Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-344/2022 14.04.2022 ALİ MƏHKƏMƏ Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçının cavabdeh 1, cavabdeh 2 və cavabdeh 3-ə qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının cavabdeh 1, cavabdeh 2 və cavabdeh 3-ə qarşı etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi, etibarnamə əsasında aparılmış işlərin etibarsız hesab edilməsi, maddi və mənəvi ziya nın ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 16 mart tarixli 2-2(115)-389/2022 saylı qərardadına əsasən, Göygöl rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi. İ. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “İddiaçı”) 2021-ci il 1 mart tarixində cavabdeh 1-ə (bundan sonra – “notariat ofisi”) qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək notariat kontorunda 2012-ci il 23 noyabr tarixində verilmiş AR-1 189622 nömrəli etibarnamənin saxta, qanunsuz və etibarsız hesab edilməsi və həmin etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilmə si tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması və əlavə cavabdehin cəlb olunması barədə ərizə təqdim edilərək sabiq notarius (bundan sonra – “R.R”) əlavə cavabdeh kimi cəlb olunmaqla əldən çıxmış faydaya görə 40.**0 manat maddi ziyanın və 20.**0 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Habelə, iddiaçı tərəfindən ərizə təqdim olunaraq cavabdeh 3-ün (bundan sonra – “ASC”) əlavə cavabdeh kimi cəlb olunmasını xahiş edilmişdir.
4. Göygöl rayon Məhkəməsinin 2021-ci il 29 uyun tarixli 2(066)-451/2021 saylı qərardadları ilə əlavə cavabdeh olaraq sabiq notarius R.R və ASC əlavə cavabdeh kimi prosesə cəlb olunmuşdur. Bundan sonra da işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
5. Gö ygöl Rayon Məhkəməsinin 2022-ci il 24 yanvar tarixli 2(066)-42/2022 saylı qərardadı ilə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Ə.Kərimov).
6. Göygöl Rayon Məhkəməsinin belə qənaətə gəlmişdir ki, ASC hüquqi şəxs olduğundan VÖEN-ə malikdir, sahibkarlıq subyektidir və tərəflər arasında olan mübahisə kommersiya mübahisəsidir.
7. Göygöl Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 25.1, 26.1, 26.2, 44.2.2, 45.2-ci, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 16 mart tarixli 2-2(115)-389/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Vəliyev).
9. Gəncə Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf İddiaçı sahibkar statusu olmayan şəxsdir. Ona görə də hazırkı tələb üzrə kommersiya mübahisəsinin subyekti hesab olunmur. İş üzrə cavabdehlərdən yalnız ASC sahibkarlıq subyektidir.
10. Bundan başqa, iddia ərizəsində göstərilən, “etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi” əsas tələb, “maddi və mənəvi ziyanın ödənilməsi” hissəsi isə əsas tələbə əlavə tələbdir. Çünki iddiaçı zərərə məruz qalmasını etibarnamənin qanunsuz və etibarsız olması ilə əlaqələndirir. Belə olan vəziyyətdə tələbin ziyan hissəsinin uğurluluğu ilə əsas hissənin əsaslılığı arasında asılılıq halları müş ahidə olunur. Göründüyü kimi, tələbin etibarnamənin etbarsızlığı və qanunsuzluğundan ibarət olan əsas hissəsi tam olaraq Notariat ofisinə və sabiq notarius R.Rzayevə qarşı yönəlmişdir ki, onlar da sahibkarlıq subyekti deyildirlər.
11. Gəncə Kommersiya Məhkəməsi iddiaçının ASC-yə qarşı maddi ziyan tələbini korporativ tələb kimi də hesab etmir. Çünki hazırkı iş üzrə iddiaçı, cəmiyyətin üzvü olması əsası ilə cavabdeh hüquqi şəxsin onun maraqlarına toxunan hər hansı fəaliyyətini mübahisələndirmir.
12. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 24.2, 25.1, 31.2, 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrı lıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli qərarının 12-ci bəndində istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
31. Aidiyyətin d əyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.”
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələ rə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud b irlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
15. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iş mülki iş olduğundan mahiyyəti üzrə baxılmaq üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.
16. Belə ki, iş materiallarına əsasən, İddiaçı sahibkar statusu olmayan fiziki şəxsdir, ona görə də kommersiya mübahisəsinin subyekti hesab edilmir. Ümumiyyətlə, mübahisə tərəfi olan şəxslərdən yalnız ASC sahibkarlıq subyektidir.
17. Hazırkı halda məhkəmə baxışının predmeti iki iddia tələbindən ibarətdir: 1) etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi, 2) maddi və mənəvi ziyanın ödənilməsi.
18. İddiaçı maddi və mənəvi ziyanın yaranmasını etibarnamənin qanunsuz və etibarsız olması ilə əlaqələndirir. Buradan görünür ki, tələblər bir-biri ilə əlaqəli tələblərdir. Yəni, 1-ci tələb (etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi) əsas, 2-ci tələb (maddi və mənəvi ziyanın ödənilməsi) isə əsas tələbə əlavədir.
19. Bundan başqa, tələbin etibarnamənin etbarsızlığı və qanunsuzluğundan ibarət olan əsas hissəsi tam olaraq Notariat ofisinə və sab iq notarius R.R-ə qarşı yönəlmişdir ki, onlar da sahibkarlıq subyekti deyildirlər.
20. Eyni zamanda, əsas və əlavə tələb üzrə cavabdehlər (Notariat ofisi və sabiq notarius R.Rzayev) dəyişmədiyi halda, sonradan işə əlavə cavabdeh kimi cəlb edilən ASCnin sahibkarlıq subyekti olması mülki işin kommersiya mübahisəsinə çevrilməsinə əsas vermir.
21. MPM-in 31.2-ci maddəsinin (bax yuxarıda § 13) tələbi ondan ibarətdir ki, iddiaçının ASC-yə qarşı tələbinin məzmunundan asılı olmayaraq, həmin tələb irəli sürülənə və ASC əlavə cavabdeh kimi prosesə cəlb olunana qədər Göygöl Rayon Məhkəməsi işi öz icraatına aidiyyət qaydalarına riayət edilməklə qəbul etdiyindən sözügedən prosessual hərəkətdən sonra da işə mahiyyəti üzrə baxılmasını davam etdirməli idi.
22. Məsələ ilə bağlı Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun mövqeyi (bax yuxarıda § 14) belədir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
23. Həmçinin iddiaçının ASC-yə qarşı maddi ziyan tələbi korporativ tələb də hesab edilə bilməz. Çünki hazırkı halda ASC-nin təsisçisi, iştirakçısı və ya idarəe tmə orqanının nümayəndəsi qismində İddiaçı ilə cavabdeh ASC arasında ASC-nin fəaliyyətindən irəli gələn hər hansı mübahisəyə dair iddia tələbi irəli sürülməmişdir.
24. Göstərilənlərə əsasən, Gəncə Kommersiya Məhkəməsi işə düzgün olaraq mülki iş kimi hüquqi qiymət vermişdir. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün ümumi məhkəməyə göndərilməlidir.
25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh 1, cavabdeh 2 və cavabdeh 3-ə qarşı “etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi, etibarnamə əsasında aparılmış işlərin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Göygöl R ayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.