Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-316/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-316/2019) Bakı şəhəri xxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlk i vəziyyətə qaytarılmasıtələbinə dair iqtisadi iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-21/2019 saylı qətnaməsindən İddiaçı və onun vəkili Vəkil oğlu tərəfindən verilmiş kassаsiyа şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Qax rayonu, Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasarın və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia t ələbi onunla əsaslandırılmışdır ki, Qax rayonunun Qarabaldır kəndi ərazisində Cavabdeh MMC tərəfindən X3 Layihələndirmə Normalarının və Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən, diametiri 325 mm-lik “Qax-Zaqatala” qolu yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında, kəmərin 10-15 metrliyində daş hasar və yardımçı binalar inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il xxx tarixli, 103 nömrəli qərarının 2.23-cübəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəm ərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrkeçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdehin inşa etdiyi daş hasar və yardımçı binaların altında yerləşən torpaq sahəsinin ayrılması barədə həmin qaz kəmərini istismar edən hüquqi şəxsin razılığı mövcud deyil. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli 2-2(84)-3/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı "cavabdeh tərəfindən Qax rayonu Qarabaldır kəndi ərazisində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar və yardımçı binaların cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması" tələbinə dair iddiası rədd edilmişdir (hakim R.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (G.Abbasov sədrlik edən və məruzəçi, hakimlər R.Rəfiyev və M.Hüseynov) 13 mart 2019-cu il tarixli, 2-2(107)21/2019 saylı qətnaməsi ilə İddiaçı аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli, 2-2(84)-3/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil kassаsiyа şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməs inin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərərflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərindən 10 metr və 20.7 metr məsafədə inşa edilmiş gözətçi evi, hasar və yardımçı binaların sökülməsi tələbini rədd etməklə qanunun tələblərini pozmuş və tikililəri təhlükə altında qoymuş, apellyasiya məhkəməsi mübahisəli tikililərin qaz kəmərinin mühafizə zonasında tikilməsini, həmin tikililərin isə iddiaçının qaz kəmərindən normal istifadə etməsinə maneə yaratmasına əhəmiyyət verməmişdir, işin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikililər qaz kəmərinin mühafizə zonası daxili ndədir, bu hal, həmin tikilidən istifadə edən şəxslərin həyatına ciddi təhlükə yaradır, işə baxan apellyasiya instansiyası məhkəməsi həmin təhlükəni nəzərə almır, qeyd edilən mütəxəssis rəyinə münasibət bildirməyib, Önəryıldız Türkiyəyə qarşı (48939/99, §...,18.06.2002-ci il) işdə həmin Konvensiyanın 2- ci maddəsi (yaşamaq hüququ) işdə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.Həyata qarşı ehtimal olunan hər b ir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir, apellyasiya instansiyası məhkəməsi nə avropa məhkəməsinin qərarlarını, nə də milli qanunvericiliyinin tələblərini nəzərə almamış, iddiaçıya məxus qaz kəmərlər inin mühafizə zonasında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələ binin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Ka ssasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli, 22(107)-21/2019 saylı saylı qətnaməsi ləğv edilərək, iqtisadi iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçıların kassasiya şikayəti tam, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC xxx2006-cı il tarixdə dövlət qeydiyyatına alınaraq adına xxx 2010-cu il tarix li, **********794200 nömrəli Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmiş, Qax Rayon İcra Hakimyyətinin xxx 2007-ci il tarixli *** nömrəli və DTXK-nın Qax rayon şöbəsinin rəyləri əsasında Qax rayon Qarabaldır bələdiyyəsinin xxx 2007-ci il tarixli 03 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan, istifadə edilməyən torpaq sahəsindən Cavabdeh Firmasına sahibkarlıq, süd və süd məhsulları istehsalı üçün 2,30 ha torpaq sahəsi satılmış, DTXK-nın Qax rayon şöbəsinin nümayəndəsinin də iştirakı ilə tərəflər arasında xxx 2017-ci il tarixdə torpağın alğı-satqısına dair Akt imzalanmış, Cavabdeh Firmasının təsisçisi İsmayıl Qasımovun adına A seriyalı *** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq X2 Kitabında xxx.2008-ci il tarixdə 577 nömrə ilə uçota alınm ış və Cavabdeh MMC-in həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları xxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MA seriyalı, ******* nömrəli çıxarış və AA seriyalı **** nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, Qax Rayon İcra Hakimiyyəti Başçısının xxx 2009-cu il tarixli 339 nömrəli sərəncamı ilə Qax rayon Qarabaldır kəndində Cavabdeh MMC-nin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində tikinti sahəsi 1234 m2 olan 3 mərtəbəli süd məhsulları emalı sexinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra Qax Rayon İcra Hakimiyyəti Başçısının xxx 2013-cü il tarixli 169 nömrəli qərarı əsasında Cavabdeh MMC-in mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində istehsalat sexi, i nzibati bina, qazanxana, nəzarət buraxılış məntəqəsi, 2 ədəd anbar binası istismara qəbul edilmiş və tikintisi başa çatmış obyektin istismara qəbul aktı digər komissiya üzvləri ilə yanaşı X5 İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin 2,3 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları xxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış, 524 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportu və 27.11.2013-cü il tarixli, AA seriyalı, 000653 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddia tələbini rədd edən məhkəmələr ona istinad etmişlər ki, iddiaçı mübahisə predmeti olmaqla cavabdehi n mülkiyyətində olan tikililərin həmin ərazidən keçən diametri 325 mm-lik “Qax-Zaqatala” qolu yüksək təyziqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyini əsas gətirərək hazırkı tələblə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xxx 2018-ci il tarixli mütəxəssis rəyi ilə, Cavabdeh MMC tərəfindən hasarlanmış ərazinin, inşa edilmiş əsas və köməkçi tikililərin Cavabdeh MMC-yə məxsus RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən çızgilər daxilində yerləşdiyi müəyyən edilmiş, Cavabdeh MMC tərəfindən RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax -Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir, sökülməsi iddia olunan tikililər və hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən, tikili və qurğular buna məsul qurumların razılığı və rəyləri ilə tikilərək istismara qəbul komissiyası o, cümlədən Dövlət Neft Şirkətinin yerli qurumu olan X4 Sahəsi tərəfindən istismara qəbul edildiyindən və cavabdeh mülkiyyətində olan əmlakından öz istədiyi kimi istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malik olduğundan iddia əsassızdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması, sübutların düzgün qiymət ləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsasız hesb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki halları ondan ibarətdir ki, Qax rayon İcra Hakimiyyəti Başçısının 22.12.2009-cu il tarixli **** nömrəli sərəncamı ilə Qax rayon Qarabaldır kəndində Cavabdeh MMC-nin xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsində tikinti sahəsi 1234 m2 olan 3 mərtəbəli süd məhsulları emalı sexinin tikintisinə icazə verilmiş, sexin tikintisi başa çatdırıldıqdan sonra tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəb ul komissiyasının aktı və Qax Rayon İcra Hakimiyyəti Başçısının xxx 2013-cü il tarixli 169 nömrəli qərarı əsasında Cavabdeh MMC-in mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ət və süd məhsulları emalı sexinin nəzdində istehsalat sexi, inzibati bina, qazanxana, nəzarət buraxılış məntəqəsi, 2 ədəd anbar binası istismara qəbul edilmiş, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət Qəbul Komissiyasının X1 üzvü olan X4 Sahəsinin rəisi Omari Nuraşvilinin imzası və idarənin möhürü ilə təsdiq edilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xxx 1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 2001-ci il tarixli, 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək pot ensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. A zərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslərə Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. İş materiallarındakı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 04.12.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh MMC tərəfindən hasarlanmış ərazi, inşa edilmiş əsas və köməkçi tikililər Cavabdeh MMC-yə məxsus RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən çızgilər daxilində yerləşir, Cavabdeh MMC tərəfindən RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən hasarlanmış torpaq sahəsi ilə 352 mm-lik Qax-Zaqatala qaz xətti arasında gözətçi məntəqəsi və giriş qapısı olan hissədə 10 metr, Qorağan-Qax şose yoluna paralel olan hissəsinin başlanğıcında isə 20,7 metr məsafədə yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. İşə baxmış məhkəmələr isə işin digər hallarına istinad etməklə, bilavasitə 352 mm-lik Qax-Zaqatala qaz xəttindən irəli gələ biləcək təhlükəni, cavabdehə məxsus tikililərin həmin qaz xəttinin mühafizə zonasında yerləşdiyini, iş materiallarında isə bu tikililərin inşasına iddiaçının qabaqcadan rəsmi razılığının olmadığını, düzgün qiymətləndirməmiş, sökülməsi iddia olunan tikililərin və hasarın cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, tikili və qurğuların buna məsul qurumların razılığı və rəyləri ilə tikilərək istismara qəbul komissiyası o, cümlədən Dövlə t Neft Şirkətinin yerli qurumu olan X4 Sahəsi tərəfindən istismara qəbul edildiyini qeyd etməklə, iddia tələbini rədd etmişlər. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdəki sübutlar düzgün qiymətləndirilməklə və istinad edilən normaların tələbləri nəzərə alınmaqla işin qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-21/2019 saylı qətnaməsi ləğv edilərək, iqtisadi iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 22(107)-21/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-316/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-316/2019
31.07.2019 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver