.) məhkəməyə aydın deyil.

43. Belə ki, əgər güzəştli vəsait və kredit məbləği yalnız iddiaçı qurum tərəfindən aparılan ətraflı ekspertizalar, lazım gələrsə, əlavə məlumat və sənədlərin təqdim edilməsi və araşdırılması nəticəsində ayrılmasının mümkünlüyü təsdiqlənibsə, bu proseslər tamamlandıqdan, maliyyə vəsaiti ayrıldıqdan və avadanlıqlar alındıqdan üç il sonra, yalnız Hesablama Palatasının yoxlaması nəticəsində torpağa basdırılmış suvarma sistemlərinin paslanmasından dolayı, 2020-ci ildə alınmış avadanlıqlara bənzəmədiyi ehtimalı ilə belə bir iddianın irəli sürülməsi əsassızdır. Həmçinin iddiaçı quruma ekspertizaların aparılması üçün təqdim olunan sənədlər arasında tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri və digər sənədlər də mövcud olmuşdur. Alqı-satqı müqavilələrində isə alınacaq suvarma sistemlərinin hansı gömrük bəyannamələrinə əsasən ölkəyə idxal o lunduğu, tarix və nömrələri ilə qeyd edilmişdir.

44. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq alqısatqı və kredit müqavilələrinin uydurma əqd hesab olunması üçün hüquqi əsasın və sübutun mövcud olmamasına əsaslanaraq iddianı rədd etmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətində məhkəmənin bu əsaslandırması ilə razılaşmadığını ümumi formada ifadə etsə də, bu hissədə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ilə bağlı irəli sürdüyü dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir.

46. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edi lmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

48. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-792/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar