Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-274/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-182/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında bax ılmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən İddiaçı özünə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə etdiyi aşkar olunduğundan dəymiş ziyanın hesablanması tələb edilmişdir. Aktda istehlakçı İddiaçı imzası yoxdur (əsas: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2022-ci il 24 dekabr tarixli, ******* saylı akt).
2. Qaz işlədicilərindən su qızdırıcı qazanın (640.000 kkal/s) maksimal saatlıq qaz sərfi 80 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 85 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 81600 m3 qazın (81600 m3 x 0,25 manat = 20.400 manat) dəyərində olması müəyyən edilmişdir.
3. Yoxlayıcı orqan Cavabdeh İB tərəfindən sah ibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus istixanada sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən olunması əsası ilə plandan kənar yoxlama təyin edilmiş və yoxlamanın müddəti 2022-ci il 26 dekabr – 2022-ci il 28 dekabr olaraq qeyd edilmişdir. Yoxlama 2022-ci il 26 dekabr tarixində dövlət reyestrində qeydiyyata alınmışdır (əsas: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 2022-ci il 26 dekabr tarixli KY221879896 nömrəli çıxarış). 4. 2022-ci il 24 dekabr tarixində Cavabdeh İB-nin işçi qrupu tərəfindən 219-luq xətt üzərindən orta təzyiqdən qeyri-qanuni götürülən polietilen örtüklü 400-500 metr olan digər istiqamətdə yeraltı yönələn xə tt, həyətdə 6 ədəd iri istixananın olması və Elster G65 markalı, zavod nömrəsi ********* olan qaz sayğacına (göstəricilərinə) baxış keçirildiyi müəyyən edilmişdir (əsas: səsli video görüntü). 5. 100464000000015 saylı abonent saldosuna əsasən, abonent su qızdırıcı qazandan (1/1) istifadə edir. 2022-ci ilin dekabrında abonentə akta əsasən 20.400 manat məbləğində borc hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 25 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X2 tərəfindən qeyd edilən 20.400 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, ev 15-də yerləşən tərəvəz bitkiləri yetişdirmək üçün istixana 2019-cu ildən fəaliyyətdədir. 2022-ci ilin yanvar ayından cavabdeh ilə müqavilə bağlanılmış və həmin ünvana sayğac quraşdırılmışdır. İddiaçı sayğac quraşdırılan gündən hər ay vaxtı-vaxtında qaz pulu ödənişlərini yerinə yetirmişdir. 2022-ci il dekabr ayında qaz istismar sahəsinin işçiləri qaz sayğacına baxış keçirərək, qaz sayğacına müdaxilə olunması səbəbi ilə sayğaca giriş borusunu kəsib aparmışlar. Bir müddət sonra bildiriş (xəbərdarlıq) təqdim edərək, qaz sayğacından kənar xətt aşkar olunması əsası ilə cərimə olaraq 20.400 manat pul ödənilməsini tələb etmişlər. Heç bir akt yazılmadan, heç bir əsas olmadan əsassız şəkildə 20.400 manat borcun olduğu bildirilmişdir. İddiaçı qaz pulunu vaxtı-vaxtında ödəmiş və sayğacdan kənar xətdən isti fadə etməmişdir. Buna baxmayaraq Sabunçu rayon X1 əlavə olaraq 20.400 manat borc hesablamışdır. Ən əsası isə odur ki, iddiaçıya borc yazılana qədər hər ay qaz pulunu ödəmiş, qaz sayğacına müdaxilə etməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 oktyabr tarixli e-2-2(113)-4165/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 20.400 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – L.Əliyeva).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 20.400 manat məbləğində borc abonentə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablan mışdır.
10. Bundan başqa məhkəmə vurğulamışdır ki, cavabdeh təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
11. Beləliklə, məhkəmə § 3 və 4-də göstərilənlərə istinadən qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2022-ci il 24 dekabr tarixində keçirilmiş yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmadığından yoxlamanın heç bir hüquqi nəticəsi olmamışdır. Belə olan halda c avabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqda haqlı olmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul ol unmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-182/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim – V.Baxışova, R.Qurbanov, A.Hüseyn).
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassız olmaqla mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas təşkil etmir.
16. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1, 3.5- 2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 1.3, 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin (bundan sonra – “MPM”) 9.1, 88, 386-cı maddələri üzrə - cavabdeh § 1, 3 və 4-də göstərilənlərə istinad edir və əlavə olaraq bildirir ki, məhkəmə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlamanın keçirilməsinin nəzərdə tutulmadığını, küçə qaz xəttinə baxış keçirilən zaman kənar qoşulma aşkar edilməsini nəzərə almamışdır. Bu səbəbdən də istixana sahibinin məsuliyyətdən yayınmasının qarşısının alınması üçün qazdan qanunsuz istifadə barədə akt tərtib edilmiş, foto və videoçəkiliş aparılmış, istixanaya dəymiş ziyan isə yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alındıqdan sonra hesablanmışdır.
19. İddiaçının istixanada sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi işin mübahisəsiz halıdır. Belə ki, abonent saldosuna ba xış keçirdikdə 2022-ci ilin dekabr ayında, yəni havaların kəskin soyuq olduğu vaxt və qanunsuz xəttin mövcud olduğu vaxt, sayğac göstəricilərinə əsasən təbii qazdan 1317 manat dəyərində istifadə olunduğu, lakin 2023-cü ilin mart ayında, yəni artıq havaların kifayət qədər isti olduğu və ümumiyyətlə, istixana mövsümünün başa çatdığı, eyni zamanda qanunsuz xəttin artıq mövcud olmadığı vaxt təbii qazdan 1848,25 manat dəyərində istifadə olunmuşdur. İstixananın ölçüləri və aktın növü dəyişmədiyi halda bu cür kəskin fərqin yaranması (qanunsuz xətt olmadığı təqdirdə) mümkün deyil. Bu hal aydın göstərir ki, iddiaçı təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə etmiş və məhkəmə bu halı nəzərə almamışdır.
20. Cavabdeh tərəfindən “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balan s mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus istixanada yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alındıqdan sonra aparılmış və sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə nəticəsində cavabdehə vurulmuş zərər hesablanmışdır.
21. Birinci instansiya və apellyasiya məhkəmələri iş üzrə olan sübutları araşdırmadan, iddiaçıya məxsus istixanada sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə olunmasını nəzərə almamış, yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yox lamaların vahid məlumat reyestri”ndə qeydə alınmamasını əsas göstərərək 20.400 manat borcun silinməsi barədə qərar qəbul etmişlər. Bu cür hallarda istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına, qazdan qanunsuz istifadə etməsinə zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur. Beləliklə, təqdim olunmuş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
24. Kassasiya i nstansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 25. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
3. Ümumi tələblər...
5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların mara qlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən e tdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....” 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil e dilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə
3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
30. Məhkəmə ko llegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fə rqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
34. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.
35. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir
36. Əlavə olaraq kollegiya qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara düzgün hüquqi qiymət verilmişdir.
37. Belə ki, məhkəmə qeyd etmişdir ki, yoxlayıcı orqan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan iddiaçıya məxsus is tixanada 2022-ci il 24 dekabr tarixdə qaz təchizatı sisteminə baxış keçirilərkən yoxlama barədə dövlət reyestrində məlumat olmadığından, bu barədə məlumat yalnız iki gün sonra 2022-ci il 26 dekabr tarixdə dövlət reyestrində qeydiyyata alındığından “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununu 3.5-ci maddəsinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Qanuna görə qeydə alınmadan həyata keçirilmiş yoxlamanın isə hüquqi nəticəsi olmadığından 2022-ci il 24 dekabr tarixli ******* saylı akt əsasında hesablanmış 20400 manat borcun silinməsi barədə iddia əsaslı olmuşdur.
38. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasın a dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
40. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-182/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.