Məhkəmə qərarları › İş №2-2(102)-33/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-33/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-33/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Firmanın Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, avans Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı Firmanın Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli 2-2(104)-86/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC (satıcı) ilə İddiaçı Firması (alıcı) arasında bağlanmış 2021-ci il 30 noyabr tarixli 001/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya malları verməyi, alıcı isə razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər avans olaraq alkoqollu içkilərin alışı üçün 100.000 manat ödənilməsi və həmin məbləğdə mallar təqdim edildikcə satıcı tərəfindən elektron qaimə fakturalar təqdim edilməsi ilə bağlı əlavə razılığa gəlmişlər (Həmin müqaviləyə aid olan 2021-ci il 30 noyabr tarixli 001 nömrəli Əlavə Razılaşma). 3. 2021-ci il 30 noyabr tarixli ödəniş tapşırığına əsasən 100.000 manat, 2021-ci il 17 dekabr tarixli ödəniş tapşırığına əsasən 19.830,51 manat, 2021-ci il 17 dekabr tarixli ödəniş tapşırığına əsasən 10.169,50 manat olmaqla, cəmi 130.00 0 manat İddiaçı Firması tərəfindən "xxxx" LTD MMC-yə avans olaraq ödənilmişdir. 4. 2022-ci il 6 yanvar tarixli EBBP 131259 nömrəli elektron qaimədə isə 22.011,24 manat, 2022-ci il 30 mart tarixli EBBP 542199 nömrəli elektron qaimədə 30.432,82 manat dəyərində spirtli içkilərin müqavilə əsasında İddiaçı Firmasına göndərilməsi göstərilmişdir.

5. Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına 4.750 manat məbləğində pul avans kimi köçürülmüşdür (2023-cü il 1 noyabr tarixli köçürmə aparılması barədə bildiriş).

6. İddiaçı Firmanın rəhbəri olan Aslanlı Zahid Həsən oğlu Sumqayıt şəhər Polis idarəsinə müraciət edərək tanışı X4 Tovuz rayonu Qaraxanlı kəndində yerləşən araq zavodunu icarəyə götürərək birgə işlətmək üçün 130.000 manat pul verdiyini, pulu sonuncunun təklifi ilə X6 məxsus şirkətin hesabına kö çürdüyünü, lakin X2 onu aldatdığını, ona görə də aralarında mübahisə yarandığını, bu səbəbdən də hüquq mühafizə orqanlarına müraciət etdiyini göstərmişdir. Aslanlı Zahid Həsən oğlu izahatında həmçinin göstərmişdir ki, 2022-ci ilin fevral ayında Nazim Duşdurov ona həmin zavodda araq istehsalı işi başladığını, həmin satışdan 30.000 manat pul əldə etdiyini demiş, həmin 30.000 manatı gətirib ona vermişdir. Nazim Duşdurov ona qalan 100.000 manat pulunu qaytarmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş X5 göstərmişdir ki, Bakı şəhərində spirtli içkilərin ticarəti ilə məşğul olur. Aslanlı Zahid Həsən oğlunu 20 ildir ki tanıyır. Sonuncu Bakı şəhərində “Hissa” şadlıq sarayının sahibidir. 2021-ci ilin sentyabr ayında Zahid ona spirtli içki lazım olduğunu, ona görə də 100.000 manat pul verəc əyini demişdir. Ümumi razılıqdan sonra Zahidə pulu faktiki olaraq şəriki olan X6 məxsus olan "xxxx" LTD MMC-nin hesabına köçürülməsini demişdir. Bundan sonra Aslanlı Zahid Həsən oğlu əvvəlcə 100.000 manat, daha sonra isə 30.000 manat pulu Nazim Əliyevin hesabına köçürmüşdür. Səhəri gün Zahid Aslanlı ondan 30.000 manat pul istəmiş, o da evdən götürərək 30.000 manat pulu “Hissa” şadlıq sarayında Zahid Aslanlıya vermiş, o, isə Zahid Aslanlıya həmin pulun göndərdiyi puldan çıxmasını demiş, o da razılaşmış, bundan sonra Zahid Aslanlıya rəsmi olaraq təxminən 70.000 manatlıq spirtli içki vermişdir. Qeyri rəsmi olaraq da Zahid Aslanlıya spirtli içki vermişdir. Rəsmi olaraq Zahidə 30.000 manatlıq, qeyri rəsmi olaraq 10-15 min manat borcu qalmışdır (Sumqayıt Şəhər Polis İdarəsinin 2023-cü il 1 aprel tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı).

7. Cavabdeh MMC tərəfindən təqdim edilən 2022-ci il 6 yanvar tarixli EBBP 131259 nömrəli elektron qaimə faktura sistem tərəfindən, 2022-ci il 30 mart tarixli EBBP 542199 nömrəli elektron qaimə faktura vergi ödəyicisi (İddiaçı Firması: VÖEN:**********) tərəfindən təsdiqlənmişdir (14 saylı Ərazi Vergilər İdarəsinin 2023-cü il 27 dekabr tarixli məktubu).

8. İddiaçı firması tərəfindən Cavabdeh MMC-nin bank hesabına alkoqollu içkilərin alınması üçün 2021-ci il 30 noyabr tarixli müqaviləyə əsasən 100.000 manat avans pul daxil olmuşdur. Həmin bank hesabından həmçinin görünür ki, həmin gün, yəni 2021-ci il 30 noyabr tarixində Cavabdeh MMC-nin bank hesabın 30.000 manat məxaric olunmuşdur ("xxxx" ASCnin Ağstafa filialı tərəfindən ve rilmiş Cavabdeh MMC-nin bank hesabından 2024-cü il 31 iyul tarixli çıxarış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Firma (bundan sonra – “iddiaçı”) 2023-cü il 17 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 30 noyabr tarixli 001/2021 nömrəli müqavilə üzrə 130.000 manat pul məbləğinin və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2021-ci il 30 noyabr tarixli 001/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən, alkoqollu içkilərin alqı-satqısı ilə bağlı razılaşma əldə olunmuşdur. 2021-ci il 30 noyabr, 2021 -ci il 17 dekabr və 2021-ci il 17 dekabr tarixli ödəniş tapşırıqlarına əsasən cavabdehə ümumilikdə 130.000 manat məbləğində vəsait ödənilmişdir, lakin cavabdeh tərəfindən hər hansı məhsul təqdim edilməmişdir.

11. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddiaçının tələb etdiyi 130.000 manat məbləğində puldan 61.883,99 manat dəyərində spirtli içkilərin iddiaçıya verilməsi elektron qaimələrlə təsdiq olunur. 130.000 manat puldan ümumilikdə 96.633,99 manatın iddiaçıya qaytarılması barədə kifayət qədər sübutlar mövcuddur. Odur ki, iddia tələbi əsassızdır.

12. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 18 yanvar tarixli 2-2(115)-62/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 63.366 manat məbləğində borc və 400 manat mediasiya x ərcinin tutularaq iddiaçıya ödənilməsi, həmçinin cavabdehdən 280 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Vəliyev).

13. Məhkəmə iş üzrə digər sübutların aşağıdakılardan ibarət olmasını qeyd etmişdir: - 2021-ci il 30 noyabr tarixli 001/2021 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə alkoqollu içkilərin alqı-satqısı müqavilənin predmetini təşkil etmişdir, eyni zamanda həmin müqavilənin 2.2-ci bəndində isə ödənişlərin təqdim edilmiş elektron qaimə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. - Sumqayıt Şəhər Polis İdarəsinin 2023-cü il 1 aprel tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında spirtli içkilərin verilməsi halı müəyyən müəyyən olunur. - Vergi orqanını n məhkəməyə təqdim etdiyi yazılı məlumatından aydın olur ki, 30.432,82 manat dəyərində malın göndərilməsi barədə 2022-ci il 30 mart tarixli elektron qaimə iddiaçı tərəfindən təsdiqlənmiş, 22.011,24 manat dəyərində malın göndərilməsi barədə 2022-ci il 6 yanvar tarixli elektron qaimə isə qəbul edən şəxsin imtina etməməsi səbəbindən sistem tərəfindən təsdiqlənmişdir. - 2023-cü il 1 noyabr tarixli köçürmə aparılması barədə bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 4.750 manat məbləğində pul avans kimi köçürülmüşdür ki, bu fakt iddiaçı tərəfindən təkzib edilmir.

14. Məhkəmə Sumqayıt Şəhər Polis İdarəsinin 2023-cü il 1 aprel tarixli qərarında göstərilənlərə münasibətdə ayrıca olaraq bildirmişdir ki, həmin qərarda Aslanlı Zahid Həsən oğlu ilə X5 arasında alkoqollu içkilərin alqı-satqı sına dair müqavilənin bağlanmış olması aparılmış istintaqla müəyyən olunmuş fakt kimi göstərilmişdir. Halbuki işin hallarından görünür ki, həmin şəxslər arasında belə bir müqavilə mövcud deyildir. 2021-ci il 30 noyabr tarixli 001/2021 nömrəli alqı-satqı müqaviləsi cavabdeh adından X8, iddiaçı adından isə Aslanlı Zahid Həsən oğlu imzalanmışdır. Göründüyü kimi, təqdim edilən qərar məhkəmə qərarı deyil, həmçinin X5 hazırkı iş üzrə tərəf deyildir. Ona görə də həmin qərar hazırkı iş üzrə preyudisial xarakter daşımır.

15. Elektron qaimələrdə spirtli içkilərin müqavilə əsasında cavabdeh tərəfindən göndərildiyi qeyd edilir ki, spirtli içkilərin göndərilməsində X2 iştirakı mümkün ola bilər. Lakin bir halda ki, 130.000 manat pul bank köçürməsi vasitəsilə cavabdehin hesabına mədaxil edilmişdir, həm in pulun 30.000 manat hissəsinin hansı əsasla nəğd şəkildə X3 olması məlum deyildir və bu barədə sübutlar təqdim edilməmişdir.

16. Beləliklə, iş üzrə sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 130.000 manat məbləğində vəsait ödənilmiş, cavabdeh tərəfindən iddiaçıya 61.884 manat dəyərində mal verilmiş, avans olaraq isə 4.750 manat pul köçürülmüşdür. Nəticədə cavabdehin 63.366 manat borcu qalmışdır. 63.366 manat dəyərində malın və yaxud həmin məbləğdə pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi sübutlarla təsdiqini tapmamışdır.

17. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 567, 598.3-cü maddələrinə; Azərbayca n Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına; Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.4, 88, 119.1, 217.4, və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddia təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli 2-2(104)-86/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 63.366 manat məbləği ndə borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən 33.366 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – İ.Həsənov və L.Süleymanov).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, 2021-ci il 30 noyabr tarixli 001/2021 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə alkoqollu içkilərin alqı-satqısı müqavilənin predmetini təşkil etmişdir, eyni zamanda həmin müqavilənin 2.2-ci bəndində isə ödənişlərin təqdim edilmiş elektron qaimə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin 2023-cü il 1 aprel tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında spir tli içkilərin verilməsi halı müəyyən olunmuşdur.

22. İddiaçının apellyasiya şikayətinin dəlillərində göstərilir ki, istehsalı və satışını həyata keçirməyən müəssisə hansı yolla və ya üsulla 61.884 manat dəyərində məhsulun iddiaçıya təhvil verilməsinə nail olmuşdur. Bundan başqa, sübut qismində qiymətləndirilən 2022-ci il 6 yanvar tarixli qaimə-faktura ümumiyyətlə iddiaçı tərəfindən qəbul edilməmiş və sistem tərəfindən təsdiqlənmişdir.

23. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh müəssisə rəhbərləri biri-birini tanımamış, onların bir-biri ilə alqı-satqı müqaviləsi hər ikisinin ümumi tanışı olan X2 vasitəsi ilə olmuşdur. İddiaçının rəhbəri Aslanlı Zahid Həsən oğlu Sumqayıt şəhər Polis idarəsinə şikayət ərizəsi i lə müraciət edərkən ərizəsində Nazim Duşdurovun ona Tovuz rayonunda araq zavodunun işini bərpa etmək üçün 130.000 manat pul lazım olduğunu, həmin pulu tanışı X6 məxsus və faktiki özünün də şəriki olduğu cavabdehin hesabına köçürülməsini demişdir.

24. İş materiallarında olan iki ədəd elektron qaimədən görünür ki, 61.884 manat dəyərində alkoqollu içki iddiaçıya verilmişdir. Həmin elektron qaimələrdən birincisi sistem tərəfindən, ikincisi isə iddiaçının özü tərəfindən təsdiq edilmişdir. Cavabdehin hesabına köçürülmüş 130.000 manat puldan 30.000 manatının Nazim Duşdurov tərəfindən ona qaytarıldığını iddiaçının rəhbəri Sumqayıt şəhər Polis idarəsində verdiyi ifadəsində təsdiq etmişdir.

25. İddiaçının apellyasiya şikayətinin həmin qaimələr öz-özlüyündə malların təqdim edilməsini təsdiq etmir v ə həmin qaimə digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir – kimi dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Cavabdeh tərəfindən göndərilmiş elektron qaimələrdən birincisi sistem tərəfindən qəbul edilmiş olsa da, digər elektron qaimə bilavasitə iddiaçı tərəfindən qəbul edilmiş və həmin elektron qaiməyə heç bir etiraz bildirilməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini iddia tələbinin təmin edilməsi üçün əsas saymır.

26. Əksinə, iş materiallarından görünür ki, iddiaçı tərəf 100.000 manat pul vəsaitini cavabdehin h esabına köçürdükdən sonra müəssisənin rəhbəri olan X10 Duşdurov tərəfindən 30.000 manat məbləğində pul verilmiş və həmin məbləğin iddiaçı tərəfindən cavabdehə ödənilmiş 100.000 manatdan çıxılması barədə razılaşmışlar.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləği 33.366 manat həddində müəyyən edilməlidir.

28. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 442, 443.1, 445.1, 448.1, 567, 598.3-cü; MPM-in 14.2, 77.1, 88, 106.1, 217.3, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətini n dəlilləri

30. MM-in 385.1, 443, 448-ci maddələri üzrə - İddiaçı tərəfindən 130.000 manat məbləğində vəsait cavabdehə ödənilmiş, bununla da, alıcı tərəfindən üzərinə düşən öhdəliklər icra edilmiş, lakin satıcı tərəfindən hər hansı məhsul təhvil verilməmişdir.

31. MPM-in 77 və 88-ci maddələri üzrə - Məhkəmə əsassız olaraq 2022-ci il 30 mart və 1 iyun tarixli elektron qaimə-fakturalarını məhsulun təhvil verilməsini təsdiq edən sübut kimi qiymətləndirmişdir. Halbuki həmin elektron qaimələr iş materiallarında mövcud olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməli idi. Ümumiyyətlə cavabdeh tərəfindən hər hansı əlaqəli sübut təqdim edilməmiş və məhsulun təhvil verilməsi başqa bir işgüzar adətlə və ya tərəflər arasında yaranmış praktika ilə öz təsdiqini tapmamışdır.

32. Bundan başqa, Su mqayıt Şəhər Polis İdarəsinin 2023-cü il 1 aprel tarixli qərarında göstərilən məqamlar Aslanlı Zahid Həsən oğlu ilə X5 arasında olan münasibətə dair qəbul edilmişdir və iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə hər hansı aidiyyəti olmamışdır. Həmin qərarı sübut qismində istifadə edilməsi və 30.000 manat məbləğin qaytarılması kimi qiymət verilməsi tam əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

34. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassasiya şikayətinin dəlillərinə uyğun olaraq, yalnız iddianın təmin olunmayan hissəsində yoxlanılacaqdır (MPM-in 403.1 və 416- cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əl də edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

442. Öhdəliyin icra edilməməs i anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilm əməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzr ə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sistemi nin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

39. Satıcı tərəfindən alıcıya hər hansı məhsul təhvil verilmədiyinə, məhkəmənin əsassız olaraq elektron qaimə-fakturalarını məhsulun təhvi l verilməsini təsdiq edən sübut kimi qiymətləndirdiyinə, cavabdeh tərəfindən hər hansı əlaqəli sübut təqdim edilmədiyinə, məhsulun təhvil verilməsinin başqa bir işgüzar adətlə və ya tərəflər arasında yaranmış praktika ilə öz təsdiqini tapmadığına dair dəlillərlə əlaqədar qeyd olunur ki, hazırkı işdə ödənişlərin təqdim edilmiş elektron qaimə əsasında həyata keçirilməsinin tərəflər arasında bağlanmış müqavilənin şərti olması işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halını təşkil edir. Eyni zamanda, tərəflər arasında malların təhvil verilməsinin təhvil-təslim aktı ilə və ya hər hansı digər formada rəsmiləşdirilməli olmasına dair şərt(lər)in və işgüzar təcrübənin mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

40. Mülki hüququn təməl prinsipi olan “müqavilə aza dlığı” prinsipinin əsas mahiyyəti də ondan ibarətdir ki, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq qanunda nəzərdə tutulmayan, lakin ona zidd olmayan hər hansı müqavilə bağlamaqda və müqavilə şərtini qoymaqda sərbəstdirlər (MM-in 6.2 və 390.1-ci maddələri – bax § 36).

41. Eyni zamanda, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından o da məlum olur ki, cavabdehin iddiaçıya göndərdiyi iki qaimədən birincisi sistem tərəfindən təsdiq olunsa da, iddiaçı bununla bağlı cavabdehə hər hansı etiraz bildirməmiş, ikinci qaimə isə bilavasitə iddiaçının özü tərəfindən təsdiq olunmuşdur.

42. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin təhvil verilmiş malların həcmi barədə nəticəyə gələrkən satıcının alıcıya göndər diyi elektron qaimələrə istinad etməsini müqavilənin şərtlərinə və qanunun tələblərinə uyğun olaraq doğru hesab edir, bu nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

43. Müvafiq polis orqanının qərarında göstərilən məqamların Aslanlı Zahid Həsən oğlu ilə X5 arasında olan münasibətə dair qəbul edilidiyinə və iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə hər hansı aidiyyətinin olmamasına, həmin qərarın sübut qismində istifadə edilərək 30.000 manat məbləğin qaytarılması kimi qiymət verilməsinin əsassız olduğuna dair dəlillərlə əlaqədar qeyd olunur ki, məhkəmə kollegiyası həmin dəlilləri də mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli hesab etmir.

44. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaç ı tərəfindən cavabdehin bank hesabına alkoqollu içkilərin alınması üçün 2021-ci il 30 noyabr tarixli müqaviləyə əsasən 100.000 manat avans pul daxil olmuş, elə həmin gün, yəni 2021-ci il 30 noyabr tarixdə cavabdehin bank hesabından 30.000 manat məxaric olunmuş, daha sonra 2021-ci il 17 dekabr tarixində cavabdehin bank hesabına cəmi 30.000 manat, üç ödəniş sənədi ilə ümumilikdə 130.000 manat məbləğində vəsait ödənilmişdir.

45. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddiaçı firmanın rəhbəri Aslanlı Zahid Həsən oğlu müvafiq polis orqanına şikayət ərizəsi ilə müraciət edərkən ərizəsində Nazim Duşdurovun ona araq zavodunun işini bərpa etmək üçün 130.000 manat pul lazım olduğunu, həmin pulu tanışı X6 məxsus və faktiki özünün də şəriki olduğu cavabdeh MMC-nin hesabına köçürülməsini demişdir. Habelə cavabdeh MMC-nin hesabına köçürülmüş 130.000 manat puldan 30.000 manatının Nazim Duşdurov tərəfindən ona qaytarıldığını da iddiaçı firmanın rəhbəri həmin polis orqanında verdiyi ifadəsində təsdiq etmişdir. Eləcə də mübahisələndirilən qətnamədən məlum olur ki, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə ödənilmiş 100.000 manatdan çıxılması barədə razılaşmışlar.

46. Qeyd olunan xüsusatları təkzib edən tutarlı dəlillərin və mötəbər sübutların isə iddiaçı tərəfindən MPM-in 77.1-ci maddəsində (bax § 37) nəzərdə tutulmuş sübutetmə vəzifəsinin yerinə yetirilməsi məqsədilə məhkəməyə təqdim olunması iş materiallarından görünmür.

47. Bununla əlaqədar məhkəmə kollegiyası MPM-in 106.3-cü maddəsinə (bax § 37) istinadən hesab edir k i, apellyasiya instansiyası məhkəməsi iddiaçı firmanın rəhbərinin müvafiq polis orqanına verdiyi izahata mötəbər sübut kimi qiymət verərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

48. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 37) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 37) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli 2-2(104)-86/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Firmanın kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 28 avqust tarixli 2-2(104)-86/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar