Məhkəmə qərarları › İş №2-2(102)-288/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-288/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-288/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2023-cü il 27 yanvar tarixli 2-2(103)-34/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan müştəri adlandırılacaq "xxxx" ASC ilə podratçı adlandırılacaq Cavabdeh MMC arasında bağlanmış 2018-ci il 23 oktyabr tarixli müqaviləyə əsasən, tərəflər razılığa gəlirlər ki, podratçı razılaşdırılmış iş həcmi üçün müştərinin tapşırıqlarını razılaşdırılmış müddət ərzində həyata keçiriləcək. Burada və bundan sonra müqavilə üzrə bütün tapşırıqlar birlikdə layihə adlandırılacaq. Hər bir tapşırıq ayrılıqla tapşırıq və ya iş adlandırıla bilər və onlara dair istifadə, sahiblik, sərəncam hüququ müştəriyə keçir və hazırkı müqaviləyə uyğun olaraq müştərinin yazılı razılığı olmadan podratçı hər hansı elementləri pod ratçının digər müştəriləri ilə münasibətlərdə istifadə edə bilməz. Tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilənin predmetini təşkil edən bütün işlər və/və ya tapşırıqlar, eləcə də müddət, dəyər və ödəniş qaydası hazırkı müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilir. Hazırkı işgüzar razılaşmanı imzalayan podratçı razılaşdırılmış tapşırıqları, həmçinin həmin tapşırıqlarla sıx əlaqəli olan və podratçı tərəfindən layihənin yerinə yetirilməsinə birbaşa təsir edən digər tədbiləri hazırkı müqaviləyə 1 saylı Əlavədə göstərilən müddət ərzində icra etməyi öhdəsinə götürür. Müştəri səbəbsiz qeyd olunan tapşırıqların podratçı tərəfindən yerinə yetirilməsinə xitam verərsə, o zaman podratçının sifarişi başa çatdırmaq üçün çəkdiyi bütün xərclərin qarşılığını ödəməlidir.

2. Həmin müqavi lənin digər şərtlərinə görə: - Müvafiq olaraq yoxlama və təsdiq etmə mərhələsi iş və ya tapşırığın müştəriyə təhvil verildiyi gündən başlanır. Öhdəlik götürmüş hər bir tərəf tamamlamanı və ya xitam verməni yazılı formada, tarix göstərməklə sənədləşdirməlidir (1.7-ci bənd). - Hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən hazırkı müqaviləyə Əlavədə imzalanmalı olan xüsusi təkliflər və ya prays-listlər istisna olmaqla müştərinin cavabları, o cümlədən elektron poçt vasitəsilə alınmış cavabları yazılı formada sənədləşdirilməlidir (1.8-ci bənd). - Tapşırığın/işin son versiyası təhvil verilərkən müştəri onları təhvil aldığını yazılı formada və ya elektron poçt vasitəsilə, təhvil-təslim aktını (hazırkı müqaviləyə 2 saylı Əlavə) imzalamaq yolu ilə təsdiq etməlidir (4.3-cü bənd).

3. Müqaviləyə edilmiş “tapşırıqların siyahısı, Layihənin dəyəri və reallaşdırılma müddəti” barədə 1 saylı Əlavəyə əsasən Bank və cavabdehin nümayəndələri əlavədə göstərilən müddətlər ərzində (2018-ci il 3 dekabr, 2018-ci il 14 dekabr, 2019-cu il 15 yanvar) e-commerce veb sayt adı və logo (qiymət 8.000 ABŞ dolları, ƏDV 1.440 ABŞ dolları), E-commerce strategiyası və marketinq planı (qiymət 4.000 ABŞ dolları, ƏDV 720 ABŞ dolları), E-commerce veb sayt dizaynı, o cümlədən front end (no back hand) (qiymət 10.000 ABŞ dolları, ƏDV 1.800 ABŞ dolları), Ecommerce app dizaynı, o cümlədən front end (qiymət 5.000 ABŞ dolları, 900 ABŞ dolları ƏDV), E-cüzdan veb sayt və app dizaynı, o cümlədən front end (qiymət 3.000 ABŞ dolları, ƏDV 540 ABŞ dolları), E-commerce konsultant (qiymət 2.000 ABŞ dolları, ƏDV 360 ABŞ dollar ı), 360 Creatives (TVC, Outdoor, Radio, Ambient, digital etc.) (qiymət 13.000 ABŞ dolları, 2.340 ABŞ dolları), Vizual təlim kitabı (qiymət 2.000 ABŞ dolları, ƏDV 360 ABŞ dolları) olmaqla ümumilikdə görüləcək işlərin ümumi dəyəri 47.000 ABŞ dolları, ƏDV 8.460 ABŞ dolları təşkil edir. 4. 2018-ci il 23 oktyabr tarixli müqaviləyə edilmiş 2 saylı Əlavəyə əsasən, tərəflər yerinə yetirilmiş işlərin təhvil-təslim aktının formasını təsdiq etmişlər.

5. X3 sədri Quliyev Dəyanət və cavabdehin direktoru X2 tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla tərtib edilmiş 2018-ci il 3 dekabr tarixli aktdan görünür ki, tərəflər 2018-ci il 3 dekabr tarixli FCB/056-2018 hesaba əsasən, E-Commerce xidməti üçün 31.960 manat və 5.752,80 manat ƏDV olmaqla, ümumilikdə 37.712,8 manat dəyərində işlərin görülməsini təsdiq etmişlər. 6. 2019-cu il 31 iyul tarixli aktdan görünür ki, 2019-cu il 31 iyul tarixli FCB/043-2019 hesaba əsasən, E-Commerce xidməti üçün 19.975 manat və 3.595,50 manat ƏDV olmaqla, ümumilikdə 23.570,50 manat dəyərində işlərin görülməsini təsdiq etmişlər. 7. 2018-ci il 4 dekabr tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən Bank tərəfindən cavabdehə 31.960 manat, 2018-ci il 4 dekabr tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 5.752,8 manat, 2019-cu il 8 avqust tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 19.975 manat, 2019-cu il 8 avqust tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 3.595,5 manat, 2020-ci il 7 yanvar tarixli ********* nömrəli ödəmə tapşırğına əsasən 5.033,7 manat, 2020-ci il 14 yanvar tarixli ********* nömrəli ödəmə tapşırığına əs asən 7.000 manat, 2020-ci il 16 yanvar tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 7.000 manat, 2020-ci il 15 yanvar tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 7.000 manat olmaqla, ümumilikdə 87.317 manat (51.362,94 ABŞ dolları) məbləğində ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) 2021-ci il 21 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2018-ci il 23 oktyabr tarixli işgüzar əməkdaşlıq şərtləri əsasında podrat müqaviləsinə (bundan sonra - “Podrat Müqaviləsi”) əsasən podratçı təşkilata ödənilmiş 51. 362,94 ABŞ dolları muzd məbləğinin, müqavilənin 1.4-cü bəndinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2.980,45 ABŞ dolları maliyyə kompensasiyasının, 200 manat mediasiyaya xərcinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 367,15 manat dövlət rüsumunun cavabdehdən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Podrat Müqaviləsi reklam və proqram təminatı xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Müqaviləyə 1 saylı Əlavədən də göründüyü kimi, podratçıya həvalə edilən tapşırıqlara İddiaçı ASC (bundan sonra – “Bank”) üçün veb saytın və loqonun, kommersiya strategiyasının və marketinq planının hazırlanması, kommersiya sahəsində konsultasiya xidmətlərinin göstərilməsi, televiziya, ra dio və s. platformalarda Bankın reklam olunması, Banka proqram təminatının hazırlanması və s. xidmətlər aid olmuşdur. Müqavilə 3 ay müddətinə bağlanmışdır. Eləcə də müqaviləyə 1 saylı Əlavədə podratçı tərəfindən görüləcək hər bir işin reallaşdırma müddəti göstərilmişdir. Əlavədən görünür ki, işlərin ən sonuncusunun təhvil verilmə tarixi 2019-cu il 15 yanvar tarixinə təsadüf edir. Həmin tarixdən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini bugünə qədər yerinə yetirməmişdir.

10. Podrat Müqaviləsinə əsasən, müştəri cavabdehə görüləcək işlərin və xidmətlərin qarşılığında əlavə dəyər vergisi daxil olmaqla ümumilikdə 55.460 ABŞ dolları, manat ekvivalentində 94.282 manat muzd ödəməli idi. İddia ərizəsinə əlavə olunmuş ödəmə tapşırıqlarından da göründüyü ki mi, Bank muzd məbləğindən cəmi 87.317 manat, dollar ekvivalentində 51.362,94 ABŞ dolları ödəniş etmişdir.

11. Müqaviləyə 2 saylı Əlavədə yerinə yetirilmiş işlərin təhvil-təslim aktının forması göstərilmişdir. Podrat Müqaviləsinin şərtlərinə əsasən, tərəflər işlərin təhvil verilməsini məhz 2 saylı Əlavədə göstərilmiş təhvil-təslim aktını müvafiq qaydada imzalamaqla təsdiq etməli idilər. Lakin müqavilə öhdəlikləri podratçı tərəfindən icra edilmədiyindən təbii olaraq tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır.

12. Bundan başqa, Podrat Müqaviləsinin 2.3-cü bəndinə əsasən, hazırkı müqavilənin 1.4 bəndində razılaşdırılmış əlavə tapşırıqlar istisna olmaqla, tapşırıqlar 1 saylı Əlavədə layihənin bütün tapşırıqları üçün şərtləşdirilmiş son müddət ərzində yerinə yetirilmədiyi halda, müştər i bu cür gecikmənin hər iş gününə görə layihənin ümumi dəyərinin 2 %-nə bərabər məbləğdə maliyyə kompensasiyasını tələb etmək hüququna malikdir. Yuxarıda da qeyd olunduğu kimi, müqaviləyə 1 saylı Əlavədə qeyd olunmuş tapşırıqların son icra müddətindən, yəni 2019-cu il 15 yanvar tarixindən bugünə (2021-ci il 9 dekabr) kimi 1.059 gün keçmişdir. Müqavilənin 2.3-cü bəndini nəzərə alsaq, cavabdehdən əsas məbləğə əlavə olaraq hesablanmş 51.362,94 USD x 2% -5365 x 1.059 gecikmə günü: 2.980,45 USD tələb hüquqları var.

13. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 386.1, 442, 445.2.1, 445.2.2, 449.1, 449.4, 752.1, 756.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 150.1.6, 150.1.7-ci maddələrinə istinad edi lmişdir.

14. Cavabdeh iddia ərizəsinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, müqavilə qüvvədə olduğu müddətdə tərəflərindən müqavilədə qeyd olunan işlər görülmüş, Bank tərəfindən də müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmiş, hətta bankın maliyyə vəziyyətinin pisləşməsinə görə ödənişlər də gecikmələr olmuşdur. Podrat Müqaviləsinin 4.3-cü bəndində elektron poçt vasitəsi ilə işlərin təhvil alınması göstərilmişdir. Müqavilə üzrə görülmüş tapşırıqlar elektron xidmətlərə aid olduğu üçün həmin tapşırıqlar podraçtı tərəfindən müştəriyə elektron qayqada göndərilmiş, 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli təhvil-təslim aktları imzalanmışdır. Sonuncu ödənişlərdən sonra Azərbaycan Respublikasında koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair tədbirlər həyata keçirildiyi üçün 2020-ci ildə həyata keçirilən ödənişlərdən sonra təhvil-təslim aktlarını imzalanması gecikmiş, daha sonrakı tarixlərdə də Bankın lisenziyası ləğv edildiyi üçün təhvil-təslim aktlarının imzalanması bizdən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Daha sonra həmin müqäviləyə 2020-ci il 1 iyun tarixində iddiaçı tərəfindən xitam verilmişdir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən razılığa gələn hər bir tərəf hər hansı səbəb göstərilmədən müqaviləyə xitam vermək barədə qeyd olunan tarixdən 30 gün əvvəl digər tərəfə yazılı bildiriş göndərməklə müqaviləyə xitam vermək hüququna malikdir. Hazırkı müqaviləyə xitam verildiyi halda podratçı 1 saylı əlavədə göstərilən yerinə yetirilmiş və ya başlanmış, lakin tamamlanmamış işlərlə bağlı bütün xərclərin ödənilməsini tələb et mək hüququna malikdir, müştəri isə onları ödəməlidir. Bankın lisenziyası ləğv edildiyi üçün müqaviləyə 2020-ci il 1 iyun tarixində iddiaçı tərəfindən xitam verilmişdir. Elektron poçt vasitəsi ilə aparılan yazışmalardan, digər yazışmalardan, həmçinin elektron qaimalər qarşılığında Bank tərəfindən edilmiş ödənişlərdən görünür ki, müqavilənin tərəfləri müqavilənin müddətini əsas götürməmiş, müqavilə bəndlərinə tam uyğun olmayan, lakin müqavilə və qanunvericiliyə zidd olmayan hərəkətləri ilə müqavilə öhdəliklərini yetirə yetirmişlər. Podrat Müqaviləsi üzrə hər iki tərəfin birgə fəaliyyət dövründə işgüzar adətləri meydana gəlmişdir. İşin hallarından göründüyü kimi, müqavilə bağlandıqdan dərhal sonra tərəflər arasında təbii yolla işgüzar adətlər formalaşmışdır. Belə ki, qeyd olunan müqavilə də g östərilən işin görülmə müddəti, ödənişlərin ödənmə müddəti, habelə təhvil-təslim aktının forması müqavilənin bəndlərində göstərilən qaydada deyil tərəflər arasında formalaşan işgüzar adət üzrə həyata keçirilmişdir.

15. Məhkəmənin 2022-ci il 11 fevral tarixli qərardadına əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 2022-ci il 14 aprel tarixli 4/302 nömrəli rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş tapşırıqların siyahısı, Layihənin dəyəri və reallaşdırılması müddəti barədə 1 saylı Əlavədə “Sifarişçi” qrafasındakı imza; yerinə yetirilmiş işlərin təhvil-təslim aktının forması barədə 2 saylı Əlavədə “sifarişçi” qrafasındakı imza, 2019-cu il 31 iyul və 2018-ci il 3 dekab r tarixli təhvil-təslim aktlarında “Sifarişçi” qrafalarındakı imzalar - Dəyanət Quliyev tərəfindən icra olunmuşdur.

16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 may tarixli e-2-2(113)-567/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 26.003,70 manat (15.294 ABŞ dollarının ekvivalenti olan) pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçıdan ekspertiza xərcinin əvəzi olaraq 127 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – İ.Əhmədov).

17. Birinci instansiya məhkəməsinin mövqeyiə görə, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından məlum olur ki, iddiaçı tərəfin dən ümumilikdə 87.317 manat (dollar ekvivalentində 51.362,94 ABŞ dolları) məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı iddia tələbində edilmiş ödənişlər müqabilində cavabdeh tərəfindən işlərin görülmədiyini iddia edir. Lakin cavabdeh tərəf məhkəməyə işlərin bir qisminin görülməsi barədə 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli təhvil-təslim aktlarını təqdim etmişdir. Sözügedən aktardan məlum olur ki, cavabdeh tərəfindən 2018-ci il 3 dekabr tarixli akt üzrə 31.960 manat + 5.752,80 manat ƏDV və 2019-cu il 31 iyul tarixli akta əsasən 19.975 manat + 3.595,50 manat ƏDV olmaqla, ümumilikdə 61.283,30 manat dəyərində işlər görülmüşdür.

18. İddiaçı sözügedən aktları mübahisələndirərək, aktda əks olunun imzanın Bankın keçmiş İdarə Heyətinin sədri olan Dəyanət Quliyevə məxsus olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dəyanət Quliyev də verdiyi ifadəsində imzanın ona məxsus olmadığını bildirmişdir. 19. 2022-ci il 14 aprel tarixli 4/302 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, tapşırıqların siyahısı, Layihənin dəyəri və reallaşdırılması müddəti barədə 1 saylı Əlavədə, yerinə yetirilmiş işlərin təhvil-təslim aktının forması barədə 2 saylı Əlavədə, 2019-cu il 31 iyul tarixli və 2018-ci il 3 dekabr tarixli təhvil-təslim aktlarında “Sifarişçi” qrafalarındakı imzalarDəyanət Quliyev tərəfindən icra olunmuşdur.

20. Göründüyü kimi məhkəməyə təqdim edilmiş ekspert rəyində təhvil-təslim aktlarında əks olunan imzanın bankın keçmiş İdarə Heyətinin sədrinə məxsus olduğu müəyyən olunmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlər, cavabdeh şirkət tərəfindən tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən xidmətlərin icra edildiyini təsdiq edir. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndələri müqavilədə və müqaviləyə edilmiş əlavədə öz əksini tapan bütün işlərin cavabdeh tərəfindən həyata keçirildiyini iddia etsələr də, bununla bağlı müvafiq sübutları (təhvil-təslim aktları) məhkəməyə təqdim edə bilməmişlər.

21. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı bank tərəfindən tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş 87.317 manat məbləğində pulun müqabilində cavabdeh tərəfindən ümumilikdə (təhvil-təslim aktları üzrə) 61.283,30 manat dəyərində xidmət göstərilmişdir. Qalan 26.003,70 (15.294 ABŞ dolları ekvivalentində) manat məbləğində edilmiş ödəniş lə əlaqədar göstərilmiş xidmətlər barədə isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

22. İddiaçı iddia tələbində eyni zamanda tərəflər arasında bağlanmış öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2.980,45 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə bununla bağlı bildirmişdir ki, MM-in 445, 449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz.

23. İşin hallarından görünür ki, cavabdeh tərəfindən mediasiya sessiyasında iştirak edilmiş və müvafiq ödəniş həyata keçirilmişdir. Odur ki, bu hissədə iddia tələbi əsaslı hesab edilmir.

24. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatı cavabdehə, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün çəkilmiş 127 m anat məbləğində xərc isə iddiaçıya aid edilməlidir.

25. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 398.1, 399.1, 399.4, 439.1, 439.2, 443.1, 445, 448.1, 448.2, 448.4, 449.1, 449.3, 449.4-cü, MPM-in 14.2, 77.1, 119.1, 217-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli, “Azərbaycan Respublikası 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarınlarına istinad etməklə əsaslandırmışdır.

26. Cavabdehin vəkili və nümayəndəsi 2022-ci il 13 iyul tarixində apellyasiya şikayəti verərək birinci instansiya məhkəməs inin qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv olunmasını və iddianın tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçının qanuni nümayəndəsi 2022-ci il 13 iyul tarixində apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsinə xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçının nümayəndəsi 2022-ci il 18 oktyabr tarixində vəsatət ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının və sənədlərin texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 oktyabr tarixli 22(103)-786/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsinin v əsatəti qismən təmin edilmiş, iş üzrə əlavə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 2022-ci il 28 noyabr tarixli 4/1593-5/1368 nömrəli ekspert rəyi ilə ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. Məhkəmə xətşünaslıq ekspertizası üzrə: - 1 və 2-ci suallar üzrə - İşin 1 və 27-ci vərəqində olan 2019-cu il 31 iyul tarixli və 28-ci vərəqində olan 2018-ci il 3 dekabr tarixli Təhvil-təslim aktlarının “Sifarişçi” və “Customer” qrafalarındakı imzalar Dəyanət Quliyev tərəfindən icra olunmuşdur. Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə: - 2019-ci il 31 iyul və 2018-ci il 3 dekabr tarixli təhvil-təsl im aktların üzərlərində Banka məxsus olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. - 2019-ci il 31 iyul tarixli və 2018-ci il 3 dekabr tarixli təhvil-təslim aktların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Açıq Səhmdar Cəmiyyəti Ata Bank” məzmunlu möhür əksləri təqdim edilmiş 2019-cu il 19 iyun tarixli (i/v 192-194) “Məxfilik və məlumatların açıqlanmamasına dair müqavilə”nin üzərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. - 2019-ci il 31 iyul və 2018-ci il 3 dekabr tarixli təhvil-təslim aktların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Açıq Səhmdar Cəmiyyəti Ata Bank” məzmunlu möhür əksləri təqdim edilmiş 2018-ci il 23 oktyabr tarixli “Əməkdaşlıq şərtləri əsasında hazırkı müqavilə”nin (i/v 83-95), “2019-cu il 30 yanvar tarixli 3001/19 nömrəli müqavilə”nin (i/v 188-190), 2019-cu il 6 fevral tarixli AKX2/3442 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin (i/v 196-197) üzərlərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmirlər.

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 yanvar tarixli 22(103)-34/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya icraatında keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri o lan 138 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiaçının ödədiyi dövlət rüsumlarının onun özünə aid edilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələblərinin əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, podratçı (cavabdeh) MM-in 752.1-ci maddəsində göstərilmiş öhdəliklərini pozmuş və bunun nəticəsində sifarişçiyə (iddiaçıya) zərər dəymişdir.

32. Lakin hazırki işdə həmin halların mövcud olduğu müəyyən olunmur.

33. Belə ki, iddiaçı bildirir ki, cavabdeh tərəfindən heç bir iş görülməmiş və ona təhvil verilməmişdir. Cavabdeh isə etiraz edir və bildirir ki, o, m üqavilə üzrə bütün işi lazımınca icra etmiş və iddiaçıya təqdim etmişdir.

34. Göründüyü kimi, ilk növbədə müqavilədə nəzərdə tutulan işin cavabdeh tərəfindən görülüb-görülmədiyi müəyyənləşdirilməlidir.

35. Cavabdeh tərəf işlərin bir qisminin görülməsi barədə 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Həmin aktardan müəyyən olunur ki, cavabdeh tərəfindən 2018-ci il 3 dekabr tarixli akt üzrə 31.960 manat + 5.752,80 manat ƏDV və 2019-cu il 31 iyul tarixli akta əsasən 19.975 manat + 3.595,50 manat ƏDV olmaqla, ümumilikdə 61.283,30 manat dəyərində işlər görülmüşdür.

36. İddiaçının nümayəndəsinin vəsatəti əsasında apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və 2022-c i il 28 noyabr tarixli 4/1593-5/1368 nömrəli ekspert rəyi (bax yuxarıda § 29) verilmişdir.

37. Göründüyü kimi təhvil-təslim aktlarındakı imzaların iddiaçının səlahiyyətli şəxsi D.Quliyev tərəfindən icra olunması və möhür əkslərinin iddiaçıya məxsus olması ekspert rəyləri ilə tam təsdiq olunur və həmin rəylərə tənqidi yanaşılması üçün heç bir əsas mövcüd deyil.

38. Eyni zamanda, həmin təhvil-təslim aktlarındakı möhür əksləri ilə iddiaçının təqdim etdiyi 2018-ci il 23 oktyabr tarixli “Əməkdaşlıq şərtləri əsasında hazırkı müqavilə”nin, “2019-cu il 30 yanvar tarixli 3001/19 nömrəli müqavilə”nin və 2019-cu il 6 fevral tarixli AKX2/3442 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin üzərlərindəki eyni məzmunlu möhürün sərbəst əks nüm unəsi ilə eynilik təşkil etməməsi mübahisənin həllinə təsir etmir. Çünki həmin sənədlərlə bərabər iddiaçı tərəfindən sərbəst möhür nümunələri qismində 2019-cu il 19 iyun tarixli (i/v 192-194) “Məxfilik və məlumatların açıqlanmamasına dair müqavilə” də təqdim edilmiş və ekspert tərəfindən müəyyən edilmişdir ki, 2019-cu il 31 iyul tarixli və 2018-ci il 3 dekabr tarixli təhvil-təslim aktların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Açıq Səhmdar Cəmiyyəti Ata Bank” məzmunlu möhür əksləri təqdim edilmiş 2019-cu il 19 iyun tarixli “Məxfilik və məlumatların açıqlanmamasına dair müqavilə”nin üzərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir.

39. Göründüyü kimi, iddiaçının özü tərəfindən “Bankın sərbəst möhür nümunələri qismində təqdim etdiyi sənədlərdə iki fərqli möhü r əks olunmuş və həmin sənədlərdən birində əks olunan möhürlə cavabdehin təqdim etdiyi təhvil-təslim aktlarındakı möhürlər eynilik təşkil edir. Bu isə cavabdehin təqdim etdiyi təhvil-təslim aktlarında Banka məxsus möhürün əks olunması nəticəsinə gəlmək üçün əsasdır.

40. Beləliklə, həmin təhvil-təslim aktları ilə təsdiq olunur ki, cavabdeh tərəfindən ümumilikdə 61,283.30 manat dəyərində işlər görülmüşdür.

41. Təhvil-təslim aktları ilə təsdiq edilmiş işlərlə bağlı cavabdehin nümayəndəsi bildirdi ki, həmin işlərə müqaviləyə 1 saylı Əlavədə göstərilən “E-commerce veb sayt adı və logo”, “Ecommerce veb sayt dizaynı, o cümlədən front end (no back hand)”, “E-commerce app dizaynı, o cümlədən front end” və “E-cüzdan veb sayt və app dizaynı, o cümlədən front end (no back hand)” adlı işlər aiddir. Dig ər işlər, yəni 1 saylı Əlavədə göstərilən “E-commerce strategiyası və marketinq planı”, “E-commerce konsultant”, “360 Creatives (TVC, Outdoor, Radio, Ambient, digital etc...)” və “Vizual təlim kitabı” adlı işlər üzrə isə təhvil-təslim aktları imzalanmamış və həmin işlərin görülməsi e-mail yazışmaları ilə təsdiq olunur. Həmçinin “Vizual təlim kitabı” adlı işlər hazırlansa da, iddiaçı tərəfindən ödəniş edilmədiyi üçün təhvil verilməmişdir.

42. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilən və apellyasiya baxışı zamanı çap olunaraq iş materiallarına əlavə edilən sənədlərdən müəyyən edilir ki, “Ecommerce strategiyası və marketinq planı” və “360 Creatives (TVC, Outdoor, Radio, Ambient, digital etc...)” adlı işlər yerinə yetirilmiş, habelə “E-commerce konsultant” adlı işlərin yerinə yetirilməsi üçün Türkiyə Respublikasından mütəxəssis dəvət olunmuşdur (İİ cild, i/v 1-194, 195203).

43. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən e-mail yazışmalarından isə müəyyən olunur ki, cavabdeh tərəfindən görülmüş işlər Banka təqdim edilmiş və tərəflərin nümayəndələri arasında görülən işlər barədə qarşılıqlı yazışmalar baş tutmuş, bu yazışmaların bir neçəsində iddiaçının əməkdaşları cavabdeh tərəfindən görülmüş elektron xidmətlərin dəyişdirilməsinə dair öz təkliflərini bildirmişlər.

44. Həmin e-mail yazışmaları müxtəlif vaxtlarda: 2018-ci il 26 oktyabr, 2019-cu il 4, 6 və 25 fevral, 2019-cu il 1 və 13 mart, 2019-cu il 8 və 10 aprel, 2021-ci il 11 noyabr tarixlərdə, yəni həm müqavilə müddəti (2019-cu il 15 yanvar) çərçivəsində, həm də bundan sonrakı tarixlərdə baş tutmuşdur.

45. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən noutbook vasitəsilə e-mail hesablarına baxış keçirilərək həmin e-mail yazışmalarının həqiqiliyi və mötəbərliyi yoxlanılmışdır.

46. Tərəflər arasında bağlanmış 2018-ci il 23 oktyabr tarixli müqavilənin 4.3-cü bəndində də işlərin elektron poçt vasitəsi ilə təhvil verilməsinin mümkünlüyü qeyd olunmuşdur.

47. Göründüyü kimi, iddiaçı cavabdeh tərərfindən heç bir işin təhvil verilmədiyini bildirsə də, həm yuxarıda qeyd olunan təhvil-təslim aktları, həm də təqdim edilən sənədlər və e-mail yazışmaları ilə bu dəlillər tam təkzib olunur.

48. Bundan əlavə işdə olan ödəmə tapşırıqlarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına 2018-ci il 4 dekabr tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 3 1.960 manat, ********* nömrəli ödəmə tapşırığına əsasən 5.752,80 manat, 2019-cu il 8 avqust tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 19.975 manat, ********* nömrəli ödəmə tapşırığına əsasən 3.595,50 manat, 2020-ci il 7 yanvar tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 5.033,70 manat, 2020-ci il 14 yanvar tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 7.000 manat, 2020-ci il 15 yanvar tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 7.000 manat, 2020-ci il 16 yanvar tarixli ********* nömrəli ödəmə tapşırığına əsasən 7.000 manat pul vəsaiti köçürülmüşdür.

49. Göründüyü kimi, Bank müqavilə müddəti çərçivəsində edilən ödəmələrlə yanaşı, müqavilə üzrə müəyyən olunan müddət (2019-cu il 15 yanvar) bitdikdən 1 il sonrakı tarixlərdə də ödənişləri həyata keçirmişdir.

