Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-34/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış yığımın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" MMC) qarşı “stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış yığımın tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)- 628/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 1 yanvar - 2022-ci il 1 fevral tarixləri ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş yük daşıma və stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışda 195.017,07 manat cəmi məbləğ hesablanmışdır.
2. EBAG seriyalı, 379771 nömrəli, 2020-ci il 14 fevral tarixli elektron qaiməyə əsasən 5.956,99 manat, EBAF seriyalı, 183163 nömrəli, 2020-ci il 17 yanvar tarixli elektron qaiməyə əsasən 2.272,17 manat, EBAC seriyalı, 525018 nömrəli, 2019cu il 15 noyabr tarixli elektron qaiməyə əsasən 3.975 manat, EBAD seriyalı, 830802 nömrəli, 2019-cu i l 13 dekabr tarixli elektron qaiməyə əsasən 7.607 manat, EBAK seriyalı, 134692 nömrəli, 2020-ci il 20 may tarixli elektron qaiməyə əsasən 3.767 manat, EBAİ seriyalı, 904584 nömrəli, 2020-ci il 17 aprel tarixli elektron qaiməyə əsasən 7.645,61 manat, EBAH seriyalı, 669669 nömrəli, 2020-ci il 13 mart tarixli elektron qaiməyə əsasən 6.483,51 manat, EBAL seriyalı, 413597 nömrəli, 2020-ci il 22 iyun tarixli elektron qaiməyə əsasən 1.350 manat, EBAN seriyalı, 891898 nömrəli, 2020-ci il 21 avqust tarixli elektron qaiməyə əsasən 2.542,10 manat, EBAQ seriyalı, 002767 nömrəli, 2020-ci il 16 sentyabr tarixli elektron qaiməyə əsasən 4.131 manat, EBAR seriyalı, 854896 nömrəli, 2020-ci il 28 oktyabr tarixli elektron qaiməyə əsasən 940,59 manat, EBAV seriyalı, 749907 nömrəli, 2019-cu il 13 iyun tarixli e lektron qaiməyə əsasən 2.565 manat, EAAU seriyalı, 254759 nömrəli, 2019-cu il 10 may tarixli elektron qaiməyə əsasən 2.728,88 manat, EAAR seriyalı, 675485 nömrəli, 2019-cu il 14 mart tarixli elektron qaiməyə əsasən 9.164,44 manat, EBAT seriyalı, 483712 nömrəli, 2020-ci il 4 dekabr tarixli elektron qaiməyə əsasən 110.033,8 manat, EAAX seriyalı, 072685 nömrəli, 2019-cu il 12 iyul tarixli elektron qaiməyə əsasən 1.132,7 manat, EAAY seriyalı, 507515 nömrəli, 2019-cu il 15 avqust tarixli elektron qaiməyə əsasən 2.589 manat, EBAB seriyalı, 177604 nömrəli, 2019-cu il 14 oktyabr tarixli elektron qaiməyə əsasən 8.805,52 manat, EBAW seriyalı, 303946 nömrəli, 2021-ci il 19 yanvar tarixli elektron qaiməyə əsasən 37.335,2 manat məbləğində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edi lmişdir.
3. Cavabdeh MMC-nin "xxxx" QSC-yə 2020-ci il 9 iyul tarixində ünvanladığı 78 nömrəli məktubuna əsasən, Astara stansiyasına gələn RF-na məxsus olan qapalı vaqonlar Astara (eksp) stansiyasına (kod 554503), yəni İran Astarasına keçə bilmirlər. Vaqonların Azərbaycan Respublikasının ərazisində, astara stansiyasında və ya digər stansiyalarda yığılıb qalması, vaqonların məxsus olduqları şirkətləri, yüklərin sahiblərini narahat edir. Artıq bir neçə təşkilatdan vaqonların uzun müddət Azərbaycan Respublikasının ərazisində, yanvar ayından qalmaları səbəbindən, boşdayanmaya görə cərimələr barədə iddia ərizələri daxil olmuşdur. Sahibkarlar vaqonların hansı səbəbdən Astara (eksp) stansıyasına keçirilməməsini bilmək istəyirlər.
4. Cavabdeh MMC-nin 2020-ci il 9 iyul tarixində 78 nömrəli məktubuna Azərbaycan Dəmir Yolları” QSC tərəfindən verilmiş cavabda bildirilmişdir ki, qapalı vaqonların yüklü halda uzun müddət Astara-Export (İran) terminalına keçə bilməməsi və Astara stansiyasında yığılıb qalmış taxta ilə yüklü qapalı vaqonların uzun müddət boşalma əməliyyatına verilməmə səbəbi Cəmiyyətin aidiyyəti qurumu, Astara və Astara-Export (İran) stansiyalarının operatoru olan "xxxx" MMC yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" QSC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 11 aprel tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfi ndən 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixə kimi cavabdehə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış 195.017,07 manat, 486 manat ödənilmiş dövlət rüsumu, cəmi 195.503,07 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2019cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixə kimi stansiya və yükdaşıma xidmətləri göstərilmiş, həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının (Astara, Hövsan və Biləcəri) stansiyalarında göstərilmiş xidmətlərə görə (“MDB və Baltikyanı dövlətlərə məxsus vaqon istifadə”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “boş vaqonun (özəl və icarədə ol an) dayanmasına görə”, iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi və s.) cavabdehə stansiya xidmətləri üzrə 194.918,89 manat, yükdaşıma xidməti üzrə isə 98,18 manat məbləğində yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2021-ci il 10 mart tarixində pretenziya məktubu ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Bununla bağlı iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü yarımbəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdi q edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə istinad etmişdir.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı 2022-ci il 22 iyul tarixində verilmiş etirazda bildirilmişdir ki, cavabdeh Rusiya Federasiyasının Azərbaycan Respublikasında yeganə rəsmi tərəfdaşı və operatorudur. Cavabdeh ilə iddiaçı arasında nə müqavilə, nə də şifahi yaxud yazılı razılaşma və ya xidmət göstərmələri üçün heç bir qanuni əsaslar olmamışdır. 2020-ci ildə iddiaçı cavabdehə aid vaqonları qanunsuz olaraq Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. İddiaçı tərəf vaqonları Astara-Export (İran) dəmir yolu stansiyasına ötürməli idi, lakin vaqonları həmin stansiyalarda aylarla qanunsuz saxlamaqla cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurmuşdur. Qanunsuz saxlanılan vaqonların buraxılma sı üçün müraciətlər olmuşdur. İddiaçı tərəf, 2020-ci il 9 iyul tarixli, 78 nömrəli müraciətə cavab olaraq bildirmişdir ki, yük sahibləri yükü qəbul etməkdən imtina edirlər. Müqavilə əsasında, satıcı Rusiya alıcı İran şirkətləri olmuş, 130 vaqon yükün Rusiya ərazisində daşınmasını “Rustexsnab”, Azərbaycan ərazisində daşınmasını cavabdeh icra etmişdir. İran ərazisində yükün qəbul edilib-edilməməsinin iddiaçıya heç bir aidiyyəti olmamış və yalnız vəzifəsi vaqonları operativ şəkildə İran ərazisinə ötürməkdən ibarət olmuşdur.
9. Belə ki, vaqonlar Yalama dəmir yolu stansiyasında yəni Azərbaycan ərazisinə daxil olduqda bütün dövlət rüsumları ödənilir, ödənilməsə Azərbaycan ərazisinə buraxılmır. Gömrüklə bağlı heç vaxt problem olmamış, həmişə vaqonlar operativ şəkildə yola salınmışlar. İddiaçı heç bir səbəb olmadan, əsassız, qanunsuz və qərəzli şəkildə vaqonları Liman, Salyan və Astara dəmir yolu stansiyalarında saxlamışdır. Vaqonların qanunsuz saxlanılan Liman, Salyan və Astara dəmir yolu stansiyalarından Astara-Export (İran) dəmir yolu stansiyasına buraxılmasını tələb edən Rusiya Federasiyası “Rustexsnab” tərəfindən 2020-ci il 31 avqust tarixli teleqramla müraciət olmuşdur. Bütün müraciətlərə baxmayaraq iddiaçı vaqonların qanunsuz saxlanılmasını davam etdirmişdir. İddiaçı tərəf qanunsuz hərəkətləri ilə cavabdehin işgüzar nüfuzuna zərbə vurmuş, iddiaçı tərəfin təqsiri səbəbindən cavabdeh bağladığı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu səbəbdən cavabdehə xüsusilə külli miqdarda ziyan dəymişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 avqust tarix li e-2-2(113)2076/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – A.Əliyeva).
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi sübutetmə yükü ilə bağlı olmuşdur. İddiaçı tərəf məhkəmə araşdırması zamanı göstərilmiş stansiya xidmətlərinə görə tələb olunan ödənişin cavabdehin və ya iddiaçı tərəfindən bildirildiyi kimi digər tərəfin malı qəbul etməkdən imtinası nəticəsində saxlanılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan xidmətlər üzrə ödənişləri tələb etməkdə haqlı olmamışdır.
12. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.2, 442, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsasl andırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-1015/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin daşıdığı vaqonların Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı şifahi müqavilə bağlanmamış, vaqonların saxlanılması əsassız olmuşdur. Belə ki, iddiaçının cavabdehə cavab məktubunda qeyd edilmişdir ki, vaqonların iddiaçıya məxsus stansiyada saxlanılmasının səbəbi stansiyanın operatoru olan "xxxx" MMC tərəfindən yükalanlara dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müxtəlif bəhanələrlə yüklərin qəbulundan imtina edilməsi olmuşdur. Bu yazışmaların məzmunundan aydın olmuşdur ki, tələb olunan borc cavabdehin daşıdığı yük dolu vaqonların iddiaçıya məxsus stansiyada uzun müddət qalması ilə əlaqədar boşdayanmaya görə hesablanmışdır. Həmçinin cavabdehin öz vaqonlarını iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı iradə ifadəsi olmamış, əksinə cavabdeh iddiaçıya müraciət edərək vaqonların Astara-İran marşrutu üzrə sərhəddən gediş-gəlişini təmin etmək üçün göstəriş verilməsini xahiş etmişdir. Cavabdehin daşınmasını həyata keçirmiş olduğu yüklər İran İslam Respublikasına daşındığından və yükalanlara İran ərazisində təhvil verilməli olduğundan "xxxx" MMC-nin yükalanları yükləri Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada təhvil almağa dəvət etməsi anlaşılan olmamışdır. Bundan başqa məktubun sonuncu cümləsində qeyd edilmişdir ki, iyun-iyul aylarında artıq vaqonlar Astara-Exsport (İran) terminalına ötürülmüş və boşaldılmışdır. İddiaçı tərəf cavabdehin daşıdığı yükləri Astara-Exsport (İran) terminalına vaxtında ötürmək vəzifəsini hansı səbəbdən icra etmədiyinin və vaqonları hansı səbəbdən Azərbaycan Respublikası ərazisində saxlanıldığının səbəbini izah edə bilməmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehə məxsus yüklərin iddiaçıya məxsus stansiyada müəyyən müddət üçün saxlanılmasında cavabdehin irad ə ifadəsi, təqsiri və məsuliyyəti olduğu müəyyən olunmadığından, iddiaçı tərəfindən tələb edilən xidmət haqqı olaraq hesablanmış borc cavabdehdən tutula bilməz. Belə ki, iddiaçı tərəfindən təsdiq olunmuş elektron qaimələrlə bağlı məhkəmə qeyd etmişdir ki, həmin qaimələrin hansı müqavilə və ya sənəd əsasında tərtib edildiyi qeyd edilmədiyindən (əsas hissəsində “NFDU” qeyd edildiyi nəzərə alınaraq), cavabdehə xidmətin göstərildiyi digər sübutlarla təsdiq olunmadığından, o cümlədən qaimələrə əsasən cavabdeh tərəfindən hər hansı ödəniş edildiyi müəyyən olunmadığından yalnız elektron qaimələr əsasında iddianın əsaslı olduğunu təsdiq edilə bilməz.
17. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüqu q normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 386.1, 405.1, 405.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturaların tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.3, 2.2.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(102)-74/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçü n Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – B.Qəribov, hakimlər – M.Bəhram və A.Abbasov).
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında mövcud olan elektron qaimələrin 21 ədədindən görünür ki, həmin qaimələrdən 2 ədədi 2008-ci il, 8 ədədi 2019-cu il, 10 ədədi 2020-ci il, 1 ədədi isə 2021-ci il üzrə iddiaçı tərəfindən cavabdehə stansiya xidmətlərinin göstərilməsi ilə bağlı tərtib edilmişdir. Bu baxımdan göstərilən illər üzrə müəyyən dövri ardıcıllıqla tərəflər arasında mövcud münasibətlərdən irəli gəlməklə yerinə yetirilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkətlər olunmuşdur. Lakin cavabdeh tərəfindən mütəmadilik baxımından müəyyən dövri ardıcıllıqla göndərilmiş həmin qaimələrdən hə r hansı biri barəsində etiraz edilməsi və ya dəyişdirilməsi ilə bağlı görülmüş tədbirləri təsdiq edən heç bir sübut iş materiallarında mövcud olmamışdır. Astara stansiyasının 2022-ci il 13 yanvar tarixi göstərilən və möhürü olan “əlavə yığımlar üçün yığım vərəqələr”ində ödəyici kimi cavabdeh qeyd edilir (belə bir vərəqədə Hövsan stansiyasına aid olmuşdur). Bundan başqa, iş materiallarında birinci instansiya məhkəməsinə təqdim edilən müxtəlif illərlə bağlı “Dorojnaya vedomost” adlı sənədlərdən də görünür ki, Rusiya Federasiyasından müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən mallar göndərilmiş, həmçinin göndərilən malların alıcısı(qəbul edəni) kimi cavabdeh göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərildiyi kimi, tərəflər arasında yazılı müqavilənin olmaması, h əmçinin cavabdehə aidiyyəti olan vaqonların Azərbaycan Respublikası ərazisində iddiaçıya məxsus stansiyada saxlanılması ilə bağlı şifahi müqavilənin bağlanmaması və bununla da vaqonların saxlanılmasının əsassız olması qənaətinə gəlməsi tərəflər arasında olan faktiki münasibətlərin maddi hüquq baxımından tam qiymətləndirilməməsi ilə nəticələnmişdir. Bundan başqa, "xxxx" MMC-nin Kutum, Dərbənd, Yalama, Astara, Salyan, Liman stansiyalarına ünvanlanmış 2020-ci il 31 avqust tarixli, 14 nömrəli teleqramında, 2020-ci il 17 avqust tarixli müqaviləyə əsasən, Latviya dəmiryolu Sangeyt kompaniyasının mülkiyyətində olan vaqonların "xxxx" MMC-yə icarəyə verdiyi və bu teleqramda sadalanan konteynerlə olan vaqonların Salyan, Liman stansiyalarındakı vaqonların Astara ekspert stansiyasına verilməsinin zəru riliyi göstərilmişdir.
21. Bu teleqramın mətnindən isə aydın olmuşdur ki, Salyan və Liman stansiyalarında olduğu qeyd edilən həmin vaqonlar "xxxx" MMC-yə məhz 2020-ci il 17 avqust tarixində icarəyə verilmişdir. Faktiki olaraq teleqramda göstərilən vaqonlar isə 2020-ci il 17 avqust tarixli müqaviləyə əsasən icarə münasibətlərinin predmeti olmuşdur. Digər tərəfdən, iddiaçının yükdaşımaları departamentinin cavabdehin 2020-ci il 9 iyul tarixli, 78 nömrəli məktubuna cavab olaraq ünvanlandığı 2020-ci il 26 avqust tarixli məktubda göstərilmişdir ki, taxta ilə yüklü qapalı vaqonların boşalma əməliyyatında verilməməsinin səbəbi cəmiyyətin aidiyyəti qurumu Astara və Astara-Eksport stansiyalarının operatoru olan "xxxx" MMC tərəfindən yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəli f bəhanələrlə yüklərini qəbul etməkdən imtinası olmuşdur. Həmçinin məktubda qeyd olunmuşdur ki, vaqonların 12 ədədi iyun ayınının, 8 ədədi isə iyul ayının ilk dekadasında Astara-Export (İran) terminalına ötürülmüş və 10-16 iyul tarixləri intervalında boşaldılmışdır. 2020-ci il 9 iyul tarixli və 2020-ci il 26 avqust tarixli məktubların məzmununu təhlil etdikdə isə belə qənaətə gəlinmişdir ki, cavabdehin iddiaçıya ünvanlandığı məktubda vaqonların nömrələrinin əlavə olunduğu qeyd edilsə də iş materiallarında onların ümumi sayı göstərilməmiş və nə məktubda, nə də iş materiallarında bununla bağlı sənəd mövcud olmamışdır. Belə olan təqdirdə iddiaçının cavabdehə ünvanlandığı məktub əsasında vaqonların ümumi sayının 20 ədəd olduğu qənaətinə gəlinmişdir. İddiaçının 2020ci il 26 avqust tarixli məktu bu Astara-Eksport stansiyalarının operatoru olan "xxxx" MMC-nin 2020-ci il 5 avqust tarixli məktubu əsasında tərtib edilmişdir. Həmin məktubda da göstərilmişdir ki, vaqonların ümumi sayı 20-yə yaxın olmuşdur. Astara və Astara-Eksport stansiyalarının operatoru kimi 2020-ci il 26 avqust tarixli məktubda "xxxx" MMC qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilən həmin məktub isə "xxxx" MMC-nin 2020-ci il 5 avqust tarixli məktubu əsasında tərtib olunmuşdur. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi iddia tələbi nə 2020-ci il üzrə, nə də 20 vaqonla əlaqədar tələb olunan yığım borcu ilə məhdudlaşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin əsas hissəsində “NFDu” qeyd edildiyi göstərilmiş, onun məzmunu ilə bağlı hər hansı araşdırılma aparılmamış və cavabdehə xidmətin göstərilməsinin digər sübutlarla təsdiq olunmadığı, o cümlədən həmin qaimələrə əsasən ödəniş edilmədiyi qənaətinə gəlinərək, bu elektron qaimələr əsasında iddianın əsaslı olduğunun təsdiq edilə bilməməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.
22. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MMin 329.2, 329.3, 390.1, 390.7-ci maddələrinə, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikasının da qoşulduğu 1951-ci il 1 noya br tarixli “X1 Yük Daşımaları haqqında” Sazişin 2-ci maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2005-ci il 24 noyabr tarixli Qərarına, “A.Şoşanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2015-ci il 11 fevral tarixli Qərarına, MPM-in 76.1, 76.2, 77.3, 217.3, 417.1.3, 418.1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 23. 2023-cü il 7 iyul tarixli 2-2(103)-628/2023 nömrəli məhkəmə iclas protokolundan görünür ki, "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)-628/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qis mən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmuş, cavabdehdən 171.045,36 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən hakim – A.İsgəndərov, V.Sadıqov və M.Rüstəmli).
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı "xxxx" MMC (bundan sonra – “üçüncü şəxs”) “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” kimi işdə iştirak etməyə cəlb etmiş, sonuncu məhkəmə iclasında verdiyi izahatında vaqonların stansiyada qalmasının səbəbini qısa olaraq cavabdehdən bununla bağlı sifarişin gec daxil olması ilə izah etmiş və bu məsələdə cavabdehin günahkar olduğunu göstərmişdir. Üçüncü şəxs özü müstəqil hüquqi şə xsdir. Bir hüquqi şəxsin təqsirli hərəkətinə görə başqa hüquqi şəxsin mülki hüquqi məsuliyyətə cəlb olunması qanunvericilik nöqteyi-nəzərdən məqbul hesab edilə bilməz. Belə ki, üçüncü şəxsin məhkəmə iclasında vermiş olduğu izahat və iş materialları əsasında müəyyən edilmişdir ki, üçüncü şəxs tərəfindən vaqonların İran Astarasına göndərilməməsi cavabdehin təqsirindən baş vermiş, iddiaçı ilə bağlılığı olmamışdır. İddia tələbi nə 2020-ci il üzrə, nə də 20 vaqonla əlaqədar tələb olunan yığım borcu ilə məhdudlaşdırılmamışdır. İddiaçı tərəfindən cavabdehə 2018-ci il 16 noyabr tarixdən 2020-ci il 21 avqust tarixədək 21 ədəd elektron qaimə-faktura göndərilmiş, həmin qaimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə -fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na (bundan sonra – “Qaydalar”) uyğun olaraq cavabdeh tərəfindən təsdiq olunmuş və onlara etiraz edilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin əsas hissəsində “NFDu” qeyd edildiyi göstərilmişdir. İddiaçının təbii inhisar subyekti olması faktından çıxış edərək onun digər müştərilərlə münasibətlərində də belə elektron qaimələr tərtib olunmuşdur. Azərbaycan Respublikası ərazisində dəmir yolu daşımalarında fəaliyyət göstərən yeganə müəssisə olaraq iddiaçı ilə, Rusiya Federasiyası ərazisindən İrana göndərilən vaqonlarla bağlı ekspeditor rolunu həyata keçirən cavabdeh arasında münasibətlər mövcud olmuşdur. İşin yeni apellyasiya baxışı zamanı elektron qaimələrdən müəyyən edi lmişdir ki, iddia tələbinin əhatə etdiyi 2019-cu il 1 dekabr – 2022-ci il 1 fevral tarixinədək cəmi 171.045,36 manat borc hesablanmışdır. İşdə olan digər qaimələr isə 2019-cu il 1 dekabr tarixindən əvvəlki dövrü əhatə etmiş, həmin dövrlər üzrə 41.075, 54 manat məbləğində borc hesablanmışdır.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 14.2.1, 14.2.8, 43.1, 386.1, 405.1, 405.2-ci maddələrinə, “Təbii inhisar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.1.4-cü maddələrinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı əlavə tədbir barədə” Azərbaycan Respublikası Prezidentinin 2 015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanın 3.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.2.29-cu bəndinə, Azərbaycan Respublikasının da qoşulduğu 1951-ci il 1 noyabr tarixli “X1 Yük Daşımaları haqqında” Sazişin 2-ci maddəsinə, MPM-in 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
30. MPM-in 88, 416, 417.1.4, 417.2, 418.2-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi göstərilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Təqdim edilən yığım vərəqələri, elektron qaimələr və maliyyə arayışı iddiaçı tərəfindən cavabdehə hansı stansiya xidmətlərinin göstərildiyi, göstərilmiş xidmətlərə uyğun olaraq hesablanmış yığımları və bunun müqabilində ödənilməli olan məbləğin 195.503,07 manat olduğunu təsdiq etmişdir. Məhkəmə isə öz növbəsində qeyd etmişdir ki, 41.075,54 manat borc 2019-cu il 1 dekabrdan ə vvəlki dövrü əhatə etdiyindən bu məbləğ ödənilməli olan borca daxil edilməməlidir. Lakin məhkəmə qəbul etmiş olduğu qətnamədə bu məbləği hansı elektron qaimə və yığım vərəqələri əsasında hesabladığı haqqında hər hansı izah verməmişdir. 195.503,07 manat borc məbləği iddiaçı tərəfindən cavabdehə 2019-cu il 12 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinədək göstərilən stansiya və yükdaşıma xidmətləri əsasında hesablanmışdır. Bu borc məbləğinə 2019-cu il üzrə yaranmış borc miqdarı daxil edilməmişdir. Bu məbləğ məhkəməyə təqdim olunmuş maliyyə arayışı, 2019-cu il 12 yanvar tarixindən 2022-ci il 1 fevral tarixinədək göndərilən elektron qaimələr və yığım vərəqələri əsasında təsdiq edilmişdir. Bununla da məhkəmə təqdim olunan sübutları hərtərəfli və obyektiv qaydada dəyərləndirməmiş, iddiaçıya c avabdeh tərəfindən ödənilməli olan borc məbləğini daha az hesablamışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
31. MM-in 6.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC işdə maraqlı olmayan üçüncü şəxs qismində iştirak etmişdir. Lakin, sonuncu iddiaçının törəmə şirkətidir və öz törəmə şirkəti olduğu iddiaçının xeyrinə çıxış etməsi heç də təəccüblü olmamışdır. Məhkəmə üçüncü şəxsin izahatına istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edərək mülki qanunvericiliyin təməl prinsiplərindən olan bərabərlik prinsipini pozmuşdur.
32. MPM-in 88, 217.1, 217.3, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı məktubunda aidiyyəti qurumu olan üçüncü şəxsin yükalanları dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yüklərini qəbul etməkdə n imtina etməsini bildirməsi, daha sonra məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Cəmiyyətin aidiyyəti qurumu olan "xxxx" MMC-nin cavabdeh tərəfindən bununla bağlı sifarişin gec daxil olmasını bildirməklə günahlandırılması arasına olan fikir ayrılığı məhkəmə tərəfindən obyektiv araşdırılmamışdır. Həmin məktubdan göründüyü kimi, üçüncü şəxs iddiaçının aidiyyəti qurumudur və sonuncunun maraqlarını müdafiə etmişdir. İddiaçının törəmə şirkəti olan üçüncü şəxsin söz olaraq cavabdehin gec sifariş verməsini bildirməsi, habelə iddiaçının məktubda qeyd etdiyi kimi yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtina etməsi halları heç bir sənədlə və ya hər hansısa bir digər sübutla öz təsdiqini tapmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
34. Apellyasiya məhkəməsinin qətnaməsi həm iddiaçı, həm də cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.... 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri....” “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlik ləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” 37. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri
1. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aşağıdakılardır:... 1.4. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;...” 38. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haq qında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı əlavə tədbir barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;...”
39. Azərbaycan Respublikasının da qoşulduğu 1951-ci il 1 noyabr tarixli “X1 Yük Daşımaları haqqında” Sazişinin müvafiq müddəalarında aşağıdakıla r nəzərdə tutulur: “Maddə
2. Daşıma ödənişlərinin anlayışında nəzərdə tutulmuş normada, həmçinin əlavə yığımlar da müəyyənləşdirilmişdir.”
40. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)628/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
42. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı 195.503,07 manat məbləğində tələb olunan borcun 2019-cu il 12 yanvar tarixindən 2022- ci il 1 fevral tarixinədək göstərilən stansiya və yükdaşıma xidmətləri əsasında hesablandığını qeyd etsə də, iddia ərizəsində cavabdehdən 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixinədək göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə yaranmış borcu tələb edir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin dövr ərzində, yəni 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixinədək olan müddət ərzində cavabdeh tərəfindən iddiaçıya 171.045,36 manat məbləğində borc hesablanmışdır.
43. Qeyd olunan 171.045,36 manat məbləğində borc vəsaiti iddiaçı tərəfindən cavabdehə 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixinədək göndərilmiş elektron qaimə - faktura əsasında hesablandığından, iddiaçı tərəfindən də məhz 2019-cu il 1 dekabr tarixindən 2022-ci il 1 fevral tarixə kimi cavabdehə göstərilmiş stansiya və yükdaşıma xidmətlərinə görə hesablanmış borc tələb edildiyindən və digər elektron qaimələr isə 2019-cu il 1 dekabr tarixindən əvvəlki dövrü əhatə etdiyindən, məhkəmə haqlı olaraq iddia tələbi həddində mübahisəyə baxmışdır.
44. Cavabdehin kassasiya şikayətinin dəlili ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə 2018-ci il 16 noyabr tarixindən 2020-ci il 21 avqust tarixinədək göndərilmiş 21 ədəd elektron qaimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə - fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq cavabdeh tərəfindən təsdiq olunmuş və onlara hər hansı etiraz edilməmişdir.
45. Maddi hüquq normanın tələbindən də göründüyü kimi, bir hüquq şəxsin təqsirli hərəkətinə görə başqa hüquqi şəxsin mülki hüquqi məsuliyyətə cəlb olunması qanunvericilik nöqteyi – nəzərdən məqbul hesab edilə bilməz. Belə ki, iddiaçının cavabdehə 2020-ci il 26 avqust tarixində ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, taxta yükü ilə qapalı vaqonların boşalma əməliyyatında verilməməsinin səbəbi, Astara və Astara – Eksport stansiyalarının operatoru olan "xxxx" MMC tərəfindən yükalanların dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə yüklərini qəbul etməkdən imtina etməkləri ilə əlaqədar olmuşdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münas ibətdə düzgün tətbiq etmiş, iddiaçı ilə cavabdehin kassasiya şikayətlərində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)-628/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: B akı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)-628/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.