Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-3/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh MMC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 iştirakı ilə, İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh MMC-nə qarşı “kredit üzrə borcun tutulmas ı, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)612/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında imzalanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin Özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentin in 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq "xxxx" QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da "xxxx" QSC-yə güzəşt edir.
2. Müqavilənin 2.5.2-ci bəndinə əsasən "xxxx" ASC-dən təhvil alınmış problemli aktivləri idarə edərkən “Aqrarkredit" QSC ödəmə vaxtı keçmiş kredit borclarının (əsas borc və faizlər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər) qaytarılması və borclular tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə idd ia qaldırmaq tələb girova yönəltmək və sair) görür. 3. "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə Əlavə-2-yə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə əlaqədar problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, iddiaçının idarəetməsinə verir və eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən həmin problemli borclar üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu onların razilığı olmadan QS C-yə güzəşt edir. 4. “Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə bağlı "xxxx" ASC ilə "xxxx" QSC arasında imzalanmış 06 oktyabr 2015-ci il tarixli, 73 saylı təhvil-təslim aktına əsasən, Cavabdeh MMC-yə qarşı 31 ədəd kredit müqaviləsi üzrə tələb hüququ və buna dair bütün sənədlər bankın balansından çıxararaq "xxxx" QSC-nin idarəetməsinə verilmişdir. 5. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin "xxxx" QSC-nin idarəetməsinə verilmiş əsas borcu 62.634.688,49 manat, faiz borcu 1.338.159,00 manat, cəmi 63.972.847,49 manat borcu olmuş, "xxxx" QSC tərəfindən İdarəetməyə götürüldükdən sonra əsas borcdan 1.094.920,00 manat borc ödənilmiş, nəticədə Cavabdeh MMC-nin 61.539.768,49 manat əsas, 1.338.159,00 manat fa iz, cəmi 62.877.927,49 manat borcu qalmışdir.
6. Balakən rayon məhkəməsinin 2018-ci il 23 oktyabr tarixli, 2(019)-696/2018 saylı qətnaməsi ilə iddiaçılar Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər Cavabdeh MMC-yə və X7 qarşı 06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiaları təmin edilmişdir (hakim - H.Səlimov).
7. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) 03 iyun 2020-ci il tarixli, 2(107)-1033/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/20 18 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən - iddiaçı Ərizəçi və üçüncü şəxs Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət paylarına aid hissədə təmin edilməsi’ “Torpağa mülkiyyət hüququna dair JN-1009 KOD40113018 nömrəli Dövlət Aktı ilə Balakən rayonu Talalar kəndi ərazisindən Ərizəçi və ailə üzvlərinin (cəmi 7 nəfər) ümumi mülkiyyətinə verilmiş torpaq sahəsinin 1.18 ha hissəsinin özgəninkiləşdirilməsinə dair 06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin qismən - Ərizəçi və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində Ərizəçi və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hü quqlarının bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli, 2(102)-88/2021 nömrəli qərarı ilə "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1033/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi 06 aprel 2008-ci il tarixli, 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin Ərizəçi və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində Ərizəçi və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya ba xışına göndərilməsi qərara alınmışdır.
9. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 01 iyun tarixli, 2(107)803/2021 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən), Ə.T.Məcidov və M.A.Əsədli) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)696/2018 nömrəli qətnaməsi “iddiaçı Ərizəçi və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızına münasibətdə” təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh MMC-yə və X7 qarşı "06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" iddiası rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat pul vəsaiti iddiaçılar Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilmiş, hazırki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsinin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsi nəzərə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı (sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının (icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə (bundan sonra - “Tələbin güzəşti müqaviləsi”) əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin cavabdehə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələ b hüququ 06 oktyabr 2015-ci il tarixli, 73 saylı təhvil- təslim aktı (bundan sonra - Akt) əsasında iddiaçıya təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil- təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 8.972.847.49 (əsas borc 62.634.688.49 manat; faiz borcu 1.338.159 manat) manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx" ASC arasında 1998-2014-cü illər ərzində bağlanmış kredit (kredit, kredit xətti, akkreditiv, qarantiya) müqavilələrinə əsasən yaranmışdır. 16 may 2016-cı il tarixə cavabdehin kredit müqavilələri üzrə cəmi ümumi borcu 62.877.927.49 (əsas borc 61.539.768.49 manat; faiz borcu 1.338.159.00 manat) manat təşkil edir.
12. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddia çıya qaytarılması mümkün olmadığından qeyd edilən borcun cavabdehə məxsus əmlaklara yönəldilməsi və həmin əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli, 2-2(82)1179/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 61.539.768,49 (altmış bir milyon beş yüz otuz doqquz min yeddi yüz altmış səkkiz manat qırx doqquz qəpik) manat əsas borc, 1338.159.00 (bir milyon üç yüz otuz səkkiz min yüz əlli doqquz) manat faiz borcu, cəmi 62.877.927.49 (altmış iki milyon səkkiz yüz yetmiş yeddi min doqquz yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus olan Qusar rayo nu, Avaran kəndində yerləşən cəmi sahəsi 199.661002 ha, Qayakənd kəndində yerləşən cəmi sahəsi 103.8278 ha, Xürel kəndində yerləşən cəmi sahəsi 162.685646 ha, Avaranqışlaq kəndində yerləşən cəmi sahəsi 20.591375 ha, Çiləgir kəndində yerləşən cəmi sahəsi 274.528091 ha, Düztahir kəndində yerləşən cəmi sahəsi 93.61 ha torpaq sahələrinə və həmin torpaq sahələrində əkilmiş 230824 ədəd fındıq ağaclarına; - ünvan 1i ünvanında 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən cavabdehə məxsus 218 kv.m ümumi, 90.7 kv.m əsas, 127.3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisədə olan Cavabdeh MMC-yə məxsus avadanlıqlara; - Xaçmaz rayonu, Maqsudkənd kəndində yerləşən cəmi sahəsi 103.72197 ha və Şollar kəndində yerləşən cəmi sahəsi 138.011009 ha torpaq sahələrinə və həm in torpaq sahələrində əkilmiş 50000 ədəd fındıq ağaclarına; - Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən qeyri-yaşayış binasına ictimai iaşə və ticarət obyekti; -ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (emal sexi), həmçinin həmin emal sexinə və Maqsudkənd bağ sahəsinə aid daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) -Oğuz şəhərində 0.49 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh MMC-nin mülkiyyətində olan fındıq emalı müəssisəsinə, o cümlədən həmin müəssisədə olan Cavabdeh MMC-yə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) -Qax rayonu, Marsan kəndində yerləşən qeyri-yaşayış binasına (fındıq emalı sexi); -ünvan 3 ünvanında yerləşən 9.253,1 kv.m qeyri yaşayış sahəsinə, habelə həmin qeyri yaşayış sa həsinə aid olan və Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri), -Balakən rayonu, Talalar kəndində yerləşən cəmi sahəsi 69.7592 ha və Tülü kəndində yerləşən cəmi sahəsi 1.41 ha olan torpaq sahələrinə; -Qax rayonu, Böyük Alatəmir kəndində yerləşən cəmi sahəsi 0.3042 ha, Əlibəyli kəndində yerləşən cəmi sahəsi 1.9638 ha, Qaxinqiloy kəndində yerləşən cəmi sahəsi 4.6959 ha, Qaxbaş kəndində yerləşən cəmi sahəsi 134.96 ha, Ağçay kəndində yerləşən cəmi sahəsi 0.5 ha olan torpaq sahələrinə; -Oğuz rayonu, Padar kəndində yerləşən cəmi sahəsi 92.168832 ha və Bayan kəndində yerləşən cəmi sahəsi 22.570627 ha olan torpaq sahələrinə və həmin torpaq sahələrində əkilmiş 35 787 ədəd fındıq ağaclarına; -Qax rayonu, Ağçay kəndində 0.5 ha torpaq sahəsinə və üzərində yerləşən cavabd ehə məxsus ümumi sahəsi 753.79 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə, o cümlədən Qax bağ sahəsinə və Qax emal sexinə aid olan və Cavabdeh MMC-yə məxsus daşmar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar); -Oğuz şəhərinin cənub-şərqində yerləşən 0.49 ha torpaq sahəsinə və onun üzərində yerləşən Cavabdeh MMC-yə məxsus əmlak kompleksi kimi müəssisəyə (fındıq emalı zavodu), o cümlədən Oğuz bağ sahəsinə və Oğuz emal sexinə aid olan və Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar); -Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən “Bakı Fındıq Emalı" MMC-yə məxsus ümumi sahəsi 540 kv.m. olan qeyri-yaşayış binasına (anbar), -Zaqatala rayonu, Aşağı Tala kəndində 0.24 ha torpaq sahəsinə və onun üzəri ndə yerləşən Cavabdeh MMC-yə məxsus 9 girişli, 844.49 kv.m ümumi, 436.94 kv.m əsas, 407.55 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (kənd təsərrüfatı məhsullarının emal müəssisəsi), -Cavabdeh MMC-nin istifadəsində olan Zaqatala rayonu, Əli-Bayramlı kəndində 0.711 ha torpaq sahəsində yerləşən, onun mülkiyyətində olan ümumi sahəsi 6526.35 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh MMC-yə məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1098.1 kv.m olan qeyri-yaşayış binasına, o cümlədən 1 və 2 saylı Zaqatala emal sexlərinə, Zaqatala bağ sahəsinə, Zaqatala bölgəsi üzrə dayaq məntəqəsinə aid olan və Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) yönəldilməsi, Cavabdeh M əhdud Məsuliyyətli Cəmiyyətinin yuxarıda qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin, Azərbaycan Respublikası DİN BDYPİ-nin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Baş X13 Müfəttişliyinin üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi ********.33 (otuz üç milyon doxsan dörd min səkkiz manat 33 qəpik) manat dəyəri çıxıldıqdan sonra, borcun ********.16 (iyirmi doqquz milyon səkkiz yüz əlli doqquz min iki yüz yetmiş doqquz manat 16 qəpik) manat məb ləğində qalan hissəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir ( hakim - H.Babayeva).
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında 31 ədəd kredit müqaviləsi bağlanmış, cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş və Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ "xxxx" ASC və iddiaçı arasında imzalanmış 73 saylı, 06.10.2015-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçıya keçmiş, "xxxx" ASC ilə cavabdeh arasında imzalanmış 31 kredit müqavilə üzrə cavabdehin 62.877.927.49 (əsas borc 61.539.768.49 manat; faiz borcu 1.338.159.00 manat) manat borcu yaranmışdır.
15. Həmçinin cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini tam həcmdə etiraf etdiyini bildirmişdir. Cavabdehin iddia tələbini etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, belə olan halda cavabdehin etirafı məhkəmə tərəfindən təsdiq edilməlidir.
16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386 və 739-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Üçüncü şəxslər Ərizəçi, X1, Əzizov (Yetimov) Azad Cabbarxan oğlu həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin onlara aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)-612/2019 saylı qətnaməsi ilə (hakimlər K.N.Abiyeva (sədrlik edən), M.N.Tagızadə və Ü.A.Mayılov) üçüncü şəxslər Ərizəçi, X1, Əzizov (Yetimov) Azad Cabbarxan oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilmiş, kredit üzrə borcun tutulması tələbinin üçüncü şəxslərə məxsus, Balakən rayonu, Talalar kəndində yerləşən 1,18 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlak üzərində cavabdehin mülkiyyət h üquqlarına xitam verilməsi və iddiaçının mülkiyyətinə verilməsi hissəsində iddia təmin edilməmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən cavabdehdən borcun tutulması və borc tələbinin cavabdehə məxsus, Balakən rayonu, Talalar kəndində yerləşən, cəmi sahəsi 69.7592 ha olan torpaq sahəsinə yönədilməsi, cavabdehin həmin əmlak üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının mülkiyyətinə verilməsi qət edilmiş, üçüncü şəxslər apelyasiya şikayətində qeyd olunan qətnaməyə əsasən iddiaçının mülkiyyəti nə verilmiş, Balakən rayonu, Talalar kəndində yerləşən 1,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1009, kod 40113018 saylı Dövlət Aktına əsasən onlara məxsus olmasına və mülkiyyət hüquqlarının məhkəmə qətnaməsinə əsasən təmin olunmasına istinad etmişlər.
20. Balakən rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/18 saylı qətnaməsinə əsasən iddiaçılar Ərizəçi, X1, Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər Cavabdeh MMC-yə və X7 qarşı 06 apel 2008-ci il tarixli, 4-Ə-135 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1,18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə iddiaları təmin edilmiş, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyə t hüquqları bərpa edilmiş, Balakən rayon Məhkəməsinin apelyasiya instansiyası məhkəməsinə ünvanladığı 2(019)-696/18 saylı, 30 iyul 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Balakən rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/18 saylı qətnaməsindən apelyasiya şikayəti verilməmiş, həmin qətnamədən maraqlarına toxunması səbəbindən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən də apelyasiya şikayəti verilməmiş, beləliklə, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, Balakən rayonu, Talalar kəndində yerləşən, 1.18 ha torpaq sahəsi ilə bağlı cavabdehlə üçüncü şəxslər arasında bağlanmış müqavilə etibarsız hesab edilmiş və üçüncü şəxslərin həmin torpaq sahəsi üzərində hüquqları bərpa edilmişdir.
21. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni iddia tələbinin MMC-yə məxsus, Balakən rayonu, Talalar kəndində yerləşən 1,18 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının mülkiyyətinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edib, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Hazırki iş üzrə iddiaçılar Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu cavabdehlər Cavabdeh MMC-yə, Balakən rayon Notariat Kontoruna və X7 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Notariat kontorunda tərtib edilmiş 06 aprel 2008-ci tarixli 4Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi və ailələrinin payına verilmiş 1,18 ha pay torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
24. Balakən rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, Ərizəçi, X1, Əzizov (Yetimov) Azad Cabbarxan oğlu, X6, X2, X4və X5 ilə Bazarov Məhəmməd İsmayıl oğlu arasında bağlanmış Balakən rayon Notariat Kontorunun 06 aprel 2008-ci tarixli, 4Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi, iddiaçıların həmin torpaq sahəsinə iddiaçılar mülkiyyə t hüquqlarının bərpa edilməsi qət edilmişdir. "xxxx" QSC həmin işdə mübahisəyə tərəf kimi cəlb olunmamış və sözügedən qətnamədən məlumatı olmamışdır.
25. Bakı Apelyasiya Məhkəməsi üçüncü şəxslərin verdikləri apelyasiya şikayətini təmin edərkən məhz Balakən rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/2018 saylı qətnaməsinə istinad etmiş və həmin qətnamədən maraqlarına toxunan "xxxx" QSCnin apelyasiya şikayətinin vermədiyini qeyd etmişdir. Onlar tərəfindən Balakən rayon Məhkəməsinə həmin qətnamənin bir nüsxəsinin "xxxx" QSC-yə göndərilməsinə dair məktubla müraciət olunmuş və Balakən rayon Məhkəməsinin sözügedən qətnaməsi "xxxx" QSC-yə daxil olduqdan sonra ondan Balakən rayon Məhkəməsi vasitəsi ilə 21 fevral 2020ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilmiş, həmin şikayət məhkəməyə göndərilmişdir.
26. Beləliklə, Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.
27. Kassasiya şikayəti Mülki Məcəllənin 43.1, 203-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
29. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü s əbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
30. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
31. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını, kredit üzrə borcun üçüncü şəxslərə məxsus, Balakən rayonu, Talalar kəndində yerləşən 1,18 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının mülkiyyətinə verilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. “Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”.
36. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin i crasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 22(103)-612/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
38. Məhkəmə qətnaməsini qismən ləğv edən apelyasiya məhkəməsi öz mövqeyini onunla əsasla ndırmışdır ki, Balakən rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/18 saylı qətnaməsinə əsasən iddiaçılar Ərizəçi, X1, Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər Cavabdeh MMC-yə və X7 qarşı 06 apel 2008-ci il tarixli, 4-Ə-135 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1,18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə iddiaları təmin edilmiş, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmiş, Balakən rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli məktubuna əsasən rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməmiş, həmin qətnamədən maraqlarına toxunması səbəbindən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən də apelyasiya şikayəti verilməmi ş, beləliklə, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, Balakən rayonu, Talalar kəndində yerləşən, 1.18 ha torpaq sahəsi ilə bağlı cavabdehlə üçüncü şəxslər arasında bağlanmış müqavilə etibarsız hesab edilmiş və üçüncü şəxslərin həmin torpaq sahəsi üzərində hüquqları bərpa edilmişdir.
39. İşə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, sonuncu dəfə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 01 iyun tarixli, 2(107)-803/2021 saylı qətnaməsi ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)696/2018 nömrəli qətnaməsi “iddiaçı Ərizəçi və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızına münasibətdə” təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh MMC-yə və X7 qarşı "06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" iddiası rədd edilmişdir.
40. Beləliklə, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 01 iyun tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh MMC-yə və X7 qarşı "06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" iddiası rədd edildiyindən, keçmiş 2 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli, 2-2(82)-1179/2016 saylı qətnaməsi qismən ləğv edilərkən də məhz Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsinə istinad edildiyindən və hazırda isə həmin qətnamə ləğv edildiyindən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli qətnaməsinin hissəvi ləğvi üçün qanuni əsaslar aradan qalxmış olur.
41. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 01 iyun tarixli, 2(107)-803/2021 saylı qətnaməsindən üçüncü tərəfindən kassasiya şikayəti verilibverilmədiyi dəqiq müəyyən edilmədən, hazırkı iş üzrə yekun nəticəyə gəlmək mümkün deyildir, buna görə də iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. 42. “Məhkəmələr tərəfindən qəbul edilmiş qəra rlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
43. Qeyd edilənlərə əsasən, işə kassaiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)-612/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsin ə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
45. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)-612/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.