Məhkəmə qərarları › İş №2-2(102)-300/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-300/2022

14.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-300/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X3 Kömək” İctimai Birliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdeh “X3 Kömək” İB-yə qarşı “inzibati binanın boşaldılması və icarə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 2-2(103)-7/2021 saylı qətnaməsindən iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, İddiaçı ASC ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, vergi uçotu qeydiyyatına alınmışdır, təşkilati-hüquqi forması Açıq Səhmdar Cəmiyyət, hüquqi ünvanı AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2, Nizamnamə kapitalı 852,576.00 manat, təsisçiləri “X8 LTD” Törəmə şirkəti – 94.1443% və Milli Depozit Mərkəzinin 1999-cu il 21 iyun tarixli reyestrində göstərilən digər şəxslərdir.

2. İddiaçı ASC-nin Nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, “Minalı Qablar” ATSC 1999-cu il 17 sentyabr tarixdə Azərbaycan Respublikası Ədliyyə Naz irliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən qeydiyyata alınmış, 2004-cü il 19 oktyabr tarixdə nizamnamənin mətnində dəyişiklik edilmiş, “Minalı Qablar” ATSC İddiaçı ASC ilə əvəz edilərək yenidən qeydiyyata alınmışdır.

3. Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən tikiliyə dair 2006-cı il 19 aprel tarixli, 000677 saylı Texniki Pasport verilmişdir. 4. 003092 saylı 2004-cü il 5 iyul tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən 52.873,1 kv.metr torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. 5. 2016-cı il 1 avqust tarixli icarə müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən “X5 Kömək” İB-yə müqavilənin 2-ci maddəsi ilə müəyyən oluna n ünvan 2 ünvanında yerləşən inzibati binanın birinci mərtəbəsi və 1 saylı qoşmada sərhədlər çərçivəsində əks olunan əmlak (702 kv.metr) həmin müqavilənin 5.1-ci maddəsinə əsasən 3.000 (üç min) manat müqabilində icarəyə verilmiş, sonradan müqavilənin müddəti 2017-ci il 1 avqust tarixədək uzadılmışdır.

6. İddiaçı ASC tərəfindən “X3 Kömək” İB-yə 2017-ci il 30 iyun tarixdə məktub ünvanlanaraq 2016-cı il 1 avqust tarixli müqavilənin 3.1-ci bəndinə istinad edilərək icarə sahəsinin boşaldılması tələb edilmişdir.

7. Bakı Hərbi Məhkəməsinin 2019-cu il 1 oktyabr tarixli, 1(093)-101/2019 saylı hökmü ilə X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən 52.873,1 kv.m. torpaq sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunması hökm edilmişdir. Hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2020-ci il 29 yanvar tarixli, 1-1(103)-2/2020 saylı qərarı ilə, apellyasiya məhkəməsinin qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 1-1(102)-52/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı ASC (bundan sonra mətndə “iddiaçı”) cavabdeh “X3 Kömək” İB-yə (bundan sonra mətndə “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mərtəbəsi və onun həyətindən qanunsuz olaraq istifadəyə son qoyulması; ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mər təbəsi və onun həyətinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2017-ci il 1 yanvar tarixdən 2019-cu il 1 aprel tarixədək olan müddət ərzində yaranmış 81.000 (səksən bir min) manat icarə haqqının və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının cavabdehdən tutulması; ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mərtəbəsi və onun həyətinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunanadək cavabdehdən aylıq 3.000 (üç min) manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı 2019-cu il 12 iyul tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən iddiaçının mül kiyyətində olan ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mərtəbəsi və həmin inzibati binanın yerləşdiyi X1 mülkiyyətində olan torpaq sahəsindən və binanın həyətindən qanunsuz olaraq istifadəyə son qoyulması; ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mərtəbəsi və X1 mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya və X2 təhvil verilməsi; 2017-ci il 1 yanvar tarixdən 2019-cu il 10 iyul tarixədək olan müddət ərzində yaranmış 91.000 (doxsan bir min) manat icarə haqqının və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi; ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mərtəbəsi və həmin inzibati binanın yerləşdiyi X1 mülkiyyətində olan torp aq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya və X2 təhvil verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunanadək, cavabdehdən 3.000 (üç min) manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 17 iyul tarixli, e-22(81)779/2019 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tələb X2 münasibətdə ayrılaraq geri qaytarılmışdır (hakim - F.Mədətli).

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mərtəbəsi və həmin inzibati binanın həyəti aylıq 3.000 (üç min) manata cavabdehə icarəyə verilmişdir. Sonradan müq avilənin şərtlərinə müvafiq olaraq 2016-cı il 1 avqust tarixində müqavilənin müddəti bir il müddətinə, yəni 2017-ci il 1 avqust tarixədək uzadılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, icarə haqqını vaxtında ödəməmişdir. 12. 2017-ci il 1 avqust tarixində icarə müqaviləsinin müddəti bitmiş və müqavilənin müddətinin yenidən uzadılması nəzərdə tutulmamışdır. 2016-cı il 1 avqust tarixli müqaviləyə xitam verilməsi və cavabdehin istifadəsində olan inzibati binanın birinci mərtəbəsinin boşaldılması barədə 2017-ci il 30 iyun tarixində cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. 13. 2019-cu il 27 mart tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, icarə müqaviləsinin 4.4.1-ci və 5.1-ci maddəsinin tələblərinə əsasən 7 (yedd i) iş günü ərzində cavabdehin istifadəsində olan ünvan 3 ünvanında yerləşən inzibati binanın birinci mərtəbəsinin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış obyektindən istifadəyə görə yaranmış 81.000 (səksən bir min) manat borcun iddiaçıya ödənilməsi xahiş edilmişdir.

14. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə, müqaviləyə xitam verilməsinə, edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh istifadəsində olan inzibati binanın birinci mərtəbəsini iddiaçıya təhvil verməmiş, qanunsuz olaraq həmin inzibati binadan və onun həyətindən istifadəni davam etdirmiş və həmin müddətdən halhazıradək inzibati binanın icarəsinə görə iddiaçıya heç bir məbləğdə pul ödəməmişdir. Nəticə etibarilə cavabdehin iddiaçıya 2017-ci il 1 yanvar tarixindən 2019-cu il 1 aprel tarixinədək 81.000 (səksən bir min) manat borcu yaranmışdır.

15. Bundan əlavə, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın birinci mərtəbəsindən və onun həyətindən hər ay qanunsuz istifadəyə görə cavabdeh iddiaçıya 3.000 (üç min) manat maddi ziyan vurmaqda davam edir. Belə ki, bu müddət ərzində iddiaçının həmin obyektdən təyinatına uyğun istifadə edərək əldə edə biləcəyi gəlirlər də cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın bir hissəsini təşkil edir və birlik həmin məbləği iddiaçıya ödəməyə borcludur.

16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3, 425.1, 689.1, 689.2, 700.1, 705, 1096.1, 1096.2-ci maddələrinə istinad etmişdir.

17. Cavabdeh tərəfindən iddia tələbinə q arşı etiraz təqdim edilməmişdir. 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 iyul tarixli, e-22(81)-779/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – F.Mədətli).

19. Birinci instansiya məhkəməsi işin §§ 1-6-da göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı əmlakın ona məxsus olması və geri tələb edilməsi barədə hüquqi faktlara əsaslanmadığı və sahiblik hüququnun əsası olmadığı üçün onun maddi hüquq tələbi yoxdur və o, iddianın subyekti qismində çıxış edə bilməz.

20. İddiaçı ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın yerləşdiyi torpaq sahəsinin onun qanuni istifadəsinə ayrılması barədə müvafiq sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MM-in 180.2-ci maddəsinə əsasən özbaşina tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.3cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və inzibati binanın cavabdeh tərəfindən boşaldılmasını tələb etmək üçün iddianın əsasını təşkil edən şərtlərin mövcud olması öz təsdiqini tapmamışdır.

21. İddiaçının sözügedən torpaq sahəsi üzərində hər hansı əşya hüququ, o cümlədən istifadə hüququnun yaranmasından danışmaq mümkün deyildir. Çünki, hüquqazidd şəkildə, qanunvericiliyin tələblərini pozmaqla hər hansı hüququn əldə edilməsi mü mkün deyildir. Bu o deməkdir ki, iddiaçı yaranmamış subyektiv hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edir və məhkəmə müdafiəsini tələb edir. Halbuki, yalnız qanuna uyğun şəkildə əldə edilmiş əşya hüququnun müdafiəsindən söhbət gedə bilər.

22. Qeyd olunan hallar iddiaçının vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı irəli sürdüyü tələbin də əsassız olduğunu göstərir.

23. Məhkəmə gəldiyi nəticəni MM-in 180.2, 180.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

24. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2019-cu il 17 dekabr tarixli, 2-2(103)-741/2019 saylı qərardadı ilə hazırkı iş üzrə icraat Bakı Hərbi Məhkəməsinin 2019-cu il 1 oktyabr tarixli, 1(093)-101/2019 saylı hökmü qanuni qüvvəyə minənədək dayandırılmış (sədrlik edən hakim-E.Nağıyeva, hakimlər-H.Həmidov və V.Baxışova), məhkəmənin 2021-ci il 11 fevral tarixli, 2-2(103)-7/2021 saylı qərardadı ilə iş üzrə icraat təz ələnmişdir (sədrlik edən hakim-E.Nağıyeva, hakimlər- V.Məmmədov və V.Baxışova).

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 2-2(103)-7/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakimE.Nağıyeva, hakimlər – H.Həmidov və C.Yusifov).

27. Apellyasiya instansiyası məhkəməsi işin § 7-də müəyyən edilmiş halına istinad edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçının təsisçilərindən olan X4, idarə heyətinin sədr müavini X9, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinmiş və bu barədə çıxarılmış məhkəmə hökmü qanuni qüvvəsini almışdır. Göstərilmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə i ddia tələbinin təmin edilməsinə əsas vermir.

28. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın yerləşdiyi torpaq sahəsinin onun qanuni istifadəsinə ayrılması barədə müvafiq sənədləri məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçı əmlakın ona məxsus olması və geri tələb edilməsi barədə hüquqi faktlara əsaslanmadığından və sahiblik hüququnun əsası olmadığından iddianın subyekti qismində çıxış edə bilməz. 29. ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və inzibati binanın cavabdeh tərəfindən boşaldılmasını tələb etmək üçün iddianın əsasını təşkil edən şərtlərin mövcud olması işin materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin iddia tələ binin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 180.2, 180.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

31. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 22 noyabr tarixli məktubla tərəflərə göndərilmişdir.

32. Həmin qətnamədən iddiaçı tərəfindən 2022-ci il 21 yanvar tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 157.2, 157.4, 157.5 və 157.8-ci maddələrinin tələbləri pozulmuşdurbelə ki, 2006-cı il 19 aprel tarixində Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, iddiaçının istifadəsində 2418.1 kv/m sahə mövcuddur. ünvan 2 ünvanında yerləşən inzibati bina iddiaçının istifadəsində olduğu üçün o, qeyd olunan normalarda göstərilən hüquqlara da malikdir. Bundan başqa, mülki qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus əmlakdan istifadə etmiş, gəlir götürmüş, bununla da iddiaçıya ziyan vurmuşdur.

34. MM-in 152.1, 152.2, 152.3 və 152.5-ci maddələrinin tələbləri pozulmuşduriddiaçı ona məxsus olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüququndan istifadə edə bilmir. Belə ki, həmin əmlak hazırda cavabdehin qanunsuz istifadəsindədir.

35. MM-in 180.2 və 180.3-cü maddələrinin tələbləri pozulmuşdur- məhkəmənin mülki qanunvericiliyin qeyd edilən normalarına istinad etməsi düzgün olmamışdır. Belə k i, əmlakın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmaması onun qanunsuz tikili olması nəticəsinə gəlməyə əsas vermir. Həmin əmlaka dair verilmiş Texniki Pasportla əmlakın iddiaçının istifadəsində olduğu qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Dövlət Statistika Komitəsi tərəfindən verilmiş X10 Reyestrinə Daxil Edilməsi haqqında ******* saylı Şəhadətnamənin surətindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən üçmərtəbəli inzibati binanın xüsusi mülkiyyətçisidir və mülkiyyətində olan həmin inzibati binanın yerləşdiyi torpaq sahəsindən qanuni olaraq istifadə edir. Bundan başqa, Əmlakın Texniki İnventarlaşdırılması Bürosundan verilmiş Texniki Pasportda da göstərilmişdir ki, Bakı şəhəri, Alatava 2 ünvanında yerləşən üçmərtəbəli inzibati bina iddiaçının mülki yyətindədir.

36. MPM-in 372.1, 372.2, 372.6 və 372.7-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə apellyasiya şikayətində qeyd edilməsə belə, Bakı şəhəri, Alatava 2 ünvanındakı əmlakın iddiaçının istifadəsində olduğunu nəzərə alaraq, MM-in 157.8-ci maddəsinə əsasən bu məsələyə hüquqi qiymət verməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. II. HƏDLƏRİ Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. İş üzrə iddiaçı tərəfindən ap ellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağı dakılar nəzərdə tutulmuşdur: “Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti koo perativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyət i orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, is tismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr”. “Maddə

178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alın madan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir....” “Maddə

180. Özbaşına tikinti və onun nəticələri... 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsi n özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz....” 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə 1

2. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir....”

43. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV.Kassasiya instansiyası məhkəməsinin mövqeyi 44.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

46. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin §§ 33-də göstərilən dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, MM-in 157.8-ci maddəsi mülkiyyətçi olmayan şəxslərə həmin Məcəllənin 157-ci maddəsinin müddəalarının şamil edilməsini şəxsin əmlaka Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etməsi ilə şərtləndirmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının ünvan 2 ünvanında yerləşən tikilinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüququnun olmasına dair sübutlar mövcud deyildir. Eləcə də həmin torpaq sahəsində iddiaçı hüquqi şəxs tərəfindən tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq tikintinin aparılmasına səlahiyyətli orqanlar tərəfindən icazə verilməsi, həmin tikilinin mülki qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan əsaslarla iddiaçının sahibliyində olması barədə mötəbər sübutlar işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamışdır. 47.Bu baxımdan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin §§ 33-də qeyd olunan dəlilləri ilə razılaşmır və əsassız hesab edir.

48. Kassasiya şikayətinin § 34-35-də göstərilən dəlilləri iddiaçının mülkiyyət hüququnun pozulmasından, MM-nin özbaşına tikili ilə bağlı 180-ci maddəsinin düzgün tətbiq olunmamasından ibarətdir. Bununla bağlı nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi və qeydiyyatının əsasları MM-nin 139-1 və 178-ci maddələrində nəzərdə tutulmuşdur ( bax yuxarıda § 41). Lakin hazırki iş üzrə məhkəmələr tərəfindən MM-nin istinad olunan normalarının tələblərinə uyğun olaraq, iddiaçının ünvan 2 ünvanında yerləşən tikili üzərində mülkiyyət hüququnun olması da müəyyən edilməmişdir. Odur ki, iddiaçının kassasiya şikayətini n həmin dəlilləri də əsaslı hesab edilə bilməz.

49. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 51.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli, 2-2(103)-7/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar