Məhkəmə qərarları › İş №2-2(102)-344/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-344/2021

23.07.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-344/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-344/2021 Bakı şəhəri 2021-ci il 23 iyul 23.07.2021 Açar sözlər: elektrik enerjisi üzrə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının 2021ci il 16 mart tarixli, 2-2(103)-333/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı2 MMC ilə "xxxx" ASC arasında 2015-ci il 18 iyun tarixli, 010890 saylı elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. İddiaçı2 MMC-yə məxsus Abşeron rayonu, Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında 2020-ci il 26 may tarixdə güclü külək nəticəsində xətt qırılaraq həmin obyektə gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik sayğacı tamam sıradan çıxmışdır. "xxxx" ASC-nin əməkdaşları MMC-nin çağırışı əsasında baş vermiş qəza səbəbindən baxış keçirilməsi üçün dəvət edilmiş və "xxxx" ASC tərəfindən məlum təbii hadisə zamanı baş vermiş qəza nəticə sində 2020-ci il 26 may tarixli, 031119 nömrəli akt tərtib olunmuşdur. Elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın ekran tablosunun işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Xətdə gərginliyin olmaması səbəbindən yükü ölçmək mümkün olmamış və hesabatın keçən aya uyğun aparılması və yeni sayğacın quraşdırılması aktda qeyd olunmuşdur. Həmin akt əsasında MMC-yə 67373 kvts elektrik enerjisi sərfiyyatına görə (31 gün üçün) 6.063,57 manat borc hesablanmışdır.

3. Abunə haqqında məlumata görə MMC-nin aprel ayı üçün elektrik enerjisi sərfiyyatının məbləği 835,20 manat, mart ayı üçün 1.180,80 manat, fevral ayı üçün 1.828,80, iyun ayı üçün 2.059,20 manat, iyul ayı üçün 1.449,20 manat olmuşdur. Həmçinin, MMC tərəfindən may ayı ərzində istifad ə etdiyi elektrik enerjisinə görə 233,54 manat ödəniş edilmişdir.

4. MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və 2020-ci il 23 sentyabr tarixli, NDQ 008036 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacın yaddaşı oxunan zaman müəyyən müddət ərzində sayğacdan keçən yükün qeyd olunmaması aşkarlanmış, obyektin sayğacı yeni sayğacla əvəzlənmiş, əvvəlki sayğacın yaddaşının oxunması üçün laboratoriyaya göndərilmişdir. Qüsur kimi müxtəlif vaxtlarda gərginlik və cərəyan kəsilmələrinin aşkarlandığı göstərilərək, 2020-ci il 8 oktyabr tarixdə MMC-yə 5705,01 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. 2020-ci il 19 oktyabr tar ixdə İddiaçı2 MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilmsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2020-ci il 26 may tarixli, 031119 saylı aktla hesablanmış 6.060 manat və 2020-ci il 23 sentyabr tarixli, NQD 008036 saylı aktla hesablanmış 5.705,01 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 26 may tarixdə güclü külək nəticəsində 6 kvt gücündə xətt qırılaraq iddiaçıya məxsus Abşeron rayonu, Güzdək qsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasına gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik sayğacı tamam sıradan çıxmışdır. Göstərilən fakt cavabdeh tərəfindən tərtib olunmuş 2020-ci il 26 may tarixli 031119 saylı aktla öz təsdiqini tapmış, aktda həmçinin xəttdə gərginlik olmadığından, yükün ölçülməsinin mümkün olmadığı və hesabatın əvvəlki aya uyğun aparılması göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş ********* saylı, 2020-ci il 31 may tarixli hesab ödəniş vərəqəsində qalıq borcu 1.990,63 manat göstərilmiş, lakin 1 ay sonra təqdim olunmuş ********* saylı, 2020-ci il 30 iyun tarixli hesab ödəmə vərəqəsində borc 8.918,2 manat qeyd edilməklə, 6.060 manat əsassız borc hesablanmışdır.

7. Müəssisə tərəfindən elektrik sərfiyyatı üzrə borcların vaxtında ödənilməsi və 6.060 manat borcun əsassız və qanunsuz hesablanması hesab ödəniş vərəqələri ilə öz təsdiqini tapır. Həmçinin, cavabdehin 2020-ci il 28 sen tyabr tarixli, 202997 saylı protokolu ilə müəssisə tərəfindən hər-hansı pozuntuya yol verilmədiyi müəyyən edilsə də, 2020-ci il 23 sentyabr tarixli, NDQ 008036 saylı aktla əlavə olaraq 5.705,01 manat borc hesablanmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 dekabr tarixli, e-2-2(113)-3128/2020 saylı qətnaməsi ilə iddia qismən - cavabdeh tərəfindən 2020-ci il 26 may tarixli, 031119 saylı akt əsasında hesablanmış 5.011,94 manat və 2020-ci il 23 sentyabr tarixli, NQD 008036 saylı saylı akt əsasında hesablanmış 5.705,01 manat məbləğində borcun silinməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Zeynəb Axundova).

9. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

10. Cavabdeh tərəfindən tərtib olunmuş 2020-ci il 26 may tarixli aktda hesabatın əvvəlki aya uyğun aparılması qeyd olunsa da, hesablama əvvəlki aylara uyğun aparılmamışdır. Akta əsasən may ayı üçün sərfiyyatın hesablanması əvvəlki aylara uyğun aparılmalı, əvvəlki üç ayın (fevral, mart, aprel) sərf məbləğləri toplanaraq 3-ə bölünməklə orta aylıq sərfiyyat məbləği əldə olunmalıdır. Nəticədə əldə olunan 1.281,6 manat (1180,80+1828,80+2059,20/3) məbləğdən may ayı ərzində istifadə edilən elektrik enerjisinə görə ödənilən 233,54 manat çıxılmalı və alınan 1.048,06 manat məbləğ may ayı üçün iddiaçı tərəfindən cavabdehə ödənilməli olan məbləğ olaraq müəyyən edilməlidir. Qalan 5.011,94 manat məbləğ isə əsassız olduğundan silinməlidir.

11. Qanunvericiliyin tələblərinə görə, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yox dur. Həmçinin, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Mübahisələndirilən 2020-ci il 23 sentyabr tarixli aktın qəbul olunmasına səbəb olmuş yoxlama cavabdeh tərəfindən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh yoxlamanın aparılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etmədiyindən həmin yoxlama qanunsuz olmuşdur və onun hüquqi nəticələri də qanunsuzdur.

12. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsin də aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.6, 8.1, 8.2, 8.3, 8.4, 8.8, 8.33, 8.34, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam olaraq təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli, 2-2(103)-333/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

16. Məhkəmə öz qətnaməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2.3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.8, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Məhkəmə sənədlərinin proses iştiraklarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, məhkəmənin qətnaməsi cavabdehə məxsus elektron kabinetdə 2021-ci il 2 aprel tarixində yerləşdirilmişdir.

18. Cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli, 2-2(103)-333/2 021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri: 19. 2020-ci il 26 may tarixli, R031119 saylı aktla müəyyən edilən hal olaraq güc transformatorunun zədələnməsi və sayğacın yanaraq sıradan çıxması “X1 Qaydaları”nın 8.16-cı bəndində nəzərdə tutulan uçotun istehlakçının təqsiri olmadan müvəqqəti pozulması halını ifadə etmişdir. Həmin bəndin tələbinə əsasən, istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğu n aparılmalıdır. Bu səbəbdən, 2020-ci il 3 iyun tarixli icra vərəqəsinə əsasən aktda göstərilən halla əlaqədar istehlakçı ilə 1 ay müddətinə hesablaşma aparılaraq 163 kvt (sayğacın göstəricisi) x 80 (cərəyan transformatorunun əmaslı) / 6 gün x 31 gün = 67373 kvts sərfiyyat (6063,57 manat) hesablanmışdır. Məhkəmə isə, mübahisəyə düzgün olmayaraq Qaydaların 8.1-8.4 və 8.8ci bəndlərini tətbiq edərək sərfiyyatın əvvəlki 3 ayın sərfiyyatına uyğun hesablanmasına dair səhv nəticəyə gəlmişdir.

20. Məhkəmə 2020-ci il 23 sentyabr tarixli yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması haqqında Əsasnam ə”nin göstərişlərinə uyğun aparılmadığına istinad etməklə həmin tarixli, NQD 008036 saylı akt əsasında hesablanmış borcun silinməli olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə təsərrüfat və sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, hazırki halda məhkəmənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması haqqında Əsasnamə”yə istinad etməsi düzgün olmamışdır. Sayğ ac uçot komplekti iddiaçıya məxsus obyektin daxilində quraşdırıldığından onun qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik istehlakçının üzərinə düşmüş, 2020-ci il 23 sentyabr tarixli, NQD 008036 saylı akt əsasında hesablaşmanın hüquqi əsasını isə “X1 Qaydaları”nın 8.15-ci bəndi təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 22.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 23.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhk əməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (2021-ci il 28 sentyabr tarixinədək olan redaksiyası): “7. ELEKTRİK ENERJİSİNİN UÇOT CİHAZLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMARİ... 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abone nti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir....” “8. ELEKTRİK ENERJİSİNDƏN (AKTİV VƏ REAKTİV) İSTİFADƏYƏ GÖRƏ HESABLAŞMALAR 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildi kdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.... 8.7. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağl anmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir.... 8.8. Enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır.... 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı ener jitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssi səsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər....” 26.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (2021-ci il 2 aprel tarixindəkə olan redaksiyası): “M a d d ə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) y oxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur;...” M a d d ə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərin in yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “M a d d ə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) fakt ları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “M a d d ə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;...”

27. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur (2021-ci il 21 may tarixindək qüvvədə olan redaksiyasında):

1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların m araqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. [1] 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. [2] 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəti cələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparıl an hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

28. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak məhkəməsinə təqdim edilir....” edən şəxslər tərəfindən birinci instansiya “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiya sı məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus Abşeron rayonu,Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında 2020-ci il 26 may tarixində güclü külək nəticəsində xətt qırılaraq həmin obyektə gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik sayğacı tamam sıradan çıxmışdır. Cavabdehin əməkdaşları iddiaçının çağırışı əsasında baş vermiş qəza səbəbindən baxış keçirilməsi üçün dəvət edilmiş və "xxxx" ASC tərəfindən məlum təbii hadisə zamanı baş vermiş qəza nə ticəsində 2020-ci il 26 may tarixli 031119 nömrəli akt tərtib olunmuşdur. Elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın ekran tablosunun işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Xətdə gərginliyin olmaması səbəbindən yükü ölçmək mümkün olmamış və hesabatın keçən aya uyğun aparılması və yeni sayğacın quraşdırılması aktda qeyd olunmuşdur. Həmin akt əsasında iddiaçıya 67373 kvts elektrik enerjisi sərfiyyatına görə (31 gün üçün) 6.063,57 manat borc hesablanmışdır.

30. İddiaçı hazırki iddiasında 1 ay üçün 6060 manat məbləğində sərfiyyatın hesablanmasının 2020-ci il 26 may tarixli aktda göstərilənlərə zidd olmasına, aktda hesablamanın keçən aya uyğun aparılmasının qeyd olunmasına istinad etmişdir.

31. İşə baxmış məhkəmələr Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.8-ci bəndinə əsaslanaraq (bax yuxarıda § 26) belə qənaətə gəlmişlər ki, aktın tərtib edildiyi may ayı üçün sərfiyyatın hesablanması əvvəlki aylara uyğun aparılmalı, əvvəlki üç ayın (fevral, mart, aprel) sərfiyyat məbləğləri toplanıb, 3-ə bölünməklə orta aylıq sərfiyyat məbləği çıxarılmalıdır. Alınan ((1180,80+1828,80+2059,20):3=1281,6) 1281,6 manat məbləğdən may ayı ərzində istifadə edilən elektrik enerjisinə görə ödənilən 233,54 manat çıxılmalı (1281,6-233,54=1048,06), alınan 1048,06 manat məbləğ may ayı üçün iddiaçı tərəfindən cavabdehə ödənilməli olan borc olaraq müəyyən edilməli, qalan 5011,94 manat (mübahisələndirilən 6060-1048,06=5011,94) məbləğində borc silinməlidir.

32. Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu, apellyasiya şikayətinin dəlillərinə (bax yuxarıda §20) apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələbinə uyğun qiymət verilmişdir

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin 2020-ci il 26 may tarixli akt əsasında hesablamanın “X1 Qaydaları”nın 8.16-cı bəndinə əsasən hesablanmalı olmasına dair dəlilinə münasibətdə həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Qaydaların 8.8-ci bəndi enerji təchizatı müəssisəsinin, 8.16-cı bəndi isə istehlakçının təqsiri olmadan sayğacının işinin pozulması halında eyni hesablama qaydasını-tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmasını müəyyən e tmişdir.

34. İşə baxmış məhkəmələr tərəfindən, 2020-ci ilin may ayı üçün (elektrik xəttinin sındığı ay) hesablama uçot pozulana qədərki dövr üzrə orta günlük sərfinə əsasən aparılmışdır ki, bu da “X1 Qaydaları”nın həm 8.8, həm də 8.16-cı bəndlərinin tələblərinə uyğun olmuşdur. 35.İşin hallarından göründüyü kimi, 5.705,01 manat məbləğində borc məbləği 2020-ci il 23 sentyabr tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılması nəticəsində tərtib olunmuş akta əsasən hesablanmışdır. 36.Həmin tələb üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3 maddələrinə istinad olunaraq qeyd olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətinə dair aparılacaq yoxlama, Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeyd alınmadan aparılmışdır. Ona görə də, həmin yoxlamanın hüquqi qüvvəsi nəticəsi yoxdur. 37.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini qanunvericiliyin qeyd olunan tələblərinə uyğun hesab edir. 38.Cavabdeh kassasiya şikayətində cavabdehin apardığı yoxlamanın onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin apaşdırılması ilə bağlı olmadığını, iddiaçının fəliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət o lunması vəziyyətini yoxladığını göstərsə də, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (bax yuxarıda § 27-28) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasınıq təmin etməsi müəyyən edilmişdir.

39. Apellyasiya məhkəməsi tərəfindən EEİQ-in 8.15 bəndinin tələbinin nəzərə alınmamısına dair kassasiy a şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal qanunvericiliyin, o cümlədən EEİQ-in özünün yoxlamanın vahid məlumat reyestrində qeydə alınmasına dair müddəalarının tətbiqini istisna etmir. Ona görə də kassatorun həmin dəlilini əsaslı hesab etmək olmaz.

40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli, 2-2(103)-333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar