Məhkəmə qərarları › İş №2-2(102)-324/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-324/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-324/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin iddiaya dair; iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddia; Cavabdeh MMC-nin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə kommersiya işi üzrə Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 2-2(103)168/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2023-cü il 10 avqust tarixli, EBDL seriyalı, 834746 nömrəli elektron qaiməyə əsasən 22.593,79 manat; 2023-cü il 17 avqust tarixli, EBDM seriyalı, 342963 nömrəli elektron qaiməyə əsasən 18.280,60 manat; 2023-cü il 29 noyabr tarixli, EBDT seriyalı, 920143 nömrəli elektron qaiməyə əsasən 25.119,20 manat; 2023-cü il 18 dekabr tarixli, MT2312 seriyalı, 00173167 nömrəli elektron qaiməyə əsasən 5.388,11 manat dəyərində mallar İddiaçı (bundan sonra – “Şirkət”) tərəfindən Cavabdeh MMC-yə (bundan sonra – "xxxx") ödənilməsi üçün təqdim edilmişdir.

2. Şirkətin Satış şöbəsinə təhkim olunmuş müşt əri - Bakı Bulvar adlanan alıcı olan hüquqi şəxs – Cavabdeh şirkətinə aid Milli Dənizkənarı Parkda qurulan köşklərə 2023-cü ilin Avqust - Dekabr ayları ərzində ona satılmış dondurma məhsullarına görə cəmi 60.441,27 manat borcu qalmaqdadır. Şirkətin uçot məlumatlarına əsasən 2023-cü il 1 avqust - 2024-cü il 1 yanvar tarixləri arasında həmin alıcıya toplam olaraq 101.315,66 manatlıq məhsul satılmış və təhvil alınan mallara görə bank köçürməsi ilə 2 elektron qaimə-faktura ödənildiyindən 40.874,39 AZN-lik pul məbləği kassaya mədaxil olunmuşdur. Cari vəziyyətdə yekun borc qalığını göstərən (2024-cü il 1 yanvar tarixinədək) adı qeyd olunan müştəriyə aid ödənməmiş 2 rəsmi hesab-faktura qaimələrinin siyahısı aşağıdakı kimi olmaqdadır: EBDT N920143 (tarix - 2023-cü il 29 noyabr): 25.119,20 manat, M T2312 N-173167 (tarix - 2023-cü il 18 dekabr): 35.322,07 manat, cəmi 60.441,27 manatdır (Şirkətin direktoru tərəfindən təsdiq edilmiş 2024-cü il 10 yanvar tarixli akt). 3. 2023-cü il 20 sentyabr tarixinə MMC-nin Şirkətə olan borcu 61.409,69 manat təşkil edir (Şirkətin imzaladığı 2023-cü il 21 sentyabr tarixli üzləşmə akt).

4. Aşağıda qeyd olunan ödəniş tapşırıqlarına əsasən MMC tərəfindən Şirkətə: - 2019-cu il 13 may 78681 nömrəli - 915,25 manat, - 2019-cu il 9 dekabr 136419 nömrəli - 63,56 manat, - 2019-cu il 20 dekabr 140621 nömrəli - 222,46 manat, - 2019-cu il 28 dekabr 143490 nömrəli - 286,02 manat, - 2020-ci il 13 yanvar 146859 nömrəli - 540,25 manat, - 2023-cü il 10 avqust 509134 nömrəli - 19.147,28 manat, - 2023-cü il 18 avqust 510275 nömrəli - 15.492,04 manat məbləğində ödəniş olun muşdur.

5. MMC tərəfindən Şirkətin "xxxx" KB ASC-də mövcud olan bank hesabına 2023-cü il 11 avqust tarixində 19.147,28 manat, 2023-cü il 18 avqust tarixində 15.492,04 manat məbləğində ödəniş olunmuşdur ("xxxx" KB ASC tərəfindən tərtib edilmiş UBM/933 nömrəli 2024-cü il 8 oktyabr tarixli arayış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. Şirkət 2024-cü il 3 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMCdən 60.441,27 manat və ödənilmiş 271,33 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında şifahi alqı-satqı razılaşmasına əsasən, 2023-cü il 1 avqust – 2024-cü il 1 yanvar tarixləri arasında Şirkət tərəfindən müxtəlif tarixli və nömrəli e-q aimələr əsasında ümumilikdə 101.315,66 manat məbləğində dondurma məhsulları MMC-yə satılmışdır. Lakin MMC həmin məhsullara görə 60.441,27 manat borcu ödəmir, bununla da müqavilə öhdəliklərini pozmuşdur. 2024-cü il 29 mart tarixli iddia öncəsi müraciətə baxmayaraq, MMC borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, MMC-dən 60.441,27 manat borcun və 271,33 manat dövlət rüsumunun tutulması tələb olunur.

8. MMC 2024-cü il 16 sentyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirkətdən onun xeyrinə 40.874,39 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 212,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif növ dondurma məhsullarının alqı-satqısına dair şifahi razılaşma mövcuddur. Bu razılaşma əsasında MMC 2023-cü ilin avqust ayında Şirkətə sifariş vermiş və 40.874,39 manat ödəmişdir. Lakin Şirkət həmin məbləğdə məhsul təhvil verməmiş, ödənilmiş pulu əsassız olaraq özündə saxlamışdır. Həmçinin Şirkətin təqdim etdiyi sübutlardan da görünür ki, tələb edilən 60.441,27 manat borc noyabr və dekabr aylarını əhatə edir. Buna baxmayaraq, 2023cü il 21 sentyabr tarixli üzləşmə aktında MMC-nin Şirkətə 61.409,69 manat borclu olduğu göstərilmiş, lakin bu tarixə qədər belə bir borc mövcud olmamışdır. Üzləşmə aktı hüquqi cəhətdən etibarsızdır. Eyni zamanda, Şirkət tərəfindən MMC-yə təqdim edildiyi iddia edilən 101.315,66 manatlıq məhsulların təhvil verilməsini təsdiq edən heç bir təhvil-təslim aktı və ya digər mötəbər sübut mövcud deyildir. Bu səbəbdən Şirkətin iddiası əsassız sayılır və MMC tərəfindən ödənilmiş 40.874,39 manatın əsassız qalması səbəbilə geri qaytarılması tələb olunur.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 oktyabr tarixli 2-2(113)-4790/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin; qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – K.Hüseynov).

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şirkət 2023-cü il 10 və 18 avqust tarixlərində elektron qaimələri verdikdən sonra MMC tərəfindən həmin qaimələr üzrə həmin gün və 1 gün sonra ödənişlər olunmuş, həmçinin daha əvvəl 2019-cu ildə də MMC tərəfindən bir neçə ödənişlər edilmişdir. Bu isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni şifahi müqavilə üzrə malların çeşidinin, həcminin, dəyərinin və təhvil verilməsini n elektron qaimələr əsasında tənzimləndiyi təsdiq edir.

12. MMC-nin nümayəndəsi avqust ayında təqdim olunmuş 2 elektron qaimə üzrə ödənişlərin avans olaraq ödənildiyini, ümumiyyətlə Şirkətin heç bir mal vermədiyini bildirmişdir. Halbuki Şirkət tərəfindən MMC-yə təqdim edilmiş mallarla bağlı ödənişlərin edilməsi üçün 2023-cü ilin noyabr və dekabr ayları üzrə göndərilmiş elektron qaimələr MMC tərəfindən geri qaytarılmamış və ya imtina olunmamış, həmçinin avans olaraq ödənilmiş məbləğə uyğun mallar verilmədiyi üçün MMC tərəfindən Şirkətə qarşı heç bir tələb irəli sürülməmişdir.

13. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mallar təhvil verilmədiyi halda MMC Şirkət tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bunun la bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin MMC yalnız Şirkət məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddia qaldıraraq bunu mübahisələndirmişdir. Bu bir daha təsdiq edir ki, Şirkət tərəfindən MMC-yə mallar təqdim edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır.

14. Bundan başqa MMC-nin özünün məhkəməyə təqdim etdiyi ödəniş tapşırıqlarından görünür ki, 2019-cu ildə də tərəflər arasında rəsmi müqavilə imzalanmasa da, alqı-satqı münasibətləri üzrə işgüzar adətlər, praktika məhz elektron qaimələrin Şirkət tərəfindən vaxtaşırı olaraq mallar təhvil verildikcə təqdim edilməsi və MMC tərəfindən ödənişlə rin aparılması qaydasında formalaşmışdır.

15. Buna görə də qanunvericilik normalarını, tərəflər arasındakı işgüzar adəti və praktikanı, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 60.441,27 manat pulu ödəmədiyini, belə olan halda isə Şirkətin göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, Şirkət tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddia tələbi təmin edilməli və 60.441,27 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 271,33 manat dövlət rüsumunun əvəzi MMC-dən Şirkətin xeyrinə tutulmalıdır.

16. Məhkəmə işin yuxarıda sadalanan hallarını əsas götürərək, ilkin iddia üzrə iddia tələbində qeyd edilən hallarla razılaşaraq, i lkin iddia tələbinin təmin olunduğunu nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir və qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu MMC-yə aid edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 10.1, 329.2, 329.3, 385.1, 409.9, 445.1, 567, 627.1, 630.1, 631.1, 634.1, 634.2, 637.1, 637.2, 1091.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarix li Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. MMC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 2-2(103)-168/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən - L.Əliyeva, hakimlər - T.Mahmudova və Z.Şirinov).

20. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqısa tqı müqaviləsi bağlanmışdır. Şirkət 2023-cü ildə həmin müqavilə üzrə cəmi ƏDV daxil 101.315,66 manat məbləğində malları MMC-yə təqdim etdiyini, həmin malların müqabilində cəmi 40.874,39 manat məbləğində ödəniş edildiyini, 60.441,27 manat borcun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun MMC-dən tutulmasını tələb edir. MMC isə alqı-satqı müqaviləsi üzrə ödədiyi 40.874,39 manat məbləğində pul vəsaitinin avans olduğunu, lakin ödənilmiş avansın müqabilində onlara mal təqdim edilmədiyini əsas göstərərək 40.874,39 manat məbləğində avansın qaytarılmasını tələb edir.

21. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hal Şirkət tərəfindən MMC-yə ƏDV daxil 101.315,66 manat məbləğində malların təqdim edilib-edilməsi ilə bağlıdır.

22. Bununla bağlı kollegiya qeyd etmişdir ki, sözügedən malların MMC-yə təqdim edilməsinə dair ikitərəfli təhvil-təslim imzalanmasa da, malların təqdim edilməsinə dair 4 elektron qaimə tərtib edilərək MMC-yə göndərilmiş, həmin qaimələrin ikisi tam şəkildə ödənilmiş, digər iki elektron qaimə düzəliş üçün qaytarılmamış, vergi öhdəlikləri yaradan həmin qaimələrlə bağlı MMC tərəfindən Şirkətə və ya vergi orqanına hər hansı formada etiraz edilməmiş, bundan əlavə 2019-cu ildə də tərəflər arasında alqı-satqı əməliyyatları aparılmış və onlar da elektron qaimə təqdim edilməklə rəsmiləşmişdir.

23. Qaimələr üzrə 40.874,39 manat məbləğində ödənişin avans olması barədə MMCnin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, birincisi, MMC-nin ödəniş etdiyi elektron qaimələr malların təqdim edilməsi ilə bağlı tərtib edilməklə avans qaimələri deyildir. İkincisi, həmin ödənişlər qaimələr verildikdən sonra, həmin gün və növbəti gün edilmiş və ödəniş tapşırıqlarında ödənişin təyinatının avans olması göstərilməmişdir.

24. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı halda tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə təqdim edilməklə rəsmiləşdirilməsi barədə işgüzar praktika formalaşmışdır. Odur ki, sübutlara məcmu şəklində qiymət verərək kollegiya belə qənaətə gəlmişdir ki, Şirkət tərəfindən MMC-yə ƏDV daxil 101.315,66 manat məbləğində malların təqdim edilməsi faktı öz təsdiqini tapır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, Şirkət tərəfindən MMC-yə ƏDV daxil 101.315,66 manat məbləğində malların təqdim edilməsi, təqdim edilmiş mallara görə MMC tərəfindən ƏDV daxil 40.874,39 manat məbləğində ö dəniş edilməsi və belə olan halda MMCnin Şirkətə 60.441,27 manat borcun ödənilməmiş qalması müəyyən edildiyindən birinci instansiya məhkəməsi 60.441,27 manat borcun ödənilməsinə dair ilkin iddianı təmin, 40.874,39 manat məbləğində pulun qaytarılması barədə qarşılıqlı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

26. Üzləşmə aktına cavabdehin adından imzalanması iddia olunan - şirkətlərində satış nöqtələri üzrə məsul şəxs işləmiş Sultanov Cavid adlı şəxsin həmin aktı imzalamasını inkar etməsi barədə MMC-nin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün həmin akta istinad etməmiş, odur ki, MMCnin dəlilləri öz təsdiqini tapsa belə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas vermir.

27. Ap ellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 598.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına; MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

28. MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Az ərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndi, 26 və 60-cı maddələri üzrə - Məhkəmə mövqeyindən istifadə edib MMC-nin hüquqlarını və qanunvericiliyin tələbini pozaraq Şirkətin sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

30. MM-in 600.1-ci maddəsi üzrə - MMC razılaşmanın şərtlərinə əməl etsə də, Şirkət əvvəlcədən aldığı pulun müqabilində vəd verdiyi dondurmaları göndərməmişdir.

31. MM-in 600.4-cü maddəsi üzrə - Qarşılıqlı iddia verilsə də, məhkəmə səhv nəticəyə gələrək qanuni və əsaslı tələbi təmin etməmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “”HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası nın 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarı üzrə - Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən tətbiq edilən hüquqda qeyd olunan Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına istinad etmişdir. Lakin həmin qərarda göstərilənləri kollegiya düzgün tətbiq etməyərək, Qərarda göstərilən araşdırmaları aparmadan həmin qərarda qeyd edilənləri Şirkətin mövqeyinə uyğun şərh edərək qərar qəbul etmişdir. Qətnamənin 22-ci hissəsində göstərilmişdir ki, bununla bağlı kollegiya qeyd edir ki, sözügedən malların cavabdehə təqdim edilməsinə dair ikitərəfli təhvil-təslim imzalanmasa da, malların təqdim edilməsinə dair 4 elektron qaimə tərtib edilərək ilkin cavabdehə göndərilmiş, həmin q aimələrin ikisi tam şəkildə ödənilmiş, digər iki elektron qaimə düzəliş üçün qaytarılmamış, vergi öhdəlikləri yaradan həmin qaimələrlə bağlı cavabdeh tərəfindən iddiaçıya və ya vergi orqanına hər hansı formada etiraz edilməmiş, bundan əlavə 2019-cu ildə də tərəflər arasında alqı-satqı əməliyyatları aparılmış və onlar da elektron qaimə təqdim edilməklə rəsmiləşmişdir. Məhkəmə özü də etiraf edir ki, malların təhvil verilməsi barədə təhvil-təslim aktları imzalanmamışdır. Məhkəmə malların təhvil verilibverilməməsini başqa sübutlarla əlaqəlli şəkildə qiymətləndirməmiş, ancaq elektron qaimələrə istinad etmişdir. Bununla da məhkəmə qeyd edilən qərarda göstərilənləri pozmuşdur.

33. MPM-in 9.1 və 9.3-cü maddələri üzrə - Məhkəmə bu normanın da tələbini pozaraq öz qulluq mövqeyindən istifadə etmişdir.

34. MPM-in 47.2-ci maddəsi üzrə - MMC tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş, eləcədə MMC-nin heç biri izahatı sübutu nəzərə alınmamışdır. Şirkətin əsassız sübutları və izahatları nəzərə alınaraq iddia təmin edilmişdir.

35. MPM-in 77.1-ci maddəsi üzrə - Şirkət tələbini sübut edə bilməsə də, MMC tələbini sübut etmiş və işin faktiki halları tələbin əsaslı olduğunu tam sübut edir.

36. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə normanın tələbini pozub iddiaya sübutlar və işin halları əsasında deyil, Şirkətin əsaslandırılmamış izahatı və öz mülahizəsi əsasında qiymət vermişdir.

37. MPM-in 217.1-ci maddəsi üzrə - Qətnamə qanuni və əsaslı deyil.

38. MPM-in 220.5-ci maddəsi üzrə - Qətnamənin nəticə hissəsində eyni zamanda qeyd edilmişdir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəm ə kollegiyası burada da MMC-nin prosessual hüququnu pozmaqla Şirkətin mövqeyinə uyğun qətnamə qəbul etmişdir. Qətnamədən kassasiya şikayəti verilməsinin hansı hüquqi əsasla mümkün olmadığı məhkəmə tərəfindən əsaslandırılmamışdır. Sadəcə MMC tərəfindən ərizə verildikdən sonra səhvini düzəltmişdir. Qeyd edilənlər bir daha sübut edir ki, məhkəmə tam, ətraflı və obyektiv araşdırma aparmamışdır.

39. MPM-in 385-ci maddəsi üzrə - Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

41. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qay da qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun “”HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanunil iyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

47. Əvvəla, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi n əticə və bununla bağlı apardığı əsaslandırma ilə razı olduğunudan kassasiya şikayətinin cavabdeh razılaşmanın şərtlərinə əməl etsə də, iddiaçının əvvəlcədən aldığı pulun müqabilində vəd verdiyi dondurmaları göndərmədiyinə, malların təhvil verilməsi barədə təhvil-təslim aktlarının imzalanmadığına, iddiaçı tələbini sübut edə bilməsə də, cavabdeh tələbini sübut etdiyinə, məhkəmənin malların təhvil verilib-verilməməsini başqa sübutlarla əlaqələli şəkildə qiymətləndirmədiyinə, ancaq elektron qaimələrə istinad etdiyinə, öz qulluq mövqeyindən istifadə etdiyinə, iddiaya iddiaçının əsaslandırılmamış izahatı və öz mülahizəsi əsasında qiymət verdiyinə, səhv nəticəyə gələrək qarşılıqlı iddia tələbini təmin etmədiyinə dair dəlilləri üzrə ayrıca və təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qən aət prinsipi baxımından lüzum görmədiyini vurğulayır.

48. Cavabdeh tərəfindən verilmiş vəsatətlərin təmin edilməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, iş materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 24 yanvar tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsinin cavabdeh tərəfindən üzləşdirmə aktını imzaladığı bildirilən əməkdaşı Cavid Sultanovun şahid kimi çağırılaraq dindirilməsi barədə verdiyi vəsatət təmin olunmamışdır (i/v 89-92). İş üzrə qəbul olunmuş məhkəmə qətnamələrindən məlum olur ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən sözügedən üzləşdirmə aktına ümumiyyətlə istinad etməmişlər. Odur ki, üzləşdirmə aktındakı imzanın Cavid Sultanova aid olmamasına dair cavabdehin dəlilləri öz təsdiqini tapsa belə, onlar istənilən halda mübahisələndirilən qə tnamənin ləğvi üçün əsas ola bilməz və apellyasiya instansiyası məhkəməsi də bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.

49. Mübahisələndirilən qətnamənin nəticə hissəsində qətnamədən kassasiya şikayətinin verilə bilməməsinin göstərilməsinə dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, birincisi, iş materiallarından aydın olur ki, məhkəmə bununla bağlı texniki səhvə yol versə də, onu sonradan prosessual qanunla müəyyən edilmiş qaydada aradan qaldırmışdır. İkincisi və ən əsası isə, məhkəmənin bu səhvi istənilən halda, mahiyyətcə düzgün olan qətnamənin kassasiya qaydasında yalnız formal baxımdan ləğvi üçün əsas ola bilməz (MPM-in 418.3-cü maddəsi – bax § 45).

50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəmə si iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 45) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 45) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

51. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 2-2(103)-168/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin MMC kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 2-2(103)-168/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar