Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-274/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, müqavilə öhdəliklərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-151/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında 2023-cü il 7 fevral tarixdə SM-M-12/23 saylı alqı-satqı/xidmət müqaviləsi (bundan sonra – “alqı-satqı müqaviləsi”) bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə görə satıcı (podratçı), müqavilənin tərkib hissəsi olan və müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqı-satqı/xidmət göstərilməsi zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan malları/xidmətləri təqdim etməyi, alıcı isə həmin malların/xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. - 3.6-cı bəndinə görə, ödənişlərin aparılması öhdəliyin icrasının son tarixindən sonra alıcının/sifarişçinin ödənişi gecikdirməsi halında alıcı/sifarişçi satıcıya hər gecikdirilən gün üçün borcun 0.5%-i miqdarında сərimə ödəməlidir. Cərimənin ümumi məbləği müqavilanin ümumi məbləğinin 10%-dən artıq ola bilməz.
2. Müqavilə hər iki hüquqi şəxsin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur.
3. Malların verilməsi ilə bağlı satıcı tərəfindən alıcıya elektron qaimələr göndərilmişdir. 4. 2024-cü il 4 iyun tarixdə satıcı və alıcı arasında onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş üzləşmə aktı tərtib olunmuş, həmin aktda Cavabdeh MMC 2024-cü il 3 iyun tarixinə 735.144,25 manat borcunun olduğunu qəbul etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 735.144,25 manat borcun, gecikdirilmiş vaxt üçün hes ablanmış 73.500 manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 3.150 manatın, habelə ödənilmiş 1.101,79 manat dövlət rüsumunun əvəzinin, cəmi 811.794 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olan müqavilə üzrə iddiaçı tərəfindən öhdəlillər yerinə yetirilərək müxtəlif növdə ehtiyat hissələri və materiallar cavabdehə təhvil verilmişdir, lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur ki, o, aldığı malların dəyərini tam şəkildə ödəməli olduğu halda, iddiaçıya ƏDV daxil olmaqla 735.144,25 manat borcu qalmışdır. Cavabdehə pretenziya göndərilərək verilmiş mallara görə qalıq borcun 7 gün ərzində ödənilməsi xahiş edilsə də, borcun ödənilməsi təmin edil məmişdir.
7. Məhkəmə iclasında malların cavabdehə təhvil verilib-verilməməsi soruşulmuş, cavabdeh tərəf də, qeyd edilmiş dəyərdə malların təhvil verildiyini, lakin malların baha qiymətə satıldığını bildirmişdir.
8. Məhkəmə iclasında işə əlavə edilmiş 2024-cü il 18 iyul tarixli (15.800 manat), 2024-cü il 25 iyul tarixli (15.800 manat), 2024-cü il 29 avqust tarixli (20.680 manat), 2024cü il 5 sentyabr tarixli (31.400 manat) qəbzlərdə göstərilmiş ödənişlərin, məhz indiki tələb edilən borca aid olub-olmaması soruşulmuş və hər iki tərəf, tərəflər arasında bir alqı-satqı müqaviləsinin olduğunu, lakin qeyd edilmiş ödənişlərin hazırkı borca deyil, tərəflər arasında olan başqa mal mübadiləsinə aid olduğunu bildirilmişdir.
9. Bundan başqa da, məhkəmə iclasında hər iki tərəf üzləşmə aktında qeyd ed ilmiş 735.144,25 manat puldan hər hansı bir ödəniş olmadığını bildirmişdilər.
10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilənin bağlanmasına cavabdehdə dispetçer və yağlama işləri üzrə nəzarətçi vəzifələrində çalışmış X2 və X3 vasitəsilə təsir göstərilmişdir. Həmin işçilər cavabdehin avadanlıq tələbatına dair daxili məlumatları iddiaçıya ötürərək müqavilənin iddiaçı ilə bağlanmasına şərait yaratmış, cavabdehin nümayəndəsinə təzyiq etmişlər. Bu işçilərin cavabdehdə əmək müqavilələrinə xitam verildikdən qısa müddət sonra iddiaçıda işə başlaması, eləcə də iddiaçı müəssisənin cavabdehin ehtiyaclarına uyğun sürətlə təsis edilməsi və müqavilənin imzalanması, tərəflər arasında əvvəlcədən razılaşma ehtimalını gücləndirir. Cavabdehin bazarda nüfuzlu müştəri olması fonunda iddia çının qeyri-qanuni üsullarla müqavilə bağlaması digər rəqiblərin bazara çıxış imkanlarını məhdudlaşdırmışdır. Bu səbəbdən, iddiaçının tələbi ilə yanaşı, onun əlavə faiz (73.500 manat) tələbi də qanunsuz və əsassız hesab edilməli, nəticə etibarilə iddia tələbləri rədd olunmalıdır.
11. Bakı Kommersiya məhkəməsinin 2024-cü il 1 noyabr tarixli e-2-2(113)-4796/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 735.144,25 manat, cərimə borcu üzrə 36.000 manat məbləğində pul, ümumilikdə 771.144,25 manat qəpik məbləğində pulun, hüquqi yardımla əlaqədar əvəzi olaraq 1.000 manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 1.061,14 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
12. Məhkəmə hesab etmişdir ki, 735.144,25 manat dəyər ində mallar iddiaçı tərəfindən cavabdehə verildiyindən və cavabdeh tərəfindən qeyd edilmiş malların dəyərini ödəmədiyindən, 735.144,25 manat məbəğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 3.6-cı bəndinə əsasən ödənişlərin aparılması öhdəliyin icrasının son tarixindən sonra alıcının/sifarişçinin ödənişi gecikdirməsi halında alıcı/sifarişçi satıcıya/podratçıya hər gecikdirilən gün gün üçün borcun 0.5%-i miqdarında сərimə ödəməlidir. Cərimənin ümumi məbləği Müqavilanin ümumi məbləğinin 10%-dən artıq ola bilmaz. Göründüyü kimi, iddiaçının istinad etdiyi müqavilənin bəndi öhdəliyin icra edilməməsi nəticəsində cərimə məbləğinin tətbiq edilməsinin mümkünlüyünü ehtiva edir. Mülki Məcəllənin 5.3, 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdehin 735.144,25 manat manat əsas borcuna münasibətdə 36.000 manat məbləğində cərimə daha ağlabatan və ədalətlidir.
14. Məhkəmə g əldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 567 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Həmçinin iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun iddianın təmin olunmayan hissəsində ləğv, iddia tələbinin isə tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-151/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
18. Apellyasiya instansiyası qeyd etmişdir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır, onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir). MM-in bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin - rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.
19. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün MM-in 448.3-cü və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır, istisnanı isə iddiaçının, cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatlı olması təşkil edir. Cavabdeh tərəf iddiaçının belə məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir. Digər tərəfdən, mülki qanunvericilikdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq öhdəliyin icrası zamanı qiymətin tərəflərin razılığı ilə müəyyənləşdiriməsi prezumpsiyası təsbit edilmiş, istisna hal kimi qanunda göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixli SM-M12/23 saylı alqı-satqı/xidmət müqaviləsinin predmeti olan mallarla bağlı mü vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər mövcud deyildir və bu səbəblə də tələb-təklif əsasında formalaşan, tərəflərin razılaşması ilə müəyyən edilən müqavilənin qiyməti satıcının aldadıcı hərəkəti kimi təfsir edilə bilməz.
20. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş üzləşmə aktı tərtib olunmuş, həmin aktda cavabdeh xx.xx.2024-cü il tarixinə 735 144,25 manat borcunun olduğunu qəbul etmişdir. “Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanun larına uyğunluğunun yoxlanılmasına dair 01 fevral 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.
21. Şərh olunanları ümumiləşdirən kollegiya hesab etmişdir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi cavabdehin azadlığı olmuşdur və onun, həmin müqaviləni aldatma nəticəsində bağladığı qənaətinə gəlmək mümkün deyildir. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir.
22. Kollegiya iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin də lillərini də əsassız hesab etmişdir. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Həmin prinsipin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğ ini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 735 144,25 manat olduğu müəyyənləşdirilən borcuna münasibətdə iddiaçı 73 500 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 36 000 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından, həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır.
23. Kollegiya, “hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun ödənilməsi” nəticəsi ilə də razılaşmışdır. Belə ki, kollegiyanın qənaətinə görə, mübahisənin mahiyyəti və vəkilin göstərdiyi xidmətin həcmi baxımından iddiaçının vəkilə ödədiyi məbləğin 1000 (m in) manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması MPM-in 121-ci maddəsində təsbit edilmiş ağlabatanlılıq meyarına uyğun hesab edilməlidir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 354.2, 385.1, 386.1, 390.1, 390.2, 398.1, 398.2, 399.1, 425.1, 439.3, 442, 445.2.1, 448.3, 456, 462.1, 467, 567, 598.1, 600.1 və 600.4-cü maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, işin isə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 339.1-ci mad dəsi üzrə - müqavilənin bağlanması zamanı onun dispetçer və yağlama işləri üzrə nəzarətçi vəzifəsində çalışan əməkdaşları iddiaçı ilə müqavilənin imzalanmasına təsir etmişdir. Bu şəxslər cavabdehin avadanlıq ehtiyacları barədə dəqiq məlumata malik olmuş və bu bilgiləri iddiaçıya ötürərək cavabdehin nümayəndəsini müqavilənin məhz iddiaçı ilə bağlanmasına təşviq etmişlər. İşçilərin peşəkar bilik və səlahiyyətlərindən istifadə olunaraq müqavilə bağlanmasından əvvəl rəhbərlik onların məsləhətlərinə əsaslanmışdır. Sonradan həmin işçilərin cavabdehdən ayrılıb qısa müddət ərzində iddiaçı müəssisəsində işə başlaması onların əvvəlcədən razılaşdırılmış hərəkətlərdə iştirak etdiklərini göstərir. Həmçinin iddiaçının qısa müddətdə təsis olunaraq cavabdehin ehtiyacına uyğun avadanlıqları əldə etməsi, mə xfi məlumatların ötürülməsi və bu əsada müqavilənin pis niyyətlə bağlanması ehtimalını gücləndirir.
27. MM-in 443.5, 445.2.2, 1091.1-ci maddələri və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi üzrə - iddiaçı cavabdehin müəssisəsində çalışan işçilərlə qanunsuz razılaşmalar nəticəsində onun ticarət fəaliyyətinə dair məlumatları ələ keçirmiş, bununla da haqsız rəqabət şəraiti yaratmışdır. Bu qanunsuz məlumat əldə etmə nəticəsində iddiaçı digər potensial müqavilə tərəflərini bazardan sıxışdıraraq öz maraqlarını təmin etmişdir ki, bu da haqsız rəqabətin və əsassız varlanmanın təzahürüdür. İddiaçının əldə etdiyi gəlir və əlavə faiz tələbi bu baxımdan qanunsuz hesab edilməlidir. Bundan başqa, müqavilə şərtlərinə görə öhdəlik icra olunmadıqda kreditor əvvəlcədən xəb ərdarlıq etməlidir. İddiaçı xəbərdarlıq etsə də, bu, formal xarakter daşımış, danışıqlar yolu ilə mübahisənin həllinə səy göstərilməmişdir. Müqavilənin danışıqlar yolu ilə nizamlama öhdəliyinə əməl edilməməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, hüquqi xidmətlərə görə 3.150 manat tələb edilsə də, bu məbləğin əsaslandırılması üçün konkret müqavilə və xidmətlərin dəyərini təsdiqləyən sənəd təqdim edilməmişdir. Yalnız ümumi bir ödəniş orderi mövcuddur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu halı yetərincə araşdırmadan 1.000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulmasına qərar vermişdir ki, bu da cavabdehin hüquqlarının pozulmasına və iddiaçının əsassız varlanmasına səbəb olmuşdur.
28. MPM-in 88, 217-ci maddələri üzrə - məhkəmə sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmadan, yalnız formal istinadlarla qərar vermişdir. Cavabdehin təqdim etdiyi etiraz ərizəsində mühüm hallar göstərilməsinə baxmayaraq, məhkəmə bu etirazlara münasibət bildirməmiş və işin tam, hərtərəfli araşdırılması öhdəliyinə riayət etməmişdir. İddiaçının göndərdiyi xəbərdarlıq isə formal xarakter daşımış, mübahisənin danışıqlar yolu ilə həllinə real cəhd göstərilməmişdir. Birinci instansiya məhkəməsi yalnız xəbərdarlığın mövcudluğunu nəzərə alaraq mübahisənin sülh yolu ilə həll edilməsini araşdırmamışdır ki, bu da işə səthi yanaşmanın göstəricisidir. Məhkəmə qətnaməsinin qanuni və əsaslı olması üçün maddi və prosessual hüquq normalarına dəqiq əməl olunmalı, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmalı və mötəbər sübutlarla təsdiqlənmə lidir. Lakin mövcud işdə bu tələblərə riayət olunmadığından, qəbul edilən qətnamə qanunsuz və əsassız olmuşdur, nəticədə cavabdehin hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
30. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi göstərilsə də, şikayətin dəlillərindən müəyyən edilir ki, qətnamənin əsaslığı iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirilir. Eyni zamanda, iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Ona görə də, qətnamənin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yalnız iddianın qismən təmin edilmiş hissəsində yox lanılacaqdır. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfində n mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” “M addə
445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” 32. 2024-cü ilin 1 iyul tarixinədək qüvvədə olmuş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəala rında aşağıdakılar nəzərdə tutulur: “Maddə
7. Haqsız sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması; rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; əmtəələrin məcburi əlavə çeşidlə satışı; müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması; qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.”
33. Azərbaycan Respublikasının M ülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Mad də
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
36. Kassasiya şikayətində istinad olunan MM-in 339.1-ci maddəsinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində həmin maddənin tələblərinin pozulması qeyd edilsə də, bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
37. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi cavabdehin azadlığı olmuşdur və onun, həmin müqaviləni aldatma nəticəsində bağladığı qənaətinə gəlmək mümkün deyildir.
38. Kassasiya şikayətində istinad olunan MM-in 443.5 və 445.2.2-ci maddələrinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, həmin maddələr öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.
39. İddiaçı isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia deyil, cavabdehin üzərinə öhdəliklərinin icra edilməsi vəzifəsinin qoyulması barədə tələb irəli sürmüşdür.
40. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 14.2-ci bəndində müəyyən edilən şərtlər (mübahisənin danışıqlar yolu ilə həll edilməsi) tərəflər arasında yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə, qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşıyır.
41. Bununla yanaşı, müqavilənin 14.3-cü bəndində müəyyən edilmişdir ki, mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə, məhkəmələr tərəfindən həll edilir.
42. İddiaçı da müqavilənin həmin bəndlərinin tələblərinə uyğun olaraq cavabdehə pretenziya göndərmiş və sonradan məhkəməyə müraciət etmişdir. Mübahisəyə birinci instansiya məhkəməsində 5 ay müddətində, apellyasiya instansiyası məhkəməsində isə 1 ay müddətində baxılmış, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
43. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının mübahisənin sülh yolu ilə həll edilməsindən yayınması barədə dəlillər özü-özlüyündə, habelə MM-in 443.5 və 445.2.2ci maddələrinin tələblərinin pozulması barədə dəlillər əsassızdır.
44. Kassasiya şikayətində istinad olunan MM-in 1091.1-ci maddəsinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
45. Mülki prosesdə vəkillərə etdikləri kömək üçün xərclərin ödənilməsi isə MPM-in 121.1-ci maddəsində nəzərdə tutulmuş və apellyasiya instansiyası məhkəməsi də həmin maddəni tətbiq etməklə iddiaçının vəkilə ödədiyi məbləğin 1000 manat hissəsinin cavabdehdən iddiaçı nın xeyrinə tutulmasını MPM-in 121-ci maddəsində təsbit edilmiş ağlabatanlılıq meyarına uyğun hesab etmişdir.
46. Kassasiya şikayətində istinad olunan “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsassızdır.
47. Belə ki, cavabdeh iddiaçının haqsız rəqabət aparması nəticəsində özünün deyil, digər şəxslərin hüquqlarının pozulmasına istinad edir.
48. Halbuki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
49. Kassasiya şikayətində qeyd edilən sübutların tam və hərtərəfli araşdırılmaması, işin hallarına və i şdə olan sübutlara düzgün qiymət verilməməsi və MPM-in 88, 217-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlillər də əsassızdır.
50. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
51. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiya sı məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
52. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmama sı maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
53. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi bütün d əlillərə qiymət verilmişdir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-151/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıls