Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-311/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: malın qaytarılması və pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “malın qaytarılması və pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-144/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraa t qaydasında baxılmışdır. I. İŞİN HALLARİ:
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2010-cu il 5 may tarixli, 221/10-ƏTŞ nömrəli podrat müqaviləsinə əsasən Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi, 28 May OPS istiqamətində sağ tərəfdə yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması işini podratçı sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara (smeta), həmçinin müqavilələrinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri smetaya əsasən ƏDV ilə birlikdə 500.430 m anat məbləğində təşkil edir.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2010-cu il 13 may tarixli, 250/10ƏTŞ nömrəli podrat müqaviləsinə əsasən Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması işini podratçı sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara (smeta), həmçinin müqavilələrinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri smetaya əsasən ƏDV ilə birlikdə 42.600 manat məbləğində təşkil edir.
3. İddi açı MMC ilə Cavabdeh arasında bağlanmış 2011-ci il 31 yanvar tarixli, 38/11ƏTŞ nömrəli podrat müqaviləsinə əsasən Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması işini podratçı sifarişçinin tapşırığı ilə özünün və ya sifarişçinin materiallarında istifadə etməklə konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara (smeta), həmçinin müqavilələrinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri smetaya əsasən ƏDV ilə birlikdə 70.600 manat məbləğində təşkil edir.
4. Bakı Kommersiya Məhkəməsinin 2 021-ci il 3 may tarixli, e-2-2(113)-1211/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı cavabdehin hesabından görülmüş işlərin dəyəri olan 194.931 manat pulun və iddiaçıya dəymiş zərərə görə 20.000 manat, cəmi 214.931 manat pulun iddiaçının hesabına köçürülməsi barədə iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 sentyabr tarixli 2-2(103)-847/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 may tarixli e-2-2(113)-1211/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh tərəfindən verilmiş Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış s ahəsinin qaz təchizatının yaxşılaşdırılması üzrə 2012-ci ilin aprel ayında yerinə yetirilmiş mal-materiallar haqqında arayışda iddiaçı tərəfindən görülmüş işlər göstərilmişdir.
7. Cavabdeh tərəfindən verilmiş Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin təzə sahə ərazisində qaz təchizatının yaxşılaşdırılması üzrə 2011-ci ilin noyabr və 2012-ci ilin aprel aylarında yerinə yetirilmiş mal-materiallar haqqında arayışda iddiaçı tərəfindən görülmüş işlər göstərilmişdir.
8. Cavabdeh tərəfindən verilmiş Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin təzə sahə ərazisində qaz təchizatının yaxşılaşdırılması üzrə 2011-ci ilin noyabr ayında yerinə yetirilmiş mal-materiallar haqqında arayışda iddiaçı tərəfindən görül müş işlər göstərilmişdir. 9. 2022-ci il 16 iyul tarixli, MŞB/6-3809 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 100 manat məbləğində pul ödənmişdir.
10. İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında 2010-2012-ci illərdə bağlanılmış podrat müqaviləsinə əsasən istifadə edilmiş: Polad boru 76x3.5 mm quraşdırılması p/m – 5.838,8, Polad boru 108x4 mm quraşdırılması p/m – 2,189.5, Polad əymə d76 mm quraşdırılması ədəd – 599, Polad əymə d108 mm quraşdırılması ədəd – 129 ölçüdə olan materialların eyni həcmdə əvəzinin veri lməsini və ya bu mümkün olmadıqda bazar qiyməti ilə dəyərinin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 16 avqust tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış podrat müqaviləsi üzrə hər 3 sifariş üzrə qazlaşma işlərinin həyata keçirilməsində iddiaçının şəxsi mülkiyyətində olan mal – materialdan Polad boru 76x3.5 mm 7.326,32 p/m, Polad boru 108x4 mm 2.370,4 p/m, Polad əymə d76 mm 770, Polad əymə d108 mm 145 və metal dayaqlar 10.98 ton həcmində olan mal – materialın əvəzinin eyni miqdarda və e yni ölçüdə cavabdeh tərəfindən qaytarılması üçün qərar qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 2010-2012-ci illərdə Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsində qaz təchizatının yaxşılaşdırılması 3-229-10 nömrəli sifariş üzrə 162.406,62 manatlıq, Qala qəsəbəsində 4a597-10 nömrəli sifariş üzrə 26.762,17 manatlıq və Zirə qəsəbəsi Şirvani küçəsi 28 May QRS istiqamətinin sağ tərəfində yerləşən ərazidə qaz təchizatının yaxşılaşdırılması 3-23110 nömrəli sifariş üzrə 5.762,41 manatlıq, cəmi 194.931,2 manatlıq (ƏDV-siz) iş görülərək forma1 aktları ilə cavabdehə təhvil verilmiş və Dövlət Komissiyasının aktı ilə istismara qəbul edil mişdir. Cavabdeh tərəfindən 2012-ci ilin iyun ayında "Alyans" Birliyi yaradılaraq "xxxx" MMC baş podratçı operator təyin olunmuşdur. Cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tapşırığına əsasən “Alyans” yaradıldığına görə “Alyans”ın üzvü olan şirkətlər vasitəsilə ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 194.931 manat, “Alyans”ın üzvü olan "xxxx" tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Lakin "xxxx" MMC tərəfindən onların hesabına köçürülmüş 194.931 manat vəsait götürülmədiyindən tərəflərindən məhkəmədə pul tələbinə dair iddia qaldırılmışdır.
13. Həmin iddiaya Bakı İnzibati-İqtisadi Məhkəməsi və eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının xeyrinə qərar qəbul edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyası "xxxx" MMC-nin iddiaçı tərəfindən qazlaşdırma işlərinin dəyərinin cavabdehdən alaraq iddiaçıya verilməsinə dair onun hər hansı bir öhdəliyi olmadığına görə iddiaçının iddiasından imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən podrat müqaviləsinin şərtlərinə uyğun olaraq Xəzər rayonunda aparılmış qazlaşdırma işlərinin dəyəri 194.931 manat məbləğində vəsaitin bilavasitə cavabdehdən tələb olunmasına dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 3 may tarixli qərarı ilə iddiaçının cavabdehə pul tələbinə dair iddiası üzrə iddia müddətinin keçməsi əsası üzrə iddiadan imtina edilmişdir. Tərəflər arasında bağlanmış podrat müqavilələrinə əsasən 2010-2012-ci illər ərzində iddiaçı tərəfindən Xəzər rayonu Zirə qəsəbəsi Şirv anı küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsində qaz təchizatının yaxşılaşdırılması (3-229-10 nömrəli) sifariş üzrə 162.406,62 manatlıq, Qala qəsəbəsində 4A597-10 nömrəli sifariş üzrə 26.762,17 manatlıq və Zirə qəsəbəsi Şirvani küçəsi 28 may QRS istiqamətinin sağ tərəfindən yerləşən ərazidə qaz təhcizatının yaxşılaşdırılması 3-231-10 nömrəli sifariş üzrə 5.762,41 manatlıq cəmi 194.931,2 (ƏDV-siz) iş görülərək Forma 1 Aktları ilə cavabdehə təhvil verilmiş və 2015-ci ildə dövlət komissiyasının aktı ilə istismara qəbul olunmuşdur. Qeyd edilən qazlaşdırma işlərinin həyata keçirilməsi üçün iddiaçı şəxsi vəsaiti hesabına alınmış və sonuncunun mülkiyyətində olan mal–materialdan istifadə edilməklə podrat müqaviləsində göstərilən qazlaşma işləri başa çatdırılmış və cavabdehə təhvil verilmişd ir. Qeyd olunan 3-229-10 nömrəli sifariş üzrə qazlaşdırma işlərində sadalanan mal – materialdan istifadə edilmişdir: Polad boru 76x3.5 mm quraşdırılması (p/m) 5.838,8 Polad boru 108x4 mm quraşdırılması (p/m ) 2.189,5 Polad əymə d 76 mm quraşdırılması (ədəd) 599 Polad əymə d 108 mm quraşdırılması (ədəd) 129 Metal dayaq (ton).
14. Xəzər rayonu Zirə qəsəbəsi Şirvani küçəsi QPS 3-231-10 nömrəli sifariş üzrə qazlaşdırma işlərində sadalanan mal – materialdan istifadə olunmuşdur: Polad boru 108x4 mm quraşdırılması 180.9 p/m Polad əymə 108 quraşdırılması 16 ədəd Metal dayaqlar d120-159 mm quraşdırılması 0.5 ton Xəzər rayonu Qala qəsəbəsi 4A-597-10 (əlavə) sifariş üzrə istifadə olunmuş mal və materiallar: Polad boru 76x3.5 mm quraşdırılması (p/m) 1487.519 Polad əymə d 76 mm quraşdırılması (ədəd) 17 1 Metal dayaq d57-159 mm quraşdırılması 1.78 (ton). İddiaçının şəxsi mülkiyyətində olan mal–materialdan istifadə edildiyindən və həmin mal – materialın dəyəri ödənilmədiyindən həmin vəsaitin əvəzinin verilməsi üçün cavabdehə müraciət olunmuş və həmin vəsaitin ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən həmin sorğuya 2022-ci il 17 mart tarixdə rəsmi cavab verilərək qeyd olunan sifarişlər üzrə qazlaşdırma işlərinin həqiqətən iddiaçı tərəfindən həyata keçirilməsi etiraf edilsə də, pulun ödənilməsi təmin olunmamışdır. Bu səbəbdən iddiaçı maliyyə sıxıntıları səbəbindən öz fəaliyyətini dayandırmışdır.
15. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddənin 1-ci hissəsinə, 71-ci maddənin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcə lləsinin (bundan sonra – “MM”) 384, 384.0.4, 769-cü maddələrinə istinad edilmişdir.
16. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 2022-ci il 12 oktyabr tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə hər 3 sifariş üzrə qazlaşdırma işlərinin həyata keçirilməsində iddiaçının şəxsi mülkiyyətində olan mal – materialdan Polad boru 76x3.5 mm 7.326.32 p/m, Polad boru 108x4 mm 2.370,4 p/m, Polad əymə d76 mm 770, Polad əymə d108 mm 145 və Metal dayaqlar 10.98 ton həcmində olan mal – materialın əvəzinin eyni miqdarda və eyni ölçüdə cavabdeh tərəfindən qaytarılmasını, bu mümkün olmadıqda isə bazar qiymətini müəyyən edilərək əvəzinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
18. İddiaçı 2022-ci il 3 oktyabr tarixli vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi mülkiyyətində olan əmlakın natura şəklində geri qaytarılmasının mümkün olmasını müəyyən etmək mümkün olmadığından həmin əmlakın bazar qiyməti ilə dəyərinin müəyyən olunması üçün məhkəmə - əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 oktyabr tarixli, e-2-2(113)-4794/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin olunmamışdır (hakim – Ü.Həsənova).
20. İddiaçı 2022-ci il 5 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinə vəsatətlə müraciət edərək, iddiaçıya həm mənəvi həm də maddi ziyan vurulduğuna görə cavabdehin hesabından 20.000 ma nat məbləğində əlavə olaraq vəsaitin tutularaq iddiaçının hesabına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 21. 2022-ci il 12 oktyabr tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının cavabdehə qarşı “20.000 manat dəymiş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır (hakim – Ü.Həsənova) (i/v127).
22. İddiaçı 2022-ci il 12 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinə vəsatətlə müraciət edərək, qeyd olunan hər 3 sifariş üzrə qazlaşdırma zamanı iddiaçının şəxsi mülkiyyətində olan mal – materialın ümumi dəyəri satış qiyməti ilə 218.597 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsin ə müraciət edərək, iddiaçının iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 oktyabr tarixli, e-2-2(113)-4794/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamış, məhkəmə xərclərin tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini qeyd olunan qaydada sübuta yetirə bilməmişdir. Belə ki, tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın sonuncuya məxsusluğunu sübut etməlidir. Özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. Həmçinin cavabdeh tərəfindən iddia müddətinin tət biqi barədə ərizə verilmişdir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında podrat işləri 2010-2012-ci illərdə görüldüyündən iddia müddətinin axımı həmin tarixlərdən başlanmış, cavabdeh tərəfindən iddia müddətinin axımının kəsilməsinə əsas olan hər hansı hərəkət olunduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.
26. Həmçinin iddiaçının 20.000 manat məbləğində iddia tələbi əsassız olmuşdur. Belə ki, maddi hüquq normanın tələbinə əsasən zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin t əqsirli olması sübuta yetirilməlidir. Lakin hazırkı işdə qeyd olunan əsaslar müəyyən edilmədiyindən, cavabdehin qanunsuz hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır.
27. Məhkəmə öz mövqeyini MM-in 157.2, 157.8, 164.2, 372.1, 372.2, 373.1, 375.1, 1096, 1097, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2001-ci il 27 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2002-ci il 31 may tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2008-ci il 3 noyabr tarix li Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2013-cü il 3 iyun tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “MPP Qolub Ukraynaya qarşı” 2005-ci il 18 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 50.4, 54.1, 54.2-ci maddələrinə istinad etmişdir.
28. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-144/202 3 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
30. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, maddi hüquq normasının tələblərinə əsasən hazırkı işdə tələb olunan əmlakların iddiaçının mülkiyyətində olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, maddi hüquq normanın tələbinə əsasən tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. İddiaçı özünə məxsus əmlakları cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə işlətmişdir. Həmçinin iddiaçı məmulatı (hazırki halda qaz təchizatının yaxş ılaşdırılması işini) özünün əldə etmiş olduğu materiallardan hazırlamışdırsa, hazırlanmış məmulata mülkiyyəti artıq sifarişçiyə - cavabdehə vermiş hesab olunmuşdur.
31. İddiaçıya məxsus əmlaklar cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə işlədildiyinə görə, yalnız podrat müqaviləsi üzrə muzdun tutulmasını cavabdehdən tələb edə bilərdi ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı həmin hüququndan artıq istifadə etmiş və tələb iddia müddətinin ötürülməsi əsası ilə rədd olunmuşdur. Belə olduğu təqdirdə iddiaçının özünün istinad etmiş olduğu hallara əsasən, tələb olunan əmlakların iddiaçının mülkiyyətində olması faktı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin iddia tələbi özü – özlüyündə əsassız olduğundan digər sübutlar və hallar araşd ırılmadan rədd olunmuşdur.
32. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün MM-in 21.2, 157.2, 443.1, 752.2, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2008-ci il 7 noyabr tarixli, 3 nömrəli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 6 mart tarixdə tərəflərə göndərilmişdir.
34. İddiaçı 2023-cü il 12 aprel tarixdə kassasiya şikayəti verməklə qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
35. MM-in 152, 153.3, 157.1, 157.2, 752.1, 752.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehin müəyyən etmiş olduğu qaydalara əsasən hər hansı bir qazlaşdırma işlərinin həyata keçirilməsi üçün podrat müqaviləsi bağlanarkən qazlaşdırmada cavabdehin vermiş olduğu mal – materialdan istifadə olunarsa bu hal mütləq bağlanmış podrat müqaviləsində öz əksini tapmalı və görülmüş işlərin dəyərinin ödənilməsini müəyyən edən “Forma 2” aktlarında cavabdeh tərəfindən verilmiş mal – materialın dəyəri ayrıca qeyd olunmaqla həmin məbləğ podratçıya ödənilən vəsaitdən çıxılmalıdır. Həmçinin təqdim edilmiş sənədlərə əsasən, cavabdeh ilə iddiaçı arasında podrat müqaviləsi bağlanarkən Xəzər rayonunun, Zirə və Qala qəsəbələrində 3 sifariş üzrə 2010-2012-ci illər ərzində 194.931 manatlıq qazlaşdırma işləri iddiaçı tərəfindən başa çatdırılmış və cavabdehə təhvil verilmişdir. Göründüyü kimi nə podrat müqaviləsində nə də görülmüş işlərin dəyərinin müəyyən edilməsini təsdiq edən “Forma 2” aktlarında qazlaşdırmanın həyata keçirilməsi üçün cavabdeh tərəfindən hər hansı bir mal – materialın verilməsi qeyd olunmamışdır. Həmin faktın dəqiqləşdirilməsi üçün iddia sənədlərinə nümunə üçün cavabdeh tərəfindən hansı hallarda mal – material podratçıya verilməsi “Forma 2” aktında necə sənədləşdirilməsi göstərilmişdir.
36. Bundan başqa qazlaşdırmada istifadə edilmiş mal – material “METAK” şirkətindən 2012-ci illərdə alınmış və “METAK”-ın təqdim etmiş olduğu həmin məktubda vaxtı ilə istifadə olunmuş boruların qiyməti bazar qiyməti ilə göstərilmişdir. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə d air” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2013cü il 3 iyun tarixli Qərarında göstərilən tələblər pozulmuşdur. Belə ki, cavabdeh hüquqi şəxsin nümayəndəsi iddia müddətinin keçməsi əsası ilə icraata xitam verilməsinə dair ərizə verməklə etiraf etmişdir ki, cavabdeh bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərin haqqının ödənilməsi hissəsində öhdəliklərini yerinə yetirməmişdir. Lakin iddiaçı tələb etmə müddətini buraxdığından sonuncunun tələbinin təmin edilməməsini qeyd olunmuşdur.
38. Belə ki, cavabdeh müqavilə öhdəliyini icra etməyərək iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçının hazırkı iş üzrə tələbi podrat müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməsi deyil, müqavilənin icrası zamanı işlədilmiş və iddiaçının şəxsi vəsaiti ilə alınmış “mal – ma terialın əvəzinin eyni miqdarda və eyni ölçüdə cavabdeh tərəfindən qaytarılması, bu mümkün olmadıqda hazırkı bazar qiymətlərinə uyğun əvəzinin pulla ödənilməsi”ndən ibarət olmuşdur. İddiaçı tərəfindən qeyd edilən iddia məhkəmədə qaldırılarkən hər hansı bir görülmüş işin dəyərinin ödənilməsinə dair iddia tələbi irəli sürülməmiş və iddiaçının şəxsi mülkiyyətində olmuş, cavabdeh tərəfindən podrat müqaviləsi şərtləri pozularaq muzd ödənilmədiyindən cavabdehin sahibliyinə keçmiş, istifadə olunmuş borular geri qaytarılmadığından əmlakın qanunsuz sahibliyindən geri qaytarılması üçün iddia qaldırılmışdır.
39. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar tam araşdırılmamış, cavabdeh tərəfindən podrat müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə götürmüş şərtləri yerinə yetirməmiş və iddiaçı nın mülkiyyətində olan əmlakın qanunsuz olaraq cavabdeh şəxsi sahibliyinə keçirmiş və apellyasiya məhkəməsi həmin halları tam araşdırmadan qanunsuz olaraq iddiaçının iddiasını rədd etmişdir. 40. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 2015-ci il 15 iyul tarixli Qərarlarında göstərilən tələblər pozulmuşdur. Belə ki, hazırki iş üzrə apellyasiya məhkəməsi qeyd olunan qərarların hüquqi mövqeylərinə zidd olaraq qətnamə qəbul olunmuşdur.
41. MPM-in 2.2, 217-218, 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin apellyasiya şikayətinə dair dəlillə münasibətdə hüquqi qiymət verilmədiyindən qeyd olunan normalarının tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
42. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı kassasiya şikayətində qeyd olunan hallara istinad edərək apellyasiya məhkəməsi tərəfindən araş dırmanın düzgün aparılmadığını qeyd etmişdir. Belə ki, iddiaçının istinad etmiş olduğu hallara əsasən, sonuncuya məxsus əmlaklar cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə işlənmişdir. Kassasiya şikayətində irəli sürülən dəlillər əsassız və mahiyyətcə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və irəli sürülən dəlillərə qanuna uyğun şəkildə çıxarılmış qətnamələrdə hüquqi qiymət verilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ.
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 4
4. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Həmçinin məhkəmə tərəflərə eyni olaraq yanaşmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərd ə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. …” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir....” “Maddə
752. Podrat müqaviləsi... 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgə r əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....”
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-144/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlid ir.
49. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı işdə tələb olunan əmlakların iddiaçının mülkiyyətində olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. İddiaçı özünə məxsus əmlakları cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə istifadə etmişdir. Həmçinin iddiaçı məmulatı (hazırki halda qaz təchizatının yaxşılaşdırılması işini) özünün əldə etmiş olduğu materiallardan hazırlamışdırsa, hazırlanmış məmulata mülkiyyəti artıq sifarişçiyə cavabdehə vermiş hesab olunmuşdur. İddiaçıya məxsus əmlaklar cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə işlədildiyinə görə, yalnız podrat müqaviləsi üzrə muzdun tutulmasını cavabdehdən tələb edə bilərdi ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı həmin hüququndan artıq istifadə etmiş və tələb iddia müddətinin ötürülməsi əsası ilə rədd olunmuşdur.
50. Məhkəmənin gəldiyi bu nəticəni mübahisələndirən iddiaçı kassasiya şikayətində ona istinad etmişdir ki, onun tərəfindən podrat müqaviləsi üzrə görülmüş hər hansı bir işin dəyərinin ödənilməsinə dair iddia tələbi irəli sürülməmiş, əksinə iddiaçının şəxsi mülkiyyətində olmuş, cavabdeh tərəfindən podrat müqaviləsinin şərtləri pozularaq muzd ödənilmədiyi üçün cavabdehin sahibliyinə keçmiş əmlakın sonuncunun qanunsuz sahibliyindən geri qaytarılması tələb edilmişdir.
51. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, iddiaçıya məxsus əmlakların cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərdə istifadə edildiyini nəzərə alan apellyasiya məhkəməsi haqlı olaraq iddiaçının cavabdehdən yalnız podrat müqaviləsi üzrə muzdun tutulmasını tələb edə bilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçı özü də mübahisəli əmlaklar üzrə sahibliyin qanunsuz deyil, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn əsaslarla cavabdehə keçdiyini qəbul edərək kassasiya şikayətində göstərmişdir ki, cavabdeh tərəfindən podrat müqaviləsi şərtləri pozularaq mu zd ödənilmədiyindən, sahiblik cavabdehə keçmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
53. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-144/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.