50. Apel lyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi bildirdi ki, onların cavabdehlə işgüzar münasibətləri olduğu üçün onlar ödənişləri hissə-hissə həyata keçirmişlər.

51. Beləliklə, cavabdehin təqdim etdiyi elektron poçt vasitəsi ilə aparılan yazışmalardan, həmçinin elektron qaimələr qarşılığında iddiaçı tərəfindən edilmiş ödənişlərdən görünür ki, müqavilə tərəfləri müqavilənin müddətini əsas götürmədən müqavilə öhdəliklərini yetirə yetirmişlər.

52. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə həyata keçirilmiş, yəni müqavilənin tərəfləri müqavilənin müddətini əsas götürməmiş, işlər görüldükcə ödənişlər həyata keçirilmiş, işlərin təhvil verilməsi isə təhvil-təslim aktları ilə yanaşı elektron yazışma qaydasında da həyata keçirilmişdir.

53. Əks halda, yəni heç bir iş görülmədiyi halda iddiaçı cavabdehə hissə-hissə ödəniş həyata keçirməzdi, işlərin görülməməsi ilə bağlı cavabdehə xəbərdarlıq, bildiriş və ya pretenziya məktubu göndərərdi. Hazırda isə həmin hallar mövcud deyil, əksinə, iddiaçı işlərin bir hissəsi ilə bağlı təhvil-təslim aktlarını imzalamış, digər hissəsi ilə bağlı e-mail yazışmaları aparmış və hissəhissə ödənişlər etmişdir.

54. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 8.1.3-cü bəndində göstərilmişdir ki, müştəri bu Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan işlərin görülməsinə görə ödəniləcək məbləğin 40 %-ni avans şəklində müqavilə imzalandıqdan sonra, 20 %-ni bu Müqavilənin 1 saylı Əlavəsinin 1, 3, 4, 5-ci bəndlərində nəzərdə tutulan işlər təhvil verildikdən sonra, qalan 40 %-ni isə bu Müqavilənin 1 say lı Əlavəsində nəzərdə tutulan digər işlər təhvil verildikdən sonra nağdsız şəkildə - köçürmə yolu ilə ödəyəcəkdir.

55. Göründüyü kimi, müqavilə şərtinə əsasən ödənişlər (40% avans istisna olmaqla) işlər tam təhvil verildikdən sonra həyata keçirilməli idi.

56. Hazırki işdə də iddiaçı tərəfindən ödənişlərin böyük hissəsi (92,6%) həyata keçirilmişdir.

57. Bu isə onu deməyə əsas verir ki, həqiqətən də cavabdeh tərəfindən 1 saylı əlavədə olan işlər həyata keçirilmişdir.

58. Həmçinin müqaviləyə 1 saylı Əlavədə göstərilən “Vizual təlim kitabı” adlı işlərin (cavabdeh özü etiraf edir ki, həmin işi təhvil verməmişlər) dəyəri nəzərə alınmadıqda görülməli olan işlərin cəmi dəyəri ƏDV ilə birgə 53.100 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən isə cəmi 51.362,94 ABŞ dolları ödənilmişdir.

59. Göründüyü kimi iddiaçı tərəfindən görülmüş işlərə görə artıq məbləğ də ödənilməmişdir (əksinə 1.737,06 ABŞ dolları az ödənilmişdir).

60. Görülmüş işlərin bir hissəsi, yəni 1 saylı Əlavənin 2, 6, 7-ci sırasında göstərilən işlərin təhvil alınması ilə bağlı aktların tərtib edilməmsinə dair apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda göstərilən sübutlarla həmin işlərin görülməsi tam təsdiq olunur. Ona görə də, iddiaçı tərəfindən həmin işlərin qəbulu ilə bağlı aktların imzalanmaması həmin işlərin görülməməsi anlamına gəlmir.

61. Belə ki, MM-in 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi m üddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

62. Qeyd olunanlara əsasən, MM-in 443.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb edilməsi əsassızdır və ona görə də iddia tələbləri həmin hissədə rədd edilməlidir.

63. Həmçinin iddia tələbləri həmin hissədə əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin hüquqi həllindən bilavasitə asılı olan müqavilənin 1.4-cü bəndinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2.980,45 ABŞ dolları maliyyə kompensasiyasının tutulması tələbi də əsassızdır və araşdırılmadan rədd edilməlidir.

64. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini MM-in 443.1, 752.1, 770-ci, MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

65. Qətnamə 2023-cü il 9 fevral tarixin də tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

66. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 4 aprel tarixində kassasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

67. MM-in 442-ci maddəsi üzrə - Podrat Müqaviləsi nin 4.3-cü bəndində işin görülməsinə dair təhvil-təslim aktının imzalanması məcburi xarakter daşıyır. Bu cür təhvil aktının forması da Müqaviləyə 2 saylı Əlavədə qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki: “iş materiallarında olan 2018-ci il 3 dekabr tarixli və 2019-cu il 31 iyul tarixli aktlar cavabdeh tə rəfindən ümumilikdə 61,283.30 manat məbləğində işlərin görülməsini təsdiq edir”. Məhkəmə o faktı diqqətdən qaçırmışdır ki, sözügedən aktlar 2 saylı Əlavədə qeyd olunmuş təhvil aktı deyil. Əlavədə qeyd olunmuş təhvil-təslim aktlarından fərqli olaraq, 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli aktlarda görülən iş, onun kəmiyyəti, keyfiyyəti, təhvil verilmə tarixi və s. hallar dəqiq göstərilməmişdir. Belə olan halda, iddiaçı üçün hansı işlərin görüldüyü və ya görülmədiyi haqda məlumat əldə etmək olmur. Qeyd olunan səbəbdən MM-in 442-ci maddəsinə əsasən hesab edirik ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi icra olunmamışdır.

68. MM-in 753.1-ci maddəsi üzrə - Məhkəmə iclasında da qeyd etdiyimiz kimi, ödənişlərin böyük hissəsi (92,6%) cavabdehlə işgüzar münasibətlərin mövcudluğuna görə h əyata keçirilmişdir. Məhkəmə həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Əvvəla, MM-in 753.1ci maddəsinə əsasən, görülən işin və ya göstərilən xidmətin qarşılığında muzdun ödənilməsi sifarişçi olaraq Bankın vəzifəsi olmuşdur. Sifarişçi bank qanun və müqavilə üzrə vəzifələrini həyata keçirmişdir. İkincisi, iş materillarından göründüyü kimi podratçı təşkilata müqavilə üzrə ödənilməli olan ümumi muzdun məbləği 53.100 ABŞ dolları olduğu halda, cavabdehə ümumilikdə 51.362,94 ABŞ dolları ödəniş edilmişdir. Yəni bank podratçı təşkilatın davamlı olaraq işi yerinə yetirməməsi nəticəsində ödənişləri saxlamışdır. Əgər belə olmasaydı, ödənişlərin 92,6%-ni həyata keçirmiş bank yerdə qalan kiçik məbləği də ödəmiş olardı. Məhkəmə işin bu halına düzgün qiymət verməmişdir.

69. MM-in 770-ci maddəsi üzr ə - Cavabdehin nümayəndəsi hər iki instansiyada təkidlə tərəflər arasında guya mövcud olmuş e-mail yazışmalarına istinad edərək bildirmişdir ki, dəyəri təxminən 15.000 ABŞ dollarından bir qədər artıq olan işlərin təhvil verilməsi e-mail vasitəsilə həyta keçirilmişdir. Sadə məntiqlə çıxış etsək, belə bir sual yaranır ki, əgər dəyəri 61.283,30 manat olan işlərin təhvil verilməsi təhvil aktı əsasında həyata keçirilmişdirsə, onda hansı səbəbdən yerdə qalan işlərlə bağlı təhvil aktı imzalanmamışdır. Cavabdehin nümayəndəsinin guya həmin ərəfədə koronovirus xəstəliyinin qarşısının alınması üçün həyata keçirilmiş tədbirlərin təhvil aktlarının imzalanması prosesinə mane olması ilə bağlı gətirdiyi səbəb əsassızdır. Belə ki, əvvəla, sözügedən tədbirlər 2020-ci ilin aprel ayından sonra tətbiq olunmağa başlanmışdır. Bundan başqa, məhdudlaşdırıcı tədbirlərin tətbiqi sifarişçi bankla təhvil aktının imzalanmasını qadağan etmirdi. Əmək müqaviləsi ilə çalışan vətəndaşlar üçün buna görə həmin dövrdə xüsusi icazə portalı yaradılmış və istifadəyə verilmişdir. MM-in 770-ci maddəsi sifarişçinin işi yalnız müqaviləyə görə və ya işin xarakterinə əsasən qəbul edilmədiyi halda qəbul etməli olduğunu təsbit edir. Hazırkı müqavilədə isə işin təhvilinin akt əsasında aparılmalı olduğu qeyd olunur. Dolayısı ilə apellyasiya məhkəməsi bu maddəyə istinad etsə də, onu düzgün tətbiq etməmişdir.

70. MPM-in 89.2-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsinin e-mail yazışmaları ilə bağlı mövqeyi ilə qəti surətdə razı deyilik. MPM-in 89.2-ci maddəsinin məzmunundan da göründüyü kimi, qanunverici e-mail va sitəsilə aparılmış yazışmaların sübut növü kimi qəbul edilməsi məsələsində ehtiyatlı davranmış, e-mail-i rabitə vasitələrinin siyahısında göstərməmişdir. Belə ki, e-mail internet üzərindən göndərilən məktub formasıdır ki, onu da saxtalaşdırmaq mümkündür. Praktiki olaraq bu, eyni elektron poçt hesabına paralel olaraq müxtəlif cihazlardan – masaüstü kompüter, mobil telefon və s. yolla daxil olmaq, orada istənilən dəyişiklik aparmaq yolu ilə baş verə bilir. E-mail vasitəsilə göndərilən məktubların reyestri nə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nə də ki, digər bir qurum tərəfindən aparılır. Təsadüfi deyil ki, kommersiya mübahisələrinə baxılarkən e-mail yazışmalarının həqiqiliyə dair məhkəmələr tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmış sorğular nəticəsiz qalır. Deməli, onsuz da məzmunundan heç bir məna çıxarılmayan və cavabdehin istinad etdiyi e-mail yazışmalarının sübut növü kimi qəbul edilməsi yolverilməzdir.

71. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə iclasında iclasda sədrlik edənin cavabdehin nümayəndəsinə ünvanlandığı: “Təqdim olunan e-mail yazışmalarında podratçı Bankın işləri təhvil alması ilə bağlı hər hans qeyd mövcuddurmu?” sualına cavabdehin nümayəndəsi aydın şəkildə “Xeyr, mövcud deyil” cavabını vermişdir. İş materiallarına nəzər yetirsək, doğurdan da cavabdeh tərəfindən təqdim olunmuş e-mail yazışmalarında cavabdeh tərəfindən işin təhvil verilməsinə dair heç bir qeydin mövcud olmadığı aşkar olunur. Mövcud e-mail yazışmalarının əksər hissəsi ancaq cavabdehin öz aralarındakı şirkətdaxili yazışmalarından ibarətdir. Bankın əməkdaşları tərəf indən göndərildiyi iddia edilən yazışmalarda belə podratçı təşkilatdan müqavilə üzrə görülməli işlə bağlı yalnız istəklər qeyd olunmuşdur. Belə olan halda apellyasiya məhkəməsinin sübutlara birtərəfli yanaşaraq: “işlərin təhvil verilməsi isə təhvil-təslim aktları ilə yanaşı elektron yazışma qaydasında da həyata keçirilmişdir” kimi nəticəyə gəlməsi işin hallarına uyğun deyil və ciddi prosessual pozuntudur. Bundan başqa, iş materiallarındanda göründüyü kimi, cavabdehin istinad etdiyi 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli aktlar Bankın səlahiyyətli nümayəndəsi – İdarə Heyətinin sədri X1 tərəfindən imzalanmışdır. Əgər podrat müqaviləsi üzrə işlərin təhvil alınması sifarişçi Bankın buna səlahiyyətli şəxsi tərəfindən həyata keçirilmişdirsə, onda heç bir səlahiyyəti olmayan şəxslərin e-mail yazışmalarını işlərin təhvili kimi qiymətləndirmək yolverilməzdir. E-mail yazışmalarında adları qeyd olunmuş şəxslərin səlahiyyətli olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

72. Məhkəmənin mövqeyindən belə anlaşılır ki, hazırki iş üzrə cavabdeh işin bir hissəsinin email vasitəsilə təhvil verildiyini iddia etsə də, e-mail yazışmalarında işin təhvil alınmasına və ya ümumiyyətlə hər hansı işin görülməsinə dair heç bir akt, ya digər sənəd, yaxud qeyd yoxdur. Beləliklə, apellyasiya məhkəməsinin mübahisələndirdiyimiz qərarı oxşar işlər üzrə məhkəmə təcrübəsinin pozulmasına gətirib çıxarır.

73. Məhkəmə təcrübəsində e-mail yazışmalarının həqiqiliyinin müəyyən olunması üçün ətraflı araşdırma aparılır, mübahisənin qarşı tərəfinin bu yazışmaları qəbul edib- etməməsi, yazışmaların işdəki digər sübutlarla uyğun olub-olmaması və s. hallar müəyyən edilir, daha sonra isə məsələyə məhkəmə tərəfindən yekun qiymət verilir. Hazırkı işdə isə mübahisə doğuran məsələyə məhkəmə formal yanaşmış və heç bir araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

74. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və həmin kassasiya şikayətinə aşağıdakı əsaslarla etiraz etmişdir. 75. 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli aktlardan görünür ki, müqavilənin 1 saylı əlavəsinin 1, 3, 4, 5-ci bəndlərində nəzərdə tutulan işlərin (E -commerce veb sayt adı və logo qiymət 8.000 ABŞ dolları, ƏDV 1.440 ABŞ dolları, E-commerce veb sayt dizaynı, o cümlədən front end - qiymət 10.000 ABŞ dolları, ƏDV 1.800 ABŞ dolları, E-commerce app dizaynı, o cümlədən front end - qiymət 5.000 ABŞ dolları, 900 ABŞ dolları ƏDV, E-cüzdan veb sayt və app dizaynı, o cümlədən front end - qiymət 3.000 ABŞ dolları, ƏDV 540 ABŞ dolları) təhvil verilməsi işin mübahisəsiz halıdır.

76. İşdə olan ekspert rəyilərndən görünür ki, tapşırıqların siyahısı, 1 və 2 saylı Əlavələrdə, 2019-cu il 31 iyul və 2018-ci il 3 dekabr tarixli təhvil-təslim aktlarında “Sifarişçi” qrafalarındakı imzalar Dəyanət Quliyev tərəfindən icra olunmuşdur. Həmçinin 2019-cu il 31 iyul və 2018-ci il 3 dekabr tarixli təhvil-təslim aktların üzərlərində olan möhür əksləri 2019-cu il 19 iyun tarixli “Məxfilik və məlumatların açıqlanmamasına dair müqavilə”nin üzərindəki eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir.

77. Müqavilənin 1 saylı əlavəsinin 2, 6, 7, 8-ci bəndlərində nəzərdə tutulan digər işlərin təhvili ilə əlaqədar olaraq bildirmək istəyirik ki, Bank tərəfindən də müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmiş, bankın maliyyə vəziyyətinin pisləşməsinə görə ödənişlərdə gecikmələr olmuş, hətta sifarişçi tərəfindən Müqavilənin 1 saylı əlavəsinin 6 və 8-ci bəndlərindən göstərilmiş işlərin pulları bu günədək ödənməmişdir. Podrat Müqaviləsinin 4.3-cü bəndində elektron poçt vasitəsi ilə işlərin təhvil alınması göstərilmişdir. Müqavilə üzrə görülmüş tapşırıqlar elektron xidmətlərə aid olduğu üçün həmin tapşırıqlar podraçtı tərəfindən müştəriyə elektron qayqada göndərilmiş, 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli təhvil-təslim aktları imzalanmışdır. Sonuncu ödənişlərdən sonra Azərbaycan Respublikasında koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair tədbirlər həyata keçirildiyi üçün 2020-ci ildə həyata keçirilən ödənişlərdən sonra təhvil-təslim aktlarını imzalanması gecikmiş, daha sonraki tarixlərdə də Bankın lisenziyası ləğv edildiyi üçün təhvil- əslim aktlarının imzalanması bizdən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Hətta müqaviləyə əsasən Bank tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 55.460 ABŞ dolları ödəniş edilməli idi, Bank maliyyə vəziyyəti pisləşdiyi üçün ƏDV də daxil olmaqla ümumilikdə 51.362,94 ABŞ dolları ödəniş etmişdir. Daha sonra həmin müqaviləyə 2020-ci il 1 iyun tarixində iddiaçı tərəfindən xitam verilmişdir.

78. Aktlardan kənar olan işlərlər əlaqədar bildiririk ki, məsələn müqavilənin 1 saylı əlavəsinin 6-cı bəndində göstərilən e-consultant xidməti üzrə konsul tantın Bakıya gəliş-gediş biletləri və ofisə gəlməklə bağlı olan yazışmalar sistemdə mövcud olmamasına baxmayaraq, onun gəlibgetməsi barədə təhvil-təslim aktı imzalanmamışdır. Lakin onun gəlməsini göstərən otel rezervasiyası, biletlər sübut kimi mövcuddur. Müqavilənin 1 saylı əlavəsinin 7-ci bəndinə öz əks tapan 360 kreativlə bağlı isə bildirmək istəyirik ki, bu bütün sferalarda reklam strategiyasının hazırlanması, radio və televiziyada necə reklam olunacağı barədə planlamanı özündə əks etdirir və bu işin görülməsinə dair sübutlarda elektron məhkəmə sisteminə əlavə edilmişdir. Sistemdə mövcud olan faylların yaranma tarixindən də bunları görmək mümkündür. Eyni zamanda, bununla bağlı e-mail yazışmaları da mövcuddur.

79. Tərəfimizdən məhkəməyə təqdim edilən e-mail yazışmalarından isə müəyyən olunur ki, cavabdeh tərəfindən görülmüş işlər Banka təqdim edilmiş və tərəflərin nümayəndələri arasında görülən işlər barədə qarşılıqlı yazışmalar baş tutmuş, bu yazışmaların bir neçəsində iddiaçının əməkdaşları cavabdeh tərəfindən görülmüş elektron xidmətlərin dəyişdirilməsinə dair öz təkliflərini bildirmişlər.

80. İddiaçı tərəf e-mail yazışmalarına etiraz etdiyi üçün MPM-in 201-ci maddəsinə əsasən məhkəmə iclasında noutbook vasitəsilə e-mail hesablarına baxış keçirilərək həmin e-mail yazışmalarının həqiqiliyi və mötəbərliyi yoxlanılmışdır.

81. Tərəfimizdən məhkəmədə iddiaçıya “əgər cavabdeh tərəfindən işlər görülməmişdirsə nəyə görə iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə ödənişlər həyata keçirilmişdir?”, “əgər cavabdeh tərəfindən işlər görülməmişdirsə nəyə görə keçən müddət ərz ində iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq, bildiriş və pretenziya məktubu göndərilməmişdir?” sualları verilmiş, lakin iddiaçı tərəf suallarına cavab verəbilməmiş, nəticə olaraq iddialarını əsaslandırılan sübutlar təqdim etməmişlər.

82. Elektron poçt vasitəsi ilə aparılan yazışmalardan, digər yazışmalardan, həmçinin elektron qaimalər qarşılığında Bank tərəfindən edilmiş ödənişlərdən görünür ki, müqavilənin tərəfləri müqavilənin müddətini əsas götürməmiş, müqavilə bəndlərinə tam uyğun olmayan, lakin müqavilə və qanunvericiliyə zidd olmayan hərəkətləri ilə müqavilə öhdəliklərini yetirə yetirmişlər.

83. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəfin birgə fəaliyyət dövründə işgüzar adətləri meydana gəlmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ

84. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

85. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

86. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına ist inad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

87. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.... 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “Maddə

439. Pul ö hdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icran ı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyə t 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.... 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.”

88. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktla rla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

89. Yazılı sübutlar... 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş müddəalarında materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” 89. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə

36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavi lə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”

90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında göstərilmişdir ki: “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”.

91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 vǝ 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki:.... "MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan fa ydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

92. İddiaçı cavabdehdən tərəflər arasında bağlanmış 2018-ci il 23 oktyabr tarixli işgüzar əməkdaşlıq şərtləri əsasında podrat müqaviləsinə əsasən podratçı təşkilata ödənilmiş 51.362,94 ABŞ dolları muzd məbləğinin, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 2.980,45 ABŞ dolları maliyyə kompensasiyasının ödənilməsini tələb etmişdir.

93. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehdən 26,003.70 manat (15,294 ABŞ dollarının ekvivalenti olan) pul məbləğinin tutularaq iddiaçıya ödənilməsini qət etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı m əhkəmənin qətnaməsini qismən – iddianın təmin edildiyi hissədə ləğv etmiş, iddianı həmin hissədə rədd etmişdir.

94. İddiaçı kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin əsassız olaraq istinad etdiyi 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli aktlar cavabdeh tərəfindən ümumilikdə 61.283,30 manat məbləğində işlərin görülməsini təsdiq etmir. Belə ki, sözügedən aktlar tərəflər arasındakı müqaviləyə 2 saylı Əlavədə qeyd olunmuş təhvil aktı deyil. Əlavədə qeyd olunmuş təhviltəslim aktlarından fərqli olaraq, 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli aktlarda görülən iş, onun kəmiyyəti, keyfiyyəti, təhvil verilmə tarixi və s. hallar dəqiq göstərilməmişdir. Belə olan halda iddiaçı üçün hansı işlərin görüldüyü və ya görülmədiyi haqda məlumat əldə etmək olmur.

95. Halb uki həmin aktlarda göstərilən işlərdən başqa, tərəflər arasında hansısa digər öhdəlik münasibətlərinin mövcud olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

96. İşə baxan məhkəmələrin qətnamələrindən məlum olur ki, hər iki tərəfin tərtib etdiyi 2018-ci il tarixli 3 dekabr akt ilə tərəflər eyni tarixli FCB/056-2018 hesaba əsasən E-Commerce xidməti üçün 31.960 manat və 5.752,80 manat ƏDV olmaqla, ümumilikdə 37.712,8 manat dəyərində, 2019-cu il 31 iyul tarixli akt ilə eyni tarixli FCB/043-2019 hesaba əsasən E-Commerce xidməti üçün 19.975 manat və 3.595,50 manat ƏDV olmaqla, ümumilikdə 23.570,50 manat dəyərində, beləliklə hər iki akt üzrə cəmi 61.283,30 manat dəyərində işlərin görülməsini təsdiq etmişlər.

97. Müqavilə üzrə işlər cavabdeh tərəfindən görülmədiyi halda (iddiaçının b ildirdiyi kimi), iddiaçının sözügedən təhvil aktlarını hansı səbəblərdən təsdiq etməsini ağlabatan şəkildə məhkəmələrə izah etməsi iş materiallarından görünmür.

98. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 2018-ci il 3 dekabr və 2019-cu il 31 iyul tarixli aktları mübahisə predmeti olan işlərin cavabdeh tərəfindən görüldüyünü təsdiq edən sübutlar kimi qiymətləndirərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

99. Bundan başqa, kassator öz şikayətində belə hesab edir ki, dəyəri 61.283,30 manat olan işlərin təhvil verilməsi aktlar əsasında həyata keçirildiyi halda, yerdə qalan işlərin e-mail vasitəsilə qəbulu sadə məntiqdən uzaqdır.

100. Halbuki apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi tərəflər arasında bağlanmış müqavilənin 4.3 -cü bəndinə görə, Tapşırığın/İşin son versiyası təhvil verilərkən Müştəri onları təhvil aldığını Podratçıya yazılı formada, və ya elektron poçtu vasitəsilə, Təhvil-təslim aktını (hazırkı Müqaviləyə 2 saylı Əlavə) imzalamaq yolu ilə təsdiq etməlidir.

101. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin müvafiq şərtinə görə, müştəri podratçının yerinə yetirdiyi işləri aşağıdakı 3 formadan birini tətbiq etməklə qəbul edə bilərdi: 1) yazılı formada; 2) elektron poçtu vasitəsilə; 3) təhvil-təslim aktını imzalamaq yolu ilə.

102. Məhkəmə kollegiyasının mövqeyinə görə, işlərin qalan hissəsinin, yəni iddiaçının ödədiyi qalan 26.003.70 (15.294 ABŞ dolları ekvivalentində) manat məbləğində edilmiş ödənişlə əlaqədar göstərilmiş xidmətlərin e-mail vasitəsilə qəbulu tərəflər arasında bağlanmış mü qavilənin şərtlərinə tamamilə uyğun hesab edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi belə təhvil-təslimin mümkün olduğu qənaətinə gələrkən də hər hansı hüquq pozuntusuna yol verməmişdir.

103. Həmçinin kassator öz dəlillərində e-mail yazışmalarının həqiqliyini mübahisələndirmişdir.

104. Halbuki iş materiallarında olan müvafiq məhkəmə iclası protokolundan və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi sözügedən elektron yazışmaların həqiqiliyi və mötəbərliyini məhkəmə iclasında cavabdehin nümayəndəsinin noutbook vasitəsilə e-mail hesablarına baxış keçirilərək yoxlamışdır.

105. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin elektron yazışmalarına istinad edərkən MPM-in 89.2- ci maddəsinin (bax yuxarıda § 88) tələblərini pozmamışdır.

106. Kassatorun digər dəlilləri isə ondan ibarətdir ki, sözügedən elektron yazışmalarda işin təhvil alınmasına və ya ümumiyyətlə hər hansı işin görülməsinə dair heç bir akt, digər sənəd, yaxud qeyd yoxdur.

107. Halbuki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, məhkəmə email yazışmalarını ayrıca deyil, işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdir.

108. Belə ki, mübahisələndirilən qətnamədən məlum olur ki, müqavilə şərtinə əsasən ödənişlər (40% avans istisna olmaqla) işlər tam təhvil verildikdən sonra həyata keçirilməli idi.

109. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən ödənişlərin böyük hissəsi (92,6%) həyata keçirilmişdir. Bu isə on u deməyə əsas verir ki, həqiqətən də cavabdeh tərəfindən 1 saylı əlavədə olan işlər həyata keçirilmişdir. Həmçinin müqaviləyə 1 saylı Əlavədə göstərilən “Vizual təlim kitabı” adlı işlərin (cavabdeh özü etiraf edir ki, həmin işi təhvil verməmişlər) dəyəri nəzərə alınmadıqda görülməli olan işlərin cəmi dəyəri ƏDV ilə birgə 53.100 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən isə cəmi 51.362,94 ABŞ dolları ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən görülmüş işlərə görə artıq məbləğ də ödənilməmişdir (əksinə 1.737,06 ABŞ dolları az ödənilmişdir).

110. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi elektron poçt vasitəsi ilə aparılan yazışmalardan, həmçinin elektron qaimələr qarşılığında iddiaçı tərəfindən edilmiş ödənişlərdən görünür ki, müqavilə tərəfləri mü qavilənin müddətini əsas götürmədən müqavilə öhdəliklərini yetirə yetirmişlər.

111. Yəni mübahisələndirlən qətnamədən məlum olur ki, elektron yazışmalar və ödənişlər müqavilənin müddəti bitdikdən sonrakı dövrdə də aparılmışdır. Həmçinin iddiaçı tərəfindən müqavilə üzrə ödənişlərin böyük hissəsi (92,6%) faktiki olaraq həyata keçirilmişdir.

112. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşdığından, kassatorun, ödənişlərin böyük hissəsinin cavabdehlə işgüzar münasibətlərin mövcudluğuna görə həyata keçirilməsinə, bunun görülən işin qarşılığında sifarişçi bankın qanun və müqavilə üzrə vəzifəsi olmasına, podratçı təşkilatın davamlı olaraq işi yerinə yetirməməsi nəticəsində bankın ödənişin kiçik hissəsini saxlamasına dair dəlilləri üzrə prosessual qənaət pri nsipi ayrıca hüquqi qiymətləndirmə aparmağa lüzum görmür.

113. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, məhkəmə iş üzrə nəticəyə gələrkən həm yuxarıda qeyd edilən təhvil-təslim aktlarını, həm tərəflər arasında aparılmış elektron yazışmaları, həm də iddiaçı tərəfindən həyata keçirilmiş ödənişləri əlaqəli şəkildə təhlil etmişdir.

114. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 88) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-i n 217.1-ci maddəsinə (bax yuxarıda § 88) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

115. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 yanvar tarixli 2-2(103)-34/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

116. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 yanvar tarixli 22(103)-34/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar