Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-281/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1081/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 2023-cü il 15 noya br tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi dəmir qəlib və betonlama işləri üzrə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir-tikinti işləri üzrə xidmətləri göstərməyi öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 01-də qiymət razılaşdırma protokolunda qeyd edilir. 4. 4.2-ci bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar elektron qaimə və hesab fakturaya əsasən bank hesabına köçürmə yolu ilə həft əlik olaraq həyata keçirilir.
5. Müqaviləyə 1 saylı əlavəyə əsasən dəmir qəlib işlərinin 1 m2 dəyəri 12 manat olaraq müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 15 noyabr tarixli XM-15/11/23 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə (bundan sonra – “müqavilə”) əsasən ödənilməmiş 89.589,32 manat məbləğində, eləcə də dövlət rüsumuna görə ödənilmiş 358 manat və vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla ümumilikdə 90.247,32 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, sifarişçi tərəf öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, ikitərəfli təsdiq edilmiş aktlara, təqdim edilmiş elektron qaimə-fakturalara, eləcə də son xidmətlərin cavabdeh tərəfindən aktı təsdiq edilməsindən imtina edilmiş hissəsinə əsasən ümumilikdə 89.589,32 manat borc mövcuddur. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, elektron vergi sistemi və elektron məhkəmə informasiya sistemi vasitəsilə pretenziya məktubları ünvanlanaraq müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmiş, lakin cavabdeh hazırkı tarixədək ödənişləri etməkdən yayınmışdır.
8. Cavabdeh iddiaya qarşı etiraz ərizəs i təqdim edərək bildirmişdir ki, 2024-cü il 3 aprel tarixli akta əsasən iddiaçı cavabdehə işləri yerinə yetirmədiyi (yarımçıq) üçün 15.611 manat dəyərində zərər vurmuş, həmin aktı imzalamaqdan boyun qaçırmaqla yanaşı ümumilikdə 10.000 manata yaxın vəsaiti isə artıqlaması ilə almışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünən odur ki, iddaçı iddiasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim etməmiş, yalnız cavabdehə göndərilmiş (akta istinad olunmayan) qaimələrlə iddiasını əsaslandırmışdır. Lakin belə olan halda tərəflərin xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtləri pozulmuşdur. Əgər, həqiqətən, iddiaçı tələbində haqlıdırsa, nə üçün əsas gətirməklə hazırda istəmiş olduğu vəsaitin təsdiqinə dair müqavilənin 1.2-ci bəndinə əsasən təsdiq aktına deyil, qaimə və naryadlara istinad edir. İddiaçıya 2024-cü il 2 aprel tarixində No-01/79 saylı məktub göndərilərək bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra etmədiyi üçün müqaviləyə xitam verilmişdir. Həmçinin iddiaçının qanuna zidd hərəkətləri ilə bağlı 2024-cü il 8 aprel tarixində Şirvan şəhər Polis Şöbəsinə müraciət olunmuş, tikintidə işləmiş işçilərin dövlət əhəmiyyətli obyektdə yığışaraq kütləvi iğtişaşlarının qarşısının alınması üçün iddiaçının ödəməli olduğu vəsait tam olaraq ödənilmişdir. Həmin ödənişlərə və digər əsaslara dair sübutlar təqdim edilmişdir.
9. İddiaçı məhkəməyə yazılı məhkəmə çıxışını təqdim edərək bildirmişdir ki, onun tərəfindən iş materiallarına əlavə edilmiş müxtəlif tarixli naryadlar və 2024-cü il 3 aprel tarixl i aktla təsdiq olunur ki, ümumilikdə 145.608,32 manat dəyərində işlər görülmüşdür. Bu faktı cavabdehin qanuni təmsilçisi sonuncu hazırlıq iclasında da etiraf edərək təsdiq etmiş, naryadları imzalayan Qurban Əhmədov adlı şəxsin də onların məsul işçisi olduğunu bildirmişdir. Digər yandan yuxarıda qeyd edilən naryadlar və akta istinad edilməklə tərtib edilmiş və iş materiallarında olan üzləşmə cədvəlinə əsasən də həmin məbləğdə işlərin görülməsi təsdiq edilmişdir. Dolayı yolla görülmüş işlərin dəyəri işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə cavabdehin həmin məbləğləri guya ödədiyini bildirməsidir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə cəmi 56.019 manat vəsait köçürülmüşdür. Cavabdehin hər hansı şəxslərə pul lar köçürməsi və ya iddiaçının tələb hüququnu üçüncü şəxslərə ötürməsi uydurma olmaqla həqiqətdən kənar haldır. İddiaçı belə bir halı nə şifahi, nə də yazılı formada cavabdehdən istəməmişdir və həmin şəxslərlə iddiaçının hər hansı hüquqi əlaqəsi yoxdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli e-2-2(113)3271/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək ümumilikdə 90.247,32 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim: Z.Axundova).
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz öhdəliklərini lazımı qaydada yerinə yetirsə də, cavabdeh bunu etməmiş və iddiaçıya borcu yaranmışdır.
12. Belə ki, iddiaçı tərəfindən məhkəməyə görülən işlərlə bağlı naryad adlı sənədlər və MMC-yə göndərilən elektron qaimələr təqdim edilmişdir.
13. MMC tərəfindən tərtib edilmiş görülən işlərin və ödənişlərin üzləşmə cədvəlində qeyd edilmişdir ki, görülmüş işlərin dəyəri 145.608,32 manat, VÖEN ilə ödənilən məbləğ 84.891,8 manat, kartla ödənilən məbləğ 70.657,95 manat olmuş və 9.941 manat məbləğində artıq ödəniş edilmişdir. Akt MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
14. Bank hesabından çıxarışa əsasən MMC tərəfindən İddiaçı ümumilikdə 56.019 manat məbləğində ödəniş edilmişdir.
15. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında müqavilə üzrə görülən işlərin ümumi dəyərinin 145.608,32 manat olması (cavabdeh tərəfindən təqdim edilmiş görülən işlərin və ödənişlərin üzləşmə cədvəlində cavabdehin özü tərəfindən təsdiq olunmuşdur) işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən onun bank hesabına ödənilən məblə ğ (56.019 manat) qəbul edilsə də, qalan məbləğ ödənilməmiş, cavabdeh qalan məbləğin işçilərə əmək haqqı kimi ödənildiyini bildirmiş, iddiaçı isə bununla razılaşmamışdır. Tərəflər hazırkı halda azad surətdə müqavilə bağlayaraq həmin müqaviləin məzmununu, qarşılıqlı şəkildə hüquq və vəzifələri müəyyənləşdirmiş, qarşılıqlı surətdə öz üzərlərinə öhdəliklər götürmüşlər. Cavabdeh tərəfindən öhdəlik icranı qəbul etməyə ixtiyarı çatan şəxsin xeyrinə icra olunmayıb və bu icra ilə bağlı iddiaçının razılığı olmayıb. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin, yəni cavabdehin vəzifələrinə aid edilmişdir və 6.4-cü bənddə deyilir ki, sifarişçi göstərilən xidmətin dəyərini icraçıya, yəni iddiaçıya ödəməyə borcludur. Ona görə də hazırkı hald a öhdəlik lazımi qaydada icra edilmiş hesab edilə bilməz.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 390.1, 425.1, 425.2, 433, 442, 448.1, 752.1, 753.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, və 77.1ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1081/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: L.Əliyeva – sədrlik edən və məruzəçi, T.Mahmudova və Z.Şirinov).
19. Məhkəmə kollegiyası 145.608,32 manat məbləğində işlərinin görülməsi ilə bağlı təhvil-təslim aktının olmaması, həmin işlərin iddiaçı tərəfindən deyil, cavabdehin öz işçiləri tərəfindən iddiaçının nəzarəti ilə görülməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birincisi, tərəflər arasında bağlanmış podrat müqaviləsində işlərin iddiaçının nəzarəti ilə deyil, məhz iddiaçı tərəfindən görülməsini razılaşdırmışlar. İkincisi, həmin podrat müqaviləsinə əsasən görülmüş işlərlə bağlı naryadların cavabdehin nümayəndəsi tərəfindən imzalanması, həmin müqavilə üzrə görülmüş işlərin dəyərinin bir hissəsinin cavabdeh tərəfindən ödənilməsi də iddiaçı tərəfindən podrat işinin görülməsi faktını təsdiq edir. 2
0. Görülmüş işlərin həcminə və dəyərinə münasibətdə isə kollegiya bildirmişdir ki, iddiaçı tərəfindən 145.608,32 manat məbləğində işlərin görülməsi faktı cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmiş naryadlarla yanaşı, cavabdehin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə cədvəlləri ilə öz təsdiqini tapmışdır. Ona görə də 145.608,32 manat məbləğində işlərin iddiaçı tərəfindən icra edilməməsi barədə cavabdehin dəlilləri özünü müdafiə xarakteri daşıyır.
21. Məhkəmə kollegiyası işlərin dəyərinin qalan hissəsinin birbaşa olaraq iddiaçının işçilərinə ödənilməsi barədə cavabdehin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq MM-in 433-cü maddəsinə istinadla qeyd etmişdir ki, öhdəlik icranı qəbul etməyə ixtiyarı çatan şəxsin xeyrinə icra olunmalı, icr asını ixtiyarsız şəxs qəbul etdiyi halda isə həmin icra ilə bağlı kreditorun razılığı alınmalıdır. Hazırkı halda podrat müqaviləsi üzrə muzdun bir hissəsinin işçilərə ödənilməsi barədə iddiaçının razılığının alınması iş materiallarına əsasən müəyyən edilmir.
22. Digər tərəfdən cavabdeh iddia etmişdir ki, iddiaçının işçiləri 2023-cü il 1 mart tarixində ərizə ilə müraciət edərək əmək haqqı ödənişlərinin gecikdirilməsini bildirdiklərindən iddiaçının əvəzinə həmin şəxslərə pul ödəməyə məcbur olmuş, yəni iddiaçı faktiki olaraq həmin ödənişlərdən faydalanmışdır.
23. Bununla bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş işçilərin siyahısına əsasən cavabdehin pul ödədiyi şəxslər iddiaçının deyil, cavabdehin öz işçiləri olmuş, bundan əlavə iddiaçı həmin şə xslərin əksəriyyəti ilə əmək müqavilələrini işçilərin əmək haqqının ödənilməməsi barədə narazılıqları bildirdikləri vaxtdan xeyli əvvəl bağlamışdır. Odur ki, cavabdehin həmin şəxslərə etdiyi ödənişlərin iddiaçıya hər hansı aidiyyətinin olması iş materiallarına əsasən müəyyən edilmir.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntularına yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur.
25. Məhkəmə mövqeyini MM-in 385.1, 425.1, 425.2, 433, 442, 443.1, 448.1, 752.1, 753.1-ci maddələri və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh kassasiya şikayəti verərək qə tnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 152-ci maddəsi üzrə - 2024-cü il 3 aprel tarixli akta əsasən iddiaçı cavabdehə işləri yerinə yetirmədiyi (yarımçıq) üçün 15.611 manat dəyərində zərər vurmuş, həmin aktı imzalamaqdan boyun qaçırmaqla yanaşı ümumilikdə 10.000 manata yaxın vəsaiti isə artıqlaması ilə almışdır. Məhkəmə isə bu halları araşdırmamış və görülən işlərin ümumi dəyərinin 145.608,32 manat olmasını mübahisəsiz hal kimi qeyd etsə də, iddaçının bu işləri hansı qüvvə ilə və necə həyata keçirilməsini araşdırmamış, həmçinin işlərin görülməsini deyən iddiaçı görülmüş işlərin sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa mə hkəmə tərəflər arasında bağlanmış müqavilənin imperativ xarakter daşıyan 1.2-ci bəndinə münasibət bildirmədən əsassız nəticəyə gəlmişdir. Belə ki, həmin bəndə əsasən işlər görüldükdən sonra işlərin faktiki təhvil-təslimi olmalıdır. Buna görə də tərəflər arasında razılaşdırılmış və görülmüş işlərin həcminə uyğun xidmət haqqı ödənilir. Lakin işin rəsmi tərəfləri, yəni xidmət müqaviləsi olmasına baxmayaraq iddiaçı həmin xidməti yerinə yetirməmişdir. Nəticədə iddiaçı tərəfindən görülməmiş hər hansı xidmətə görə cavabdehin öhdəliyi yarana bilməzdi. Bütün bu halları məhkəmə nəzərə almamış, işi hərtərəfli araşdırmamış və əsassız qətnamə qəbul etmişdir.
28. MM-in 442-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi 145.608,32 manat məbləğində işlərin görülməsi faktını cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilmiş naryadlarla yanaşı cavabdehin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə cədvəlləri ilə müəyyən etmişdir. Lakin işdə cədvəllər deyil, bir cədvəl vardır ki, onu da iş üzrə iddiaçı təsdiq etməmişdir. Belə olan halda məhkəmənin həmin cədvəli iddiaçının xeyrinə qiymətləndirməsi doğru deyildir.
29. MPM-in 14.2-ci maddəsi üzrə - məhkəmə yalnız iddiaçıya münasibətdə işin faktiki hallarını araşdırmış, cavabdehə münasibətdə işin hərtərəfli araşdırmasını aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi araşdırma aparan zaman tərəflərə iddiada göstərilmiş işin yerinə yetirilməsində iştirak etmiş işçilərə dair sübutlar istəmişdir. Cavabdeh tərəfindən 100-ə yaxın müqavilə təqdim edilmiş olmasına baxmayaraq məhkəmə həmin sübutlara qiymət vermədən əsassız nəticəyə gəmişdir.
30. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə işdə olan təsdiq edilməmiş naryadlara sübut kimi qiymət vermiş, müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilməsini göstərən əsası diqqətdən kənarda saxlamaqla əsassız nəticəyə gəlmişdir.
31. MPM-in 217-ci maddəsi üzrə - məhkəmə birinci intansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaq üçün maddi və prosessual hüquq normalarını iddiaçının xeyrinə olan hissəsinə qiymət verməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və ə saslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.”
35. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
38. Kassasiya şikayətində istinad olunan MM-in 152 və 442-ci maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulması qeyd edilsə də, bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
39. Eyni zamanda, məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi müəyyən edilm işdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanılaraq həmin müqavilədən irəli gələn münasibətlər yaranıb və hazırkı mübahisənin predmetini həmin müqavilə üzrə muzdun ödənilməsi təşkil edir. Məhkəmə həmin münasibətlərə və mübahisənin predmetinə aid olan MM-in 752.1 və 753.1-ci maddələrini tətbiq edərək nəticəyə gəlmişdir.
40. Kassasiya şikayətində isə hazırkı mübahisəyə aid olmayan MM-in əşya hüququ olan mülkiyyət hüququnun anlayışı və məzmununu müəyyən edən 152-ci maddəsinin pozulması qeyd edilmişdir.
41. Həmin maddələrin tələblərinin pozulmasının işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılması, habelə kassasiya şikayətində qeyd edilən MPM-in 88, 217-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlillər də əsassızdır.
42. Belə ki, MPM-in 407.2 və 416.1-c i maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
43. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edi lməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hes ab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
45. Kassasiya şikayətində qeyd edilən MPM-in 14.2-ci maddəsinin pozulması barədə dəlillər də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi sübutlara (əmək müqavilələrinə) və həmin sübutlarla bağlı dəlillərinə qiymət vermişdir. Həmin qiymətləndirmənin hansı şəkildə a parılması isə yuxarıda qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1081/2024 nö mrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.