Məhkəmə qərarları › İş №2-2(102)-309/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-309/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-309/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı və Cavabdeh MMC-nin İddiaçı qarşı pulun tutulması barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2-2(103)-41/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona göstərilən daşıma xidmətləri üzrə 8.000 ABŞ dolları, ödənilmiş mediasiya xərcinə görə 210 manat və 7 ay ərzində borc məbləğinin ödənilməməsinə görə faiz borcunun əvəzi olan 360,08 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia verərək, iddiaçıdan əsas borc olaraq 10.200 manat (6.000 ABŞ dolları), faiz borcu olaraq 377 man at, dövlət rüsumu olaraq ödənilən 122 manat, cəmi 10.699 manat (6.293 ABŞ dolları) məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 6 iyun tarixıli e-2-2(113)-1695/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilərək, iddiaçıdan cavabdehin xeyrinə 10.200 manat əsas borc, 122 manat dövlət rüsumu tutulması, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – A.Əliyeva).

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2-2(103)-41/2024 nömrə li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

6. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 ma natdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual ə saslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

10. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanı larkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin (bax § 8) tələbləri pozulmaqla verilmişdir.

11. Belə ki, iş materiallarından görünür ki, ilk iddianın qiyməti əsas borc üzrə 8.000 ABŞ dolları və faiz borcu üzrə 360.08 manat, qarşılıqlı iddianın qiyməti isə əsas borc üzrə 10.200 manat (6.000 ABŞ dolları) və faiz borcu üzrə 377 manat olmaqla ümumilikdə 10.577 manat təşkil edir.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki qanunvericilikdə bununla b ağlı hər hansı istisna nəzərdə tutulmamışdır.

13. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin (bax § 7) tələblərinə əsasən, hazırkı halda iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 66 manat, qarşılıqlı iddia üzrə isə 61 manat olmaqla, cəmi 127 manat təşkil etməlidir.

14. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən cəmi 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.

15. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 8) 408.1 və və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

16. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2-2(107)-79/2023 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar