Məhkəmə qərarları › İş №2-2(102)-354/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-354/2024

03.07.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-354/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı ilk iddiası Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ 2-2(102)-354/2024 Açar sözlər: Kassasiya şikayətindən imtina qəbul edilərək kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək hə min hissədən cavabdehin əmlakı ilə birlikdə çıxarılması” tələbi barədə ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 22(106)-32/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair ərizəyə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdehnə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Böyük Bəhmənli kəndində 0,10 ha torpaq sahəsinin 0,03 ha hissəsinin icarəsi ilə bağlı MMC ilə aralarında bağlanmış icarə müqaviləsindən kənar MMC tərəfindən torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək, həmin hissədən MMC-nin əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il 1 may tarixli 01/2022 saylı icarə müqaviləsi üzrə icarə haqqı olaraq tərəfindən İddiaçı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla artıq ödənilmiş 1.921,2 manatın, icarə haqqından əlavə İddiaçı aldığı 580 manatın, MMC tərəfindən transformatorun aktiv fəaliyyətə keçməsi üçün "xxxx" ASC-yə ödənilmiş 2.350 manatın, generatordan istifadə ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 480 manatın MMC-yə ödənilməsi və ya həmin məbləğlər in ödəniləcək icarə haqqı ilə əvəzləşdirilməsinə yazılı razılıq verilməsi, habelə müqavilə üzrə təhvil verilməmiş qalan 96 kv.m qeyri-yaşayış sahəsinin MMC-yə təhvil verilməsi, həmin sahə MMC-yə təhvil verilənədək, aylıq icarə haqqının 679,32 manat məbləğində müəyyən edilməsi, həmçinin müqavilə obyekti olan yanacaqdoldurma məntəqəsindən MMC tərəfindən istifadə edilməsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyun tarixli e-2-2(121)-600/2023 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir (hakim – Z.Abbasov).

4. MMC apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv olunmasını və qarşılıqlı iddia tə ləbinin təmin olunmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(106)-32/2024 nömrəli qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – C.İmanov və P.Əhmədov).

6. MMC kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

7. MMC tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

8. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2024-cü il 13 may tarixli 2-2(102)354/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

9. Kassasiya baxışı zamanı 2-2(102)-354/2024 nömrəli iş üzrə MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 14 iyun tarixli ərizədə (işin materiallarında olan 2024-cü il 7 iyun tarixli etibarnamə ilə nümayəndəyə belə səlahiyyət verilmişdir) MMC tərəfindən hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul edilərək kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır». “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəf lərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasın ın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir: «….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir». Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalar ının tələblərinə (bax § 10) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.

13. Kollegiya MMC tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2024-cü il 14 iyun tarixli ərizəni yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, im tina qəbul edilməli və MMC-nin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.

14. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410 və 419cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə Cavabdeh MMC-nin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar