Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-286/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı İB-nin Cavabdeh fermer təsərrüfatına qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh fermer təsərrüfatına qarşı “borcun tutulması” tələbinə dair ilkin; Cavabdeh fermer təsərrüfatının İddiaçı İB-nə qarşı “borcun silinməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 noyabr tarixli 2-2(103)-703/2021 saylı qərardadı ndan ilkin iddia üzrə İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “İB”) Cavabdeh fermer təsərrüfatına (bundan sonra – “FT”) qarşı 2019-cu il 11 dekabr tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, FT-dən təbii qazdan istifadəyə görə yaranmış 68.060,60 manat borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. FT İB-yə qarşı 2020-ci il 22 may tarixində qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İB-nin iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edərək İB tərəfindən əsassız hesablanmış 90.448,60 manat pulun silinməsi və 700.000 manat dəymiş maddi z iyanın İB-dən tutularaq FT-yə ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 fevral tarixli e-2-2(113)-77/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, İFT-dən 68.060,60 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq İB-yə ödənilməsi; qarşılıqlı iddia qismən təmin edilərək, İB tərəfindən FT-yə hesablanmış 90.448,60 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – Z.Axundova).
4. İB 2021-ci il 5 aprel tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin - qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edərək, FT-nin iddiasının tam rədd olunması barədə yeni qətnamə çıxarılması nı xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 30 avqust tarixli 2-2(103)-703/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və V.Məmmədov).
6. Həmin qətnamə 2021-ci il 13 sentyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.
7. İB 2021-ci il 30 sentyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində işə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar çıxarılmas ını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 22 noyabr tarixli 2-2(103)-703/2021 saylı qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – E.Nağıyeva və C.Yusifov).
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən şikayət ərizələri yalnız “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilməlidir. İB tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada – “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilmədiyindən qaytarılmalıdır.
10. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 10-1.1, 10-1.2, 10-1.3, 408.1.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qərardad 2021-ci il 22 noyabr tarixində İB-nin vəkili və nümayəndəsi olan H.O.M-un elektron kabinetinə yerləşdirilmişdir.
12. İB 2021-ci il 13 dekabr tarixində kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda kassasiya şikayəti ilə birlikdə prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(103)-703/2021 saylı qərardadı ilə İB-nin ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 22 noyabr tarixli 2-2(103)-703/2021 saylı qərardadından kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edi lməsi qərara alınmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya məhkəməsinin qəbul etdiyi bir neçə qətnamədən 2021-ci il 1 oktyabr tarixinə kimi poçt vasitəsilə kağız üzərində olan yazılı kassasiya şikayətləri verilmişdir, lakin heç bir zaman mübahisələndirilən qərardadda göstərilən əsasla kassasiya şikayətlərimiz geri qaytarılmamışdır. Kassasiya şikayətlərimiz iş materiallarına əlavə edilməklə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Hazırkı iş üzrə də kassasiya şikayətimiz 2021-ci il 1 oktyabr tarixinə kimi (2021-ci il 30 sentyabr tarixində) aidiyyəti üzrə poçtla göndərilmişdir. Müvafiq iş üzrə kassasiya şikayətimizi geri qaytaran məhkəmə tərkibi, yuxarıda qeyd olunan işlər üzrə əvvəllər (2021-ci il 1 oktyabr tarixi nə kimi) poçt vasitəsilə göndərmiş olduğumuz yazılı kassasiya şikayətlərimizi niyə geri qaytarmamışdır. Belə olan halda müvafiq iş üzrə qəbul edilmiş qətnamədən verilmiş kassasiya şikayətimiz 2021-ci il 30 sentyabr tarixində 730296 nömrəli qaiməli poçtla apellyasiya məhkəməsinə göndərilmiş olduğundan, apellyasiya məhkəməsinin gəldiyi qənaət və nəticə yalnışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2-ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şika yət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
19. MPM-in müvafiq müddəala rında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icra atı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədlər i bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tu tulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §14) iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.
21. Mübahisələndirilən qərardadda qeyd olunduğu və işin materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 30 avqust tarixli 2-2(103)703/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə kağız daşıyıcıda təqdim edilmişdir.
22. Halbuki 20 21-ci il 1 oktyabr tarixindən əvvəl də, yəni sözügedən qətnamədən kassasiya şikayəti verilən zaman qüvvədə olan MPM-in 10-1.1-10-1.3 və 10-1.5-ci maddələrinin (bax yuxarıda § 19) tələblərinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi həmin “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq aparılır. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması elektron qaydada, yəni ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi ilə, həmin sistemdə yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
23. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, kassatorun həmin dəlili əsaslı hesab oluna bilməz. Belə ki, kommersiya mübahisələri üzrə məhkəmə aktlarından kassasiya şikayətləri bütün hallarda kağız formasında deyil, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Qanunda həmin qaydadan heç bir istisna nəzərdə tutulmamışdır.
24. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə İB-nin kassasiya şikayətini geri qaytararkən hər hansı prosessual pozuntuya yol verməmişdir. Şərh olun anlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 noyabr tarixli 2-2(103)-703/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.