Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-283/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 22(103)-91/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. MÜƏYYƏN ETDİ:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə təqdim olunmuş mallara görə 700 000.01 manat, “Müxtəlif qalınlıqlı 2 73 mm ölçülü tikişsiz polad boruların tədarükü haqqında” 04 avqust 2023-cü il tarixli, NQT2023129 saylı müqavilə üzrə təqdim olunmuş mallara görə 1 500 000 manat və “530 mm ölçülü düztikişli polad boruların tədarükü haqqında” 07 sentyabr 2023-cü il tarixli, NQT2023161 saylı müqavilə üzrə 826 830.22 manat olmaqla, cəmi - 3 026 830.23 manat borcun; iddiaçının bank qarşısında götürdüyü öhdəliklərin icrasında yaranan gecikmələrə görə bank tərəfindən iddiaçıya hesablanmış 104 471.96 manat məbləğində əlavə faiz ödənişlərinin; yaranan gecikmələr səbəbindən "xxxx" QSC tərəfindən iddiaçıya hesablanmış 58 725 manat məbləğində cərimənin; cavabdehin sifarişi əsasında iddiaçının ölkəyə gətirdiyi malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı ödədiyi 20 000 manatın; hüquqi yardım üçün ödənilən 500 manatın; dövlət rüsumu kimi ödənilən 2396 manatın cavabdehdən tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehdən “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023cü il tarixli, NQT2023094 saylı müqavilə üzrə 27280 manat, cavabdehin təqsiri üzündən iddiaçının 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı müqavilə üzrə üzləşdiyi 114026,71 manat və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı müqavilə üzrə üzləşdiyi 64844,93 manat zərər, ümumilikdə 206151,64 manat pulun, hüquqi yardım üçün ödənilən 500 manatın; dövlət rüsumu kimi ödənilən 2396 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2179/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehndən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 18424,32 manat faiz borcu, 500 manat hüquqi yardıma görə xərc, 145,28 manat dövlət rüsumu, ümumilikdə 19069,60 (on doqquz min altmış doqquz manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 350,87 (üç yüz əlli manat səksən yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi, artıq ödənilmiş 1899,85 (bir min səkkiz yüz doxsan doqquz manat səksən beş qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-yə dövlə t büdcəsindən geri qaytarılması qət edilmişdir (hakim – Ü.Həsənova).
4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edillməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 2-2(103)-91/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
6. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkü n hesab edilməlidir.
8. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.
9. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
10. Bundan əlavə, MPM-in 407.1.4-ci maddəsinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin n ədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.
11. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə MM-nin 467-ci maddəsinin mətni göstərilmiş və onun qarşısında işin halları qeyd olunmuş, lakin pozuntunun nədən ibarət olmasını aydın şəkildə ifadə edən izah verilməmişdir.
12. MPM-in 408.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətində maddi və prosessual hüquq normalarının po zulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5).
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
14. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 2-2(103)-91/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasi