Məhkəmə qərarları › İş №2-2(102)-298/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-298/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-298/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 yanvar tarixli 2-2(103)-173/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında 2024-cü il 19 mart tarixli 1011-ƏK M №-li Əsas kredit müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən borc verən borc alana 60 müddətində (2029-cu il 19 mart tarixinədək) 2.000.000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə çərçivəsində borc alana verilən kreditlərin qaytarılması şərtləri və dövriliyi, o cümlədən kreditlərin məbləğinə hesablanmış faizlərin miqdarı, hesablanma qaydası və ödənilməsi dövriliyi Əlavə kredit müqavilələri ilə müəyyən olunur. 4. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150.55 kvadrat metr olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. 5. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 146,50 kvadrat metr olan mənzil və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 599,90 kvadrat metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. 6. 2024-cü il 27 mart tarixli 1011-KQ №-li Əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Cavabdeh illik faiz dərəcəsi 14 % olmaqla 36 ay müddətinə ümumi məbləği 728.723 manat olan kredit verilmişdir.

7. Cavabdeh tərəfindən banka müxtəlif tarixlərdə 25.012,50, 11, 1.609, 2.000, 24.620, 26.620, 23.040 və 25.600 manat məbləğlərində ödənişlər edilmişdir (uyğun olaraq: 2024-cü il 24 aprel, 26 aprel, 26 aprel, 27 may, 27 may, 27 iyun, 29 iyul və 27 avqust tarixli qəbzlərə əsasən).

8. X2 tərəfindən banka 15.000 manat ödəniş edilmişdir (2024-cü il 29 oktyabr tarixli qəbzə əsasən). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 9. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il 9 iyul tarixində iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) 2024-cü il 19 mart tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsi (bundan sonra – “əsas kredit müqaviləsi”) və 2024-cü il 27 mart tarixli, 1011-KQ saylı Əlavə kredit müqaviləsi (bundan sonra – “əlavə kredit müqaviləsi”) üzrə 631.640,3 manat əsas və 6.333,95 manat faiz borcu olmaqla cəmi 637.974,25 manat məbləğinin tutulması, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 970,41 AZN dövlət rüsumu və 1,46 AZN bank xidmət haqqının, MTT ilə bağlı məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,15 AZN dövlət rüsumu və 0,4 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, əsas kredit müqaviləsinin 5.4.12-ci yarımbəndinə əsasən cavabdeh bu müqavilə çərçivəsində 728.723 manat məbləğində borc alana verilməsi nəzərdə tutulan kreditin rəsmiləşdirildiyi tarixdən etibarən 10 iş günü müddətində borc alana məxsus müvafiq əmlakları borc verənin xeyrinə ipoteka hüquqları ilə yüklü edilməsini təmin etməli idi. Belə ki, bank müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirərək 2024-cü il 27 ma rt tarixində kredit vəsaitini cavabdehin hesabına köçürmüşdür. Belə ki, əsas kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində: 1011-İZG/1 saylı, 1011-İZG/2 və 1011-İZG/3 saylı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri çıxış etməli idi. Lakin cavabdeh kredit üzrə vəsaiti əldə etmiş, lakin təminat olaraq iddiaçıya yüklü edilməli olan əmlakları banka təqdim etməmiş və bu səbəbdən də yuxarıda qeyd olunan ipoteka müqavilələri imzalanmamışdır. İddiaçıda olan məlumata əsasən cavabdeh krediti təyinatı üzrə istifadə etməmişdir. Belə ki, əlavə kredit müqaviləsinin təyinatı cavabdehin 2024-cü il 21 fevral tarixli AKB çıxarışının 3.3-cü və 3.5-ci bəndində qeyd edilən kreditlərin ("xxxx" ASC-lə bağlanmış 2023-cü il 17 aprel tarixli K6136 kredit müqaviləsi və 2023-cü il 31 oktyabr tarixli K6603 müqavilə) bağlanması olmuşdur. Lakin çıxarışa əsasən cavabdeh digər bankda olan borclarını bağlamamış və bununla da vəsaiti təyinatdan kənar istifadə etmişdir. Çünki AKB-dən əldə olunan çıxarışa əsasən cavabdehin iddiaçıya olan aktiv öhdəliyindən əlavə olaraq 5 aktiv öhdəliyi qalmaqda davam edir. Qeyd olunanlara və əsas kredit müqaviləsinin 4.7.2-ci bəndinə istinadla iddia tələbinin təmin olunması xahiş edilmişdir.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh vaxtlı-vaxtında ödənişlərini etmişdir. İddiaçı cavabdehlə müqavilə bağlayarkən qarşı tərəfə bildirmişdir ki, ipoteka müqavil əsində qeyd edilən əmlaklar "xxxx" ASC-də girovdadır, ipoteka ilə yüklüdürlər. Onlar da tərəfə krediti götürməyində maneçilik olmadığını bildirmişlər. Tərəf ipoteka ilə yüklü edilmiş əmlakların Paşa Bank ASC-dən çıxarılması barədə iddiaçıdan soruşduqda bankın nümayəndələri bildirmişlər ki, özləri "xxxx" ASC-yə əmlakların ipotekadan çıxarılması barədə razılıq məktub verəcəklər. Daha sonra tez bir zamanda heç nə gözləmədən cavabdehlə ipoteka müqaviləsini rəsmiləşdirmişlər. Lakin sonradan cavabdehə heç bir razılıq məktubu təqdim edilməmişdir. "xxxx" ASC isə məktub olmadığı təqdirdə 5% cərimələnəcəyini cavabdehə bildirmişdir. Nəticədə iddiaçının səhvinə görə cavabdeh pis vəziyyətə düşmüşdür.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 oktyabr tarixli e-2-2(113)5005/2024 nömrəli qətnaməsi il ə iddia təmin edilərək cavabdehdən əsas və əlavə kredit müqavilələri üzrə 631.640,3 manat əsas və 6.333,95 manat faiz borcu olmaqla cəmi 637.974,25 manat pul vəsaitinin, 970,41 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 1,46 manat bank xidmət haqqının, MTT ilə bağlı məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,15 manat və 0,4 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim:K.Hüseynov).

13. Məhkəmə işin hallarına istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqavilələri üzrə öhdəlikləri icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

14. Nəticədə iddiaçının müqavilədən imtina edərək əsas kredit müqaviləsinin 4.7.1 -ci yarımbəndinin (k) hissəsinə uyğun olaraq müqavilə çərçivəsində verilmiş kredit borcunun qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

15. Digər tərəfdən məhkəmə cavabdehin 2024-cü il 29 oktyabr tarixində təqdim etdiyi ödəniş qəbzinə münasibətdə vurğulamışdır ki, həmin ödənişin cavabdehin adına deyil, müştəri X1 adına ödənildiyi qeyd edilmiş və ödənişin məhz mübahisə edilən kredit müqaviləsi üzrə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin ödəniş nəzərə alınmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.1, 425.1, 427.3, 441.1, 441.3, 442, 447.1, 447.4, 448.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 yanvar tarixli 2-2(103)-173/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov - sədrlik edən və məruzəçi, L.Əliyeva və T.Mahmudova).

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaş araq apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, şikayətdə istinad olunan hallara dair cavabdeh sübutlar təqdim etməmişdir. Mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti cavabdeh tərəfindən əsaslandırılmamışdır. Müqavilə öhdəliyi cavabdeh tərəfindən pozulduğu üçün iddiaçı verdiyi kredit məbləğini bütövlüklə cavabdehdən tələb edə bilər. Ona görə də cavabdehin dəlilləri əsassızdır.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə kollegiyası mövqeyini MM-in 385.1, 386, 427.3, 442, 443.1 və 739.1 maddələrinə istinad la əsaslandırmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı üzrə - MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441-ci maddəsi üzrə - cavabdeh vaxtlı-vaxtında ödənişlərini etmişdir. İddiaçı cavabdehlə müqavilə bağlayarkən qarşı tərəfə bildirmişdir ki, ipoteka müqaviləsində qeyd edilən əmlaklar "xxxx" ASC-də girovdadır, ipoteka ilə yüklüdürlər. Onlar da tərəfə krediti götürməyində maneçilik olmadığını bildirmişlər. Tərəf ipoteka ilə yüklü edilmiş ə mlakların Paşa Bank ASC-dən çıxarılması barədə iddiaçıdan soruşduqda bankın nümayəndələri bildirmişlər ki, özləri "xxxx" ASC-yə əmlakların ipotekadan çıxarılması barədə razılıq məktub verəcəklər. Daha sonra tez bir zamanda heç nə gözləmədən cavabdehlə ipoteka müqaviləsini rəsmiləşdirmişlər. Lakin sonradan cavabdehə heç bir razılıq məktubu təqdim edilməmişdir. "xxxx" ASC isə məktub olmadığı təqdirdə 5% cərimələnəcəyini cavabdehə bildirmişdir. Nəticədə iddiaçının səhvinə görə cavabdeh pis vəziyyətə düşmüşdür. Göründüyü kimi iddiaçı indiki halda inkar etsə də, öz üzərinə düşən öhdəliyi yerinə yetirməyərək Paşa Banka məktubu ünvanlamaqdan sonradan imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən borcun tutulması barədə iddia təmin edilərkən cavabdehin hüquqlarının pozulması nəzər ə alınmamışdır. Həmçinin cavabdeh tərəfindən ödənişlər vaxtı vaxtında həyata keçirilmişdir. Lakin bank cavabdehi əsassız olaraq məhkəməyə vermişdir. Bu hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-ci il 29 mart tarixli Qərarı üzrə - iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğdən sonra 2 dəfə iddia ərizəsinə dəqiqləşmə verərək faiz borcunu artırmışdır. İddia ərizəsində faiz borcu 358 manat olduğu halda, sonuncu iddia ərizəsinə dəqiqləşmədə 6.333,95 manat faiz borcu tələb olunmuş və məhkəmə buna əsasən qətnaməni tam təmin etmişdir. Halbuki hər ay cavabdeh tərəfindən kredit müqaviləsi üzrə tam ödənişlər olmuş və məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə ödənişlər olduğu halda faizin belə kəskin artmasını araşdırmamışd ır. Həmçinin kredit müqaviləsi üzrə sonuncu olan ödənişin məhkəmə digər şəxs tərəfindən ödənildiyini vurğulayaraq nəzərə almamış və nəzərə alınmaması barədə qətnamədə hər hansı əsaslandırma aparmamışdır.

26. MPM-in 217-ci maddəsi üzrə - kassator qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdeh tərəfindən hər ay ödənişlərin olduğu halda faiz borcunun artması araşdırılmamış və iddiaçının tələbi tam edilmişdir. Faiz borcunun müəyyən olunması məqsədilə ekspertiza təyin oluna bilərdi, lakin məhkəmə tərəfindən ekspertiza belə təyin edilməmişdir. Digər tərəfdən iddiaçının öz öhdəliyini tam yerinə yetirməməsi nəzər alınmamışdır. Belə ki, halhazırda cavabdehə "xxxx" ASC-dən tələb olunan məktubu təqdim etdiyi təqdirdə cavabdeh oradakı öhdəliyini tam bağlayıb, yalnız iddiaçıya olan borcunu ödəyə bilərdi. Lakin indiki vəziyyətdə hər iki banka ödənişlər edir və bu da öz novbəsində cavabdehin vəziyyətini pisləşdirir.

27. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

28. MPM-in 416-cı maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi MPM-in 386cı maddəsində qeyd olunmuş pozuntunu etdiyi üçün çıxardığı qətnamə ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 4 03 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində b orcverənə qaytarmağı öhdəsinə götürür....”

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətb iq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ərizəçinin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmə dən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 yanvar tarixli 22(103)-173/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar