Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-296/2023 28.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı YYYnın cavabdeh XXXna qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı YYYnın cavabdeh XXXna qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARI
1. İddiaçı YYY (bundan sonra – “iddiaçı”) cavabdeh XXXna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 30 iyun tarixində Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 14.000 manat borc məbləği və dövlət rüsumu olaraq ödənilmiş 132 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırmışdır ki, cavabdeh 2022-ci il 16 mart tarixində iddiaçıdan dəyəri 7.000 manat olan 750 əyyarlı qızıl əşyalarını satmaq məqsədi ilə götürmüşdür. Bundan sonra, cavabdeh 2022-ci il 29 aprel tarixində yenidən dəyəri 7.000 manat olan 750 əyyarlı iddiaçının qızıl əşyalarını satmaq məqsədi ilə aparmış, indiyədək qızılların pulun qaytarmamışdır. Cavabdeh dəfələrlə tələb edilməsinə baxmayaraq, qızılların pulunu iddiaçıya geri ödəməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublik asının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 740.1, 1091.2, 1096.1, 1097.1, 1097.3-cü maddələrinə istinad olunmuşdur.
4. Cəbrayıl Rayon Məhkəməsinin 2023-cü il 18 yanvar tarixli, 2(072)-014/2023 nömrəli qərardadı ilə mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – T.Nüsrətov).
5. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdadırlar, yəni onlar fərdi sahibkar statusu olan fiziki şəxslərdir. Bundan başqa, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq hazırkı “pul” tələbi üzrə mübahisə tərəflərin ayrı-ayrılıqda və (və ya) birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Beləliklə, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı nəzərə alınmaqla, mübahisənin xarakteri kommersiya mübahisəsidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 10, 11, 12, 13, 15, 20-ci bəndlərinə, Plenum Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1-ci maddəsinin qeyd hissəsinə, 1.1-ci, 24.2-ci, 25.1-ci, 26.1, 32.3, 32.5, 32.6-cı maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
7. İddiaçı həmin qərardaddan 2023-cü il 22 fevral tarixində şikayət verərək, onun ləğv olunması və işin aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
8. Cəbrayıl Rayon Məhkəməsinin 2023-cü il 23 fevral tarixli 2(072)-014/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır (hakim – T.Nüsrətov).
9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 10 aprel tarixli 2-2(121)-890/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edil məsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Abbasov).
10. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisənin tərəflərinin hər ikisi fərdi sahibkar statusuna malikdirlər.
11. İşin hazırki vaxta kimi müəyyən edilmiş hallarından görünür ki, mübahisənin predmetini iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının satılması və satışdan əldə olunan pul vəsaitinin iddiaçıya verilməsinə dair iddiaçı tərəfindən cavabdehə verilmiş tapşırığın sonuncu tərəfindən lazımınca icra edilməməsindən, yaxud da iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısına dair razılaşmadan yaranan iddiaçının subyektiv hüququ təşkil edir.
12. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd etmişdir ki, hazırkı işdə cavabdehi n fəaliyyət sahəsi nəzərə alındıqda, onun hərəkətlərini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək mümkün olsa da, bunu iddiaçı haqqında söyləmək olmaz. İddiaçının fəaliyyət sahəsini təşkil edən lombard fəaliyyəti öz xarakter və məzmunu etibarı ilə hazırki mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin müəyyən edilməsində xüsusi rol oynamır.
13. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 10, 11, 12, 26-cı bəndlərinə, MPM-in 1-ci maddəsinin qeyd hissəsinə, 24.2, 25.1, 26.1, 31.1, 32.3, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. II. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəasında “Maddə
13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsi ndən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” 15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkə mələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında aşağıdakılar nəzərdə tutulur: “10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həya ta keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin x arakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 1 3-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPMin 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki m əhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” III. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
18. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir.
19. İlkin olaraq qeyd olunmalıdır ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 17) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
20. İş materiallarından müəyyən olunanlara əsasən, mübahisənin subyekti olan iddiaçı və cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərdir.
21. Mübahisənin predmetini iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının satılması və satışdan əldə olunan pul vəsaitinin iddiaçıya verilməsinə dair iddiaçı tərəfindən cavabdehə verilmiş tapşırığın sonuncu tərəfindən lazımınca icra edilməməsindən, yaxud da iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısına dair razılaşmadan yaranan iddiaçının subyektiv hüququ təşkil edir. Belə ki, iddia ərizəsinin məzmununa, tərəflərin izahatlarına, işdə olan sənədlərə əsasən müəyy ən olunan işin faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında şifahi formada bağlanan nisyə alğı-satqı və ya tapşırıq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçının tələbi, əgər tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlandığı qəbul edilərsə, cavabdehin aldığı əşyanın dəyərini razılaşdırılmış müddətdə iddiaçıya ödəməməsindən, tapşırıq müqaviləsinin bağlandığı halda isə cavabdehin ona verilmiş tapşırığın (qızıl-zinət əşyalarının satışının həyata keçirilməsi) icrası nəticəsində əldə etdiklərini (pul vəsaitini) iddiaçıya verməməsindən irəli gələn mülkihüquqi tələblərdir. Bu baxımdan, hər iki tələb kommersiya mübahisəsinin predmetinə uyğun tələblərdir və həmin tələblər üzrə işlərə kommersiya məhkəmələrində baxıla bil ər.
22. Lakin, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə gəldikdə qeyd olunmalıdır ki, mübahisənin xarakteri işə kommersiya məhkəməsində baxılmasına imkan vermir. Belə ki, hazırkı işdə cavabdehin fəaliyyət sahəsi nəzərə alındıqda, onun hərəkətlərini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək mümkün olsa da, bunu iddiaçı haqqında söyləmək olmaz. İddia ərizəsində, məhkəmə iclaslarında verdiyi izahatlarında və qərardaddan verdiyi şikayətdə (i/v 90) iddiaçı satılması üçün cavabdehə verdiyi qızıl-zinət əşyalarının ona məxsus olduğunu, həmin əşyaların satılmasından əsas məqsədinin gəlir əldə etmək olmadığını, fəaliyyət sahəsi olan lombard fəaliyyətinin cavabdehlə aralarında yaranmış mübahisəyə heç bir aidiyyətinin olmadığını bildirmişdir.
23. İşin müəyyən edilmiş hallarından d a iddiaçının peşə fəaliyyəti şəklində qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olması aşkar edilməmişdir. Əksinə, iddiaçının ona məxsus olduğunu bildirdiyi qızıl-zinət əşyalarını özgəninkiləşdirmək üçün cavabdehə müraciət etdiyi müəyyən olunmuşdur ki, bu xüsusat da onun həmin əşyaların realizə edilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına dəlalət edir. İddiaçının fəaliyyət sahəsini təşkil edən lombard fəaliyyəti isə öz xarakter və məzmunu etibarı ilə hazırkı mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin müəyyən edilməsində xüsusi rol oynamır.
24. Beləliklə, qarışıq məhkəmə tərkibi tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadı ğı qənaətinə gəlir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alan qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
25. MM-in 13-cü maddəsinin və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin (bax yuxarıda §§ 14-15) məzmunundan da göründüyü kimi, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyət sahibkarlıq (kommersiya) fəaliyyəti kimi qəbul olunmur. Hazırkı iş üzrə iddia tələbi üzrə borcun məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış borc olması iş materialları ilə təsdiq edilmir.
26. Yuxarıda göstərilənlərə əsasən, qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, baxılan mübahisə üz rə tərəflər arasında münasibətlərin xarakteri və mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır, odur ki, MPM-in 24.2 və 25.1-ci maddələrinin tələblərinə əsasən və Plenum Qərarının 10-12-ci bəndlərində ifadə olunmuş hüquqi mövqeyə (bax yuxarıda §§ 16-17) uyğun olaraq, hazırkı işə ümumi məhkəmədə qaydasında baxılmalıdır.
27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6 və 4031.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: İddiaçı YYYnın cavabdeh XXXna qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.