Məhkəmə qərarları › İş №2-2(102)-282/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-282/2021

14.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-282/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh1 ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-282/2021 Bakı şəhəri 2021-ci il 14 iyul Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılaraq geri qaytarılması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı ASCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 ASC-yə «qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması» tələbinə dair iş üzrə Şəki Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 mart tarixli, 2-2(107)7/2021 nömrəli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nin adına 11 iyun 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən sonuncunun adına Texniki Pasport tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ASC-nin adına həmin qeyri yaşayış sahəsinə dair 2020-ci il 11 iyun tarixli, ********** saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən “Çıxarış” verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 may 1998-ci il tarixli, RK276 saylı əmrinə əsasən, X2 İddiaçı ASC-nin idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh1 ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əm lakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-yə məxsus olmuşdur. Lakin, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cava bdeh tərəfindən zəbt edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

7. Şəki Kommersiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, e-2-2(117)-377/2020 saylı qətnaməsi ilə (hakim R.Məcidov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi tərəifndən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında 0,0335 hektar torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış sahəsi olan binanın iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi istifadə olunmasına baxmayaraq, istifadənin qanuni əsaslarla olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, beləliklə, həmin qeyriyaşayış sahəsi cavabdehin qanunsuz sahibliyində olmuşdur.

9. Həmin məhkəmə işin müəyyən edilmiş faktiki hallarına əsasən belə nəticəyə gəlmişdir ki, ünvan 2 ünvanında 0,0335 hektar torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış binası iddiaçının mülkiyyətində olduğundan və cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadəsi qanunsuz olduğundan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehin qeyri-qanuni sahibliyindən geri tələb etmək hüququ vardır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 152.1, 153.1, 153.3, 153.4, 157.2, maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2021-ci il 4 mart tarixli, 2-2(107)-7/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Gündüz Abbasov, hakimlər Mirbahəddin Hüseynov və Elçin Hüseynov).

13. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin cavabdehə satıldığını qeyd etsə də, qeyri-yaşayış sahəsinin satılması barədə hər-hansı sübut təqdim etməmişdir. Cavabdeh həmçinin, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş və çağırış göndərilmədiyini və məhkəmə iclasından xəbərdar olmadığını bildirmişdir. Halbuki, işdə o lan məhkəmə iclasının 20 oktyabr 2020-ci il tarixə təyin edilməsi barədə 29 sentyabr 2020-ci il tarixli məhkəmə bildirişi 30 sentyabr 2020-ci il tarixdə cavabdehin ünvanı olan Yevlax şəhəri X küçəsi 10-s ünvana sifarişli məktubla göndərilmiş və 6 oktyabr 2020-ci il tarixdə “Əliyev Pərviz” adlı şəxs tərəfindən qəbul edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.1, 153.3, 153.4, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 11 mart tarixində iş üzrə tərəflərə göndərilmişdir.

16. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verməklə onun ləğv, iddi a tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. Mülki prosessual qanunvericiliyin tələblərinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Lakin, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydasına riayət etməmişsə və belə imkanı itirmişsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hazırki halda, iddiaçı mübahisənin məhkəməyə qədər preten ziya qaydasına əməl etməmiş, lakin işə baxmış məhkəmələr bu hala münasibət bildirməyərək maddi hüquq normalarını pozmuşdur.

18. Mülki rrosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dinlənilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birilərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Lakin, məhkəmə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş və çağırış göndərməmiş və cavabdehin izahatı məhkəmə iclasında dinlənilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. s) məhkəmə icraatı iştirakçılarının izahatları 19.İddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. 20.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. HƏDLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-i n 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hall arın yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Konstitusiyasının müvafiq müddəalarında “ M a d d ə 1

3. Mülkiyyət I......” Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “ M a d d ə 2

9. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mü lkiyyətindən məhrum edilə bilməz. ….”

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.......” “Maddə

157. Mülkiyyətin müdafiəsi.... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”

26. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri..... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.......” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart t arixli qərarına əsasən,... hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.” İV.ALİ MƏHKƏMƏNİN MÖVQEYİ 28.İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə ünvan 1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292,60 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11 iyun 2020-ci il tar ixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən “Çıxarış” verilmişdir. 29.İddiaçı həmin qeyri yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsinə istinadla hazırki iddianı qaldırmışdır. Cavabdeh həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində həmin sahədən qanuni əsaslarla istifadə etdiyini, qeyriyaşayış sahəsinin dəyərini iddiaçıya ödədiyini göstərir. 30.Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM- nin 14.2, 77.1, 81-ci maddələri). 31.İşin materiallarından görünür ki, cavabdeh iddia tələbinə qarşı etirazının əsaslarına, eləcə də şikayətinin dəlillərinə dair hər hansı sübut işə baxmış məhkəmələrə təqdim edilməmişdir. 32.Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin həmin dəlillərinin əsasız olması barədə nəticəsi MPM-nin 14.2, 77.1 və 81-ci maddələrinin tələblərinə uyğun olmuşdur, cavabdehin kassasiya şikayətinin eyni dəlili formal olmaqla, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 33.Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydasına riayət edilməməsi, işə baxan məhkəmələrin bu hala düzgün qiymət verməməsi barədə də lillərinə münasibətdə qeyd edir ki, hazırki işdə mülkiyyətçi olan iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə istinadla (bax yuxarıda 26-cı bənd), cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. Mülki qanunvericilikdə isə isə mülkiyyətin müdafiəsi üçün iddialar verilərkən, pretenziya qaydalarına əməl edilməsinin zəruriliyi nəzərdə tutulmamışdır.

34. Kassasiya şikayətində digər bir dəlillə bildirilmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bildiriş göndərilməmiş, bununla da MPM-nin 9.2-ci maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipi pozulmuşdur. 35.Lakin işin materiallarına əlavə edilmiş məhkəmə bildirişlərindən və onların cavabdehin ünvanında qəbul edilməsinə dair poçt xəbərnamələrindən (i.v 23, 33,63, 74) göründüyü kimi, işə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Bundan əlavə, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə «Elektron məhkəmə informasiya» sistemi vasitəsilə, SMS xəbərdarlıq göndərilmişdir. 36.Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması və cavabdehin məlumatı olmadan işə baxılması barədə dəlillərini əsassız hesab edir. 37.Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda 24-25-ci bəndlər), maddi və prosess ual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh edilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 mart tarixli 2-2(107)-7/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar