Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-274/2023 23.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı ilk iddiası, həmçinin iddiaçı Cavabdeh4 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cav abdeh7 qarşı “müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s” tələbinə dair ilk iddiası, həmçinin iddiaçı Cavabdeh4 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı Cavabdeh4 MMC-yə münasibətdə kredit müqaviləsi üzrə öhdəliyin gecikmiş hesab edilməsinə və gecikməyə görə kredit borcu üzrə faizlərin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, gecikməyə görə kredit borcu üzrə hesablanmış faizlərin silinməsi vəzifəsinin İddiaçı ASC-yə həvalə edilməsi” barəsində qarşılıqlı iddiasına dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(106)-144/2022 saylı qətnaməsindən Cavabdeh4 MMC-nin vəkili və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ
1. İddiaçı ASC iddia, iddia tələbinin dəqiqləşməsi və iddia tələbinin azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 ASCdən, Cavabdeh5 MMC-dən, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 İddiaçıASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya xx.xx.2019-cu il tarixli 2 nömrəli əlavə saziş üzrə banka 600.000 ABŞ dolları əsas, 164.196,18 ABŞ dolları faiz, 111.611,47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 875.807,65 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0- 28-18 (2) saylı kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları əsas, 25.987,78 ABŞ dolları faiz, 15.798,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48.786,59 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24-B İZ-1-0-28-18 (3) saylı kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 65.421,46 manat faiz borcu, 66.777,24 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16.813,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 349.011,41 manat; xx.xx.2019-cu il tarixli 24-BİZ1-0-28-18 (4) saylı kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları əsas, 54.235,35 ABŞ dolları faiz, 26.566,12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 280.801,47 ABŞ dolları; xx.xx.2019-cu il tarixli, 24-BİZ-1-028-18 (5) saylı kredit müqaviləsi üzrə 358.790,58 ABŞ dolları əsas, 94.107,67 ABŞ dolları faiz, 56.064,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 508.963,13 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqı nda bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyri-yaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
2. Həmçinin iddiaçı Cavabdeh4 MMC cavabdeh İddiaçı ASC-yə qarşı xx.xx.2021- ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC-yə münasibətdə kredit müqaviləsi üzrə öhdəliyin gecikmiş hesab edilməsinə və gecikməyə görə kredit borcu üzrə faizlərin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, gecikməyə görə kredit borcu üzrə hesablanmış faizlərin silinməsi vəzifəsinin İddiaçı ASC-yə həvalə edilməsi barədə q ətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Şirvan Kommersiya məhkəməsinin 2022-ci il 17 avqust tarixli, e-2-2(121)-43/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli Baş kredit müqaviləsi ləğv edilmiş, 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya 2019-cu il 18 oktyabr tarixli 2 N-li Əlavə Saziş üzrə banka 600.000 ABŞ dolları əsas, 164.196,18 ABŞ dolları faiz, 12.000 ABŞ dolları cərimə borcu, cəmi 776.196,18 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə); 2018-ci il 10 dekabr tarixli 24-BİZ1-0-28-18 (2) sa ylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 7000 ABŞ dolları əsas, 25.987,78 ABŞ dolları faiz, 1.600 ABŞ dolları cərimə borcu, cəmi 34,587.78 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə), 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (3) saylı saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 199.999,36 manat əsas, 65.421,46 manat faiz borcu, 7.000 manat cərimə, 16.813,35 manat illik 5% hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 289.234,17 manat; 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (4) saylı saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 200.000 ABŞ dolları əsas, 54.235,35 ABŞ dolları faiz, 2.700 ABŞ dolları cərimə borcu, cəmi 256.935,35 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə), 2019-cu il 21 fevral tarixli 24- BİZ-1-0-28-18 (5) saylı kredit xətti verilməsinə dair razılaşmaya 2019-cu il 18 oktyabr tarixli 1 N-li Əlavə Saziş üzrə banka 358.790,58 ABŞ dolları əsas, 94.107,67 ABŞ dolları faiz, 6.000 ABŞ dolları cərimə borcu, cəmi 458.898,25 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) borc cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 ASC, Cavabdeh5 MMC, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli 2.992 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini n ilkin satış qiymətinin 8.600.000 manat və ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli 2.992 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 4.300.000 manat məbləğində olmaqla açıq hərracdan satılması, Qeyd olunan qeyri-yaşayış sahələrinin satılmasından əldə edilən vəsaitdən 1.526.617,56 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) və 289.234,17 manat məbləğində kredit borcunun İddiaçı ASC-yə ödənilməsi, Qeyd olunan qeyri-yaşayış sahələrinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması, İlk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh4 MMC-nin nümayəndəsi 2022-ci il 23 sentyabr tarixində qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələblərin in təmin edilən hissədə və qarşılıülı iddis rədd olunan hissədə ləğv edilməsini, ilkin iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(106)-144/2022 saylı qətnaməsi ilə Cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – Z.Zeynalov, hakimlər – T.Kərimov və T.Heydərov).
6. Məhkəmə qətnaməsi 2022-ci il 19 dekabr tarixində iddiaçıya və Cavabdeh4 MMC-yə göndərilmişdir.
7. Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili 2023-cü il 4 aprel tarixində həmin qətnamədən k assasiya şikayəti verərək qətnamənin ilkiin iddia tələblərinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsini, ilkin iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
9. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə kassasiya şikayətinə kassasiya icraatında baxıla bilməz.
10. Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili 2023-cü il 4 aprel tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ilkin iddia tələblərinin təmin edildiyi və qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsini, ilkin iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti 2023-cü il 13 aprel tarixində icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxılması təyin edilmişdir. 12. 2023-cü il 18 may tarixində Cavabdeh7 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ərizə daxil olmuşdur.
13. Cavabdeh7 ərizəsində bildirmişdir ki, Şirvan Apellyasiya məhkəməsinin qətnaməsi ona rəsmi qaydada verilməmiş, bununla da onun kassasiya şikayəti vermək hüququ kobud şəkildə pozulmuşdur.
14. Məhkəmə kollegiyası ilk öncə iş materiallarına nəzər yetirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə göndərilsə də, qətnamənin Cavabdeh7 çatması barədə iş materiallarında hər hansı dəlilə rast gəlinmir.Halbuki digər cavabdehlərə qətnamənin rəsmi qaydada təqdim edilməsi barədə poçt göndərişlərinin verilməsi haqqında Xəbərnamələr mövcuddur( i/v 139-141).
15. Digər tərəfdən iş materiallarında olan göndərişlərdən(İİİ cild, i/v-192) görünür ki, apellyasiya məhkəməsinin kommersiya kollegiyasının qətnaməsinin surəti yalnız iddiaçıya və Cavabdeh4 MMC-yə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda cavabdeh “həm apellyasiya şikayəti, həm də kassasiya şikayəti vermək hüququndan məhrum olmuşdur.
17. Beləliklə, apellyasiya məhkəməsi işə baxan zaman qeyd edilən məsələlərə önəm verməmiş, çəkişmə prinsipinin pozulmasına səbəb olan bu hallara aydınlıq gətirməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən məsələlərə aydınlıq gətirməli, tərəfin pozulmuş hüququnun bərpası istiqamətində addımlar atmalıdır.
19. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və MPM-nin 402.1, 408 və 417 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2022-ci il 8 dekabr tarixli 22(106)-144/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 2-2(102)-274/2023 saylı qərardadı ləğv edilsin və kommersiya mübahisəsi üzrə iş kassasiya baxışından çıxarılaraq Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.