Məhkəmə qərarları › İş №2-2(102)-574/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-574/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-574/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi 20.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 2-2(103)749/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Bi rinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyana görə 15.000 manat pulun və 135 manat ödədiyi dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı beynəlxalq və ölkədaxili yükdaşıma ilə məşğul olur. 2024-cü ilin 19 oktyabr tarixində cavabdehlə iddiaçı arasında yükdaşıma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Türkiyə Respublikasının Gaziantep şəhərindən Bakı şəhərinə yük daşınmalı idi. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirmişdir. Lakin cavabdeh öz öhdəliklərini müxtəlif bəhanələrlə icra etmir və ya icra etməkdən yayınır. Cavabdeh tərəfə indiyə qədər həm yazılı, həm də şifahi şəkildə dəfələrlə pulun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edir. Aralarında bağlanmış 2024-cü il 19 oktyabr tarixli daşınma müqaviləsinin 4-cü maddəsinə görə iddiaçının işi yükü təyinat yerinə çatdırmaqdır ki, iddiaçı da bu şərtə əməl etmiş və yükün daşınması müddətində heç bir qayda pozuntusuna yol verməmiş və ya iddiaçının təqsirindən hər hansı pozuntu halı baş verməmişdir və yaxud da daşıdığı yük korlanmamış, məhv olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyan 15.000 manat təşkil edir. Bu işin qeyd etdiyi faktiki tərəfləri ilə bərabər, qanunvericiliyikdə də iddiaçının qeyd etdiyi tələblərin hüquqi əsaslarını göstərən kifayət qədər hüquqi normalar möv cuddur.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi hansı hüquqi şəxslə bağlandığı məlum olmayan razılaşmanın sonuncu səhifəsində olan 8-ci bənddə deyilir: “İş bu protokolun uygulanmasına ilişkin doğacak ihtilaflann hallinde Türk Hukuku uygulanacak olup İstanbul Mahkemeleri və İcra daireleri yetkilidir.” Sadəcə bu maddəyə münasibət kimi belə bir ağlabatan ehtimalla çıxış etmək olar ki, iddiaçının istinad etdiyi və formal olaraq təqdim etdiyi “sübut” Türkiyə dövlətinə məxsus hansısa şirkətlə iddiaçının arasında olan razılaşmadır. Buna görə də məhz mübahisə olduğu təqdirdə Türkiyə dövlətinə aid məhkəmələrə müraciət etmək konkretləşdirilmişdir. Lakin həmin razılaşmaya müəyyən dəyişiklik edilib və MMC-nin imzası olmadan loqosu vur ulub.

4. Cavabdeh daha sonra idda tələbinə qarşı daha bir etiraz göndərərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi xarici hüquqi şəxslə bağladığı razılaşmanın sonuncu səhifəsində 8-ci bənddə qeyd edilir: “İş bu protokolun uygulanmasına ilişkin doğacak ihtilaflann hallinde Türk Hukuku uygulanacak olup İstanbul Mahkemeleri və İcra daireleri yetkilidir.” 9-cu bənddə isə deyilir: “Taraflar arasında işbu taşıma sözleşmesi hükumleri uygulanacaktır. Sözlüşmede hüküm bulunmaması halinde, Türk borclar kanunu və Türk ticaret kanunu və diger ilgili mevzuattaki tamamlayıcı hükümleri ve teamülleri uygunlanacaktır.” Göründüyü kimi, iddiaçı türk şirkətinə aid müqaviləyə istinad etmiş, buna görə də müqavilədə mübahisələrə Türkiyə məhkəmələri və Türkiyə qanunvericiliyi ilə baxılması sərtl əşdirilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 2 aprel tarixli e-2-2(113)-1336/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – Z.Axundova).

6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Hazırkı iddia tələbinin əsasını təşkil edən 2024-cü il 19 oktyabr tarixli daşıma müqaviləsinin 8-ci bəndinə əsasən tərəflər arasında mübahisə yaranarsa Türkiyə hüququ tətbiq olunacaq və mübahisələrə baxmağa İstanbul Məhkəmələri və İcra Dairələri səlahiyyətlidir. Müqavilənin 9cu bəndinə əsasən isə tərəflər arasında bu daşıma müqaviləsinin müddəaları tətbiq olunacaq. Müqavilədə müvafiq müddəalar olmazsa, Türkiyə öhdəliklər və Türkiyə ticarət qanunvericiliyi tə tbiq olunacaq.

7. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 4.1, 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. İddiaçı qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpası barədə ərizə və həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 27 may tarixli e-2-2(113)-1336/2025 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş, iddiaçı tərəfindən qərardaddan verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. a) Apellyasiya instansiya məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasın ın 2025-ci il 9 iyul tarixli 22(103)-749/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

11. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. Yəni, mülki prosessual qanunvericilik yük daşıyanlara qarşı iddialara münasibətdə müstəsna aidiyyət müəyyən etmişdir. Hazırkı icraatda isə 2024-cü il 19 oktyabr tarixli daşıma müqaviləsindən irəli gəlməklə nəqliyyat təşkilatı idarəsinə yönələn mübahisəyə baxılır. Belə olan halda, birinci instansiya məhkəməsi müqavilənin 8-ci bəndinə istinad edərək iş üzrə icraata xitam verməkdə düzgün nəticəyə gəlmişdir.

12. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MPM-in 39, 40.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. MPM-in 39.1, 39.3, 40.3-cü maddələri üzrə - mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam y oxlanılacaqdır. Tətbiq edilən hüquq

17. Azərbaycan nəzərdə tutulmuşdur: Respublikasının Konstitusiyasının müvafiq müddəalarında “Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.” “Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəm ə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİ. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Vİ. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.” 18. “Məhkəmələr və hakimlər haqqında” ”Azərbaycan Respublika sı Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİ hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.”

19. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahi sələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.” “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

450. Müqavilə aidiyyəti 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yer i və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmələrin istinad etdiyi MPM-in 261.0.1-ci maddəsində iş üzrə icraata xitam verilməsi əsası kimi iki hal nəzərdə tutulmuşdur.

22. Birincisi işə ümumiyyətlə məhkəmə qaydasında baxılmalı deyildir. Bu o hallara aiddir ki, qanunla və ya digər normativ hüquqi akta əsasən tərəflər arasında olan mübahisənin məhkəmədə deyil, başqa dövlət orqanı və ya digər təşkilatda baxılması nəzərdə tutulmuşdur.

23. İkinci halda işə məhkəmə qaydasında, lakin mülki məhkəmə icraatı qaydasında bax ılmalı deyildir.

24. Hazırki iş üzrə məhkəmələrin qənaəti isə ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə hazırkı mübahisəyə Azərbaycan məhkəmələrində deyil, Türkiyə Respublikasının məhkəməsində baxılmalıdır.

25. Bununla yanaşı, hazırkı işin halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs, cavabdeh isə Azərbaycan Respublikasında təsis edilmiş kommersiya hüquqi şəxsdir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci maddələri, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1-ci maddəsi və MPM-in 2.1, 4.1-ci maddələrinə əsaslanaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri arasında olan məhkəmə mübahisəsinin həll edilməsi səlahiyyəti Azərbaycan dövlətinin yurisdiksiyasın a aiddir. Azərbaycan Respublikasında da məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız Azərbaycan məhkəmələri həyata keçirirlər.

27. Bu baxımdan kollegiya hesab edir ki, belə şəxslər arasında bağlanmış müqavilədə qeyd olunan şərtin, yəni mübahisənin Azərbaycan Respublikasının məhkəmələrində deyil, xarici dövlətin məhkəmələrində baxılması ilə bağlı razılaşmanın qanunauyğun olubolmamasına qiymət verilməlidir.

28. Bununla bağlı qeyd edilir ki, MPM-in “Ümumi qaydalar” adlı birinci bölməsinə aid normalarda belə razılaşmanın mümkünlüyü nəzərdə tutulmamışdır.

29. MPM-in həmin bölməsinə aid “Ərazi aidiyyəti” adlı İV fəslində yer alan 40-cı maddəsi isə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinə aid ərazi aidiyyəti qaydalarının müqavilə əsasında dəyişdirilməsi ilə bağlı məs ələləri tənzimləyir və hazırkı işdə tətbiq edilə bilməz.

30. Bununla yanaşı, MPM-in 450.1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

31. MPM-in 450.2-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 450-ci maddəsi “Xarici şəxslərin iştirakı ilə icraat” adlı dördüncü bölmədə yer alsa da, MPM-in 45 0.1-ci maddəsi xarici şəxslərin iştirak etdiyi işlərə, 450.2-ci maddəsi isə xarici şəxslərin iştirak etdiyi işlərlə yanaşı yalnız Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinin iştirak etdiyi işlərə də aid edilməlidir.

33. Belə yanaşma maddələrin birgə təfsirindən və MPM-in 450.2-ci maddəsinin dispozisiya şərtlərindən irəli gəlir. Çünki MPM-in 450.2-ci maddəsində müəyyən edilən “tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa” şərti həm xarici şəxslərə, həm də Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinə aid edilən şərtdir.

34. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, xarici şəxslərin iştirak etdiyi işlərə aid edilməyən və yalnız Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinin iştirak etdiyi işlərdə, tərəf lərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

35. Qeyd olunan hallar olmadıqda isə tərəflər arasında olan belə razılaşma etibarsızdır və mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılmasını qeyri-mümkün edən hal kimi qiymətləndirilə bilməz.

36. Bununla yanaşı qeyd olunur ki, beynəlxalq konvensiyalarda və ya Azərbaycan Respublikası ilə xarici dövlət arasında bağlanmış beynəlxalq müqavilələrdə belə şərtin, yəni Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri arasında olan məhkəmə mübahisəsinin xarici dövlətin məhkəmələrində baxılması ilə bağlı razılaşmanın bağlanmasını mümkün edən qaydalar nəzrdə tutula bilər.

37. Lakin Azərbaycan Respublika sı belə razılaşmanın bağlanmasını nəzərdə tutan 2005-ci il 30 iyun tarixli Haaqa Konvesiyasına qoşulmamışdır.

38. Azərbaycan Respublikasının 2002-ci il 22 oktyabr tarixli 369-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında müqavilədə də analoji müddəalar nəzərdə tutulmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları və MPM-in 450.2-ci maddəsində müəyyən edilən şərtləri nəzərə almamışdır.

40. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbə r tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 22(103)-749/2025 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar