Məhkəmə qərarları › İş №2-2(102)-309/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-309/2025

29.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-309/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, əsassız varlanma, öhdəliklərin icrası zamanı vicdanlılıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi, nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi, əmlakın hərracda satılması, hüquqi yardım xərcinin tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-89/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı “X4” markalı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı Cavabdeh1 nümayəndəsi qismində Cavabdeh2 tərəfindən İddiaçı 2020-ci il 12 iyun tarixdə etibarnamə verilmişdir.

2. Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 2021-ci il 24 fevral tarixli raportuna əsasən, vətəndaş Cavabdeh1 məxsus olan “X4” markalı ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri 43 saylı notar iat ofisi tərəfindən təsdiq edilmiş 2021-ci il 15 yanvar tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında 2021-ci il 19 yanvar tarixdə İddiaçı adına qeydiyyata alınaraq AE 019618 saylı qeydiyyat şəhadətnaməsi verilmiş, lakin sonradan həmin sənədlər təhlil olunarkən qeydiyyata təqdim edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin saxtalığına şübhə yaranmışdır.

3. Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 2021-ci il 24 iyun tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, daha sonra Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2022ci il 9 iyun tarixli qərarı ilə Cinayət Məcəlləsinin 320.1-ci və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur.

4. Həmin icraat çərçivəsində dindirilmiş Şahid3 ifadəsində şahidlər Şahid2 və Şahid1 ifadələrindəki xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 28 fevral tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri üzrə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinay ət-Prosessual Məcəllənin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, iş üzrə maddi sübut olan “Mercedes-Benz Actros” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılmasının nəzərə alınmasına hökm edilmişdir.

6. Hökmlə müəyyən edilmişdir ki, İddiaçı tanışı Şahid2 vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 bir ay müddətində geri qaytarmaq şərti ilə 2020-ci il 11 iyun tarixdə 15.000 manat, 2020-ci il 12 iyun tarixdə 15.000 manat olmaqla cəmi 30.000 manat borc vermiş, Cavabdeh2 borcun təminatı kimi faktiki olaraq atası Qəhrəmanov Lələxan Abuzər oğlunun mülkiyyətində olan, lakin anası Cavabdeh1 adına sənədləşdirilmiş “MercedesBenz Actros” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində 2020-ci il 12 iyun tarixdə notarial qaydada təsdiq olunmuş “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə əsasında İddiaçı vermiş, Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən İddiaçı Cavabdeh1 2020-ci il 20 iyul tarixdə ölməsi və sözügedən avtomobili ona miras qoymasını təsdiq edən şəhadətnaməni istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz hazırlamaqla 2021-ci il 19 yanvar tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 4 ünvanda yerləşən inzibati binasında həmin saxta şəhadətnamədən bilə-bilə istifadə etməklə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı davranış qaydalarına zidd olaraq qanuniliyi Cavabdeh2 tərəfindən təkzib edilməsinə baxmayaraq “Mercedes-Benz Actros” markalı **FH-*** dövlət qeydiyyat nişanlı avtokrana mülkiyyət hüququna dair AE seriyalı 019618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini adına alaraq özbaşına mülkiyyətinə keçirməklə zərərçəkmiş şəxs Lələxan Qəhrəmanova 60.000 manat məbləğində mühüm ziyan vurmuşdur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 28 fevral tarixli hökmündən şikayət verilməmiş, hökm qanuni qüvvəyə minmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayırılıqda müvafiq olaraq “Cavabdeh2 ” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə 2024-cü il 10 fevral tarixində məhkəməyə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq 30.000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı “X4” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona ödənilməli olan 30.000 manatın ödənilməsi, tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh mülkiyyətçiyə qaytarılması, tərəfindən ödənilmiş 182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödədiyi 320 manatın cavabdehlərdən alınıb ona verilməsi haqqında qətnamə çıxa rılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini işin faktiki hallarına və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2022-ci il 9 iyun tarixli qərarında olan şahid ifadələrinə istinadən əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh2 anası Cavabdeh1 müəmmalı surətdə dindirilməmiş, cinayət prosesindən kənarda saxlanılmışdır. Halbuki “MercedesBenz Actros” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtokranın mülkiyyətçisi məhz Cavabdeh1 olmuş və o, tanışı Şahid2 (bundan sonra – “Şahid2”) vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 bir ay müddətində geri qaytarmaq şərti ilə verilmiş 30.000 manat borcun təminatı kimi Qəhrəmanov Lələxan Abuzər oğlunun (bundan son ra – “L.Qəhrəmanov”) deyil, məhz Cavabdeh1 mülkiyyətində olan avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində qəbul etmişdir. Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən, Cavabdeh2 anası Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır, vurulmuş ziyanın əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.

10. Cavabdeh2 iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında göstərmişdir ki, onunla iddiaçı arasında hər hansı borc müqaviləsi mövcud deyil, iddiaçının qeyd etdiyi 35.000 manat ona verilməmiş, həmin məbləğ iddiaçı ilə Şahid2 arasında bölüşdürülmüşdür. Onunla iddiaçı arasında münasibətlər soyuq olmuşdur və iddiaçının ona borc verməsi ümumiyyətlə ağlabatan deyil. Onun etibarnaməni verməkdə məqsədi Nati qə kömək etmək olmuş, buna görə də 1 ay müddətinə iddiaçının adına etibarnamə vermişdir. Etibarnaməni ləğv etdikdən sonra isə bu barədə iddiaçıya xəbər vermişdir. Onların əsl məqsədi cavabdehlərə məxsus avtokranı ələ keçirmək olmuşdur.

11. Cavabdehlər məhkəməyə iddiaya qarşı etiraz verərək bildirmişlər ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 28 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 320.1-ci və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş şəxsdir. Belə ki, iddiaçı qabaqcadan bir qrup şəxslərlə cinayət əlaqəsinə girərək, Cavabdeh1 adına saxta ölüm kağızı düzəltdirərək, cinayət əməllərini davam etdirərək, anasının adından saxta vərəsəlik açdıraraq, şəxsi mülkiyyətində olan, atası L.Qəhrəmanov tərəfindən alınmış "X4” ma rkalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili 35.000 manata saxta sənədlərlə sataraq özgəninkiləşdirməyə qanunsuz yolla, cinayətkarcasına nail ola bilsələr də, sonradan qanun qarşısında cavab verərək, cinayəti törətməkdə təqsirli bilinmişdir. Törətdiyi konkret cinayət əməlinə görə cəzalandırılan və bir müddət azadlıqdan məhrum edilərək həbsdə olan məhkumun irəli sürdüyü saxta iddia heç bir qanuna və normativ akta əsaslanmır. İddiaçının və Şahid2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində verdiyi ifadələrindən görünür ki, hər ikisi qabaqcadan əlbir olaraq onun adından və ondan xəbərsiz istifadə edərək 35.000 manatı öz aralarında bölüşmüşlər. Əgər həqiqətən pul alınıbsa, ümumiyyətlə onların dediyi kimi, həmin məbləğ reallıqda və faktiki olmamışdır. Görünür, onların əvvəldən niyyətləri onu n adından istifadə edərək maşını əlindən almaq olub. Cinayətkar niyyətlərini bir müddət reallaşdıra biliblər və sondakı nəticə də məlumdur. 2020-ci il 12 iyun tarixdə Şahid2 iddiaçıdan pulu alıb ona verəcəkdisə, pulu onun yanında alanda, pulu həmin anda ona verməməsi və ya bu barədə Təbrizə heç nə deməməsi anlaşılan deyildir. Digər tərəfdən, Təbrizlə arasında ziddiyyət olduğu bir dövrdə Təbriz ona pul verməzdi. O, maşını Natiqi vəziyyətdən çıxartmaq üçün Natiqin vasitəsi ilə açıq-aydın şəkildə heç nəyi gizlətmədən 1 ay müddətinə etibarnamə ilə Təbrizin adına rəsmləşdirmişdir. Qeyd edilən müddətin tamamından sonra Təbriz ilə arasında narazılıq olsa da, əlaqələri olmasa da, Təbrizi maşının etibarnaməsini ləğv etdirəcəyini xəbərdar edib, sonra da etibarnaməni açıq-aydın formada ləğv etdirmişd ir. Digər tərəfdən, Binəqədi Rayon Məhkəməsində ondan pulun tələbi barədə heç bir ifadəsi və tələbi, xahişi olmamışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında borc öhdəlikləri mütləq yazılı müqavilə şəklində və təsdiq edilmiş formada rəsmləşdirilməlidir. Tərəflər arasında belə bir yazılı öhdəlik yoxdur. Avtomobil heç bir halda uydurma borcun tutulma obyekti ola bilməz. Digər tərəfdən, bu hüquqi fakt üzrə qüvvədə olan məhkəmə hökmü vardır. Həmin vəsaitin ona heç bir bağlılığı yoxdur və uydurulan məbləği görməmiş və almamışdır. Bu şəxslər qanunsuz yolla varlanmaq naminə çəkinmədən cinayət hadisəsi törətmişlərsə, deməli istənilən şəxsə böhtan atıb, onu şantaj da edə bilərlər. İddiaçı bu əməlləri ilə vəziyyəti daha da gərginləşdirərək, gələcəkdə baş verə biləcək qarşısı al ınmaz hadisələrin törədilməsinə zəmin yaradır. Ona görə bu baxımdan onun barəsində məhkəmə məsuliyyəti müəyyən edilməli və qanunsuz əməllərindən çəkindirmək üçün qanuna müvafiq tədbirlər görülməlidir. İddianın kökündə heç bir hüquqi əsaslandırma və hüquqi sübutlar olmadığına və normativ aktların tələbləri pozulduğuna görə rədd edilməlidir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. İddiaçı pulun yarısını bir dəfə, digər yarısını da sonra vermişdir. 15.000, ya da 17.000 vermiş, sonra da qalan hissəsini vermişdir. 1.800, ya da 1.700 manat faiz kimi ona verilmişdir ki, iddiaçıya versin. Təbrizə demişdir ki, 1.700 faiz məbləğ verilib, Təbriz də qəbul etməmişdir ki, belə danışılmamışdı. Beləcə mübahisə yaranmışdır. İddiaçı “Nəlbək i” restoranının yanında maşından götürüb pulu vermişdir. Məbləğ dollarla onun yanında verilmişdir. Natiqlə Təbriz puldan 5.000 manat xeyir götürməli idilər.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. 15.000 manatı Xətaidə, çay evində Təbriz Sakitə vermiş, pulu verəndən sonra yük maşını onların həyətinə getmişdir. Sakitin Əhlimana borcu var idi və Təbrizdən pulu götürüb ona verdi. O, ilk dəfə yanlarında olmuşdur. Sonradan bilmişdir ki, aralarında problem olubdur.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. Texnikası olan Sakitin Əhliman adlı şəxsə borcu var idi. Təbrizdən pul alıb ona vermişdir. Təbrizə demişdir ki, 1 aylıq 30.000 manat pul lazımdır. Təbriz 15.000 məbləği "Nəlbəki” restoranının qabağında, 15.000 da Ayna Sultanovda vermişdir. 1 ay vaxt verilmişdi. 1 ay faiz verdi, 2-ci ayda sıxıntılar oldu və verə bilmədi. Sakit 2-ci dəfə pul göndərəndə, Təbriz qəbul etmədi ki, 1 aylıq danışılmışdı. 35.000 manat məbləğdən 5.000 qazanc götürmüşdür.

15. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 avqust tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir (hakim – Z.Axundova).

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hər hansı müqavilənin bağlanması, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsinə yönələn razılaşma mövcud deyil (borc, girov və ya ipoteka müqaviləsi). Belə ki, iddiaçı şifahi qaydada bağlanmış borc müqaviləsinə əsaslanaraq cavabdehlər tərəfindən ona ziyan vurulduğunu qeyd etsə də, bununla ilə bağlı hər hansı mötəbər sübut təqd im etməmişdir.

17. Məhkəmə şahid ifadələrini də mötəbər sübut kimi qəbul etməmiş, iddiaçının sübutetmə yükünü yerinə yetirməməsini və cavabdehlərin borcu etiraf etməməsini əsas gətirərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri mövcud deyil.

18. Məhkəmə vurğulamışdır ki, razılaşma iddiaçı ilə Natiq adlı şəxs arasında olmuş, qeyd olunan məbləğdə pul vəsaiti də Natiq adlı şəxsə verilmişdir.

19. İddia tələbinin “tutmanın Cavabdeh1 mülkiyyətində olan **-FH-*** dövlət qeydiyyat nişanlı "X4” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməli olan 30000 manat pul vəsaitinin ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qala n hissəsinin cavabdeh-mülkiyyətçiyə qaytarılması” hissəsini də əsassız hesab etmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 269.1, 269.11, 270.1, 309.1, 385.1, 386.1, 389, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 82.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 2-2(103)-89/2025 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətn aməsi iddiaçının “dəymiş ziyanın əvəzi olaraq 30.000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi, tərəfindən ödənilmiş 182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödədiyi 320 manatın cavabdehlərdən alınıb ona verilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv edilərək, iddiaçının həmin iddia tələblərinin qismən təmin olunması, Cavabdeh2 öhdəliyin icrası qismində 27.200 manat, dövlət rüsumuna görə 182 manat, hüquqi yardıma görə 320 manat olmaqla, cəmi 27.702 manat tutulub iddiaçıya ödənilməsi, həmin iddia tələbinin qalan hissələrdə təmin olunmaması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

23. Mə hkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır – halbuki mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq norması borc müqaviləsinin yazılı formada bağlanmalı olmasını tələb edirdi.

24. Belə ki, Cavabdeh2 özünün bildirdikləri əsasında, eləcə də qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur ki, onun Şahid2 30.000 manat, həmçinin Əhliman Ağayevə müəyyən məbləğdə borcu olmuş, Şahid2 “X4” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub sələmə pul götürməklə borclarını qaytarmağı Cavabdeh2 təklif etmiş, Cavabdeh2 iddiaçıdan bir ay müddətində sələmə 35.000 manat pul götürülməsi barədə Şahid2la razılaşmış, iddiaçının onun yanında Şahid2 verdiyi 30.000 manatı Natiq ona olan borcundan çıxmışdır.

25. Beləliklə, müəyyən olunan odur ki, Cavabdeh2 Şahid2 olan 30.000 manat borc öhdəliyi onun özünün razılığı ilə üçüncü şəxs (iddiaçı) tərəfindən icra edilmiş, bununla da Şahid2 Cavabdeh2 qarşı olan tələbi iddiaçıya keçmişdir. Yəni, Cavabdeh2 iddiaçı qarşısında yaranmış öhdəliyi konkret müqavilə münasibətindən deyil, qanundan yaranan öhdəlikdir.

26. Məhkəmənin bu kontekstdə qənaətinə görə iddiaçı, Cavabdeh2 müvafiq pul vəsaitinin xeyrinə tutulmasını tələb etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə əsaslı hesab oluna bilməz.

27. Şərh olunanları ümumiləşdirməklə və Cavabdeh2 sonradan iddiaçıya 2.800 manat qaytardığını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, sözügedən iddia tələbi qismən təmin olunaraq Cavabdeh2 27.200 manat iddiaçının xeyrinə tutulmalıdır.

28. Şahid2, Əhliman Ağayevin və iddiaçının biri-biriləri, həmçinin Cavabdeh2 qarşısındakı məsuliyyətləri isə hazırkı mübahisənin predmeti deyildir və buna görə də məhkəmə həmin məsələyə münasibət bildirməyi zəruri hesab etməmişdir.

29. Müvafiq iddia tələblərinin digər Cavabdeh1 münasibətdə təmin olunması, eləcə də “tutmanın Cavabdeh1 mülkiyyətində olan ** FH *** dövlət qeydiyyat nişanlı “X4” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona ödənilməli olan 30000 manatın ödənilməsi, tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh-mülkiyyətçiyə qaytarılması” tələblərinin təmin edilməsi üçün heç bir maddihüquqi əsas mövcud deyildir. Buna görə də məhkəmə həmin məsələlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 269.5, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 385, 386.1, 406.1, 425, 431.1, 431.3, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarlarına, MPM-in 14.2, 77.1, 80, 81, 82.4, 88, 385.1.1, 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavab deh2 kassasiya şikayəti verərək, iddiaçının iddia tələbinə əsasən Cavabdeh2 öhdəliyin icrası qismində 27.200 manat, dövlət rüsumuna görə 182 manat, hüquqi yardıma görə 320 manat olmaqla, cəmi 27.200 manat tutulub iddiaçıya ödənilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 91 manatın Cavabdeh2 tutulub iddiaçıya ödənilməsi hissəsində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 431.1, 431.2, 431.3 maddələri üzrə - Cavabdeh bildirir ki, həmin vəsait onun tərəfindən iddiaçıdan alınmamışdır və kollegiyanın öhdəliyin 3-cü şəxs tərəfindən icra edilməsi tam qanuna ziddir. Qanunun tələbindən görünür ki, bütün hallarda tərəflər arasında müqavilənin olması vaci b və əsas şərtdir. Həm bu öhdəlik həm də iki tərəfli və çox tərəfli müqavilələrin əsas şərti həmin müqavilələrin yazılı və təsdiq edilmiş formada olması zəruriliyini özünü ehtiva edir. Məhkəmə qərar qəbul edərkən özünün müəyyən etdiyi halları əsas götürmüş, lakin hüququn və qanunun mövqeyini nəzərə almamışdır. Belə ki, məhkəmə S.X2 və iddiaçı arasında guya mövcud olan borc münasibətlərini əsas kimi qəbul edərək apellyasiya şikayətini təmin etmişdir. Halbuki, Cavabdeh2 həmin şəxslərə qeyd olunan dövrdə hər hansı borcu olmamışdır. Əgər belə bir borc mövcud idisə, bu şəxslərin nə üçün bu vaxta qədər həmin məsələni mübahisələndirməmələri anlaşılan deyildir. Məhkəmə sənədlərindən görünür ki, Cavabdeh2 ilə iddiaçı arasında şəxsi münasibətlər gərgin olmuş, onlar bir-biri ilə ünsiyyət belə saxlama mışlar. Bu kimi şəxsi münasibətlər fonunda 35.000 manat məbləğində borcun verilməsi faktiki reallığa uyğun deyil. Qanunvericilik isə hüquqi qiymətləndirmənin real hallara əsaslanmasını tələb edir. Kollegiyanın bu yanaşması isə obyektivlikdən kənardır və “məhkəmə müddəaları nəzərdən keçirməyə bilər” prinsipinə düzgün yanaşılmaması hakimin subyektiv mövqeyini əks etdirir. Göstərilən hallar nəzərə alınmaqla, kollegiyanın qərarı qanunsuz və əsassız hesab edilməlidir.

33. MPM-in 88, 386, 418-ci maddələri üzrə - İşə baxan məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmə aparmamış, sonda iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyə t kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra araşdırılan sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

34. MPM-in 175.1-ci maddəsi üzrə - Kollegiya şahid ifadələrini əsas sübut kimi qəbul etməyə səy göstərir. Lakin faktiki olaraq həmin şəxslər bir biri ilə bu və ya digər formada əlaqəlidirlər və yuxarıda qeyd edildiyi kimi bunları qanunsuz varlanmaq məqsədi birləşdirir. Digər tərəfdən şahid ifadələri ara sında qeyd olunduğu kimi ziddiyyət mövcuddur. Buna görə də kollegiyanın həmin halları nəzərə alması mötəbər sübut ola bilməz.

35. Cavabdeh2 kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiya və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-ci il tarixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iddianın əsaslılığı işin həqiqi halları, o cümlədən şahid ifadələri qanuni qüvvəyə minmiş hökm əsasında müəyyən edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin nəticəsi əsaslı və qanunauyğundur. Kassasiya şikayəti yalnız formal xarakter daşıyır və irəli sürülən dəlillər hüquqi cəhətdən əsassızdır. Şikayətdə nə maddi, nə də prosessual hüquq normalarının pozulmasına dair konkret və əsaslandırılmış sübutlar təqdim edilmişdir. Həmçinin mühüm faktiki halların araşdırılmaması ilə bağlı iddialar da qeyri-ciddi və sübutsuzdur, məhkəmə iclas protokollarına dair hər hansı qeydə də yer verilməmişdir. Kassasiya baxışının hədləri

37. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəm əsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmu nu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə

329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdə n sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazım i şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.... 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcver ənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə

740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

42. Əvvəla, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öhdəliyin üçüncü şəxs tərəfindən icrasını tənzimləyən MM-in 431-ci maddəsinin (bax § 39) tətbiqinə dair mövqeyi ilə razılaşdığından kassasiya şikayətinin müvafiq dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

43. Mübahisəli vəsaitin Cavabdeh2 tərəfindən iddiaçıdan alınmamasına, Cavabdeh2 ona hər hansı borcunun olmamasına, S,Qəhrəmanov ilə iddiaçı arasında şəxsi münasibətlər gərgin olduğundan 35.000 manat məbləğində borcun verilməsinin reallığa uyğun olmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, mübahisələndirilən qətnaməyə görə, Cavabdeh2 Şahid2 30.000 manat, həmçinin Əhliman Ağayevə müəyyən məbləğdə borcunun olması, Şahid2 “X4” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub sələmə pul götürməklə borclarını qaytarmağı Cavabdeh2 təklif etməsi, Cavabdeh2 iddiaçıdan bir ay müddətin də sələmə 35.000 manat pul götürülməsi barədə Şahid2la razılaşması, iddiaçının onun yanında Şahid2 verdiyi 30.000 manatı Natiqin ona olan borcundan çıxması Cavabdeh2 özünün bildirdikləri əsasında, eləcə də qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur. Qətnamədən o da aydın olur ki, sözügedən məhkəmə hökmündən şikayət belə verilməmişdir. Odur ki, hazırkı kassasiya şikayətinin sözügedən dəlilləri heç cür əsaslı hesab edilə bilməz.

44. Eyni səbəblərdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şahid ifadələrini əsas sübut kimi qəbul etməyə səy göstərməsinə, lakin həmin şəxslərin bir- biri ilə bu və ya digər formada əlaqəli olmalarına və qanunsuz varlanmaq məqsədi daşıdıqlarına, şahid ifadələri arasında ziddiyyətlərin mövcud olmasına, buna görə də həmin şahid ifadələrinin m ötəbər sübut ola bilməməsinə dair dəlillərlə də razılaşmır.

45. Ümumiyyətlə, kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

46. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 40) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 40) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-89/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-89/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar