Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-334/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(104)-205/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC hazırda İddiaçı MMC kimi fəaliyyət göstərir (dövlət reyestrindən çıxarış). 2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 17 yanvar tarixli DİS/17012019/2 nömrəli distribyutorluq müqaviləsinin kserosurətindən görünür ki, istehsalçı çeşidi bu müqavilənin əlavələri ilə müəyyən olunmuş yem məhsullarını istehsal etməyi və satış üçün distribyutora təqdim etməyi, distribütor isə həmin məhsulların satışını Bakı və Şimal regionunda təşkil etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə distribütorun minimal aylıq satış hədəfi 700 ton olaraq müəyyən edilmişdir (müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmamışdır). Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən distribütora satılan nisyə mallar üçün 500.000 manat məbləğində limit müəyyən e dilir. - 2.3.1-ci bəndinə əsasən ay ərzində satdığı malın ümumi məbləğinin 6 %-i distribyutora mal və ya faktura altı şəklində verilir. 3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 19 yanvar tarixli 002 nömrəli distribyutorluq müqaviləsi ilə istehsalçı çeşidi bu müqavilənin əlavələri ilə müəyyən olunmuş məhsullarını istehsal etməyi və satış üçün distribyutora təqdim etməyi, distribyutor isə həmin məhsulların satışını Bakı və Şimal regionunda təşkil etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə distribyutorun minimal aylıq satış hədəfi 700 ton olaraq müəyyən edilmişdir. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən distribyutora satılan nisyə mallar üçün 500.000 manat məbləğində limit müəyyən edilir. - 2.4.1-ci bəndinə əsasən ay ərzində satdığı malın ümumi məbləğinin 7 %-i distribyuto ra mal və ya pul şəklində verilir. - 2.4.2-ci bəndinə əsasən əgər distribyutor bu müqavilə ilə müəyyən edilən satış hədəfindən artıq satış edərsə, hədəfdən artıq satdığı malın ümumi məbləğinin 1 %-i əlavə olaraq ona verilir. 4. 2021-ci il 15 noyabr tarixli 535 nömrəli üzləşmə aktı ilə "xxxx" MMC ilə Cavabdeh arasında 2021-ci il 1 oktyabr tarixindən 2021-ci il 31 oktyabr tarixinədək olan dövr üçün qarşılıqlı hesablaşma aparılmış, 2021-ci il 1 oktyabr və 2021-ci il 31 oktyabr tarixlərə Cavabdeh 124.166,81 manat borcunun olduğu, həmin üzləşmə aktında MMC-nin rəhbərliyi tərəfindən “silinmə cari ayda icra edilsin” qeydi aparılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (əvvəlki adı – "xxxx", bundan sonra – “iddiaçı”) 2023-cü il 6 oktyabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 124.166,81 manat borc, 10.000 manat cərimə olmaqla, ümumilikdə 134.166,81 manat pul, 410 manat mediasiya prosesi zamanı mediatora ödənilən məbləğ və 5 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (VÖEN: **********) ilə cavabdeh (VÖEN: **********) arasında 2019-cu il 17 yanvar tarixli DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsi bağlanmışdır. Cavabdeh ilə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə ilə üzərinə götürdüyü ödəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş yem məhsullarını cavabdehə nisyə təhvil vermiş və nəticədə nisyə götürdüyü yem məhsulları üzrə 124.166,81 manat borcu yaranmışdır. Yem məhsullarının alınma vaxtından xeyli müddət keçməsinə baxmayaraq, borc cavabdeh tərəfindən indiyədək ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait iddiaçıya ödənilməmişdir. Bundan başqa, cavabdehə mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmiş, lakin 2023-cü il 23 iyun tarixində keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin mediasiya vasitəsilə həlli ilə bağlı tərəflər qarşılıqlı razılıq əldə etməmişlər. Cavabdeh iddiaçıya olan 124.166,81 manat borcunu hələ də ödəməmişdir. İddiaçının satmış olduğu müxtəlif çeşidli yem məhsullarının müqabilində ödəniş edilməmiş, şirkətə vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Buna uyğun olaraq cavabdehin iddiaçıya 124.166,81 manat məbləğində vurduğu zərər nəzərə alınmaqla, cavabdehdən 10.000 manat dəbbə pulu tutulmalıdır.
7. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 2024-cü il 21 may tarixli 9/1512 nömrəli ekspert rəyində göstərilmişdir ki, 2019-cu il 17 yanvar tarixli distribütorluq müqaviləsinin 2.3.1-ci bəndində göstərilən 6%-ə uyğun aparıldıqda borcun 124.166,81 manat təşkil etməsi müəyyən olunmuşdur.
8. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə etdiyi 2019-cu il 17 yanvar tarixli distribütorluq müqaviləsinin hər səhifəsində tərəflərin imzaları yoxdur və həmin müqavilə mövcud deyil. Tərəflər arasında bağlanan əsl müqavilə, hər səhifəsini tərəflər imzaladığı müqavilədir və iddiaçı ilə cavabdeh arasında 2019-cu il 19 yanvar tarixində distribyutorluq müqaviləsi nömrə 002 kimi bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 19 yanvar tarixli distribyutorluq müqaviləsinin nəticəsi olaraq tərəflər 2021-ci il 15 noyabr tarixində üzləşmə aktı tərtib olunmuşdur. Həmin aktın sonunda “silinmə cari ayda icra edils in” sözlərini direktor Maşallah Tağıyev yazaraq imzalamış və mühasib Fuadın imzası, müəssisənin möhürü ilə təsdiq olunmuşdur. İstinad olunan üzləşmə aktından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 19 yanvar tarixində distribyutorluq müqaviləsi üzrə cavabdehin iddiaçıya borcu mövcud olmamışdır.
9. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 8 avqust tarixli e-2-2(115)-52/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 124.166,81 manat əsas borc, 410 manat mediasiya xərci və 5 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 399,17 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim – R.Qələndərzadə).
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 17 yanvar tarixli DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, müqavilədə nəzərdə tutulmuş yem məhsulları satış üçün cavabdehə təhvil verilmiş, lakin cavabdeh distribütorluq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödənilməli olan məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 8.958.814,32 manat məbləğində mal verilmiş, bunun qarşılığında cavabdeh tərəfindən 7.440.781,12 manat bank ödənişi, 1.290.217,80 manat ƏDV ödənişi, 136.139 manat kassa ödənişi edilmiş, cavabdehə bankdan 29.757,83 manat və 5.356, 41 manat ƏDV geri qaytarılmış və cavabdehə 2.623,83 manat endirim edilmişdir.
11. Mötəbərliyi şübhə doğurmayan Məhkəmə Ekpertiza Mərkəzinin 2024-cü il 21 may tarixli 9/1512 nömrəli ekspert rəyi ilə iddiaçının tələb etdiyi əsas borc məbləği təsdiq edildiyindən, məhkəmə iddiaçının həmin məbləği tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.
12. Məhkəmə iddianın “10.000 manat əldən çıxmış faydanın ödənilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, iş üzrə mülki prosessual qanunvericiliyin tələbləri baxımından, iddia olunan miqdarda əldən çıxmış fayda şəklində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının 10.000 manat məbləğində əldən çıx mış fayda qismində zərərin ödənilməsi tələbinin təmin edilməsinin yolverilməz olması qənaətinə gəlmişdir.
13. Məhkəmə gəldiyi nəticəni MM-in 6.2, 385.1, 386.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 567, 598 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə tam rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t
15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(104)-205/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, 100 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – R.Məcidov və L.Süleymanov).
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 19 yanvar tarixli 002 nömrəli “distribütorluq müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən ay ərzində satdığı malı n ümumi məbləğinin 7 %-nin distribyutora mal və ya pul şəklində verilməsi, habelə müqavilənin 2.4.2-ci bəndinə əsasən distribyutor bu müqavilə ilə müəyyən edilən satış hədəfindən artıq satış edəcəyi halda hədəfdən artıq satdığı malın ümumi məbləğinin 1 %-nin əlavə olaraq ona verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə birlikdə müqavilə öhdəliklərini icra etdikləri müddətdə cavabdeh 9.496.343,18 manat dəyərində mal satmış, 7% endirimli satış məbləği 8.831.599,16 manat təşkil etmiş, cavabdehə 664.744,023 manat (7 %) endirim edilmişdir. Lakin iddiaçı əslini və ya da lazımi qaydada təsdiq olunmuş surətini təqdim edə bilmədiyi 2019-cu il 17 yanvar tarixli DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsinin kserosurətinə istinad edərək cavabdehə cəmi 537.528,86 manat (6%) endirim edildiyini bildi rmişdir.
17. Tərəflərin izahatlarından və işin hallarından göründüyü kimi iddiaçı cavabdehlə 2019-cu il 17 yanvar tarixli DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsi bağlanıldığını bildirsə də, həmin müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, tərəflər arasında 2019cu il 19 yanvar tarixli 002 nömrəli distribyutorluq müqaviləsi bağlanılmış və həmin müqavilənin 2.4.1-ci hissəsində ay ərzində satdığı malın ümumi məbləğinin 6 %-nin deyil, ay ərzində satdığı malın ümumi məbləğinin 7%-nin distribyutora mal və ya pul şəklində verilməsi nəzərdə tutulmuş və həmin müqavilə üzrə 2021-ci il 15 noyabr tarixli 535 nömrəli üzləşmə aktından görünür ki, üzləşmə aktında cavabdehin 124.166,81 manat borcunun olması göstərilsə də, həmin aktda iddiaçının rəhbəri “silinmə cari ayda icra edilsin” qeydi yaza raq həmin qeyd imza və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Həqiqətən də cavabdehin ümumilikdə satmış olduğu malın ümumi məbləğinin 7 %-nin ona mal və ya pul şəklində ona verilməli olduğu nəzərə alınanda cavabdehin iddiaçıya borcunun qalmadığı müəyyən olunmuş, bu isə cavabdehin izahatının daha inandırıcı olduğunu təsdiq etmişdir.
18. Mülki prosessual qanunvericiliyin normalarının tələblərinə görə məhkəmə yalnız elə yazılı sənədləri mötəbər sübut kimi qəbul edir ki, onların həqiqiliyi şübhə doğurmur. Birinci instansiya məhkəməsi qanunvericiliyin normalarının tələblərinə riayət etməyərək həqiqiliyi şübhə doğuran sənədi (2019-cu il 17 yanvar tarixli DİS/17012019/2 nömrəli müqavilənin kserosurətini) mötəbər sübut kimi qəbul edərək iddia tələbini əsas borc hissəsində təmin etmişdir. Halb uki cavabdeh həmin sənədin həqiqiliyini mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 17 yanvar tarixli DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsi mövcud olmamış, tərəflər arasında 2019-cu il 19 yanvar tarixli 002 nömrəli distribyutorluq müqaviləsi üzrə cavabdehin borcunun olmaması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 385.1, 386.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 567, 529.1-529.3 və 598.2-ci maddələrinə, MPM-in 14.2, 76, 77.1, 78.1, 78.1-1 və 89.1-89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Kassator şikayətində MM-in 404, 567 və 600-cü maddələri üzrə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə istinad edir.
22. MPM-in 77.1-ci maddəsi üzrə - İddiaçı tərəf irəli sürdüyü tələbi əsaslı dəlil və sübutlarla sübuta yetirdiyi halda, apellyasiya məhkəməsi həmin prosessual hüquq normasının tələblərini pozmaqla iddia tələbini əsassız hesab etmişdir. İddianın təmin olunması üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, tələb təmin olunmamışdır.
23. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə “iddiaçı ilə cavabdeh arasında 2019-cu il 17 yanvar tarixli DİS17012019/2 nömrəli distribütorluq müqaviləsinin bağlanmasını qəbul etməmiş, tərəflər arasında 2019-cu il 19 yanvar tarixində distribyutorluq müqavil əsi nömrə 002 kimi bağlanmasını qəbul edərək, həmçinin sonuncu qeyd olunan müqavilənin nəticəsi olaraq tərəflərin 2021-ci il 15 noyabr tarixində üzləşmə aktı tərtib etmələrini və həmin aktın sonunda “silinmə cari ayda icra edilsin” sözlərinin direktor Maşallah Tağıyev tərəfindən yazılaraq imzalanmasını və mühasib Fuadın imzalamasını, müəssisənin möhürü ilə təsdiq olunmasına” əsaslanaraq, iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
24. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi iş üzrə müəyyən edilən hallara uyğun olmayan tərzdə araşdırma aparmaqla, qeyri-obyektiv olaraq işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil, birtərəfli mövqe nümayiş etdirməklə iddianı əsassız hesab etmişdir.
25. Kassator şikayətinin digər bölməsində bildirir ki, iddiaçı ilə cavabde h arasında 2019-cu il 17 yanvar tarixli DİS17012019/2 nömrəli distribütorluq müqaviləsi bağlanmış, cavabdeh ilə müqavilə bağlandıqdan sonra, iddiaçı müqavilə ilə üzərinə götürdüyü ödəliklərini tam icra edərək, müqavilədə nəzərdə tutulmuş yem məhsullarını cavabdehə nisyə təhvil vermiş və nəticədə cavabdehin nisyə götürdüyü yem məhsulları üzrə 124.166,81 manat borcu yaranmışdır.
26. Cavabdeh tərəfin 2019-cu il 17 yanvar tarixli DİS17012019/2 nömrəli distribütorluq müqaviləsinin mövcud olmaması və məhkəmənin isə bu müqavilənin əslinin məhkəməyə təqdim edilməməsinə istinadla iddianın təmin edilməməsi barədə qənaəti qanunsuzdur.
27. Belə ki, cavabdeh tərəflər arasında distribyutorluq müqaviləsinin 2019-cu il 19 yanvar tarixində bağlanmasını qeyd etsə də, bu həqiqətə uyğun deyil. İş materialları nda olan elektron qaimələrdə olan qeydlərdə tərəflər arasında bağlanmış müqavilə olaraq 2019-cu il 17 yanvar tarixli DİS17012019/2 nömrəli distribütorluq müqaviləsi göstərilmişdir. Həmçinin cavabdehə müqavilə üzrə ilkin olaraq yem məhsulları 2019-cü il 18 yanvar tarixində göndərilmişdir. Bu da bir daha onu təsdiq edir ki, müqavilə 2019-cu il 19 yanvar tarixində bağlanmış olsaydı, 2019-cu il 18 yanvar tarixində yem məhsullarının cavabdehə necə göndərilməsi sual olunur ki, bu da mümkün hal deyil.
28. Bundan başqa iddiaçı ilə cavabdeh arasında 2019-cu il 17 yanvar tarixli 002 nömrəli distribyutorluq müqaviləsinin nəticəsi olaraq tərəflər 2021-ci il 15 noyabr tarixində üzləşmə aktı tərtib olunmuşdur. Həmin aktın sonunda “silinmə cari ayda icra edilsin” sözlərini direktor Maşallah Tağıyev yaz araq imzalamış və mühasib Fuadın imzası, müəssisənin möhürü ilə qalıq məbləğ təsdiq edilmişdir. Məhkəmə bu hala mühasibin də silinməni təsdiq etməsi kimi qiymət vermişdir ki, bu da həqiqətə uyğun deyil. Həmin üzləşmə aktına diqqət yetirilsə bu hal öz təsdiqini tapar. Həmçinin bu üzləşmə aktı tərtib edilərkən tərəflər arasında cavabdehin iddiaçıya olan borcu üzrə razılaşmaları olmuşdur. Cavabdeh bu razılaşmaya da əməl etmədiyindən, tərəflər arasında hər hansı razılaşmanın nəticəsi olmamışdır. Bu səbəbdən, həmin üzləşmə aktında “silinmə cari ayda icra edilsin” sözlərinin qarşısında direktor Maşallah Tağıyev tərəfindən atılmış imza etibarsız hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə etdiyi 2019-cu il 17 yanvar tarixli DİS17012019/2 nömrəli distribütorluq müqaviləsinin hər səhifəsində tərəflərin imzaları yoxdur və həmin müqavilə mövcud deyil. Tərəflər arasında bağlanan əsl müqavilə, hər səhifəsini tərəflər imzaladığı müqavilədir. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 19 yanvar tarixində distribyutorluq müqaviləsi nömrə 002 olaraq bağlanmışdır. Həmin müqavilə iş materiallarına əlavə edilmişdir. Həmin müqavilənin nəticəsi olaraq tərəflər 2021-ci il 15 noyabr tarixində üzləşmə aktı tərtib olunmuşdur. Sözügedən aktın sonunda “silinmə cari ayda icra edilsin” sözlərini direktor Maşallah Tağıyev yazaraq imzalamış və mühasib Fuadın imzası, müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Üzləşmə aktının əsli məhkəmə iş materiallarına əlavə edilmişdir. İstinad olunan üzləşmə aktından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 2019-cu il 19 yanvar tarixində distribyutorluq müqaviləsi 002 nömrəli müqavilə üzrə cavabdehin əvvəlki iddiaçıya borcu yoxdur. Borc sənədinin borcluda olması ayrı hal sübuta yetirilməyənədək, öhdəliyə xitam verildiyini təsdiqləyir.
31. Bundan əlavə, tərəflər arasında distribyutorluq müqaviləsi 2018-ci ilin 19 yanvar tarixində imzalanmış, Bakı şəhəri və Şimal rayonlarında X1 Unit Yem zavodunun (Ağdaş yem zavodu) istehsal etdiyi heyvan və quş yemlərinin satışını cavabdehə həvalə edilmişdir. Tərəflər arasında eyni şərtlərlə müqavilə 2019-cu il 19 yanvar tarixində 002 nömrə il ə distribyutorluq müqaviləsi adında bağlanmışdır. Müqavilələrin şərtlərinə görə, iddiaçı müəyyən olunmuş məhsulları (müxtəlif çeşidli yemlər) istehsal edir və satış üçün distribyutor adlandırılan cavabdehə təqdim edir, distribyutor isə həmin məhsulların satışını Bakı və Şimal regionlarında təşkil edir.
32. Eyni zamanda qeyd olunan hallara dair Auditorlar Palatasında 2022-ci il 5 dekabr tarixində YweD7j7S9E nömrəli auditor rəyi verilmişdir (auditor rəyinin əsli iş materiallarına əlavə edilmişdir). 33. 2018-ci ildə malların distribyutora təhvil verilməsi haqqında müqaviləyə əlavələr, təhvil-qəbul aktları, qaimə fakturalar müraciət edən tərəfindən (cavabdeh) auditə təqdim olunmamışdır.
34. Topdansatış fakturaları və üzləşmə aktları üzrə 2018-ci ildə aylar üzrə iddiaçının cavabdehə təqdim etdi yi malların dəyəri, dövriyyəsi aşağıdakı kimidir: yanvar ayında 29.472,14 manat, fevral ayında 19.548,85 manat, mart ayında 568.541,40 manat, aprel ayında 824.069,93 manat, may ayında 1.264.775,66 manat, iyun ayında 1.666.880,18 manat, iyul ayında 763.826,14 manat, avqust ayında 1.069.204,19 manat, sentyabr ayında 922.963,68 manat, oktyabr ayında 771.949,35 manat, noyabr ayında 766.243,82 manat, dekabr ayında 964.895,90 manat ümumilikdə 2018-ci ilin bir ilində 9.632.371,24 manat. Cavabdeh iddiaçıya 9.045.759,25 manat ödəmiş, borc qalıq məbləği 586.611,99 manat təşkil etmişdir.
35. Audit rəyində 2019-cu ildə iddiaçının cavabdehə təqdim etdiyi mallara dair məlumatlar 2 nömrəli cədvəldə əks edilmişdir. 2019-cu ildə aylar üzrə iddiaçının cavabdehə təqdim etdiyi malların dəyəri, dövriyyəsi aş ağıdakı kimidir: cavabdehin 2019-cu il 1 yanvar tarixinə qalıq borcu 586.611,99 manat, yanvar ayında 1.067.997,83 manat, fevral ayında 1.169.603,63 manat, mart ayında 1.503.451,98 manat, aprel ayında 1.495.275,71 manat, may ayında 1.374.504,08 manat, iyun ayında 1.127.447,35 manat, iyul ayında 1.293.691,36 manat, avqust ayında 657.458,94 manat, dekabr ayında 35.114,24 manat ümumilikdə 2019-cı ilin bir ilində 9 724.545,13 manat təşkil etmişdir. Cavabdeh iddiaçıya 10.032.661,97 manat ödəmiş, borc qalıq məbləği 278.495,15 manat təşkil etmişdir. Cavabdeh 2020-ci ilin yanvar ayında iddiaçıya 154.371,31 manat pul ödəmişdir. Qalıq borc 124.123,84 manat təşkil etmişdir.
36. Cavabdehin iddiaçıdan 2018-2019-cu illər dövründə alıb satdığı malların ümumi dövriyyəsi 19.356.916,13 (9.632.371,24+9.724.54 5,13) manat olmuşdur. İddiaçı 20182019-cu illər dövründə cavabdehə satdığı malın ümumi məbləğinin 6%-i hissəsində pul və ya mal ödəmişdir. Lakin müqavilənin 2.4.1-ci bəndinə görə, iddiaçı cavabdehə ay ərzində satdığı malın ümumi məbləğinin 7%-i mal və ya pul şəkilində verməlidir. İki ilin mal dövriyyəsinin ümumi məbləği 19.356.916,13 manat olduğuna görə iddiaçının cavabdehə 1% 193.569 manat müəyyən edilir. Bundan əlavə müqavilənin 2.4.2-ci bəndinə görə, əgər distribyutor (cavabdeh) bu müqavilə ilə müəyyən olunan satış hədəfindən artıq satış edərsə, hədəfdən artıq satdığı malın ümumi məbləğinin 1%-i əlavə olaraq ona verilir. İki ilin mal dövriyyəsinin ümumi məbləği 19.356.916,13 manat olduğuna görə iddiaçının cavabdehə 1% 1935.69 manat əlavə verməlidir.
37. İddiaçı cavabdehə 387.138 manat ( 2%) əlavələr ödəməli olduğuna görə 124.123,8 manat qalıq borc nəzərə alındıqdan sonra iddiaçı cavabdehə 263.014,2 manat pul ödəməlidir. Kassasiya baxışının hədləri
38. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hallar ın yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəm əyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul ed ərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....”
41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Ko llegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
45. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
46. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
47. Azərbaycan Respublikasının Kons titusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüq uq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
48. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 2 17-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
49. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
51. MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(104)-205/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.