Məhkəmə qərarları › İş №2-2(102)-325/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-325/2024

03.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-325/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" ASC və X8) iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: "xxxx" ASC və X8 olmaqla) “əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2024cü il 10 yanvar tarixli 2-2(104)-26/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2014-cü il 31 iyul tarixli ***nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 875.000 manat məbləğində tranşlarla 60 ay müddətinə kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit borcalana soyuducu anbarın alınıb quraşdırılması məqsədilə verilmişdir. 2. 2014-cü il 31 iyul tarixli 01/3 nömrəli ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi X5 məxsus olan ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sa həsi ipoteka ilə yüklü edilmişdir. 3. 2014-cü il 3 sentyabr tarixli invoysa əsasən, İddiaçı soyutma sistemləri ilə bağlı “X9” şirkətinə 258.014,20 TL pul ödəmişdir.

4. Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilmiş ixrac və idxal əməliyyatları haqqında məlumata əsasən, İddiaçı 2014-cü il 20 oktyabr - 2014-cü il 23 oktyabr tarixlərində Türkiyə Respublikasından 126.562,57 ABŞ dolları dəyərində sökülmüş halda soyuducu və onun hissələrini idxal etmişdir.

5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2016-cı il 2 noyabr tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı pul tələbi üzrə tutmanın ipoteka ilə yüklü edilmiş Samux rayonunun Əhmədbəyli kəndində yerləşən 1,650576 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında, sözügedən torpaq sah əsi 66.937,50 manat olmaqla bankın etibarnamə əsasında nümayəndəsi X6 tərəfindən əldə edilmişdir. 6. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 14 aprel tarixli AN-İN № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87.000 manata Cavabdeh MMC-yə satılmışdır. 7. 2022-ci il 9 may tarixli ********** nömrəli Çıxarışa əsasən Samux rayonunun Əhmədbəyli kəndində yerləşən 1,60676 ha torpaq sahəsi Cavabdeh MMC-nin xüsusi mülkiyyətindədir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 24 oktyabr tarixində məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış özünə məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda onun ümumi dəyəri olan 126.562,57 ABŞ dollarının və əmlakın torpaq sahəsində quraşdırılması üçün xərclənmiş 40.000 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 545 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə fiziki şəxs kimi logistika mərkəzinin (soyuducu anbar) yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ona 875.000 manat güzəştli kredit vəsaiti ayrılmışdır. Bununla əlaqədar "xxxx" ASC-nin Gəncə filialı i lə aralarında 2014-cü il 31 iyul tarixli ***saylı kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi mülkiyyət hüququ üzrə X5 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 2014-cü il 4 sentyabr tarixində Türkiyə Respublikasının Antalya şəhərindən ümumi dəyəri 126.562,57 ABŞ dolları, hər birinin tutumu 125 ton olan 4 ədəd soyuducu-dondurucu kamera (anbar) almışdır. Soyuducu-dondurucu kameraların pulunu "xxxx" ASC-də olan cari hesabından ona ayrılmış kredit məbləği hesabına ödəmişdir. Soyuducu-dondurucu kameraları bankda ipoteka ilə yüklü edilmiş X5 məxsus olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırmışdır. Soyuducu-dondurucu kameranın quraşdırılmasına 40.000 manat pul xərcləmişdir. Sonradan ödəmə qabiliyyəti olmadığından kredi t üzrə ödənişləri edə bilməmişdir. Buna görə tutma ipoteka predmetinə yönəldilərək torpaq sahəsi bankın mülkiyyətinə keçmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 2022-ci il 14 aprel tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsi 87.000 manata cavabdehə satılmışdır. Həmin torpaq sahəsindəki anbarlar ona məxsus olduğundan ona qaytarılmalı və ya dəyəri ödənilməlidir.

10. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" ASC-dən 2022-ci il 14 aprel tarixində dəyəri ödənilməklə əldə etdiyi əmlakda iddiaçıya məxsus soyuducu-dondurucu kamera mövcud deyildir. İddiaçı öz iddiasında haqlıdırsa, soyuducu-dondurucu kameraya aid müvafiq sənədləri təqdim etməlidir. Torpaq sahəsində yarımçıq anbar və tikililər mövcuddur. Əmlakın alqı-sat qısı həyata keçirilən zaman əmlak üzərində üçüncü şəxsə aid bina, tikili və qurğuların olması cavabdehə bildirilməmişdir. Cavabdeh vicdanlı alıcıdır, torpaq sahəsini almazdan əvvəl iddiaçı ilə əlaqə saxlamış, əvvəllər iddiaçıya məxsus olmuş əmlakın artıq satışa çıxarıldığını və cavabdehin həmin əmlakı almaq niyyəti olduğunu bildirmiş, əmlaka dair hər hansı iddiası varsa, bildirməsini xahiş etmişdir. İddiaçı ona banka olan borclarını ödəyəcəyini və əmlakı geri qaytaracağını bildirmişdir. Bir müddət sonra bankın nümayəndəsi onunla əlaqə saxlayaraq, iddiaçıya verilmiş müddətin sona çatdığını, iddiaçının borcunu ödəmədiyini bildirmişdir. Bundan sonra 2022-ci il 14 aprel tarixində bankla torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Cavabdeh hüquqi şəxsin rəhbəri X7 birinci insta nsiya məhkəməsində izahatında göstərmişdir ki, o, torpaq sahəsini anbarla birlikdə almışdır. Anbarların iddiaçıya aidiyyəti yoxdur, vergi idarəsinin məktubundan da göründüyü kimi, iddiaçı elə bir əmlaka sahib olmamışdır.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, iddiaçı onun qohumudur. Etibarnamə əsasında iddiaçının sahibkarlıqla bağlı bir çox işlərini həyata keçirir. Mübahisəli anbarı iddiaçı Türkiyə Respublikasından almışdır. Həmin anbar uzun panellərdən ibarədir. Dəmir konstruksiyalarla yerə bərkidilmişdir. 2022-ci ilin aprel ayında iddiaçıya məxsus olan soyuducu anbarın yanında kənar şəxslər görmüş, həmin şəxslərdən orada nə iş gördüklərini soruşduqda, onlar əmlakı torpaq sahəsi ilə birlikdə aldıqlarını bildirmişlər. Sonra bank ilə əlaqə saxlamı ş, bank tərəfindən isə torpaq sahəsinin satıldığı bildirilmişdir. Bu barədə iddiaçıya məlumat vermişdir.

13. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 2022-ci il 2 dekabr tarixli məktubda göstərilmişdir ki, elektron uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi İddiaçı tərəfindən 2014-cü il ərzində soyuducu və ya dondurucu avadanlıqlar idxal edilməsinə baxmayaraq, vergi orqanına hər hansı məlumat (bəyannamə) təqdim edilmədiyi, beləliklə də vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun, idxal edilmiş malların dəyəri əsasında 2014-cü ilin İV rübü üzrə 1.985,51 manat sadələşdirilmiş vergi hesablandığı müəyyən olunmuşdur. Həmçinin 2015-ci il 23 iyun tarixində İddiaçı məx sus ünvana baxış keçirilmiş, vergi ödəyicisinin hər hansı mal qalığının (əmlakının) olmadığı haqqında müvafiq akt tərtib edilmişdir. 2014-cü il 1 yanvar-2015-ci il 31 dekabr tarixləri ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı bəyannamə təqdim edilmədiyi, aktiv və öhdəliklər barədə məlumatların olmaması səbəbilə müvafiq dövr üzrə bəyannamələrin təqdim olunması mümkün olmamışdır.

14. Məhkəmə tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respuyblikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 iyun tarixli 10/756 nömrəli rəyinə əsasən, cavabdehə məxsus ünvan 1ində yerləşən 1,60676 ha torpaq sahəsində quraşdırılmış soyuducu anbarların torpaqla möhkəm bağlı olmadığı və həmin soyuducu anbarların təyinatına tənasübsüz zərər vurulma dan yerinin dəyişdirilməsi mümkün olduğu müəyyən edilmişdir. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq, soyuducu anbarların daşınar əmlaka aid olduğu müəyyən edilmişdir.

15. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 sentyabr tarixli e-2-2(115)-67/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim K.Vəliyev).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, daşınar və daşınmaz əmlakların hüquqi rejimləri qanunvericilikdə fərqli olduğundan ilk növbədə mübahisəli əmlakın daşınar və ya daşınmaz olmasının müəyyən edilməsi mübahisənin həlli baxımından əhəmiyyətli olmuşdur. Bu məqsədlə mühəndis-texniki ekspertizası təyin edilmiş və tədqiqat aparmış ekspert rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq soyuducunu daşınar əmlak hesab etmişdir.

17. Məhkəmə ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, əmlak daşınardırsa, daşınar sözünün mənasından başa düşüldüyü kimi, bu cür əşyanın, ən azından, hər hansı nəqliyyat vasitəsi ilə bir yerdən başqa yerə aparılması mümkün olmalıdır. Ekspert obyektə baxış keçirmiş, obyektin 17.5 metr enində, 26.5 metr uzunluğunda metal-beton konstruksiyadan ibarət və eyni zamanda üzərində dəmirdən dam örtüyünün olmasını müəyyən etmiş, lakin onu daşınar əşya saymışdır. Məhkəmə hesab etmişdir ki, eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metalbeton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyrimümkündür. Ekspert rəyində onu da göstərmişdir ki, beton dirəklər qurşadırılaraq araları hörülmüş, divarları suvanmış, üstünə beton tökülmüşdür, anker boltların üzərinə boltqayka ilə bərkidilməklə metal konstruksiya yığılmışdır. Ekspert, soyuducu anbarın qaynaq vasitələri ilə bərkidilən metal konstruksiyanın texnologiyaya uyğun şəkildə sökülməsini mümkün saymışdır. Rəydən açıq-aşkar görünür ki, soyuducu anbarın yalnız sökülməklə həmin yerdən götürülməsi mümkündür. Obyektin yerinin ekspert rəyində qeyd olunan üsulla dəyişdirilməsi soyuducu anbarın deyil, anbarın tikilməsində və quraşdırılmasında istifadə olunan materialların ayrı-ayrılıqda götürülməsi anlamını verir. Bir halda ki, soyuducu anbar sökülməklə götürülür, onun təyinatının pozulması və bununla da tənasübsüz zərərə məruz qalması halı qaçılmazdır. Qeyd olunanlara əsasən mübahisəli obyektin daşınmaz əmlak olması aşkara çıxır.

18. Hazırkı iş üzrə iddiaçı v ə cavabdeh ipoteka müqaviləsində tərəf olmamışlar. Ona görə də qanunun ipoteka saxlayana və ipoteka qoyana aid müddəaları onlara şamil edilmir. Lakin işin belə bir halı da mövcuddur ki, "xxxx" ASC ipoteka saxlayan olmuş və torpaq sahəsini öz mülkiyyətinə qəbul etmiş olduğu vəziyyətdə cavabdehə satmışdır. “İpoteka haqqında” Qanunun 53-cü maddəsində üçüncü şəxsə məxsus bina, tikili və ya qurğuların yerləşdiyi torpaq sahəsinin ipotekası ilə bağlı müddəalar yer almışdır. Həmin maddədə göstərilir ki, ipoteka qoyana deyil, başqa şəxsə məxsus olan binanın, tikilinin və ya qurğunun yerləşdiyi torpaq sahəsi ipoteka qoyulduğu halda, ipoteka saxlayan həmin sahəyə tutma yönəltdikdə və o satıldıqda, ipoteka qoyanın həmin şəxs barəsində hüquq və vəzifələri sahəni alana keçir. Eyni zamanda Azərbaycan Res publikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.8, 240.2-ci maddələri də iddia tələbinin qanuni əsasının olmamasını göstərir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 135.4, 135.5, 157.8 və 240.2ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 51.2 51.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Apellyasiyainstansiyası məhkəməsi tərəfindən "xxxx" ASC və X8 (ipoteka qoyan) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2- 2(104)-26/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, cavabdehin mülkiyyətində olan ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış iddiaçıya məxsus 4 ədəd soyuducu-dondurucu kameranın naturada, əmlakın naturada verilməsi mümkün olmadıqda isə onun ümumi dəyəri olan 126.562,57 ABŞ dollarının, həmçinin 545 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 4 ədəd soyuducu-dondurucu kameranın sökülməsi xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Hüseynzadə və L.Süleymanov).

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nət icə ilə bağlı qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən kredit vəsaiti ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsində soyuducu anbarın alınıb quraşdırılması məqsədi ilə verilmiş və borclu işin müəyyən hissəsini icra edərək soyuducu anbara aid avadanlıqları alıb müəyyən quraşdırma işlərini görmüşdür. Yəni soyuducu anbar kredit müqaviləsinin şərtlərinə uyğun olaraq və ipoteka saxlayanın razılığı ilə quraşdırılmış və həmin soyuducu anbar iddiaçıya məxsus əmlakdır. İşə üçüncü şəxs kimi cəlb edilmiş ipoteka qoyan da həmin əmlakın, yəni soyuducu anbarın iddiaçıya məxsus olduğunu təsdiq etmişdir. Belə olan halda ipoteka qoyanın özünə məxsus əmlakı ipoteka predmeti olmuş torpaq sahəsindən götürə və ya həmin əmlakdan məhdud istifadə hüququ (servitut) ilə istifadə edə bilər.

24. İddianı əsass ız hesab edən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, eni 17.5 metr, uzunluğu 26.5 metr olan və eyni zamanda üzərində dəmir dam örtüyü olan, metal-beton konstruksiyalı bir obyektin bütöv şəkildə bir yerdən başqa yerə daşınması qeyri-mümkündür, yəni həmin əmlak daşınmaz əmlakdır.

25. Apellyasiya instansiyası məhkəməsi, məhkəmənin həmin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsində soyuducu anbar borcverən, həm də ipoteka saxlayan "xxxx" ASC-nin investisiya layihəsinə və verilmiş kreditin təyinatına uyğun olaraq, yəni ipoteka saxlayanın razılığı ilə quraşdırılmışdır. İpoteka predmetinə tələb yönəldiyinə görə iddiaçının ipoteka predmeti olmuş torpaq sahəsindən özünə məxsus əmlakı götürmək hüququ vardır.

26. Qeyd olunanlar a əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh ünvan 1ində yerləşən 1,60576 ha torpaq sahəsində quraşdırılmış iddiaçıya məxsus 4 ədəd soyuducu-dondurucu kameranı dəyərini ödəmədən əldə etdiyinə görə, həmin əmlak naturada və yaxud onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 152.1, 152.5, 157.2, 1091.1, 1091.2 və 1092.1-ci, “İpoteka haqqında” Qanunun 49.1, 51.1, 51.2 və 52-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri:

29. MM-nin 135.4-cü, “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci maddələri üzrə - ekspert əmlaka baxış keçirərkən daşınmaz əmlaka xas olan bütün əlamətləri aşkar etmişdir. Soyuducu anbarın yalnız sökülməklə həmin yerdən götürülməsi mümkün olduğu açıq-aşkar görünür. Odur ki, soyuducu anbarın sökülməklə götürülmə zamanı onun təyinatının pozulması və tənasübsüz zərər vurulması qaçılmazdır. Bu sadalananlar birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 ifadəsində də təsdiq edilmiş, şahid ifadəsində bildirmişdir ki, həmin anbar uzun panellərdən ibarət dəmir konstruksiyalarla yerə bərkidilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan 464 kv.m olan əmlakın daşınar əmlak olması qənaətinə gəlmişdir. 30. “İpoteka haqqında” Qanunun 52 və 53-cü maddələri üzrə - apell yasiya instansiyası məhkəməsi ipoteka predmeti üzərində hər hansı tikilinin aparılmasına bankın razılığı olduğunu qeyd etsə də, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Belə ki, ipoteka predmeti üzərində hər hansı tikili ipoteka predmeti sayılır və həmin əmlaka tutma yönədildikdə tək ipoteka predmeti deyil, həmçinin onun üzərində olan tikili və ya qurğulara da şamil edilir. Hazırkı iş üzrə cavabdeh vicdanlı alıcı olaraq "xxxx" ASC ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1ində yerləşən 1,60578 ha torpaq sahəsini 87.000 manata almışdır.

31. Eyni zamanda, apellyasiya məhkəməsi əmlakın real dəyərini araşdırmadan qərar qəbul etmişdir. Belə ki, Samux rayonunda 1,60578 ha torpaq sahəsinin qiymətinin 87.000 manat olması qeyri-mümkündür. Cavabdeh tərə findən ödənilmiş 87.000 manat tək torpağın deyil, həmçinin onun üzərində olan tikililərin də qiymətidir. İpoteka predmeti olan əmlak “Kapital Bank “ASC-nin mülkiyyətinə keçmiş və 5 il sonra olduğu vəziyyətdə də cavabdehə satılmışdır.

32. Bundan başqa, iddia predmeti olan əmlakın iddiaçı tərəfindən 2014-cü ildə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilməsi barədə sübutlar təqdim edilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları araşdırarkən, iddia predmeti olan əmlakın satıldığı və satışından vergi ödənildiyi məlum olmuşdur. Bu barədə 12 saylı Ərazi vergilər idarəsinin təqdim etdiyi arayış mövcuddur. Lakin apellyasiya məhkəməsi qərar qəbul edərkən cavabdehin təqdim etdiyi sübutlar və şahid ifadəsinə istinad etməmişdir.

