Məhkəmə qərarları › İş №2-2(102)-338/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-338/2023

05.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-338/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X2 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun əsassız hesab edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X2 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı "borcun əsassız hesab edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 1 fevral tarixli, 2- 2(103)-167/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh İB-nin "X2 Məhsulları” MMC-yə ünvanlanmış 2022-ci il 9 fevral tarixli məktubuna əsasən verilmiş rəyə görə ******* m3 qazın sərfiyyatı temperatur T=20 0C olmaqla hesablandığı üçün ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq yenidən hesabat aparılmış və 58850 m3 uçotu düzgün aparılmayan təbii qazın həcmi və 12.947 manat məbləğində dəyəri müəyyənləşdirilmişdir. Hazırda müəssisənin istehlakçı hesabında yaranmış borc tam ödənildiyindən 2022-ci il 8 fevral tarixinə təbii qazdan istifadəyə görə borcu yoxdur. 2. 2022-ci il 11 yanvar tarixli hesab-fakturaya əsasən "X2 Məhsulları” MMC-nin 2021ci il 31 dekabr tarixinə borcu 18.721,25 manat təşkil etmişdir. 3. 2022-ci il 11 yanvar tarixli hesab-fakturaya əsasən "X2 Məhsulları” MMC-nin 2021ci il 31 dekabr tarixinə borcu 5.596,68 manat təşkil etmişdir. 4. 2022-ci il 11 fevral tarixli hesab-fakturaya əsasən "X2 Məhsulları” MMC-nin 2021-ci il 31 dekabr tarixinə borcu 6.899,61 manat təşkil etmişdir. 5. 2022-ci il 9 may tarixli hesab-fakturaya əsasən "X2 Məhsulları” MMC-nin 2022-ci il 30 aprel tarixinə borcu 3.796,54 manat təşkil etmişdir. 6. 2021-ci il 1 oktyabr tarixli 29/1640-01021 nömrəli sayğacın istismara yararlığı haqqında arayışa əsasən G1600 markalı turbin tipli “Elster” qaz sayğacının istifadəyə yararlı olması müəyyən olunmuşdur. 7. 2021-ci il 25 may tarixli, SS 29/1640-01021 nömrəli akta əsasən 2 021-ci il 5 may tarixində xətdən çıxarılmış G1600 markalı turbin tipli “Elster” qaz sayğacı 2021-ci il 24 may tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində xətaların normaya uyğun olması, batareya, temperatur çeviricisi və impuls ötürücüsünün tələb olunduğu müəyyən edilmişdir 8. 2022-ci il 12 may tarixli, EBBW seriyalı, 143573 saylı elektron qaiməyə əsasən 3.618,97 manat, 2022-ci il 14 yanvar tarixli, EBBP seriyalı, 521639 saylı elektron qaiməyə əsasən 18.543,68 manat, 2022-ci il 14 fevral tarixli, EBBR seriyalı, 257348 saylı elektron qaiməyə əsasən 6.722,04 manat, 2022-ci il 15 mart tarixli, EBBS seriyalı, 910469 saylı elektron qaiməyə əsasən 8.772,14 manat, 2022-ci il 14 aprel tarixli, EBBU seriyalı, 524830 saylı el ektron qaiməyə əsasən 6.753,16 manat "X2 Məhsulları” MMC-nin borcu yaranmışdır.

9. Təbii X1nın pozulması haqqında 2021-ci il 30 dekabr tarixli ******* saylı akta əsasən obyektə baxış keçirilən zaman G-1600 markalı sayğacda impuls ötürücüsünün nasaz olması, temperatur çeviricisinin naqilinin pozulması nəticəsində sayğacın alarm rejimində işləməsi müəyyən olunmuşdur.

10. Abonentin saldosuna əsasən, cavabdehin iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə borcu (qalıq və aktlar üzrə) 12.947 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı "X2 Məhsulları” MMC (bundan sonra “iddiaçı”) cavabdeh Azəriqaz İB-nə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 15 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ca vabdeh tərəfindən ona hesablanmış ƏDV daxil olmaqla 13.124 manat borcun əsassız hesab olunması və dəymiş maddi ziyanın əvəzi olaraq 13.124 manat pul vəsaitinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qaz xətti üzərində quraşdırılmış Elster G1600 markalı, 10524976 nömrəli qaz sayğacı cavabdeh təşkilatın idarəsi olan X3 İstismar İdarəsinin İmişli Xidməti Sahəsinin əməkdaşları tərəfindən 2021-ci il 5 may tarixində sökülərək yoxlama aparılması üçün laboratoriyaya göndərilmişdir, əvəzində isə Turbin tipli, G-1600 markalı, 10517234 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh təşkilatın Meterologiya Departamenti ilə Azərbaycan Meterologiya İnstitutu tərəfindən 2021-ci il 25 may tarix ində SS № 29/1640-01021 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” akt tərtib edilmişdir. Aktda texniki nasazlığa (impuls ötürücünün nasazlığına) istinad olunaraq sayğacın mexaniki hissəsindən keçən 36984 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmişdir. Sayğacın yaddaş arxiv göstəricilərinə əsasən korreksiya əmsalının orta qiyməti 1,57 olduğundan nasazlıq səbəbindən artıq hesablanmış qaz sərfiyyatının 57695 m3 (36984 x 1,57) olması nəzərə alınaraq, cavabdeh təşkilatın X3 İstismar İdarəsi iddiaçının ƏDV daxil 13.124 manat borcu olduğu qənaətinə gəlmiş və müvafiq elektron qaimə-faktura təqdim etmişdir. İddiaçı aparılan yoxlama və gəlinən nəticə ilə razı olmamış, buna görə də cavabdeh təşkilata və digər analoji qurumlara şikayət yazmaqla mübahisəli məsələnin q anuni və ədalətli bir şəkildə həll olunmasına çalışsa da, cavabdeh təşkilat və onun idarəsi X3 İstismar İdarəsi mövcud mövqeyini dəyişdirməmiş, əksinə borcun ödənilmədiyi təqdirdə iddiaçının qaz təchizatının dayandırılacağını bildirmişdir. Qaz təchizatı iddiaçının sahibkarlıq fəaliyyətinin mühüm parçası olduğu və qaz təchizatının dayandırılacağı təqdirdə iddiaçıya külli miqdarda ziyan dəyəcəyi üçün iddiaçı legitimliyini qəbul etmədiyi və əsassız hesab etdiyi 13.124 manat borc məbləğini məcbur qalıb ödəmişdir.

13. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona hesablanmış ƏDV daxil olmaqla 13.124 manat borcun qanunsuz və əsassız hesab olunaraq silinməsi və dəymiş maddi ziyanın əvəzi olaraq 13.124 m anat pul vəsaitinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 442, 443.1, 447.7, 459.1-ci maddələrinə; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməsinin 1.4, 1.5-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 5.2-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 36.2-ci maddələrinə istinad edilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli, e2-2(113)-4071/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 12.947 manat məbləğində borc silinərək, 12.947 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).

16. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, SS 29/1640-01021 saylı akta əsasən impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 36984 m3 çoxdur. İmpuls ötürücüsü nasazdır. Temperatur həddinin aşılması nəticəsində alarm rejimdə sərfiyyat Tf ~ 20 0C ilə aparılmışdır. Bununla əlaqədar uçotu düzgün aparılmayan təbii qazın həcmi – 58850 m3 və dəyəri – 12.947 manat məbləğində müəyyənləşdirilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Azərbaycan Respublikası Preziden tinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

19. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahə sində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmçinin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

20. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsu z hesab edilməlidir. Lakin aparılan yoxlama nəticəsində iddiaçıya uçotu düzgün aparılmayan təbii qazın dəyəri 13.124 manat məbləğində deyil, 12.947 manat məbləğində müəyyənləşdirilmişdir.

21. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməsinin 1.4, 1.5, 5.2-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 4.2, 4.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

22. Həmin qətnamə 2022-ci il 3 noyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

23. Cavabdeh 2022-ci il 22 noyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilərək, iddiaçıya cavabdeh tərəfindən hesablanmış ƏDV daxil olmaqla 13.124 manat borcun qanunsuz və əsassız hesab olunaraq silinməsi, dəymiş maddi zərərin əvəzi olaraq 13.124 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-167/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli, e2-2(113)-4071/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

25. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb edilmiş 12.947 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

26. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan təl əb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. Göründüyü kimi iddiaçı tərəfindən həmin məbləğin ödənilməsi üçün hüquqi əsas olmamış və cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Ona görə də, iddiaçı həmin məbləğin geri qaytarımasını, habelə həmin məbləğdə qaz sərfiyyatının hesablanması qanunsuz yoxlama nəticəsində tərtib edilmiş akt əsasında müəyyən edildiyinə görə öz hes abından silinməsini tələb etməkdə haqlı olmuşdur.

28. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, həmin aktda qeyd olunan faktların (sayğacın mexaniki hissəsindən keçən 36984 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.

29. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır. Eyni zamanda, iş materiallarından müəyyən edilmişdir ki, həmin yoxlama keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 2011-ci il 12 may tarixli qəra rı ilə təsdiq edilmiş «X1»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

31. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi və bunun nəticəsi olaraq qaz sayğacının yoxlamadan keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

32. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticəni MM-in 439.4, 1091.2, 1092.1-ci maddələrinə; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.2, 13.1, 13.2, 13.3, 17.1, 20.1-ci maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməsinin 1.4, 1.5, 5.2-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 2.10, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

33. Həmin qətnamə 2023-cü il 3 mart tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

34. Ca vabdeh 2023-cü il 19 aprel tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-167/2023 saylı qətnaməsini ləğv edərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

35. MPM-in 9.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir.

36. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus müəssisədə sayğacsız dövrə aparılan hesabat tərəflərin qarşılıqlı sur ətdə tərtib etdiyi akta əsasən aparılmışdır. Tərəflər arasında imzalanmış “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın sərfiyyatı haqqında” 2020-ci il 13 fevral tarixli 040220 saylı akt mücərrəd müqavilə xarakteri daşıyır və tərəflərin sərbəst iradəsini ifadə edir.

37. Məhkəmə əsassız olaraq tərəflər arasında qarşılıqlı razılaşma əsasında aparılmış hesabatı və tərtib olunmuş aktı yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etmə mişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgü n qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə 1091. Əsassız varlanma anlayışı... 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varla nma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə...” 43. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda n əzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....” “Maddə

17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır....” “Maddə

20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestri ndə qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....”

44. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibk arlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur...” “V. Reyestrdən məlumatların verilməsi qaydası … 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlama nın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır...”

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı... 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir....” “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Qaz paylayı cısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir....”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məh kəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-167/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

48. Cavabdehin kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, tərəflər arasında imzalanmış “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın sərfiyyatı haqqında” 2020-ci il 13 fevral tarixli 040220 saylı akt tərəflərin sərbəst iradə ifadələrini əks etdirməklə mücərrəd müqavilə xarakteri daşıyır. Məhkəmə əsassız olaraq tərəflər arasında qarşılıqlı razılaşma əsasında aparılmış hesabatı və tərtib olunmuş aktı yoxlama kimi qiymətləndirmişdir.

49. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçıdan ödənilməsi tələb edilmiş borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından, həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyərinin iddiaçıdan tələb oluna bilməməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

50. Belə ki, cava bdehin tərəflərin sərbəst iradəsini ifadə edən mücərrəd müqavilə kimi xarakterizə etdiyi akt əsasında hesablanmış borc iddiaçı tərəfindən mübahisələndirilmiş və göstərilmişdir ki, qaz təchizatı onun sahibkarlıq fəaliyyətinin mühüm parçası olduğu və qaz təchizatının dayandırılacağı təqdirdə ona külli miqdarda ziyan dəyəcəyi üçün legitimliyini qəbul etmədiyi və əsassız hesab etdiyi 13.124 manat borc məbləğini məcbur qalıb ödəmişdir.

51. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəaları ilə yalnız elektrik, su və qaz sayğaclarının göstəricilərin in oxunması ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi istisna hal kimi nəzərdə tutulmuşdur. Digər bütün hallarda yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olması müəyyənləşdirilmişdir.

52. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-167/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

54. Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 fevral tarixli, 2-2(103)-167/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar