Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-329/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilə üzrə dəbbə pulu tələbi, pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) və sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(107)21/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə “X2” MMC arasında 2023-cü il 17 mart tarixli OP/2023/009 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı, alıcının istifadəsində olan ünvan 1i ünvanında yerləşən 42 hektar torpaq sahəsində soğan və kartof bitkiləri üçün 1 dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür.
2. İddiaçı MMC ilə “X2” MMC arasında 2023-cü il 17 mart tarixli OP/2023/009-02 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı, alıcının istifadəsində olan ünvan 2i ünvanında yerləşən 59 hektar torpaq sahəsində arpa və buğda bitkil əri üçün 1 dəst yağmurlama tipli suvarma sisteminin quraşdırılmasını öhdəsinə götürmüşdür.
3. Həmin müqavilələrin 2.10-cü bəndinə əsasən, alıcı sifariş təsdiqləndikdən sonra ödənişi 100% həcmində satıcının bank hesabına və ya nağd yolu ilə köçürür. 4. 3.2.1.1-ci bəndinə əsasən, satıcı sifarişi qəbul etdiyi anda alıcı üçün qiyməti ödəmək öhdəliyi yaranır. 5. 4.3-cü bəndinə əsasən, malın təhvil verilməsi hesab-faktura, qaiməfaktura və təhvil-təslim aktı ilə həyata keçirilir. Həmin sənədlərdən birinə alıcı tərəfindən imza çəkildikdə və ya elektron qaimə-faktura təsdiq edildikdə mal təhvil verilmiş hesab edilir. 6. 2023-cü il 17 mart tarixli müqavilələrə 1 nömrəli əlavəyə görə, OP/2023/009 nömrəli müqavilə üzrə suvarma sisteminin dəyəri 225.665,62 manat, OP/2023/009-02 nömrəli müqavilə üzrə is ə suvarma sisteminin dəyəri 205.699,75 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “X2” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 279.551,21 manat əsas borcun, illik 5 faizlə hesablanmış 17.653,85 manat gecikdirmə borcunun, hüquqi yardım üçün ödənilmiş 1.000 manat məbləğin və 588 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış iki alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 431.365,37 manat dəyərində malın cavabdehə təhvil verilməsi nəzərdə tutulmuşdur. Müvafiq təhvil-təslim aktına əsasən 399.551,21 manatlıq mal c avabdehə təqdim edilsə də, sonuncu müqavilə öhdəliklərini tam icra etməmiş və bu səbəbdən qarşısında borc öhdəliyi yaranmışdır.
9. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verərək, 2023-cü il 17 mart tarixli OP/2023/009 nömrəli (bundan sonra – “1-ci alqı-satqı müqaviləsi”) və OP/2023/009-02 nömrəli alqı-satqı müqavilələrinin (bundan sonra – “2-ci alqı-satqı müqaviləsi”) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, müqavilələr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş və iddiaçı öhdəliklərini yerinə yetirməmişdir.
11. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 30 oktyabr tarixli e-2-2(117)1360/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 279.551,21 manat məbləğində əsas borc, illik 5 faizlə hesablanmış 17.471,93 manat gecikdirmə borcu, hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğ və 588 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim – M.Hüseynov).
12. Məhkəmə qeyd etmişdir ki, 2023-cü il 30 may tarixli təhvil-təslim aktına görə, OP/2023/009 nömrəli müqaviləyə əsasən cəmi 399.551,21 manat dəyərində suvarma sistemləri cavabdehə təhvil verilmişdir. 13. 2024-cü il 16 yanvar tarixli elektron qaimə fakturalara əsasən, 225.665,62 manat və 205.699,75 manat olmaqla suvarma sistemlərinin quraşdırılması ilə bağlı borc hesablanmışdır.
14. Maliyyə arayışına görə, cavabdehin 279.551,21 manat əsas, 461 günlük gecikmə məbləği olan 17.653,85 manat faiz borcu mövcuddur.
15. Mə hkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış iki alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 42 və 59 hektar torpaq sahələrində yağmurlama tipli suvarma sistemlərinin quraşdırılması üçün ümumilikdə 431.365,37 manat dəyərində mal təhvil almalı idi. Müvafiq sənədlərə əsasən, cavabdehə faktiki olaraq 399.551,21 manatlıq mal təhvil verilmiş, lakin yalnız 120.000 manat ödəniş həyata keçirildiyindən 279.551,21 manat məbləğində əsas borc qalmışdır.
16. Məhkəmə gecikdirilmiş ödənişə görə iddiaçının hesabladığı faiz tələbinə dair hesab etmişdir ki, cavabdeh 461 günlük gecikməyə görə illik 5% əsasında 17.471,93 manat məbləğində faiz ödəməlidir.
17. Qarşılıqlı iddiaya dair məhkəmə qeyd etmişdir ki, bağlanmış müqavilələr tərəflərin qarşılıqlı və azad iradəsinə əsaslanmış, hüquqi baxımdan etibar lı əqdlər hesab olunmalıdır. Qarşılıqlı iddiada müqavilələrin forması, məzmunu və subyektləri ilə bağlı etibarsızlıq yarada biləcək heç bir əsas göstərilməmiş, iradə sərbəstliyinin pozulduğunu sübuta yetirən hallar müəyyən edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.5, 337.1, 337.4, 337.5, 340.2, 385.1, 386.1, 389.1, 404.1, 405.1, 427.1, 442, 445.2, 445.7, 448, 567 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 119, 121.1 və 185-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat
20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(107)-21/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehdən “illik 5 faizlə hesablanmış 17.471,93 manat gecikdirmə borcunun tutulması” hissəsində qətnamə ləğv edilərək, iddia tələbi cavabdehdən “illik 5 % hesablanmaqla 17.653,85 manat gecikdirmə faizinin tutulması” hissəsində təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – Z.Sadiqov, hakimlər – E.Hüseynov və Ə.Kərimov).
21. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqısatqı müqavilələrinə əsasən 431.365,37 manat dəyərində ma lların cavabdehə təqdim edilməsi razılaşdırılmış, lakin təhvil-təslim aktına əsasən faktiki olaraq 399.551,21 manatlıq mal verildiyi, bunun müqabilində cavabdeh tərəfindən 120.000 manat ödəniş edildiyi sübuta yetirilmişdir. Qalan 279.551,21 manat borcun ödənilməməsi təsdiq olunduğundan, bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş və qüvvədə saxlanılmışdır. Cavabdehin müqavilələrin etibarsızlığına dair qarşılıqlı iddiası isə sübutlarla təsdiq edilmədiyindən rədd edilmişdir. Apellyasiya məhkəməsi bu məsələdə də birinci instansiyanın mövqeyini düzgün saymışdır.
22. Lakin faiz tələbi ilə bağlı apellyasiya instansiyası fərqli nəticəyə gəlmiş və müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi faiz hesablaması əsaslandırılmamış, müqavilə şərtləri və işin fa ktiki halları nəzərə alınmadan tərtib edilmişdir. Belə ki, satıcı qarşılıqlı öhdəliklər çərçivəsində, alıcıdan ödənişi almadan malları təhvil vermiş, lakin elektron qaimə-fakturaları qanunla nəzərdə tutulmuş müddətdə təqdim etməmişdir. Bu səbəbdən alıcının vaxtında ödəniş imkanları məhdudlaşmışdır. Eyni zamanda, faiz borcunun hesablanması üçün hüquqi əsas olan müddətin müəyyənləşdirilməsi də qeyridəqiq olmuşdur.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 14.2.1, 337.1, 337.2, 337.3, 337.4, 357, 385.1, 386.1, 399.1, 404.1, 423.1, 425.1, 425.2, 427.3, 430.1, 441.1, 441.3, 441.4, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 448.1, 448.2, 449.1, 567, 568.1, 569.1, 598.1, 598.3, 599.1, 599.2 və 1097.5-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.2, 71-1.1, 71-1.1.1, 71-1.1.2, 71-1.1.3, 71-1.1.5, 71-1.2, 71-1.5 və 71-1.5.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 1.1, 1.2, 1.3, 2.1, 2.5.3, 2.10, 3.1, 3.2, 3.7, 3.7.1, 3.7.2, 3.7.3 və 3.7.11-ci bəndləri, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 89.1, 89.2 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MPM-in 372.6, 384.0.2, 386, 390, 416 və 418-ci maddələri üzrə - iddiaçı tələb etdiyi borcun tərəflər arasında bağlanmış alqı-satq ı müqavilələrindən yarandığını bildirmişdir. Lakin həmin müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən edilmişdir. Bundan başqa müqavilə üzrə iddiaçı müqavilə öhdəliklərini icra etməmişdir. Bununla bağlı cavabdeh tərəfindən qarşılıqlı iddia verilməsinə baxmayaraq, məhkəmə qarşılıqlı iddia üzrə araşdırmaya səy belə göstərməmiş, iddiaçının mənafeyinə uyğun qətnamə qəbul etmişdir. Cvabdeh tərəfindən verilmiş apellyasiya şikayətində bu halların qeyd olunmasına baxmayaraq, apellyasiya məhkəməsi bu halları araşdırmamış, sadəcə hesablanmış cəriməni silməklə qətnamə qəbul etmişdir. Məhkəmədə cavabdehin iştirakı təmin olunmamış, bu səbəbdən yuxarıda qeyd edilən əsaslar üzrə tərəfin özünü müdafiə etmə imkanı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin qanunvericiliyə uyğun tərtib edilmədiyini bildirsə də, nə apellyasiya icraatında iştirak etmiş, nə də bu müddəanı əsaslandıracaq hər hansı sübut təqdim etmişdir. Həm ilkin, həm də sonrakı mərhələlərdə bu arqumentin yalnız formal xarakter daşıdığı, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi, borcu uzun müddət gecikdirdiyi aydın olmuşdur. Cavabdeh, həm qarşılıqlı iddia ərizəsində, həm də kassasiya və apellyasiya şikayətlərində müqavilələrin qanunsuz tərtib olunduğunu bildirsə də, bu iddianı sübuta yetirəcək konkret faktlar və ya hüquqi əsaslar təqdim etməmişdir. Hətta kassasiya şikayətində də bu iddiaların təfərrüatları açılmamış və yeni sübut təqdi m olunmamışdır. Bundan başqa, cavabdeh məhkəmədə iştirak etmədiyini və buna görə hüquqlarının pozulduğunu iddia etsə də, iş materiallarından görünür ki, ona məhkəmə iclaslarının vaxtı və yeri barədə düzgün məlumat verilmiş, lakin özü iştirak etməmiş və üzrlü səbəb göstərməmişdir. Eyni passivlik apellyasiya mərhələsində də təkrar olunmuşdur. Cavabdeh həmçinin maddi hüquq normalarının pozulmasından bəhs etsə də, bu barədə hüquqi əsaslandırma verməmiş, yalnız ümumi və subyektiv fikirlərlə çıxış etmişdir. Şikayətin məzmunu və quruluşu apellyasiya şikayətinin eynisini təkrarlayır, konkret olaraq nəyi və hansı əsasla mübahisələndirdiyi göstərilməmişdir. Nəticə etibarilə, təqdim edilmiş kassasiya şikayətində hüquqi baxımdan əsaslı heç bir dəlil yer almadığından, o, yalnız formal iddialara əsasl anır və işin kassasiya qaydasında araşdırılması üçün əsas yaratmır. Kassasiya baxışının hədləri
27. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi göstərilmişdir. Lakin dəlillərdən müəyyən edilir ki, qətnamə ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirilir. Eyni zamanda, iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Ona görə də, qətnamənin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yalnız ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılacaqdır. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müd dəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosess ual Məcəlləsinin “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi müvafiq
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
32. Kassasiya şikayətində istinad olunan MPM-in maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
33. Müqavilələrin etibarsızlığına dair kollegiya qeyd edir ki, mülki qanunveri ciliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə MM-in 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.
34. Cavabdehin istinad edilən hallar (iddiaçının müqavilə üzrə öhdəliklərinin pozulması) isə əqdlərin etibarsız hesab edilməsi əsaslarına aid deyildir və ona görə də, həmin dəlillər özü-özlüyündə əsassızdır.
35. Cavabdehin istinad etdiyi digər, yəni mübahisələndirilən müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi ilə bağlı dəlillər isə əsaslandırılmamış və həmin müqavilələrin yuxarıda qeyd edilən əqdin etibarlı olmasının şərtlərin ə aid əsaslardan hansı biri üzrə mübahisələndirilməsi dəqiq göstərilməmişdir.
36. Ona görə də, həmin dəlillər, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verildiyi üçün qarşılıqlı iddiaya hüquqi qiymət verilməməsi barədə dəlillər əsassızdır.
37. Cavabdehin məlumatlandırılmaması ilə bağlı qeyd edilir ki, işin elektron icraatı sənədlərinə əsasən, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər MPM-in 135.8-ci maddəsinə uyğun olaraq cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmiş, habelə həmin sistem vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə SMS bildirişlər göndərilmişdir. Ona görə də, məhkəmədə cavabdehin iştirakının təmin olunmamasl barədə dəlillər də əsassızdır.
38. Qey d olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X2” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(107)-21/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.