33. MM-nin 182.2 və 182.3-cü maddələri üzrə - mübahisəli qurğunun tikintisi üçün alınan kreditə görə ipoteka qoyulan 5 ayrı torpaq sahəsindən biri də həmin mübahisəli qurğunun yelrəşdiyi torpaq sahəsidir. Sözügedən kredit borcu iddiaçı tərəfindən geri qaytarılmadığı üçün bank həmin torpaq sahəsinə tutma yönəltmiş və nəticədə hərracdan qurğunun yerləşdiyi torpaq sahəsi bankın mülkiyyətinə keçmiş və bununla da həmin torpaq sahəsi və üzərindəki qurğuya 5 ilə yaxın sahiblik etmişdir. Bank yalnız bundan sonra 5 ilə yaxındır özünün mülkiyyətində olan torpaq sahəsini üzərindəki qurğu ilə birlikdə hazırkı iş üzrə cavabdehə satmışdır. Göründüyü kimi cavabdeh bankdan torpaq sahəsini alarkən həmin torpaq sahəsi üzərindəki qurğu bankın faktiki sahibliyində olmuş və həmin torpaq sahəsi üzərindəki qurğuya olan vasitəsiz sahiblik iddiaçının iradəsi daxilində bankın əlinə keçmişdir. Aydın məsələdir ki, torpaq sahəsi üzərində tikilən mübahisəli qurğunun oğurlanması və ya iddiaçı tərəfindən itirilməsindən və ya həmin qurğu üzərində özbaşınalıq nəticəsində sahibliyin əldə olunmasından söhbət gedə bilməz. Yəni mövcud mübahisəli qurğuya olan vasitəsiz sahiblik iddiaçının iradəsi xaricində onun əlindən çıxmamışdır. Belə olan halda bank mülkiyyətində olan torpağı satarkən onun üzərində tikilən və bu səbəblə də bankın sahibliyində olan qurğu üzərində hüquq və səlahiyyəti olmasa belə, əldə edən alıcı (kassator) vicdanlı 3-cü şəxs olaraq qurğu üzərində də mülkiyyət hüququ əldə etmiş hesab olunur.

34. Bank qurğunun yerləşdiyi torpaq sahəsini hərracdan (aksiondan) satın almışdır. Hərracdan alınan əşyalar isə üçüncü şəxslərin hüquqlarından azad s ayılırlar. Bank qurğunun yerləşdiyi torpaq sahəsini hərracdan satın aldıqdan 5 ilə yaxın müddət keçdikdən sonra alıcı kassatora satmışdır. Bu səbəblə alqı-satqı müqaviləsi etibarlıdır. İddiaçı alıcıya (kassator şirkətə) qarşı hər hansı bir hüquq irəli sürə bilməz.

35. MM-nin 135.1.1, 278, 468.1 və 469-cu maddələri, “İpoteka haqqında” Qanunun 7.1ci maddələri üzrə - apellyasiya məhkəməsi “İpoteka haqqında” Qanunun 51.2-ci maddəsinə əsaslanmışdır. Halbuki həmin maddə ümumiyyətlə ləvazimatla bağlı mülki və ipoteka qanunvericiliyinin ümumi siteminə ziddir. Belə ki, sözügedən qurğu mahiyyət etibarilə ləvazimatdır. Qanunvericiliyə görə ləvazimat əksinə bir müqavilə şərti yoxdursa əsas əşyanın hüquqi müqəddəratına tabedir. Bu səbəblə də ipoteka hüququ torpaq üzərində olan ləvazimata da şamil edili r. İpoteka hüququnun qurğuya şamil edilmədiyi qəbul edilsə belə, yenə də kreditorun mübahisəli qurğu üzərində saxlama hüququ vardı. Bunun nəticəsi olaraq ipoteka saxlayanın qurğu üzərində qanundan irəli gələn girov hüququ mövcuddur. Qısacası kreditorun qurğunu satıb tələbini təmin etmə hüququ birbaşa qanunvericiliklə tənzimlənir. Əgər krediti alan krediti geri ödəməzsə kreditor tam səlahiyyətlidir ki, həmin qurğunu satıb tələbini təmin etsin. Banka ödənilməyən kreditin sırf bu qurğuya görə alınması və qurğunun yerləşdiyi torpaq sahəsinin də sırf bu məqsədlə alınan kreditə görə ipoteka ilə yüklü edilməsi, bankın həmin qurğu üzərində ödənilməyən kreditə görə saxlama hüququnun nə dərəcədə bariz olduğunu daha qəti şəkildə göstərir. Təsadüfi deyildir ki, qurğu bankın sahibliyində olduğu müddə t ərzində iddiaçı iddia qaldırmamış, qurğunu tələb etməmişdir. Halbuki cavabdehə (3-cü şəxsə) qarşı irəli sürdüyü tələbi ilk olaraq banka qarşı irəli sürə bilərdi.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 54.1-ci maddəsi üzrə - İddiaçı və cavabdeh arasında hər hansı hüquqi bağlılıq yoxdur. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinin təminatı olaraq X5 məxsus olan ünvan 1ində yerləşən 1,60578 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı bank qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə bank tutmanı ipoteka predmetinə yönəltmiş və hərracdan bankın mülkiyyətinə keçmişdir. Vicdanlı alıcı olaraq cavabdeh əmlakı "xxxx" ASC-dən qanunvericiliyin tələbləri çərçivəsində alqı-satqı müqavilə si əsasında öz mülkiyyətinə keçirmiş və müvafiq qaydada dövlət qeydiyyatına aldırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilənlər nəzərə alınmamış, qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

38. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, kassasiya şikayətinin dəlillərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin olunduğu hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla mü əyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib h aqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur....” “Maddə

181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.... 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir....” “Maddə 18

2. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılı r ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” 41. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

51. İpoteka qoyanın bina, tikili və qurğularının yerləşdiyi torpaq sahəsinin ipotekası 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur....”

42. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin poz ulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2014-cü il 31 iyul tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən "xxxx" ASC-dən soyuducu anbarın alınıb quraşdırılması məqsədilə 875.000 manat məbləğində kredit götürülmüş, həmin kreditin təminatı kimi 2014-cü il 31 iyul tarixli ipoteka müqaviləsi ilə üçüncü şəxs X5 məxsus olan ünvan 1i ünvanında yerləşən 1,60576 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bundan sonra iddiaçı Türkiyə Respublikasından sökülmüş halda soyuducu və onun hissələrini idxal edərək, ipoteka qoyanın (Z.Nəzərov) və ipoteka saxlayanın (Bankın) razılığı ilə həmin topaq sahəsində qura şdırmışdır.

44. Bundan sonra Bank, hazırki iş üzrə iddiaçıya qarşı kredit borcu üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddia qaldırmış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2016-cı il 2 noyabr tarixli qətnaməsi ilə tutmanın digər ipoteka predmetləri ilə yanaşı, bu iş üzrə sözügedən torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası qaydasında, həmin əmlak 66.937,50 manata Bank tərəfindən əldə edilmiş və 2022-ci il 14 aprel tarixli alqı-satqı müqaviləsinə əsasən 87.000 manata cavabdeh MMC-yə satılmışdır.

45. Hazırda iddiaçı, Bank tərəfindən cavabdehə satılmış həmin torpaq sahəsində quraşdırılmış ona məxsus soyuducu anbarların qaytarılmasını, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsini tələb edir. Mübahisə işə baxmış məhkəmələr tərəfin dən yuxarıda qeyd olunan qaydada həll edilmişdir (bax yuxarıda bu qərarın 15, 22-ci bəndləri).

46. Məhkəmə kollegiyası iddianın qismən əsaslı olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

47. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və tərəflərin məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi qətnaməsində maddi hüquq normalarına, o cümlədən MM-nin 157.2-ci maddəsinə istinad etsə də (bax bu qərarın 27-ci bəndi), işin halları baxımından həmin normanın dispozisiya şərtlərinin mövcud olub-olmamasını müəyyən etməmişdir.

49. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcud olması zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması; 2) əşyanın cavabdehin sahibliyində olması; 3) cavabdehin əşyaya sahibliyin in qanunsuz olması (mətni üçün bax bu qərarın 40-cı bəndi).

50. Hazırkı iş üzrə mübahisəli əşyalar (soyuducu anbarlar) daşınar əşya olduğundan birinci dipozisiya şərtinin yoxlanılması zamanı mülki qanunvericiliyin daşınar əşyalar üzərində mülkiyyət hüququ ilə bağlı müvafiq normaları da nəzərdən keçirilməlidir.

51. MM-nin 166.1-ci maddəsinin tələbinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

52. Göründüyü kimi, qanun daşınar əşyanın sahibinin əşyaya mülkiyyətçi hüququ ilə sahiblik etməsi prezumpsiyasını müəyyən edir. Baxılan iş üzrə mübahisəli daşınar əşyalar hazırda cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsində yerləşməklə o nun sahibliyində olduğundan, MM-nin 166.1-ci maddəsinin tələbi baxımından sonuncunun mülkiyyətində olması ehtimal edilir. Bunun əksinə, iddiaçı həmin əşyaların onun mülkiyyətində olduğunu iddia etdiyindən, MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Bu faktın təsdiqi üçün ilk növbədə iddiaçının həmin əşyalara mülkiyyət hüququnu həqiqi hüquq əsasında başqa şəxsə vermədiyi müəyyən olunmalıdır.

54. Belə ki, MM-nin 181.1 və 181.4-cü maddələrində göstərilir ki, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şə xs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər (mətni üçün bax bu qərarın 40-cı bəndi).

55. Göründüyü kimi, daşınar əşyaya mülkiyyət hüququnun keçməsi üçün mülkiyyətçi əşyaya sahibliyi məhz sərəncam vermək niyyəti ilə əldə edənə verməlidir. Yəni əşyanın müvəqqəti olaraq başqa şəxsin sahibliyinə (istifadəsinə, saxlancına və s.) verilməsi onun üzərində mülkiyyət hüququnun birbaşa sahibliyi əldə edənə keçməsinə səbəb olmur.

56. Qeyd edildiyi kimi, iddiaçı özünə məxsus soyuducu anbarları ipoteka saxlayan Bankın və ipoteka qoyan Z.Nəzərovun razılığı ilə 2014-cü ildə ipoteka predmeti olan torpaq sahəsində quraşdırmış, bundan sonra 2022-ci ildə Bankla aralarında olan kredit mübahisəsi üzrə məhkəmə qətn aməsinin icrası qaydasında Bank ipoteka predmeti olan həmin torpaq sahəsini əldə etmiş və hazırkı iş üzrə cavabdeh MMC-yə satmışdır. Hazırda da mübahisəli əmlaklar həmin torpaq sahəsindədir.

57. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər nəzərə alınmaqla, ilk növbədə iddiaçının mübahisəli əmlakları kredit borcunun müvafiq məbləğdə azaldılması müqabilində Bankın sahibliyinə mülkiyyət hüququ ilə verib-verməməsinə, MM-nin 181.1 və 181.4-cü maddələrinin dispozsiya şərtlərinin olub-olmamasına hüquqi qiymət verilməlidir.

58. Həmçinin Samux rayonunda 1,60578 ha torpaq sahəsinin qiymətinin 87.000 manat təşkil etməsinin qeyri-mümkün olması, ödənişin tək torpağa görə deyil, həm də onun üzərində olan tikililər (qurğular) üçün aparılması, Bankın mülkiyyətində olan torpaq sahəsini ü zərindəki qurğu ilə birlikdə cavabdehə satmasına dair cavabdehin dəlillərinə düzgün hüquqi qiymət verilməsi, bunun üçün iş üzrə tərəflərlə yanaşı Bankın da mövqeyinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məqsədlə Bank iş üzrə müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

59. Belə ki, 2023-cü il 13 dekabr tarixində keçirilmiş məhkəmə iclası Bankın nümayəndəsinin iştirakının təmin edilməsi məqsədilə təxirə salınmışdır. Lakin 2024-cü il 10 yanvar tarixində keçirilmiş növbəti məhkəmə iclasında Bankın iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsi məsələsi müzakirə edilməmiş və məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir.

60. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışında qeyd edilən prosessual pozuntular aradan qaldırılmaqla tərəflərin, o cümlədən Bankın iştirakı ilə bu qərarın 57 və 58-ci bəndlərində qeyd olunan hüquqi məsələlər müzakirə edilməli, eləcə də MM-nin 157 və ya 182-ci maddəsinin dispozsiya şərtlərinin olub-olmaması müəyyən edilməli, nəticəsindən asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməlidir.

61. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üz rə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosesual hüquq normalarının pozulmasına görə mübahisələndirilən hissədə-iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

63. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(104)-26/2024 nömrəli qətnaməsi qismən-iddianın qismən təmin edilmiş hissə sində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəaməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar