Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-295/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh qarşı iş üzrə Açar sözlər: iddiaçının icarəsində olan torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin, ona məxsus iri və xırda buynuzlu heyvanların həmin sahədə otarılmasının, eləcə də cavabdehin qeyri-qanuni hərəkətlərinin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı iddiaçının icarəsində olan torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin, ona məxsus iri və xırda buynuzlu heyvanların həmin sahəsə otarılmasının, eləcə də cavabdehin qe yri-qanuni hərəkətlərinin qadağan edilməsi tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 dekabr tarixli 2-2(105)-2/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. A rayonu İcra Hakimiyyəti Başçısının (bundan sonra – “İHB”) 2014-cü il 12 may tarixli 77 saylı sərəncamından (bundan sonra – “77 saylı sərəncam”) görünür ki, heyvandarlığın inkişafı məqsədi ilə İddiaçı (bundan sonra - “iddiaçı”) P otlaq sahəsindən 265 ha torpaq sahəsi istifadəsinə verilmişdir.
2. A rayon İcra Hakimiyyəti (bundan sonra - “İH”) ilə iddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 2014-cü il 12 may tarixli müqavilədən görünür ki, 265 ha torpaq sahəsi İHB tərəfindən 15 il müddətinə iddiaçının icarəsinə verilmişdir.
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İHB-nin 77 saylı sərəncamı ilə iddiaçıya icarəyə verilmiş 2.650.000 m2 torpaq sahəsinə dair tərtib edilmiş, həmin sənəd 2014-cü il 18 noyabr tarixdə A № 540608 ilə Dövlət Kadastr Kitabında qeydə alınmışdır.
4. İHB-nin 2013-cü il 29 aprel tarixli 47 saylı sərəncamından görünür ki, İHB-nin 2009-cu il 23 fevral tarixli 46 saylı sərəncamında qismən dəyişiklik edilərək “Pirismayıl” adlanan yay otlaq sahəsindən 299 ha torpaq sahəsinə dair X ilə 2009-cu il 23 fevral tarixində bağlanmış icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh (bundan sonra “cavabdeh”) ilə yeni i carə müqaviləsinin bağlanmasının təmin edilməsi qərara alınmışdır.
5. İH ilə cavabdeh arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 2013-cü il 29 apel tarixli icarə müqaviləsindən görünür ki, 299 ha yay otlaq torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 2019-cu il 14 may tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, İHB-nin 77 saylı sərəncamı ilə A rayonun Qonaqkənd qəsəbəsi ərazisində yerləşən və “P" adlanan yay otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə icarəsinə verilmiş 265 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin, ona məxsus iri və xırda buynuzlu heyvanların həmin sahədə otarılmasının, eləcə də cavabdehi n digər qeyri-qanuni hərəkətlərinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini yuxarıda §§ 1-3-də göstərilən hallarla əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, icarə müqaviləsi bağlanıldığı tarixdən etibarən həmin 265 ha torpaq sahəsi onun sərəncamında olmaqla təyinatı üzrə istifadə olunmaqdadır. Lakin cavabdeh qanunsuz olaraq onun icarəsində olan torpaq sahəsinin 90 ha hissəsində iri və xırda buynuzlu heyvanlarını otarır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. İddiaçı cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun sahibliyində olan torpaq sahəsindən istifadə edə və bəhrələnə bilmir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan son ra – “MM”) 152.1, 152.3, 152.5, 157.4, 157.8, 158.1, 158.2, 158.4, 164.1, 165.1-ci maddələrinə istinad edilmişdir.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 iyun tarixli e-2-2(085)-309/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – V.Əzizova).
10. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir.
11. İHB-nin iddiaçıya icarəyə verdiyi 265 ha torpaq sahəsinin aero-foto planı ilə müəyyən edilir ki, iddiaçının icarəsində olan “P 48A” yay otlaq sahəsi cənub tərəfdə 1.456 m məsafədə cavabdehin icarəsində olan “P 48 H” yay otlaq sahəsi ilə həmsərhəddir.
12. Cavabdehin müdaxiləsi və qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçı qanuni istifadəsində olan 265 ha torpaq sahəsindən sərbəst istifadə edə bilmir.
13. Məhkəmə öz qətnaməsini MM-in 158.1.2, 158.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217.4-cü, Azərbaycan Respublikası Torpaq Məcələsinin (bundan sonra – “TM”) 55, 66.1, 84-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 17 oktyabr tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş “Yay və qış otlaqlarının bölünməsi və istifadəsi qaydaları haqqında” Qaydaların 18-ci, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh 2019-cu il 22 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli 2-2(105)-2/2021 saylı qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra - “DƏKÜRX”) mütəxəssis qismində cəlb edilməklə məhkəmə texniki-yerquruluşu ekspertizası təyin edilmişdir (sədrlik edən – H.Babayeva, hakimlər – F.Məmmədov və Z.Məmmədov).
16. DƏKÜRX tərəfindən təqdim edilmiş 2021-ci il 4 iyun tarixli **********84 saylı rəydən və həmin rəyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra – “MEM”) tərəfindən 2021-ci il 29 oktyabr tarixdə verilmiş 10/5765 saylı ekspert rəyində qeyd olunmuşdur ki: - 1-ci sual üzrə: İHB-nın 77 saylı sərəncamı ilə Pirs imayıl otlaq sahəsindən iddiaçının icarəsinə verilmiş 265 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində qeyd olunmuş koordinatlarla həmin torpaq sahəsinə dair hazırlanmış ilkin yer quruluşu planında torpağın yerləşmə mövqeyi (iş materiallarının 14-cü səhifəsi) üst-üstə düşür. - 2-ci sual üzrə: iddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin sərhədlərini naturada göstərmədiyindən icarəsinə verilmiş 2.650 ha torpaq sahəsinə dair tərtib olunmuş plan və Ölçü sənədində qeyd olunmuş koordinatlarla üst-üstə düşüb-düşməməsını müəyyən etmək mümkün olmamışdır. - 3-cü sual üzrə: cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin sərhədlərini naturada göstərmədiyindən icarəsinə verilmiş İHB-nin 47 saylı sərəncam ilə “Pirismayıl” yay otlaq sahəsində n ilkin yerquruiuşu planında torpağın döngə nöqtələrinin sərhədləri üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. - 4-cü sual üzrə: iddiaçının icarəsinə verilmiş 265 ha torpaq sahəsi İlə cavabdehin icarəsinə verilmiş 299 ha torpaq sahəsi qonşu torpaq sahələridir, onların sərhədləri 1.383 metrdir. - 5-ci sual üzrə: cavabdehin icarəsinə verilmiş 299 ha torpaq sahəsində iri və xırdabuynuzlu heyvanların yatağı ilə iddiaçının icarəsinə verilmiş 265 ha torpaq sahəsinə qədər olan məsafə 67 metrdir. - 6-cı sual üzrə: İHB-nin 47 saylı sərəncamı ilə “Pirismayıl” yay otlaq sahəsindən cavabdehin icarəsinə verilmiş 299 ha torpaq sahəsinin ilkin yer quruluşu planında torpağın yerləşmə mövqeyi ilə iddiaçının icarəsinə verilmiş 265 ha torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planın da torpağın yerləşmə mövqeyi üst-üstə düşmür. - 7-ci sual üzrə: cavabdehin icarəsinə verilmiş 299 ha torpaq sahəsinin ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə iddiaçının icarəsinə verilmiş 265 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində qeyd olunmuş koordinatları üst-üstə düşmür. - 8-ci sual üzrə: tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. - 9-cu sual üzrə: iddiaçının icarəsinə verilmiş 265 ha torpaq sahəsinin konfiqurasiyasının real vəziyyəti müəyyən olunmuşdur, cavabdehin icarəsinə ilkin torpaqayırma sənədlərindəki torpaqayırma sxemində ərazi 299 ha göstərilsədə həmin sxemdəki ərazinin 262 ha olduğu məlum olmuşdur.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 dekabr tarixli 2-2(105)- 2/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 1.261 manat xərc iddiaçıdan tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına köçürülməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq MEM-in hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən – H.Babayeva, hakimlər – Z.Məmmədov və F.Məmmədov).
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2014-cü il tarixdə icarəsinə verilmiş 265 ha torpaq sahəsinin 40-50 ha hissəsində cavabdeh tərəfindən iri və xırda buynuzlu heyvanların otarıldığını və bununla da, onun icarəsində olan tor paq sahəsinə dair istifadə və sahiblik hüquqlarının pozulduğunu bildirmişdir.
19. Cavabdeh isə apellyasiya şikayətində iddiaçıdan öncə, yəni 2013-cü il tarixdə İH tərəfindən “Pirismayıl” yay otlaq sahəsində 299 ha torpaq sahəsinin onun icarəsinə verildiyini, hər il iri və xırda buynuzlu heyvanları özünün icarəsində olan torpaq sahəsində otardığını, iddiaçıya aid torpaq sahəsinə onun tərəfindən heç bir müdaxilə olmadığını bildirmişdir.
20. Cavabdehin bildirdikləri ilə iddia tələbi təkzib olunur. İddiaçı isə cavabdehin bildirdiyinin əksini sübut edə bilmir.
21. Cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinə dair plan-ölçü sənədindəki koordinatlarla ilkin sənədlərdəki koordinatlar arasında ciddi fərqin olduğunu və məhz bu səbəbdən hazırkı mübahisənin yarandığını bildirdiyindən, m əhkəmə kollegiyası DƏKÜRX mütəxəssis qismində cəlb edilməklə məhkəmə texniki-yerquruluşu ekspertizası təyin etmişdir.
22. Hazırkı mübahisədə iddianı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmiş, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını təsdiqləyən faktları nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir.
23. Əksinə, məhkəmə kollegiyası tərəfindən keçirilmiş mütəxəssis və ekspert rəyi ilə iddiaçının icarəsinə verilmiş 256 ha torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində qeyd olunmuş koordinatlarla həmin torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyinin üst-üstə düşməsi, həmçinin tərəflə rin icarəsində olan mübahisəli torpaq sahələrinin (265 ha və 299 ha) üst-üstə düşmədiyi, qonşu torpaq sahələri olmaqla sərhədlərinin 1.383 metr olduğu, eləcə də, cavabdehin icarəsinə verilmiş 299 ha torpaq sahəsində iri və xırdabuynuzlu heyvanların yatağı ilə iddiaçının icarəsinə verilmiş 256 ha torpaq sahəsinə qədər olan məsafənin 67 metr olduğu müəyyən edilmişdir.
24. Beləliklə, məhkəmə kollegiyаsı işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya şikayəti təmin edilməli, birinc i instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.
25. Məhkəmə öz qətnaməsini MM-in 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.8, 158.1.2, 158.4, MPM-in 14.2, 77.1, 217, 384.0.2, 385.1.1, 385.1.2-ci, TM-in 84, 111.1, 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstan a qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli, və “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrlarınа istinad etməklə əsaslandırmışdır.
26. Qətnamə 2022-ci il 14 yanvar tarixində tərəflərə göndərilmişdir.
27. İddiaçı 2022-ci il 5 mart tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 140-cı maddəsinin tələbi pozulmuşdur. Cavabdeh öz şikayətində iddiaçının torpaq cizgilərini saxtalaşdırdığını iddia etmişdir. Ekspert rəyi ilə torpaqayırma sxemlərinin saxtalaşdırılması təsdiq olunmamışdır. Əksinə, cavabdehə sxem üzrə verilmiş torpaq sahəsinin 299 ha deyil, 262 ha olması müəyyən edilmişdir. Apellyasiya instansiyas ı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını hüquqları reyestrdə qeydə alınmış iddiaçının xeyrinə tətbiq etməli olduğu halda, əksinə tətbiq etmişdir.
29. TM-in 67-ci maddəsinin tələbi pozulmuşdur. TM-də qeyd olunduğu kimi, torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi olduğu halda, Cavabdeh hüquqlarının qeydə alınması barədə sübut təqdim etməmiş və məhkəmə tərəfindən bu məsələ araşdırılmamışdır.
30. TM-in 66-cı maddəsinin tələbi pozulmuşdur. İddiaçının icarə hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Dövlət Kadastrı kitabında 2014-cü il 18 noyabr tarixində 419 say ilə qeyd edilmiş və ona A № 520608 saylı sənəd verilmişdir. Bundan əlavə, iddiaçının icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla 2019-cu il 19 dekabr tarixində ********** saylı reyestr nömrəsi ilə çıxarış verilmişdir. Cavabdehin hüquqları isə kadastr kitabında qeydiyyata alınmamış və reyestrdə çıxarışla rəsmiləşdirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutlara istinad etməli olduğu halda, bunu etməmiş, qeydə alınmış hüquqlara yox, qeydə alınmamış hüquqlara üstünlük vermişdir.
31. TM-in 84 və 111-ci maddələrinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi əsaslandırıcı hissədə bu maddələrə istinad etsə də işin faktiki hallarına əsasən, iddiaçının hüquqlarının qorunmasına yönələn bu maddi hüquq normasını tətbiq etməmiş, əksinə, heç bir əsas olmadan cavabdehin mənafeyinə uyğun qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnamədə istinad etdiyi maddi hüquq norması iddiaçının qey də alınmış hüquqlarının müdafiəsinə tətbiq olunmalı olduğu halda, cavabdehin qeydə alınmamış hüquqlarının müdafiəsi üçün tətbiq etmişdir. Belə ki, əksinə, iddiaçı onun torpağında özbaşına otarılmanın qadağan edilməsi barədə iddia qaldırdığı halda apellyasiya instansiyası bunu cavabdehin xeyrinə tətbiq etmişdir.
32. MM-in 157.4-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən belə bir nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsinə müdaxilə etmir. Halbuki apellyasiya instansiyası məhkəməsinin bu qənaəti cavabdehin dediyi ilə deyil, iddiaçının faktiki olaraq pozulmuş hüquqlarının bərpası nöqteyi nəzərindən araşdırmalı idi. İşin faktiki hallarından görünür ki, apellyasiya instansiya məhkəməsi MM-in 157.4-c ü maddəsini pozmuşdur.
33. MM-in 152-ci maddəsinin tələbi pozulmuşdur. İddianın məzmunu cavabdehə iddiaçının icarəsində olan 265 ha torpaq sahəsinə müdaxilə edilməsinə və ona məxsus iri və xırda buynuzlu heyvanların həmin sahədə otarılmasına qadağa qoyulması idi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək təsbit etmişdir ki, cavabdeh başqasına məxsus torpaq sahəsinə müdaxiləni və orada heyvanların otarılmasını davam etdirə bilər. Bu isə MM-in 152-ci maddəsinə və ümumilikdə mülkiyyət hüquqlarının toxunulmazlığı prinsipinə tamamilə ziddir.
34. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi sübutlara qeyri-obyektiv və qərəzli yanaşmışdır. Belə ki, iddiaçı məhkəməyə özünün uzunmüddətli icarəsində olan 265 ha torpaq s ahəsinin daşınmaz əmlakın dövlət reyestrində 2019-cu il 19 dekabr tarixində qeydə alınmış ********** saylı çıxarışı təqdim etsə də, məhkəmə bu sənədi ümumiyyətlə sübut kimi nəzərə almamış, qətnamənin heç bir hissəsində bu sənədin adını belə, çəkməmiş, cavabdehin məhkəməyə təqdim etdiyi əl ilə çəkilmiş cizgi xəritəsi isə dəfələrlə qeyd edilmişdir. Nəticədə iddiaçının təqdim etdiyi mötəbər sübutla cavabdehin təqdim etdiyi mötəbər olmayan sübut eyni dərəcədə qiymətləndirilmişdir. Sübut kimi qiymətləndirilmiş ekspertiza rəyində isə mübahisənin predmetini təşkil edən məsələ, yəni cavabdehin iddiaçının ərazisində heyvan otarıb-otarmadığına dair konkret rəy bildirilməmişdir.
35. MPM-in 77-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi iddiaçının torpaq sahəsindən cavabdehin istifadə edib etməməsini araşdırmaq əvəzinə, əksinə, sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Nəzərə alsaq ki, MPM-in 77.1-ci maddəsi sübutetmə yükünü hər iki tərəfin üzərinə qoyur.
36. Bu məqsədlə təyin olunmuş ekspertiza isə aşağıdakı səbəblərdən tam və dolğun rəy verməmişdir: - ekspertiza qarşısında qoyulmuş sualların düzgün müəyyən edilməməsi, ekspertin öz işinə laqeyd və qeyri-peşəkar yanaşması (ekspert rəyi 2 və 3-cü suallar); - ekspert tərəfindən tədqiqat obyektinə yerli baxışın keçirilməsi vaxtı (2021-ci il 30 aprel) ümumiyyətlə iri və xırdabuynuzlu heyvanların qışlaqda olması və orada təsərrüfat fəaliyyətinin olmaması. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmədiyi qənaətinə gəlmiş, b unun əsasında birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iddiaçının mülkiyyət hüququna qəsd etmişdir. Belə ki, birinci instansiya məhkəməsi belə qətnamə çıxarmışdır ki, cavabdehə iddiaçının icarəsində olan 265 ha torpaq sahəsinə müdaxilə edilməsinə və ona məxsus iri və xırda buynuzlu heyvanların həmin sahədə otarılmasına qadağa qoyulsun. Beləliklə, cavabdehə yalnız iddiaçıya məxsus 265 hektarlıq ərazidə heyvan otarılması qadağan olunur. Bu isə obyektiv hüquqdur və heç bir sübuta ehtiyacı yoxdur. Və cavabdeh tərəfindən müdaxilə olunması faktının mövcud olub olmamasından asılı olmayaraq qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi isə obyektiv hüquqa müdaxilə edərək cavabdehin mü daxiləsini qadağan edən qətnaməni ləğv etmişdir.
38. MPM-in 218 və 220-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh iddiaçının mübahisələndirdiyi ərazidə qoyunları otardığını inkar etməmiş, lakin bildirmişdir ki, həmin qoyunları otardığı sahə onun icarəsində olan hissədir. Dəlilini əsaslandırmaq üçün cavabdeh həmçinin ona istinad etmişdir ki, iddiaçı torpaq sahəsinin sxemini saxtalaşdırmışdır. Deməli, mübahisənin mahiyyətini iddiaçıya və cavabdehə icarəyə verilmiş torpaq sahəsinin 40-50 hektar hissəsinin məxsusluğunun aydınlaşdırılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi mübahisəni həll etmək üçün ilkin olaraq mübahisəli torpaq sahəsinin yerində hansı hissəni təşkil etdiyini müəyyən etməli və sonradan həmin torpaq sahəsinin tərəflərdən hansına icarəyə verilmiş torpaq sahəsi olduğ unu müəyyən etməli idi. Apellyasiya instansiya məhkəməsi isə bu mübahisəli məqamı aydınlaşdırmadan iddiaçının iddia tələbini sübut edə bilmədiyinə əsaslanaraq iddia tələbini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsi tərəfindən “məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması”na istinad edərək birinci instansiya məhkəməsinin qətanməsini ləğv etsə də, özü də həmin məsələləri aydınlaşdırmadan iddia tələbini rədd etməklə qanunvericiliyin tələbini pozmuşdur. Halbuki apellyasiya məhkəməsi tərəflərin və mütəxəssisin iştirakı ilə yerində müayinə keçirməklə, ekspert qarşısında düzgün suallar qoymaqla bu məsələni aydınlaşdırmalı və sonra qərar qəbul etməli idi.
39. Azərbaycan Respublikasının Ali Məhkəmə si Plenumunun 2005-ci il 24 noyabr tarixli “Məhkəmə qətnaməsi haqqında” qərarının tələbləri nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin qərara istinad edərək qeyd edir ki, “məhkəmə qətnaməsi mülki və iqtisadi münasibətlərdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasıtəmin olunmalıdır”. Təəssüf ki, apellyasiya məhkəməsi öz qətnamə ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmamış, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməm işdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instans iyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İ stifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:... 158.1.2. əmlakdan istifadə hüququ;... 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliy i və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;...” “Maddə
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;...” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....”
46. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra ha kimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” “Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur....” “Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunv ericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır....
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.” “Maddə 111.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır....” 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəal arında aşağıdakılar nəzərdə tutulur: “Maddə
19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarında qeyd edilmişdir ki: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etmə lidir.”
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarında göstərilmişdir ki: “... Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.... Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materialla rına uyğun olsun...”
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 17 oktyabr tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş “Yay və qış otlaqlarının bölünməsi və istifadəsi Qaydalarının 8-ci bəndinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “...
8. Otlaq sahəsinin istifadəçisi və ya icarəçiləri aşağıdakı şərtlərə əməl etməyə borcludurlar: a) otlaq sahələrində təyinatın üzrə istifadəyə; b) otlaq sahələrindəki su mənbəyindən səmərəli istifadəyə və onların qorunub saxlanılmasına; v) otlaq sahələrində mərz nişanlarının qorunmasına; q) köç yolu ilə mal-qara düşərgəsinin təyinatı üzrə istifadəsinə; d) yataqlar və otlaqlar əsası xüsusi yollardan istifadə etməyə, lazımsız yol və cığırların salınmasına yol verməməyə; e) otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət etməyə; j) otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında otarılmamasına....”
51. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 52. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, b ir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. 53. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrında Avropа Məhkəməsi göstərmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
54. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhru m edilə bilməz. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 dekabr tarixli 2-2(105)-2/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MM-in 140-cı, TM-in 66, 67-ci maddələrin tətbiq edilməməsinə, TM-in 84 və 111-ci maddələrinin düzgün tətbiq edilməməsinə, MPM-in 88, 218 və 220-ci maddələrinin pozulmasına, habelə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmamasına dair dəlillər (bax yuxarıda §§ 28-31, 34, 38, 39) üzrə
56. İddia ərizəsində qoyulmuş tələblərdən və onların əsaslandırmasından məlum olur ki, hazırkı mübahisənin predmetini iddiaçı və c avabdeh tərəfin torpaq üzərindəki hüquqlarının həqiqiliyinin mübahisələndirilməsi deyil, iddiaçının icarəsində olan torpaq sahələrində cavabdeh tərəfindən mal-qaranın qanunsuz otarılıb-otarılmamasının müəyyən edilməsi təşkil edir.
57. İş üzrə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2021-ci il 4 iyun tarixli **********84 saylı rəyinə və həmin rəyə əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 oktyabr tarixli 10/5765 saylı rəyinə istinad edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, cavabdehin icarəsinə verilmiş torpaq sahəsindəki iri və xırdabuynuzlu heyvanların yatağı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə qə dər olan məsafə 67 metrdir. Cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi üst-üstə düşmür. Cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində qeyd olunmuş koordinatları üst-üstə düşmür. Tərəflərə məxsus torpaq sahələrinin üstüstə düşməsi halı müəyyən edilməmişdir.
58. Məhz həmin hallar hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir və ona dəlalət edir ki, iddia tələbi əsassızdır.
59. Eyni zamanda, iddiaçının icarəsində olan torpaq sahələrində cavabdeh tərəfindən malqaranın qanunsuz otarıldığı digər iş materialları ilə də öz təsdiqini tapmır.
60. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyini nəticəni MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 45) uyğun olaraq qanuni və əsaslı hesab edir.
61. Cavabdehin torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınmadığı halda, məhkəmənin həmin hüquqlara üstünlük verməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinin (bax yuxarıda § 47) tələbinə görə, daşınmaz dövlət əmlakı üzərində icarə hüququ, həmin əmlak üzərində icarə müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır.
62. Beləliklə, hazırkı halda cavabdehin torpaq üzərində icarə hüq uqunun dövlət qeydiyyatına alınması üçün cavabdeh deyil, həmin dövlət torpağının ona icarəyə verilməsinə dair qərar qəbul etmiş A Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə müraciət etməli idi.
63. Məhkəmə kollegiyasının qənaətinə görə, A Rayon İcra Hakimiyyəti öz vəzifəsini yerinə yetirməyərək sözügedən müraciəti etmədiyi halda, cavabdehin müvafiq hüququnun müdafiəsindən imtina olunması ədalətsiz və əsassız olardı.
64. O da qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, iddiaçının icarəsində olan torpaq sahəsi üzərindəki hüququ, kassasiya şikayətində də göstərildiyi kimi, yalnız 2019-cu il 19 dekabr tarixində, yəni iddiaçının hazırkı iddiası 2019-cu il 14 may tarixində məhkəməyə daxil olduqdan 7 ay sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki həmin torpaq onun icarəsinə 5 il əvvəl – 2014-cü ildə verilmişdir. MM-in 157.4-cü, MPM-in 77-ci maddələrinin pozulmasına dair dəlillər (bax yuxarıda §§ 32, 35) üzrə
65. MPM 77.1-ci maddəsinin (bax yuxarıda § 45) tələbi ondan ibarətdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, ona icarəyə verilmiş torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilir, sonuncu ona məxsus iri və xırda buynuzlu heyvanlarını həmin sahədə otarır, eləcə də digər qeyri-qanuni hərəkətlər edir.
67. Beləliklə, öz iddiasının təmin edilməsi üçün iddiaçı sözügedən faktların həqiqiliyini təsdiq edən mötəbər sübutları işə baxan məhkəməyə təqdim etməli idi.
68. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hal larından isə görünür ki, iddia ərizəsinin faktiki əsasını təşkil edən hallar iş materialları ilə öz təsdiqini tapmır.
69. Yuxarıda qeyd olunduğu kimi, iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin rəylərlə müəyyən olunmuş hallar da əslində iddiaçının mövqeyinin əsassız olduğunu, cavabdeh tərəfindən, iddia ərizəsində göstərilən pozuntulara yol verilmədiyini göstərir.
70. İddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə, habelə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
71. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən sözügedən hüquq pozuntularına yol verməmi şdir. MM-in 152-ci maddəsinin pozulmasına, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə apellyasiya instansiyası məhkəməsinin iddiaçının mülkiyyət hüququna qəsd etməsinə dair dəlillər (bax yuxarıda §§ 33, 37) üzrə
72. İddia ərizəsində iddiaçıya icarəyə verilmiş torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edildiyi, sonuncu ona məxsus iri və xırda buynuzlu heyvanlarını həmin sahədə otarıldığı, eləcə də digər qeyri-qanuni hərəkətlər edildiyi bildirilərək hərəkətlərinin qadağan edilməsi tələb olunmuşdur.
73. Birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə və digər iş materiallarına qiymət verərək iddianın əsassız olduğu nəticəsinə gəlmişdir.
74. Yuxarıda göstərilənlərdən aydın olduğu kimi, kassator apellyasiya instansiyası məhkəməsi nin həmin nəticəsinin qanunsuz və əsassız olduğunu tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.
75. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə apellyasiya instansiyası məhkəməsinin iddiaçının mülkiyyət hüququna qəsd etməsindən söhbət belə gedə bilməz. Ekspertiza rəyinin tam və dolğun olmamasına dair dəlillər (bax yuxarıda § 36) üzrə
76. İş materiallarından (i/v 246-247) görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən 2021-ci il 11 dekabr tarixində iş üzrə alınmış ekspert rəyinin iddiaçıya onun yaşadığı ünvanda təqdim edilməsi təmin olunmuşdur.
77. Buna baxmayaraq iş materiallarında olan apellyasiya instansiya məhkəməsinin 2021-ci il 17 dekabr tarixli iclasının protokolundan (i/v 249-251) görünür ki, iddiaçının n ümayəndəsi və vəkilinin hər ikisi həmin iclasda iştirak etmiş, lakin sədrlik edən ekspert rəyi ilə bağlı onların fikirlərini soruşduqda, iddiaçının nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda əlavə və təkrar ekspertiza ilə bağlı heç bir əlavə və təkliflərinin olmadıqlarını bildirmişlər.
78. Eyni zamanda, sözügedən iclasda izahat verərkən də onlardan heç biri ekspert rəyinin əsassızlığı ilə bağlı hər hansı fikir bildirməmişdir.
79. Göründüyü kimi, kassatorun ekspertiza rəyinin tam və dolğun olmamasına dair dəlili həmin ekspertizanı təyin etmiş apellyasiya instansiya məhkəməsində ümumiyyətlə müzakirə predmeti olmamışdır.
80. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin dəlil işin faktiki halları ilə bağlı olduğundan onun kassasiya şikayətində ifadə edilməsi MPM-in 407.2-ci maddəsi nin (bax yuxarıda § 45) tələbləri baxımından yolverilməzdir, ona görə də həmin dəlillə bağlı hüquqi dəyərləndirmə aparmağa lüzum yoxdur.
81. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən və qətnamə qəbul edərkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmişdir.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 dekabr tarixli 22(105)-2/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini