Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-282/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Agca İdrisə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu, zaminlərin birgə məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Agca İdrisə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-109/2025 nömrəli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh3 MMC və İddiaçı ASC arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2021-ci il 8 fevral tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisinin elektron imzası ilə təsdiq edilmişdir.
2. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə 2022-ci il 1 fevral tarixli DC00330868-04 nömrəli Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borc alana 2024-cü il 1 fevral tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95.000 manat məbləğində əməliyyat xərcl ərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.
3. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə 2022-ci il 15 fevral tarixli DCL00330868-05 saylı Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) Bank tərəfindən Borcalana 2023-cü il 15 fevral tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40.000 manat əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır.
4. Cavabdeh3 MMC tərəfindən İddiaçı ASC-yə 2022-ci il 5 may tarixli, DC00330868-06 nömrəli Maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borc alana 2024-cü il 5 may tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə f aizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 102.040,81 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.
5. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında müvafiq olaraq 2022-ci il 31 yanvar tarixli DG**********513 nömrəli və zamin İdris Agca arasında 2022-ci il 31 yanvar tarixli DG**********513 nömrəli zaminlik müqavilələri bağlanmışdır.
6. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında müvafiq olaraq 2022-ci il 15 fevral tarixli DG**********245 nömrəli və zamin İdris Agca arasında 2022-ci il 15 fevral tarixli DG**********245 nömrəli zaminlik müqavilələri bağlanmışdır.
7. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında müvafiq olaraq 2022-ci il 5 may tarixli, DG**********506 saylı və zamin İdris Agca arasında 2022-ci il 5 may tarixli DG**********506 nömrəli zaminlik müqavilələri bağlanmışdır.
8. PB/BPŞ-OUT-01200-2023 nömrəli, 2023-cü il 9 oktyabr tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC-nin 2023-cü il 21 avqust tarixə: - DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 55.522,82 manat, faiz borcu 5.834,91 manat, 1.199,42 manat cərimə olmaqla, cəmi 62.557,15 manat təşkil edir. Gecikmə: 201 gün. - DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 40.000 manat, faiz borcu 1.121,26 manat, 538,89 manat cərimə olmaqla, cəmi 41.660,15 manat təşkil edir. Gecikmə: 217 gün. - DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 71.782,18 manat, faiz borcu 7.694,65 manat, 1.283,01 manat cərimə olmaqla, cəmi 80.759,84 manat təşkil edir. Gecikmə: 196 gün. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh3 MMC-yə (bundan sonra – “cavabdeh MMC”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və İdris Agcaya (bundan sonra – “İ.Agca”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55.522,82 manat əsas borc, 5,834.91 manat faiz borcu, 1.199,42 manat cərimə borcu olmaqla, cəmi 62.557,15 manat məbləğində borcun, DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.000 manat əsas borc, 1.121,26 manat faiz borcu, 538,89 manat cərimə borcu olmaqla, cəmi 41.660,15 manat məbləğində borcun, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71.782,18 manat əsas borc, 7.694,65 manat faiz borcu, 1.283,01 manat cərimə borcu olmaqla, cəmi 80.759,84 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 75 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 55.522,82 manat əsas borc, 7.539,12 manat faiz borcu, 2.122,34 manat cərimə borcu olmaqla, cəmi 65.184,28 manat məbləğində borcun, DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.000 manat əsas borc, 1.121,26 manat faiz borcu, 3.066,67 manat cərimə borcu olmaqla, cəmi 44.187,93 manat məbləğində borc, DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 71.782,18 manat əsas borc, 9.897,9 6 manat faiz borcu, 2.217,28 manat cərimə borcu olmaqla, cəmi 83.897,42 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 84 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 2021-ci il 3 may tarixində bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna dair razılaşma əsasında, tərəflər arasında üç ayrı maliyyələşdirmə üçün ərizə bağlanmış, həmin ərizələrə əsasən borcalana ümumilikdə 237.040,81 manat məbləğində kredit verilmişdir. Müvafiq ərizələr üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və İ.Agca ilə bank arasında müvafiq tarixlərdə zaminlik müqavilələri imzalanmışdır.
12. Borcalan öz öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyindən, 2023-cü il 21 avqust tarixə ümumilikdə 167.305,14 manat məbləğində əsas borc, 14.650,82 manat faiz borcu və 3.021,32 manat cərimə borcu olmaqla cəmi 184.977,14 manat məbləğində ödənilməmiş borc yaranmışdır. Bank tərəfindən əvvəlcədən xəbərdarlıq məktubu göndərilmiş və mediasiya qaydasında mübahisənin həlli üçün tədbir görülmüş, lakin razılıq əldə olunmadığından məhkəməyə müraciət edilmişdir.
13. Ümumi şərtlər toplusunun müvafiq bəndlərinə əsasən, kredit və faizlər üzrə öhdəliklər 3 aydan artıq müddətə gecikdirildiyindən, bankın kredit müqavilələrini vaxtından əvvəl ləğv etmək və borcun tam məbləğdə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu əsaslarla, iddiaçı kredit müqavilələri üzrə yaranmış borcun və hesablanmış faiz və cərimələrin cavabdehlərdən müştərək qaydada tutulması barədə məhkəməyə müraciət etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 2024-cü il 15 mart tarixli 9/944 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh3 MMC-nin 2023-cü il 21 avqust tarixə 2022-ci il 1 fevral tarixli DC00330868-014 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 55.604,78 manat, faiz borcu 5.776,72 manat; 2022-ci il 15 fevral tarixli DC00330868-05 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 40.000 manat, faiz borcu 1.248,07 manat; 2022-ci il 5 may tarixli DC00330868-06 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 71.782,18 manat, faiz borcu 7.694,65 manat məbləğində müəyyən edilmişdir.
15. Azərbaycan Respu blikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 2024-cü il 5 sentyabr tarixli 9/5337 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı ASC ilə “SM Park" MMC arasında 2021-cı il 3 may tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2021-ci il 8 fevral tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-04391LE/2019 saylı Razılaşmanın çərçivəsində imzalanmış 2022ci il 1 fevral tarixli DC00330868-04 nömrəli, 2022-ci il 1 fevral tarixli DC00330868-04 nömrəli və 2022-ci il 5 may tarixli DC00330868-06 nömrəli Maliyyələşdirmə üçün ərizələrin şərtlərinə əsasən 2022-ci il 1 fevral tarixli DC00330868-04 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə 2023-cü il 21 avqust tarixə (iddia ərizəsində tələb olunan tarixədək) əsas borc üzrə 55.604,78 manat, faiz borcu 5776,72 manat, 2023-cü il 26 oktyabr tarixə (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) əsas borc 55.604,78 manat, faiz borcu 7483,48 manat, 2024-cü il 5 sentyabr tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas borc 55.604,78 manat məbləğində, 2022-ci il 15 fevral tarixli DCL0033086805 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə 2023-cü il 15 fevral tarixə (kreditin müddətinin bitdiyi tarixədək) əsas borc üzrə 40.000,00 manat, faiz borcu 2.283,12 manat, 2024-cü il 5 sentyabr tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas borc üzrə 40.000 manat məbləğində, 2022-ci il 5 may tarixli DC00330868-06 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2023-cü il 21 avqust tarixə (iddia ərizəsində tələb olunan tarixədək) əsas borc üzrə 71.782,18 manat, faiz borcu üzrə 7.694,65 mana t, 2023-cü il 26 oktyabr tarixə (iddia tələbinin həcminin artırılması barədə ərizədə tələb olunan tarixədək) əsas borc üzrə 71.782,18 manat, faiz borcu üzrə 10.134,63 manat, 2024-cü il 5 sentyabr tarixə (ekspert rəyinin verildiyi tarixə) əsas borc üzrə 71.782,18 manat məbləğində müəyyən edilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 oktyabr tarixli e-2-2(113)-314/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən, İ.Agcadan və Cavabdeh1 müştərək qaydada 2022-ci il 1 fevral tarixli DC00330868- 04 saylı kredit müqaviləsi üzrə 55.522,82 manat məbləğində əsas, 7.483,48 manat faiz borcu, 2.122,34 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65.128,64 manat; 2022-ci il 15 fevral tarixli DC00330868-05 saylı kredit müqaviləsi üzrə 40.000 manat məbləğində əsas, 1121,26 manat faiz borcu, 2000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 43.121,26 manat; 2022-ci il 5 may tarixli DCL00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 71.782,18 manat məbləğində əsas, 9897,96 manat faiz borcu, 2217,28 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 83.897,42 manat məbləğində pul vəsaiti, ümumilikdə 192.147,32 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir (hakim L.Əliyeva).
17. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdeh MMC-yə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC maliyyələşdirmə üçün ərizələri üzrə əs as kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
18. Sözügedən maliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə münasibətdə ( bax §15 ) belə qənaətə gəlinmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil. Odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Mübahisəli kredit müqavilələri üzrə faiz borclarına münasibətdə məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdeh MMC-yə müqavilə üzrə borcun ödənilməsi barədə bildirişlər göndərsə də, həmin bildirişlərdə müqavilə üzrə borcun tam şəkildə vaxtından əvvəl qaytarılmasını deyil, bildirişin göndərildiyi tarixə gecikdirilmiş borcun qaytarılmasını xahiş etmiş, odur ki, həmin bildirişlərin müqavilələrin ləğv edilməsi barədə iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi üçün əsas olmamışdır.
19. Belə olan halda isə mübahisəli kredit müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmədiyindən və iddia tələbinin həcminin artırılması barədə ərizə verilərkən DC00330868-04 saylı və DC00330868-06 saylı ərizələr üzrə kreditin verilməsi müddəti başa çatmadığından iddiaçı həmin ərizələr üzrə iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən tarixədək olan müddət üçün hesablanmış faizlərin, DC00330868-05 saylı müqavilə üzrə isə kreditin verilmə müddəti hazırkı iddia qaldırılanadək başa çatdığından həmin ərizə üzrə kreditinin verilməsi müddəti qurtaranadək olan müddət üçün hesablanmı ş faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
20. Məhkəmə iddia tələbi həddində işə baxılması barədə MPM-in tələbini nəzərə alaraq hesab etmişdir ki, DC00330868-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 55.522,82 manat əsas borc, 7483,48 manat məbləğində faiz borcu; DC00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 40.000 manat məbləğində əsas borc, 1,121.26 manat məbləğində faiz borcu; DC00330868-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 71.782,18 manat, 9.897,96 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
21. Cavabdehlərdən tutulmalı olan dəbbə pulu borcuna münasibətdə qeyd edilmişdir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin (dəbbə pulunun) ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malik olmuşdur.
22. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan DCL00330868-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə iş üzrə təqdim olunmuş zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh1 və İ.Agcanın cavabdeh MMC-nin öhdəliklərinə tam şəkildə zamin durduğunu müəyyən etmiş və onların əsas borclu ilə birgə məsuliyyət daşıdığını əsas götürərək, iddiaçının borcun müştərək qaydada tutulması tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2 və 477.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-"xxxx") 88 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-109/2025 nömrəli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakimT.Mahmudova, Z.Şirinov və E.Həsənov).
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayəti formal mülahizələrə əsasən tərtib edilmiş və əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətinin dəlili ekspert rəyinin əsaslı olmaması və borcun, faizlərin düzgün hesablanmamasıdır. Lak in bununla belə cavabdeh məhkəməyə ekspert rəyini təkzib edəcək dəlilləri, əsas borcun və faiz məbləğinin konkret hansı məbləğdə olmasını, bank qarşısında öhdəliyini icra etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Əlavə və təkrar ekspertizanın keçirilməsi üçün tutarlı əsaslar məhkəməyə bildirilməmiş, bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmmaması barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəl illəri
30. MM-in 467-ci maddəsi üzrə - məhkəmə dəbbə pulunu azaltsa da, tənasübsüzlüyü aradan qaldıra bilməmişdir.
31. MPM-in 98.1, 102.1, 102.3-cü maddələri üzrə-cavabdeh tərəfindən kredit ödənişləri həyata keçirilsə də, ekspert rəyi bu ödənişləri nəzərə almamış və nəticədə göstərilən borc məbləği real məbləğdən artıq olmuşdur. Məhkəmə isə bu rəyə əsaslanaraq qərar qəbul etmiş, lakin MPM-in 102.1 və 102.3-cü maddələrinin tələblərini pozaraq əlavə və ya təkrar ekspertiza təyin etməmiş, cavabdehin vəsatətini əsaslandırılmış qərardadla rədd etməmişdir. Bu isə prosessual hüququn pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh hesab edir ki, təqdim etdiyi portal çıxarışları və ödəniş sənədləri ekspert rəyi ilə uyğunsuzluq təşkil etsə də, məhkəmə bu uyğunsuzluğu aradan qaldırmaq üçün müstəqil ar aşdırma aparmadan yalnız ekspert rəyinə istinad etmişdir. Halbuki AİHM-in “Oferta Plus S.R.L. Moldovaya qarşı” işi üzrə qərarında da vurğulandığı kimi, məhkəmələr qərarlarını əsaslandırmaq və təqdim edilən sübutları obyektiv qiymətləndirmək öhdəliyi daşıyır. Ekspert rəyi yekun nəticəyə gəlmək üçün yetərli və etibarlı sübut hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, kredit üzrə əsas və faiz borclarının məbləği hərtərəfli və obyektiv şəkildə araşdırılmış, bu məqsədlə iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iki müstəqil tarixdə ekspert rəy tərtib edilmişdir. Hər iki ekspert rəyi əsas və faiz borclarının müqavilə şərtlərinə, ödəniş qrafikinə və b ank hesablarından çıxarışlara uyğun olaraq düzgün hesablandığını təsdiqləmişdir.
33. Cavabdeh borcun məbləğinin düzgün müəyyən edilmədiyi barədə iddiasını heç bir fakt və ya sübutla əsaslandıra bilməmiş, təqdim edilən rəsmi ekspert rəyini təkzib edən əlavə rəylər və ya hesablamalar irəli sürməmişdir. Kassasiya şikayətindəki bu iddialar sırf mülahizə xarakterli olmaqla ekspert rəyinin hüquqi qüvvəsini zəiflətmir. MM-in 432.4-cü maddəsinə əsasən borclu borcun bir hissəsini ödədikdə bu məbləğ əvvəlcə xərclərə, sonra faizlərə və yalnız bundan sonra əsas borca yönəldilir. Borclunun bu ardıcıllığı dəyişmək təşəbbüsü qanunla ziddiyyət təşkil edir.
34. Dəbbə pulu ilə bağlı kassasiya şikayətində irəli sürülən tənasübsüzlük iddiası da əsassız sayılır. Məhkəmə təcrübəsi nəzərə alınmaqla, tələb olunan cərimələr əsas borcun 5%-i səviyyəsində müəyyən edildiyindən və bu məbləğ məhkəmə tərəfindən əlavə olaraq azaldıldığından, tətbiq edilmiş dəbbə pulu həm hüquqa, həm də mütənasiblik prinsipinə uyğundur.
35. Tərəflər bağladıqları kredit müqavilələrində dəbbə pulunun miqdarını sərbəst müəyyən etmiş və cavabdeh müqaviləni imzalamaqla bu şərtlərlə razılaşmışdır. Bu, MM-in 390 və 462.3-cü maddələrinə uyğun olaraq iradə sərbəstliyi çərçivəsindədir və həmin cərimə məbləği zərəri əvəzləmək məqsədi daşıyır. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni və əsaslıdır. Məhkəmə apellyasiya şikayətində göstərilən hüquq pozuntularına yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirmiş, prosessual hüquq normalarını pozmadan və düzgün tətbiq edərək MPMin 217.1-ci maddəsinə uyğun olaraq əsaslandırılmış qətnamə qəbul etmişdir. Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilə n hüquq
38. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsa sında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımı nca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.”
39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
103. Ekspert rəyinin məhkəm ə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız mə hkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, iş üzrə cavabde hdən tutulan cərimə məbləğinin əsas borca nisbətini nəzərə alaraq, kassasiya şikayətinin bununla bağlı dəlllərini əsassız hesab edir və qeyd edir ki, yoxlanılan hissədə gəlinən nəticə MM-nin 467-ci maddəsinin (mətni üçün bax § 38) tələblərinə uyğun olmuşdur.
43. Kassasiya şikayətinin iş üzrə verilmiş ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından kassator tərəfin dən belə sübutların təqdim edildiyi müəyyən edilmir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisələndirilən hissədə məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya sı Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-109/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.