Məhkəmə qərarları › İş №2-2(102)-31/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-31/2024

18.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-31/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlunun (məruzəsi), Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(108)-12/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Gö mrük Komitəsi tərəfindən verilmiş “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında” məlumata əsasən, ümumi çəkisi 6080 kq, qiyməti 9.700,00 ABŞ dolları olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorlar (CABLE CROSS OVER - 1 ədəd, LEG EXTENSİON - 1ədəd, HARİZONTAL LEGCURL - 1 ədəd, SMİTCH MACHİNE - 1ədəd, SHOULDER PRESS - 1 ədəd, UPPER LİMBS - 1 ədəd, PULL DOWN MACHİNE - 1 ədəd, LONG PULL MACHİNE - 1 ədəd, İNCLLE SQAAT MACHİNE - 1 ədəd, LOW ROW - 1 ədəd, PECLLY1ədəd, CLUB DAMBEL - 1800 kq, SCHOT BENCH – 1 ədəd, SEATED CHEST PRESS - 1 ədəd, BİCPS CURL - 1 ədəd, SEATED ROW - 1 ədəd, ABDOMİNAL MACHİNE - 1 ədəd, LATERAL RAİSE - 1 ədəd, TREDMİL - 5 ədəd, CLUBE BİKE - 2 ədəd) İran İslam Respublikasından İddiaçı adına gətirilmişdir. 2. 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları İddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 1 ünvanı olaraq göstərilmişdir. 3. 2020-ci il 7 fevral tarixli ********* saylı mədaxil qəbzinə əsasən, X4 vasitəsi ilə İddiaçı tərəfindən 3458,43 (üç min dörd yüz əlli səkkiz manat qırx üç qəpik) manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir. 4. 2020-ci il 7 fevral tarixli ********* saylı mədaxil qəbzinə əsasən, X4 vasitəsi ilə İddiaçı tərəfindən 10,80 (on manat səksən qəpik) manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir. 5. 2020-ci il 7 fevral tarixli ********* saylı mədaxil qəbzinə əsasən, X4 vasitəsi ilə İddiaçı tərəfindən 250 (iki yüz əlli) manat məbləğin də əməliyyat haqqı ödənilmişdir. 6. 2020-ci il 7 fevral tarixli ********* saylı mədaxil qəbzinə əsasən, X4 vasitəsi ilə İddiaçı tərəfindən 2473,50 (iki min dörd yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində idxal rüsumu ödənilmişdir. 7. 2020-ci il 7 fevral tarixli ********* saylı mədaxil qəbzinə əsasən, X4 vasitəsi ilə İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində ödəniş edilmişdir. 8. “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında” məlumata əsasən, 240 (iki yüz qırx) manat gömrük rəsmiləşdirilməsi üçün yığım, 2.473,50 manat idxal rüsumu, 3.458,43 manat əlavə dəyər vergisi, 80,80 manat digər yığımlar İddiaçı tərəfindən ödənilmişdir.

9. Cavabdeh ilə "xxxx" MTK-nın sədri N.V.Səfərov arasında bağlanmış 33 nömrəli müqaviləyə əsa sən, Cavabdeh ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyriyaşayış sahəsini satın almışdır.

10. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2022-ci il 10 iyul tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

11. İddiaçı ərizəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ona ünvanladığı 2022-ci il 25 oktyabr tarixli 33/374/Ş-1275 nömrəli məktubdakı cədvələ görə, 1990-cı il 15 sentyabr təvəllüdlü İddiaçı 2019-cu il 23 yanvar tarixindən 2020-ci il 4 fevral tarixədək müxtəlif vaxtlarda Rusiya Federasiyasına, İran İslam R espublikasına, Gürcüstan Respublikasına və Türkiyə Respublikasına girişçıxışı qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 23 avqust tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyriyaşayış sahəsində yaradılmış idman zalında olan və iddiaçıya məxsus ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (BARBELLS), velotrenajorun (STARBİKE EVOLUTİON MAGNETİC), velotrenajorun (BİKE FENİX - LED PLUS), ştanq disklərinin (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CU RL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd qaçış meydançasının (RUNNER FENİX - LED PLUS), məşq alətinin (İPEREXTENSİON 45° BENCH), məşq alətinin (DİSK RACK), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (CHİN AND DİP), ştanq qaldırmaq üçün döşəməli alətin (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİN E HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), qantelin (LATERAL DElTOİD), qol əzələlərinin məşqi üçün yuxarıda aşağı hərəkətli alətin (DİPS PRESS), dartıcı alətin (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) Cavabdeh (bundan sonra – “ cavabdeh”) tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddiaçı iddia ərizəsində 2020-ci ilin əvvəlində iddiaçı ilə cavabdehin Bakı şəhərində birlikdə idman məşq zalı açmaları barədə razılığa gəldiklərini, aralarında olan razılaşmaya əsasən idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsinin iddiaçı tərəfindən, idman zalının əldə edilməsinin isə cavabdeh tərəfindən təmin edilməli olduğunu, bundan sonra cavabdehin ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsini MTK ilə müqavilə bağlayaraq əldə etdiyini, iddiaçının öz şəxsi maliyyə vəsaitləri hesabına İran İslam Respublikasından aldığı ümumi o laraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan aşağıdakı idman alətlərini və avadanlıqlarını 2020-ci il 6 fevral tarixində Azərbaycan Respublikasına gətirdiyini, № İdman alətləri və avadanlıqları 1 2 Ştanqlar Velotrenajor – STARBİKE EVOLUTİON MAGNETİC Velotrenajor-BİKE FENİX – LED PLUS Ştanq diskləri Ştanq üçün qıvrım qrif Qantellərin saxlanması üçün qurğu 3 4 5 6 İdxal zamanı məhsulun ingilis dilində göstərilmiş adı BARBELLS STARBİKE EVOLUTİON MAGNETİC BİKE FENİX – LED PLUS WEİGHT PLATES CURL BAR DUMBBELL RACK-LONG 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 Qaçış meydançası-RUNNER FENİX – LED PLUS 5 ədəd Məşq aləti-İPEREXTENSİON 45° BENCH Məşq aləti-DİSK RACK Məşq etmək üçün tam tənzimlənən dəzgah 3 ədəd Məşq aləti-CHİN AND DİP Ştanq qald ırmaq üçün döşəməli alət Qarın əzələlərinin məşqi üçün alət Baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alət Baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alət Qolları söykəməklə ştanq qaldırılması üçün alət Bel və qol məşqi üçün dartıcı alət Ştanq qaldırıcımexanizmli alət Oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alət Qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alət Qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alət Qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alət Ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğu Qantel-LATERAL DELTOİD Qol əzələlərinin məşqi ucun yuxarıda aşağı hərəkətli alət Dartıcı alət Ayaq məşqi üçün dartıcı alət Kürək əzələlərinin məşqi üçün alət Ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alət Qol əzələlə rinin məşqi üçün alət RUNNER FENİX – LED PLUS (5) İPEREXTENSİON 45° BENCH DİSK RACK FULLYADJUSTABLE BENCH (3) CHİN AND DİP OLYMPİC FLAT BENCH ABDOMİNAL CRUNCH OLYMPİC İNCLİNED BENCH OLYMPİC DECLİNED BENCH SEATED CURL BENCH ROWİNG MACHİNE SQUAT LUNGE SMİTH MACHİNE HP BASE İNCLİNED CHEST PRESS ADJUSTABLE CABLE CROSSOVER LAT PULLDOWN LEG PRESS 45° LATERAL DELTOİD DİPS PRESS CURLİNG MACHİNE LEG CURLİNG PECK BACK LEG EXTENSİON DELTOİD PRESS CONVERGENT Qol və ayaq əzələlərini eyni zamanda məşqi PULLEYROW üçün alət qeyd olunan idman avadanlıqlarının və alətlərinin (qurğularının) iddiaçının öz maliyyə vəsaiti hesabına almasının gömrük bəyannamələri, gömrük ödəniş qəbzləri və malın alınması qəbzləri (invoice) ilə təsdiq edildiyini, idman avadanlıqlarının və alətlərinin (qurğularının) iddiaçıya m əxsus olmasını idman zalında işləyən məşqçilərin də təsdiq edə biləcəyini, iddiaçının idman avadanlıqlarını və alətlərini (qurğuların) cavabdehlə əldə edilmiş razılığa uyğun olaraq ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyriyaşayış sahəsində yaradılmış idman zalında yerləşdirdiyini, lakin məlum olduğu kimi 2020ci ildə koronovirus infeksiyası ilə əlaqədar idman zallarının fəaliyyəti dayandırıldığı üçün fəaliyyətə başlanmasının mümkün olmadığını, 2021-ci ilin iyun ayında idman zallarının fəaliyyətinə icazə verildikdən sonra cavabdehin iddiaçı ilə aralarında olan razılaşma şərtlərini pozaraq, iddiaçıya məxsus idman alətlərinə və avadanlıqlarına qanunsuz sahibləndiyini və idman zalını təkbaşına i şlətməyə başladığını, göründüyü kimi ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirilmiş idman avadanlıqlarının və alətlərinin iddiaçıya məxsus olduğu üçün ona geri qaytarılmalı olduğunu bildirib ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyriyaşayış sahəsində yaradılmış idman zalında olan və iddiaçıya məxsus ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh 202 2-ci il 26 sentyabr tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı zala 4.000 manat məbləğində protein məhsulları gətirmiş və pulunu cavabdehdən aldığını, sonradan həmin məhsulların dəyərinin 1.500 manat olduğu məlum olmuşdur. Covid 19 pandemiyası ilə bağlı zal bir müddət bağlandığından iddiaçının həmin məhsulların vaxtı keçər deyə qaytarılmasını cavabdehdən istədiyini, cavabdehin həmin məhsulları iddiaçıya təhvil verdiyini və pulunu bu günədək geri ala bilmədiyini, iddiaçının pandemiya bitdikdən sonra məhsulları yenidən gətirəcəyinə söz verdiyini, lakin yenidən zal fəaliyyətə başlayanda cavabdeh qida məhsullarını iddiaçıdan tələb edəndə o məhsulu satan adamın burada olmadığını, aradan çıxdığını bildirmişdir. Zalın təmiri zamanı da cavabdeh araşdırma apararaq iddiaçının ondan 30.000 manat alaraq təmirə 17.000 manat verdiyini, 8.000 manat alaraq havalandırma sisteminə 5.000 manat verdiyini bilmişdir, divara vurulan güzgülərə görə iddiaçının cavabdehdən 4.500 manat aldığını, lakin sonradan həmin güzgülərin dəyərinin 2.500 manat olduğu aydın olmuşdur. ünvan 1 saylı məhəllədə yerləşən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində yerləşən 180 kv.m qeyri-yaşayış sahəsində yerləşən idman zalına iddiaçıya məxsus olan idman alətlərini qoyaraq ondan istifadə etmələri üçün nə X3 (iddiaçı ilə cavabdehi calaşdıran şəxs) ilə, nə də iddiaçı ilə heç bir razılığı (anlaşması, müqaviləsi) olmamışdır. İddiaçı Naxçıvan MR Kommer siya Məhkəməsində cavabdehə qarşı əsassız və qanunsuz iddia irəli sürmüşdür, cavabdeh iddiaçının heç bir növ sahibkarlıqla məşğul olmaq hüququna malik olmadığını məhkəmənin nəzər və diqqətinə çatdıraraq bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşıdır. İddiaçı öz hakimiyyət səlahiyyətlərindən, imkanlarından istifadə edərək cavabdehi sıxışdırıb ondan əmlak və ya pul almağa cəhd etmişdir. İddiaçının iddia ərizəsində cavabdehə məxsus idman zalındakı idman alətlərinin ona aid olduğunu iddia etmiş, lakin idman alətlərinin ona aid olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Sadəcə bir sıra müxtəlif adda idman alətlərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına onun adına gəlməsini göstərən yük sənədlərini təqdim etmişdir. Cava bdehin işlətdiyi idman zalındakı idman alətlərinin iddiaçının adına olan gömrük bəyannaməsində göstərilən idman alətləri deyil, iddiaçının adına olan gömrük bəyannaməsinə diqqət yetirəndə həmin idman alətlərinin təyinat yerinin cavabdehin idman zalı yox, iddiaçının ünvanı olan ünvan 2 aydın olunmuşdur. Bu isə həmin idman alətlərinin cavabdehə gətirilmədiyini və onunla heç bir əlaqəsi olmadığını bir daha sübut edir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən 2022-ci il 5 aprel tarixində təyin olunmuş ekspertiza qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 9 iyun tarixli 9/2397 nömrəli rəyinə əsasən mübahisələndirilən idman alətləri ilə cavabdehə məxsus idman alətlərinin eyniləşdirilməsinin mümkün olmaması barədə rəy verilmişdir. İddia ərizəsində göstərilən alətlərin cavabdehin zalında olan alətlər olması təsdiqini tapmamışdır. Hacı Həsənovun yaxınlarının (şahidlərin) səs yazılarından, istintaqda verdiyi ifadələrindən cavabdehin evini satıb idman alətlərinin alınıb gətirilməsi üçün 80.000 manat pul verilməsi aydın olmuşdur, iddiaçının iddia ərizəsində göstərdiyi idman alətlərinə münasibətdə cavabdehin özünə məxsus idman alətlərini: qardaşının qaynı, həmkəndlisi Hacı Həsənov tərəfindən İrandan yox, Ukraynadan gətirilməsini razılaşaraq, ona Ukraynadan gətirməsini sifariş vermişdir, cavabdeh idman alətlərinin Hacı Həsənov tərəfindən Ukraynadan alınaraq gətirilməsi üçün 80.000 manat pulu Hacıya verdiyini qeyd etdmişdir, lakin iddiaçının təqdim etdiyi yük sənədindən idman alətlərinin iddiaçının adına gəldiyinin və iddiaçının adına gələn yükün dəyərinin 30.000 manat olması aydın olmuşdur. Bütün bunların iddia ərizəsində göstərilən idman alətlərinin cavabdehə aid olan idman alətləri olmadığını və iddia tələbində göstərilən alətlərlə heç bir eyniyyət təşkil etmədiyi və nəticə etibarı ilə də iddia tələbinin əsassız olduğunu və cavabdehdən düşünülmüş şəkildə əsassız olaraq qanunsuz pul əldə edərək varlanmaq məqsədi olmuşdur. Həmin idman alətlərinin heç birinin iddiaçı tərəfindən onun idman zalına gətirilmədiyini, iddiaçının adına yük sənədlərinin olmasının onun adına gəlmiş malların iddiaçı cavabdehin zalı üçün alması və onun zalına gətirməsi demək olmadığını, cavabdehin fikrincə iddiaçının yük sənədində göstərdiyi idman alətlərini başqa şəxslər və zallar üçün gətirə biləcəyini, onun adına yük sənədinin mövcudluğunun həmin alətlərin cavabdehin zalında olmasını heç bir şəkildə sübut etməmişdir. İddiaçı tərəfindən bunu təsdiq edən heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Yalnız heç bir qanuni əsası olmayan yük sənədlərinə əsasən, yalan və uydurma tələb irəli sürüldüyünü, cavabdehin idman zalının alətlərini qohumu və həmkəndlisi Həsənov Hacıya evini satıb, 80.000 manat pul ödəməklə Ukraynadan sifariş verməklə aldığını, iddiaçıya aid olan idman alətlərini ondan öz xeyrinə tələb etməsinin heç bir hüquqi əsası olmamışdır.

16. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2023-cü il 12 yanvar tarixli e-2-2(123)-4/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmlakın qaytarılması” tələbi barədə kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq eksper tizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir (hakim – E.Salmanov).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 6 aprel tarixli 9/858 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş idman alətlərinin üzərində konkret olaraq istehsal yeri, istehsal ili, markası, modeli, texnik göstəriciləri qeyd olunmadığı üçün ekspert qarşısında qoyulmuş suallara, o cümlədən “eynilik təşkil edirmi” sualına cavab vermək mümkün olmamışdır.

18. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli e-2-2(123)-4/2023 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, c avabdehin ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK-də olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalındakı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlar və alətlər (qurğular), yəni ştanqlar (BARBELLS), velotrenajor (STARBİKE EVOLUTİON MAGNETİC), velotrenajor (BİKE FENİX - LED PLUS), ştanq disklər (WEİGHT PLATES), ştanq üçün qıvrım qrif (CURL BAR), qantellər saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd qaçış meydançası (RUNNER FENİX - LED PLUS), məşq aləti (İPEREXTENSİON 45° BENCH), məşq aləti (DİSK RACK), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgah, məşq aləti (CHİN AND DİP), ştanq qaldırmaq üçün döşəməli alət (OLYMPİC FLAT BENCH), qarın əzələlərinin məşqi üçün alət (ABDO MİNAL CRUNCH), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alət (OLYMPİC İNCLİNED BENCH), baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alət (OLYMPİC DECLİNED BENCH), qolları söykəməklə ştanq qaldırılması üçün alət (SEATED CURL BENCH), bel və qol məşqi üçün dartıcı alət (ROWİNG MACHİNE), ştanq qaldırıcı mexanizmli alət (SQUAT LUNGE), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alət (SMİTH MACHİNE HP BASE), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alət (İNCLİNED CHEST PRESS), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alət (ADJUSTABLE CABLE CROSSOVER), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğu (LEG PRESS 45°), qantel (LATERAL DElTOİD), qol əzələlərinin məşqi ü çün yuxarıda aşağı hərəkətli alət (DİPS PRESS), dartıcı alət (CURLİNG MACHİNE), ayaq məşqi üçün dartıcı alət (LEG CURLİNG), kürək əzələlərinin məşqi üçün alət (PECK BACK), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alət (LEG EXTENSİON), qol əzələlərinin məşqi üçün alət (DELTOİD PRESS CONVERGENT), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alət (PULLEY ROW) cavabdehdən alınaraq iddiaçıya verilməsi, məhkəmə aktının (iş üzrə hazırkı qətnamənin) icrasına qədər 2022-ci il 26 iyul tarixli eMTT(123)-1/2022 saylı qərardadın qüvvəsinin saxlanılması, Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 400 manat pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddiaçının azad edildiyi 173.48 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması və məhkəmə-əmtə əşünaslıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 20 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – E.Salmanov).

19. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında mövcud olan CD-lərdən müəyyən olunmuşdur ki, ididaçı ilə cavabdeh arasında münasibət mövcuddur.

20. Məhkəmə bildirmişdir ki, 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsindən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında” məlumat əsasında müəyyən edilmişdir ki, ümumi çəkisi 6080 kq olan idman ləvazimatları İran İslam Respublikasından iddiaçının adından gətirilmişdir. Həmin idman ləvazimatları və onların neçə ədəd olduğu qeyd edilən “məlumat”da və gömrük bəyannaməsinin “Qoşma vərəqi”ndə öz əksini tapmışdır.

21. Həmçinin iş materiallarında olan mədaxil qəbzlərindən və “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında” məlumata əsasən, idman ləvazimatlarının gətirilməsi ilə bağlı gömrük ödənişləri (əlavə dəyər vergisi, əməliyyat haqqı, idxal rüsumu, gömrük yığımı) iddiaçı tərəfindən ödənilmişdir.

22. Eyni zamanda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin obyektinin (idman zalının) yerləşdiyi yer ünvan 3 ünvanıdır.

23. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılm asının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin obyektinin (idman zalının) ünvanı göstərilmiş və gömrük orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarının iddiaçıya təhvil verməsi öz əksini tapmışdır. Buradan da müəyyən olunmuşdur ki, cavabdehin obyektindəki (idman zalındakı) idman ləvazimatları İran İslam Respublikasından iddiaçı tərəfindən gətirilmişdir.

24. Belə ki, iş materiallarında olan sübutlara əsasən, cavabdehin idman zalında olan idman ləvazimatları iddiaçı tərəfindən alınmış və ona məxsusdur.

25. Məhkəmə bildirmişdir ki, cavabdeh iddiaçının bu tələbini və tələbinə dair təqdim etdiyi sübutları təkzib edəcək əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, idman ləvazimatlarının pulunun onun tərəfindən iddiaçı ya verildiyini təsdiq edəcək hər hansı əsaslı və mötəbər sübut mövcud deyildir. Lakin cavabdeh tərəfindən X2 80.000 manatın verilməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiqini tapdığından cavabdehin X2 qarşı iddiası istisna olunmamaqdadır.

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmçinin sübutları əlaqələndirərək hesab etmişdir ki, hazırda cavabdeh huquqi əsas olmadan başqa şəxsin (iddiaçının) hesabına əmlak əldə edərək əsassız varlandığından və Mülki Məcəllənin tələbinə uyğun olaraq varlanmış şəxs (cavabdeh) əldə etdiklərini məhrum olanın (iddiaçının) tələbi ilə ona qaytarmalı olduğundan iddia əsaslı hesab edilərək təmin edilməlidir.

27. İş materiallarıda olan Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2022-ci il 26 iyul tarixli e-MMT(1 23)-1/2022 saylı qüvvəsini almış qərardadına əsasən cavabdehə və digər şəxslərə həmin əmlakların hazırkı mübahisə ilə əlaqdar qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək özgəninkiləşdirilməsi qadağan edildiyindən məhkəmə bu məsələyə toxunmamışdır.

28. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edilməli olunduğundan məhkəmə aktının 2022-ci il 26 iyul tarixli eMTT(123)-1/2022 saylı qərardadı məhkəmə aktının (qətnamənin) icrasına qədər öz qüvvəsini saxlamalıdır.

29. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1091.1, 1091.2, 1092.1-ci maddələrinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1, 8.1.3, 9.1-1-ci maddələr inə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 1997-ci il 11 iyul tarixli 2 saylı qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 103.1, 106.1, 119.1, 119.2, 164.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabdeh 2023-cü il 25 iyun tarixində apellyasiya şikayəti verməklə, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məh kəməsinin 2023-cü il 8 iyun tarixli e-2-2(123)4/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

31. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(108)-12/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli e-2-2(123)-4/2023 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd olunmuş, cavabdeh tərəfindən X4nda və ya AsanPay vasitəsilə şikayətin verilməsilə əlaqədar 2023-cü il 21 iyun tarixli ********** №-li qəbzlə ödənilmiş 200,00 AZN manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödəni lməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində 2023-cü il 6 aprel tarixli 9/858 №-li ekspert rəyinin verilməsilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 20,0 məbləğində ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (məruzəçi – V.Quliyev, hakimlər – Ə.Allahverdiyev və Ə.Novruzov).

32. Kollegiya ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə müraciət edilərkən iddia tələbinin əsası olaraq göstərilmişdir ki, “2020-ci ilin əvvəlində iddiaçı və cavabdeh razılığa gəlmişdilər ki, Bakı şəhərində birlikdə idman məşq zalı açsınlar. Aralarında olan razılaşmaya əsasən, idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsi iddiaçı tərəfin dən, idman zalının əldə edilməsi isə cavabdeh tərəfindən təmin edilməli idi.” İşin araşdırılması zamanı kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında sözügedən idman zalı ilə bağlı şərikli fəaliyyət göstərilməsi, həmin zalın iddiaçı tərəfindən idman avadanlıqları ilə təchiz edilməsi barədə şifahi və ya yazılı formada hər hansı əqdin olması işdə olan sübutlarla öz təsdiqini tapmamış, eyni zamanda cavabdeh tərəfindən təkzib olunmuşdur.

33. İddia tələbi üzrə istinad edilən dəlillər, eləcə də iddiaçının öz şəxsi maliyyə vəsaitləri hesabına İran İslam Respublikasında aldığı ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan iddia ərizəsində göstərilən idman alətlərini və avadanlıqlarını 2020-ci il 6 fevral tarixində Azərb aycan Respublikasına gətirməsi, idman avadanlıqlarını və alətlərini (qurğuların) cavabdehlə əldə edilmiş razılığa uyğun ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirməsi, lakin məlum olduğu kimi 2020-ci ildə koronovirus infeksiyası ilə əlaqədar idman zallarının fəaliyyəti dayandırıldığı üçün fəaliyyətə başlanmasının mümkün olmadığı, 2021-ci ilin iyun ayında idman zallarının fəaliyyətinə icazə verildikdən sonra cavabdeh ilə iddiaçı aralarında olan razılaşma şərtlərini pozaraq, iddiaçıya məxsus idman alətlərinə və avadanlıqlarına qanunsuz sahibləndiyi və idman zalını təkbaşına işlətməyə başlaması olmuşdur. Həmçinin, iddia ərizəsində ünvan 1 s aylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında yerləşdirilmiş idman avadanlıqları və alətlərinin iddiaçıya məxsus olduğu üçün ona geri qaytarması qeyd olunmuşdur.

34. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 aprel tarixli 9/858 №-li ekspert rəyinə görə (bax §18) iddia ərizəsində tələb etdiyi adları qeyd olunan alətlərlə eynilik təşkil etməsilə bağlı suallara cavab verməyin mümkün olmadığı öz əksini tapmışdır.

35. Məhkəmə kollegiyası iddia ərizəsində tələb olunan əşyalarla iddiaçının istinad etdiyi gömrük bəyannaməsində göstərilən əşyaların ümumiyyətlə eyni adlara malik olmadığını da qeyd etmiş dir.

36. İşə apellyasiya qaydasında baxılması zamanı məhkəmə tərəfindən cavabdehin vəsatəti ilə əlaqədar 2020-ci il 6 fevral tarixli **********7855 №-li gömrük bəyənnaməsi və həmin bəyannamənin “Qoşma vərəqi” üzrə iddia ərizəsində adları qeyd olunan idman alətlərinin Azərbaycan Respublikasına idxal olunub-olunmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin “iddiaçının cavabdehdən əmlakın qaytarılması tələbi” ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında iş materiallarında olan Naxçıvan MR Kommersiya Məhkəməsinin 2022-ci il 26 iyul tarixli eMTT(123)-1/2022 №-li qərardadının icrası ilə əlaqədar ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyriyaşayış binasının 2-ci girişinin zirzəmisi ndə olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında iddiaçının iddia ərizəsində tələb etdiyi adları qeyd edilən idman avadanlıqlarının aşkar olunub-olunmaması barədə məlumatın və müvafiq icra sənədlərinin surətlərinin təqdim edilməsi barədə isə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə müvafiq sorğular verilmişdir.

37. Sorğulara cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 22 sentyabr tarixli 3-33/2-017134/2023 №-li məktubu ilə qeyd olunan gömrük bəyannaməsi və qoşma vərəqəsinin surəti məhkəməyə təqdim olunmuş, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 2023-cü il 16 oktyabr tarixli 17/74№166410/13 №-li məktubunda isə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-MTT(123)-1/2022-014 saylı 2022-ci il 26 iyul tarixli icra sənədinin müvafi q olaraq Xətai rayon İcra Şöbəsinin icraatına 2022-ci il 29 iyul tarixində daxil olduğu, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edildiyi, həmin tarixdə də təyinat verildiyi, sözügedən ünvana gedilsə də, həmin qeyri-yaşayış sahəsində idman zalının qapısı bağlı olduğundan baxış keçirmək mümkün olmadığı, icra sənədinin tələbini təmin etmək məqsədilə yenidən 2022-ci il 5 avqust və 2022-ci il 20 dekabr tarixlərə təyinat verilsə də həmin ünvanda yerləşən idman zalının qapısı bağlı olduğundan baxış keçirmək mümkün olmadığı, bu səbəbdən icranın baş tutmadığı,.... icra sənədinin nəzarətdə saxlanılmaqla qanuna müvafiq tədbirlərin davam etdirildiyi göstərilmişdir.

38. Bundan başqa, cavabdehin vəkili-nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə iddiaçının adı na daxil olmuş idman mallarının gömrük rəsmiləşdirilməsi zamanı tərtib olunmuş **********7855 №-li gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yüklərin hansı ünvanda, hansı tarixdə, hansı gömrük əməkdaşının iştirakı ilə boşaldılaraq kimə təhvil verilməsi barədə müvafiq rəsmi məlumatlardan çıxarışların əldə olunması ilə bağlı ünvanlandığı 2023-cü il 5 sentyabr tarixli 2/815 №-li sorğusu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 13 sentyabr tarixli 3-33/2-016485/2023 №-li cavab məktubunda qanunvericiliyin müvafiq müddəalarına istinad edilərək mahiyyəti üzrə cavablandırılmasının mümkün olmadığı bildirilmişdir.

39. Eyni zamanda kollegiya müəyyən etmişdir ki, iddia tələbinin təsdiqi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş 2020-ci il 6 fevral tarixli **********7855 №-li gömrük bəyannaməsi və həmin bəyannamənin “Qoşma vərəqi” üzrə iddiaçının adına rəsmiləşdirilmiş əmlakın iddia ərizəsində tələb olunan idman alətləri olması, eləcə də qeyd olunan müvafiq gömrük bəyannaməsinə əsaslanmaqla tələb irəli sürüldüyü halda həmin bəyannamədəki idman alətlərinin cavabdehə məxsus sözügedən idman zalındakı alətlərlə eynilik təşkil etməsi, həmçinin, tələb olunan idman avadanlıqlarının iş materiallarında olan cavabdeh ilə "xxxx" MTK-nın sədri N.V.Səfərov arasında bağlanmış 33 nömrəli müqavilə üzrə cavabdehə məxsus olan, ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyriyaşayış sahəsində yaradılmış idman zalındakı idman avadanlıqları və alətlərilə eynilik təşkil etməsi iş üz rə sübutlarla öz təsdiqini tapmamışdır.

40. Eləcə də iddia olunan əşyaların iddiaçı tərəfindən cavabdehə təqdim olunmaqla cavabdehin həmin əşyaları təhvil alması ilə bağlı iş üzrə sübutlar müəyyən edilməmişdir.

41. Kollegiya belə hesab etmişdir ki, tərəflər arasında sözügedən idman zalı ilə bağlı şərikli fəaliyyət göstərilməsi, həmin zalın iddiaçı tərəfindən idman avadanlıqları ilə təchiz edilməsi ilə əlaqədar qarşılıqlı razılaşma üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasına səbəb olan qanunvericiliklə nəzərdə tutulmuş hər hansı əsasın mövcudluğu nə birinci instansiya məhkəməsində, nə də işə apellyasiya qaydasında baxılarkən aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.

42. Eyni zamanda kollegiya onu da qeyd etmişdir ki, cavabdehə məxsus idman zalında olan əmlak tələb edilə rkən qeyd olunan obyektdəki idman alətlərinin iddiaçıya mülkiyyət hüququ üzrə mənsubluğu mötəbər sübutlar əsasında öz təsdiqini tapmamış, nəticə olaraq öhdəlikdən kənar iddiaçı tərəfindən cavabdehin əmlak mənafeyi xeyrinə edilmiş və əsassız varlanma halının yaranmasına səbəb olan hallar müəyyən olunmamışdır.

43. Həmçinin, kollegiya bildirmişdir ki, MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin həmin maddə üzrə iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdeh in əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

44. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan iddia tələbinin əsaslı olması kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlmədiyinə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslı hesab edərək təmin edilməli olduğu qənaətinə gəlmiş, öz mövqeyini isə əsassız varlanma üzrə maddi hüquq normaları ilə əsaslandırmışdır.

45. Beləliklə, məhkəmə kollegiyası iddia tələbi üzrə tərəflər arasındakı qarşılıqlı öhdəlik münasibətlərinin olmasını təsdiq edən sübutlar müəyyən edilmədiyindən iddia tələbini əsassız hesab etmişdir. Eləcə də iddiaçının tələb etdiyi əşyaların mülkiyyətçisi olması və cavabdehin qanunsuz sahibliyində olması mötəbə r sübutlarla təsdiq olunmadığından iddia tələbinin təmin edilməsinə əsaslar müəyyən edilməmişdir.

46. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 324.1, 324.2, 324.4, 329.2, 385.1, 386.1, 389.1, 389.2, 1091.1, 1092.1-ci maddələrinə; MPM-in 77.1, 88, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

47. İddiaçı 2023-cü il 19 noyabr tarixində kassasiya şikayəti verməklə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(108)-12/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri:

48. MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur – cavabdeh tərəf bildirmişdir ki, mübahisəli idman zalında olan avadanlıqlar iddiaçıya məxsus avadanlıqlar deyildir. Hətta ekspert rəyini məhkəməyə təqdim edərək iddia ərizəsində göstərilən idman avadanlıqlarının zaldakı avadanlıqlarla eynilik təşkil etmədiyini göstərmişdir. Cavabdeh tərəfindən hazırkı iş üzrə elektron sistemə yüklənilmiş Yasamal rayon Polis İdarəsinin 2022-ci il 10 iyul tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsindəki idman avadanlıqları elə iddiaçıya məxsus olan idman avadanlıqlarıdır. Belə ki, Yasamal rayon Polis İdarəsinin 2022-ci il 10 iyul tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara görə, cavabdehin özü və onun tərəfindən şahid qismində çıxış edən X1 izahatı ilə müəyyən olunmuşdur ki, həmin idman zalındakı idman avadanlıqları iddiaçının İran İslam Respublikasından gətirdiyi avadanlıqlardır.

49. İş materiallarında olan gömrük bəyannamələri ilə öz təsdiqini tapmışdır ki, idman avadanlıqlarının və alətlərinin (qurğularının) iddiaçının öz maliyyə vəsaiti hesabına alınmışdır. Bu hal gömrük bəyannamələri, gömrük ödəniş qəbzləri və malın alınması qəbzləri (invoice) ilə təsdiq edilmişdir. İdman avadanlıqlarının və alətlərinin (qurğularının) iddiaçıya məxsus olmasını idman zalında işləyən məşqçilər də təsdiq edə bilər. X5 Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hansı əsaslara görə məlum nəticəyə gəlməsi hələdə iddiaçı tərəf olaraq iddiaçıya aydın olmamışdır. Məhkəmə qətnaməsinə əsasən, “İşin araşdırılması zamanı kollegiya tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cav abdeh arasında qarşılıqlı razılaşma əsasında sözügedən idman zalı ilə bağlı şərikli fəaliyyət göstərilməsi, həmin zalın iddiaçı tərəfindən idman avadanlıqları ilə təchiz edilməsi barədə şifahi və ya yazılı formada hər hansı əqdin olması işdə olan sübutlarla öz təsdiqini tapmamış, eyni zamanda cavabdeh tərəfindən təkzib olunmuşdur”. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq iddiaçı bildirmişdir ki, bu hal öz təsdiqini tapsa və tapmasa belə mübahisəli avadanlıqlarla bağlı olan sənəd hissəsini araşırdırmaq lazımdır ki, o da iddiaçı tərəfindən və məhkəmənin aldığı sorğu cavabları ilə öz təsqini tapmışdır.

50. MPM-in 106.1-ci maddəsinin tələbi pozulmuşdur – Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 2022ci il 25 oktyabr tarixli 33/374/Ş-1 275 nömrəli məktubunu, 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsini nəzərə almamışdır. Həmin idman ləvazimatları və onların neçə ədəd olduğu qeyd edilən “Məlumat”da və gömrük bəyannaməsinin “Qoşma vərəqi”ndə öz əksini tapmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, mübahisəli avadanlıqların cavabdehə guya təhvil verilməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə göstərmişdir ki, cavabdehə məxsus olan, ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyriyaşayış sahəsində yaradılmış idman zalındakı idman avadanlıqları və alətlərilə eynilik təşkil etməsi iş üzrə sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə yalnız cavabdeh tərəfin izahatlarını nəzərdən keçirməklə məlum nəticəyə gəlmişdir.

51. İş mat eriallarında olan mədaxil qəbzlərindən və “Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında” məlumatdan müəyyən edilmişdir ki, idman ləvazimatlarının gətirilməsi ilə bağlı gömrük ödənişləri (əlavə dəyər vergisi, əməliyyat haqqı, idxal rüsumu, gömrük yığımı) iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin obyektinin (idman zalının) yerləşdiyi yer ünvan 3 ünvanıdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin obyektinin (idman zalının) ünvanı göstərilmiş və gömrü k orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarının iddiaçıya təhvil verməsi öz əksini tapmışdır. Buradan da müəyyən olunmuşdur ki, cavabdehin obyektindəki (idman zalındakı) idman ləvazimatları İran İslam Respublikasından iddiaçı tərəfindən gətirilmişdir.

52. Belə ki, iş materiallarında olan sübutlara əsasən, cavabdehin idman zalında olan idman ləvazimatları iddiaçı tərəfindən alınmış və ona məxsusdur. Eyni zamanda cavabdeh iddiaçının bu tələbini və tələbinə dair təqdim etdiyi sübutları təkzib edəcək əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, idman ləvazimatlarının pulunun onun tərəfindən iddiaçıya verildiyini təsdiq edəcək hər hansı əsaslı və mötəbər sübut mövcud deyildir. Cavabdeh qeyd etmişdir ki, guya idman alətlərinin gətirilməsi üçün pul vermişdir, lakin bu faktı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa əsassız olaraq malların Ukraynadan gəldiyini iddia etmişdir. Əslində cavabdeh aldatma yolu ilə iddiaçının pulunu mənimsəmişdir.

53. MM-in 385.1-ci maddəsinin tələbi pozulmuşdur – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyası öz qətnaməsində göstərmişdir ki, həmin idman avadanlıqlarının iddiaçının gətirdiyi idman avadanlıqları ilə eynilik təşkil etmir. Görünür məhkəmə cavabdehin birinci instansiya məhkəməsində olan izahatlarını və eləcə də Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarını diqqətindən qaçırmışdır. Cavabdehin özü etiraf etdiyi halda məhkəmə bu hallara göz yumu r. İclas boyu cavabdeh pulu Hacı adlı şəxsə verdiyini bildirir, lakin nədənsə Hacı adlı şəxsdən pulu tələb etməmişdir. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarının 6.2-cı bəndinin tələbi pozulmuşdur - qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar yalnız cavabdehin lehinə təfsir edilmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehin yalan məlumatlarına əsaslanmaqla qətnamə qəbul etmişdir.

55. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, düzgün araşdırma aparmamış, sübutlar əlaqələndirilməmişdir. Belə ki, tərəflər arasında olan razılaşmaya əsasən, idman zalının məşq idman alətləri və avadanlıqları (qurğuları) ilə təmin edilməsi iddiaçı tərəfindən, idman zalının əldə edilməsi isə cavabdeh tərəfindən təmin edilməli idi. Lakin məhkəmə cavabdeh tərəfindən öz öhdəliyinin yerinə yetirilməməsi, bununla da iddiaçıya vurulan zərər nəzərə alınmamışdır.

56. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif etmişdir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, adı çəkilən mübahisəli alətlər iddiaçıya məxsusdur, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmadan sui-istifadə edərək həmin alətləri mənimsəmişdir.

57. Azərbaycan Respublikası Konstitusiyasının 60, 71 və 127-ci maddələrinin tələbləri pozulmuşdur – göründüyü kimi məhkəmə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, işin hallarını düzgün araşdırmayaraq qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozulmuşdur.

58. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir.

59. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına u yğun deyildir. Kassasiya şikayətində göstərildiyi kimi, iddiaçının konstitusion mülkiyyət hüququ pozulmuşdur və lakin məhkəmə bu halları əsassız olaraq nəzərə almamışdır. Göründüyü kimi qətnamə işin halları ilə uyğunluq təşkil etməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

61. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ik itərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ar asında müqavilə olmalıdır...” “Maddə

389. Müqavilə anlayışı... 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir...” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[741] 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... ” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

65. Məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(108)-12/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

66. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin təsdiqi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş 2020-ci il 6 fevral tarixli **********7855 №-li gömrük bəyannaməsi və həmin bəyannamənin “Qoşma vərəqi” üzrə iddiaçının adına rəsmiləşdirilmiş əmlakın iddia ərizəsində tələb olunan idman alətləri olması, eləcə də qeyd olunan müvafiq gömrük bəyannaməsinə əsaslanmaqla tələb irəli sürüldüyü halda, həmin bəyannamədəki idman alətlərinin cava bdehə məxsus sözügedən idman zalındakı alətlərlə eynilik təşkil etməsi, həmçinin, tələb olunan idman avadanlıqlarının iş materiallarında olan cavabdeh ilə "xxxx" MTK-nın sədri N.V.Səfərov arasında bağlanmış 33 nömrəli müqavilə üzrə cavabdehə məxsus olan, ünvan 1 saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalındakı idman avadanlıqları və alətlərilə eynilik təşkil etməsi iş üzrə sübutlarla öz təsdiqini tapmamışdır. Eləcə də, iddia olunan əşyaların iddiaçı tərəfindən cavabdehə təqdim olunmaqla cavabdehin həmin əşyaları təhvil alması ilə bağlı iş üzrə sübutlar müəyyən edilməmişdir.

67. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin gəldiyi bu nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

68. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən halına görə 2020-ci il 6 fevral tarixli gömrük bəyannaməsinə əsasən, İran İslam Respublikasından gəlmiş çəkisi 6080 kq olan idman ləvazimatları qurulan ağırlaşma mexanizmləri ilə trenajorları İddiaçı qəbul etmiş, həmin alətlərin təyinat yeri isə ünvan 1 ünvanı olaraq göstərilmişdir.

69. Həmçinin müəyyən edilmişdir ki, gömrük bəyannaməsində idman ləvazimatlarının təyinat yeri kimi, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda idman alətlərinin gömrük yoxlanılmasının və eyniləşdirilməsinin keçirildiyi yer kimi cavabdehin obyektinin (i dman zalının) ünvanı göstərilmiş və gömrük orqanlarının həmin yerdə müəyyən hərəkətləri yerinə yetirdikdən sonra idman ləvazimatlarını iddiaçıya təhvil verməsi öz əksini tapmışdır.

70. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətini təmin edərkən apellyasiya məhkəməsi müvafiq gömrük bəyannaməsindəki idman alətlərinin cavabdehə məxsus idman zalındakı alətlərlə eynilik təşkil etməsinin sübuta yetirilməməsinə istinad etsə də, qeyd edilən hallarla bağlı sübutetmə yükü MPM-in 77-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh tərəfindən belə sübutların təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinə uyğun qiymət verilməsi işin materiallarından müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilənlərlə b ağlı sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla MPM-in 77.1-ci, həmçinin 88-ci maddələrinin tələblərini pozmuşdur.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəki şmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.

72. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi gömrük bəyannaməsindəki idman alətlərinin cavabdehə məxsus idman zalındakı alətlərlə eynilik təşkil edib-etməməsi halına mötəbər sübutlar əsasında qiymət verilməklə, mübahisənin qanuni və əsaslı həlli təmin edilməlidir. 73. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı).

74. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kolle giyasının 2023-cü il 18 oktyabr tarixli 22(108)-12/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

75. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(108)-12/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar