Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-344/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xarici elementli kommersiya mübahisəsi, podrat müqaviləsi, öhdəliklərin icrası, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2-2(103)-108/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi arasında bağlanmış 2019-cu il 24 dekabr tarixli ümumi tikinti işləri üçün 056-12.19 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə Azərbaycan və Qırğızıstan Dostluq adına Bişkek şəhəri, Bayik Baatır küçəsi/Masaliyev prospekti ünvanında yerləşən yeni parkın tikintisi üzrə işləri Sifarişçinin göstərişi ilə yerinə yetirməyi, sifariçi isə görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsi nə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində işlərin başa çatdırılması üçün son tarix sentyabr 2020 müəyyən edilmişdir. 2. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi arasında bağlanmış 2020-ci il 10 yanvar tarixli ümumi tikinti işləri üçün 021 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı ilə Bişkek şəhəri, X2, Moldokulov küçəsi, 2,24 ha ərazidə yerləşən 550 təhsil yeri üçün yeni bir təhsil məktəbinin inşası ilə bağlı əlavə iş yerinə yetirməyi öhdəsinə götürür və müştəri görülən işləri qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində işlərin başa çatdırılması üçün son tarix 2020-ci il 10 may müəyy ən edilmişdir. 3. 2020-ci il 10 yanvar tarixli 02 nömrəli ümumi tikinti işləri üçün müqaviləyə 1 nömrəli əlavə razılaşmaya əsasən icraçı bu əlavə razılaşma üzrə bütün işlərin icrasını 2020-ci il 20 sentyabr tarixinədək başa çatdırmağı öhdəsinə götürür. 4. "xxxx" MMC ilə Azərbaycan Respublikasının Qırğızstan Respublikasındakı Səfirliyi arasında 2019-cu il 27 dekabr tarixindən 2021-ci il 9 mart tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktına əsasən Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinin "xxxx" MMC-yə 2021-ci il 9 mart tarixinə borcu cəmi 3.029.257 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" MMC (bundan sonra-“iddiaçı”) iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən (bundan sonra – “cavabdeh”) 3 029 257 ABŞ dolları məbləğində əsas borcun və 3364 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi 2014-cü il 4 mart tarixdə Çuy vilayətində iddiaçıya **********0118 vergi identifikasiya nömrəsi ilə hüquqi şəxin dövlət qeydiyyatı haqqında şəhadətnamə vermişdir. Bundan başqa 2014-cü il 26 fevral tarixli Nizamnamə Qırğızıstan Respublikasının qanunvericiliyə uyğun olaraq hazırlanmış və iddiaçının fəaliyyətini tənzimləyir. Daha sonra Qırğızıstan Respublikası Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qırğızıstan-Azərbaycan Dos tluq Parkının və Bişkek şəhərində məktəbin layihələndirilməsi və tikintisinin müəyyənləşdirilməsi haqqında saziş bağlanmışdır. Sazişə əsasən 2019-cu il 7 oktyabr tarixdə Bişkek şəhərində imzalanmış humanitar əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın üçüncü iclasının Protokolunun 2.9-cu bəndini nəzərə alaraq, Azərbaycan Respublikası Hökuməti Qırğızıstan və Azərbaycan Dostluq Parkının layihələndirilməsini və tikintisini maliyyələşdirir (bundan sonra Parl adlandırılacaq) və Bişkekdə 550 şagird yerli məktəbin dizayn və tikinti maliyyəsi üçün ümumilikdə 8 062 000.0 ABŞ dolları təşkil edən maliyyə yardımı aşağıdakılarından ibarət olmuşdur: Park və məktəbin dizayn və smeta sənədlərinin hazırlanması üçün 162 000.0 ABŞ dolları; Parkın salınması üçün 4.000.000.0 ABŞ dolları. Məktəb tikintisi üç ün 3.900.000.0 ABŞ dolları Sazişə uyğun olaraq parkın və məktəbin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə iddiaçı arasında 2019-cu il 24 dekabr tarixli 056-12.19 nömrəli Ümumi tikinti işləri üçün müqavilə bağlanmış və iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra olunsa da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən öz üzərinə düşən öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə iddiaçı arasında 2019-cu il 27 dekabr tarixində 2021-ci il 9 mart tarixədək qarşılıqlı hesablaşmaların uzlaşdır ılması aktına əsasən, yuxarıda qeyd olunan hər iki müqavilə üzrə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin iddiaçıya 2021-ci il 9 mart tarixinə olan borcu 3 029 257 ABŞ dolları təşkil etmişdir. Beləliklə dəfələrlə müraciət edilməyinə baxmayaraq Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin iddiaçıya olan 3 029 257 ABŞ dolları borcu bu günədək ödənilməmişdir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış 2019-cu il 24 dekabr tarixli və 2020-ci il 10 yanvar tarixli müqavilələrdə müqavilə tərəfləri “icraçı” və “sifarişçi” kimi göstərilsə də, tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə görə həmin müqavilələri podrat müqaviləsinə uyğun hesab edir. Ona görə də hazırki mübahisəyə podrat haqqında müddəaların tətbiq edilməsi qənaətindədir.
7. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət ilə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə başqa cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli e-2-2(113)3405/2024 saylı qərardadı ilə vəsatət təmin edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə başqa cavabdeh qismində cəlb edilmişdir.
9. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş və ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi ilə iddiaçı arasında bağlanılmış 2019-cu il 24 dekabr tarixli 056-12.19 nömrəli və 2020-ci il 10 yanvar tarixli 02 nömrəli müqavilələrin dördüncü hissələrinə və bu müqavilələrin əlavələrinə əsasən onların müddətləri müvafiq olaraq 202 0-ci il 10 may və 2020-ci il 20 sentyabr tarixlərində bitmişdir. MPM-in 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iş üzrə cavabdeh Xarici İşlər Nazirliyinə qarşı qaldırılan iddiadan imtina barəsində qərar çıxarılması xahiş edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra-“ikinci cavabdeh”) iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının imzaladığı 2019cu il 24 dekabr tarixli podrat müqaviləsinin predmeti olan görülən işlərə və xidmətlərə nisbətdə 3 il nəzərdə tutulmuş iddia müddətini üzrlü hal ilə bağlı hər hansı bir açıqlama olmadan ötürdüyü görünür. Bu səbəbli hala əsaslanaraq iddiaçı iddia müddətini buraxdığı üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Eyni zamanda iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin səbəbləri və həmin səbəbləri təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddiaçının məhkəmə tərəfindən işin mahiyyəti üzrə araşdırılması qanunvericiliyin tələblərinə ziddir. Tərəfin iddia müddətini ötürərək Maliyyə Nazirliyinə qarşı sözügedən tələbi irəli sürməsi qanunvericinin mövqeyinə ziddir və əsaslandırılması mümkünsüz hesab edilməlidir. İddia tələbinin dövlət büdcəsinə yönəldiyini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin hər il üzrə təsdiq edildiyi və dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunma zəru riliyi nəzərə alındıqda, hazırkı iş üzrə iddia müddətinin tətbiqi xüsusi önəm daşıyır. Bununla yanaşı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qeyd edilən tikintinin aparılması məqsədilə vəsaitin ayrılması təmin edildiyindən, habelə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı bir müqavilə bağlanmadığından hazırkı iş üzrə Nazirlik heç bir öhdəlik daşımır və cavabdehlər siyahısından çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “müqavilədən irəli gələn öhdəliklər üzrə mübahisələr” barədə iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddia müddət inin tətbiqi barədə ərizəsi onunbla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini buraxdığı üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. İddia tələbinin dövlət büdcəsinə yönəldiyini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin hər il üzrə təsdiq edildiyi və dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunma zəruriliyi nəzərə alındıqda, hazırkı iş üzrə iddia müddətinin tətbiqi xüsusi önəm daşıyır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məh kəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 sentyabr tarixli e-2-2(113)3405/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Namazova).
13. Məhkəmə müəyyən etmişdir ki, borcun yaranması tərəflər arasında yazılı qaydada bağlanmış podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, tikinti işlərinin qalıq dəyərinin ödənilməməsindən irəli gəlir. Tərəflər arasında podrat müqavilələri bağlanmış və müqaviləni bağlanması, qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı işdə olan sənədlərlə də təsdiq edilmişdir. Buna görə də iddiaçının bu cür tələb irəli sürmək üçün əsaslar mövcud olmuşdur.
14. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər və id dia müddətinin tətbiqi barədə ərizələrində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişlər.
15. Məhkəmə həmin ərizələrə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
16. Məhkəmə hesab etmişdir ki, hər iki müqavilə üzrə işlərin bitməsi müddəti kimi 2020-ci il 10 may və 2020-ci il 20 sentyabr tarixləri müəyyən edilmişdir. Tərəflər arasında qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı isə 2021-ci il 9 mart tarixində imzalanmışdır. İddia müddətinin axımı müqavilə müddətlərinin bitdiyi tarixlərində hesablanaraq müəyyən edilir ki, hər müqavilə üzrə müvafiq olaraq may və sentyabr 2023-cü il tarixində, hətta tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktının imzalanması tarixindən hesablandığı halda 2024-cü il 9 mart tarixində iddia müddətinin axımı başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə 2024-cü il 7 may tarixində məhkəməyə müraciət etmişdir.
17. Məhkəmə tərəfindən iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxdığından iddia tələb i rədd edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 6, 8.2, 139.1, 139.2, 139.3, 139.4, 139-1.1.1, 139.-1.1.3, 140, 146.2, 148.2, 152, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331, 334.2, 334.3.1, 337.1, 337.2, 337.4, 338, 339, 404.1, 404.2, 421.2, 647.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-108/2025 nömrəl i qətnaməsi ilə apellyasiya şikayəti təmin qismən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin rədd edilməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən mübahisələrin yaranacağı təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq edilməsi göstərilməsə də qeyd olunan hal «Beynəlxalq xüsusi hüquq» haqqında Qanunun tələblərinə əsasən tənzimlənmişdir. Məhkəmə qeyd olunan Qanununun 25.1-ci maddəsinin tələbinə əsaslanaraq göstərmişdir ki, müqavilə tərəfləri arasında həmin müqaviləyə tə tbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə podratçının təsis ediliyi və fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Hazırkı mübahisəyə podratçı təşkilatın təsis edildiyi, yəni Qırğızıstan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçı Qırğızıstan Respublikası MM-in 212-ci maddəsində nəzərdə tutulmuş ümumi 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
23. Məhkəmənin qətnaətinə əsasən hər iki müqavilə üzrə işlərin bitməsi müddəti kimi 2020-ci il 10 may və 2020-ci il 20 sentyabr tarixləri müəyyən edilmiş, qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktı isə 2021-ci il 9 mart tarixində imzalanmış, beləliklə, iddia müddətinin axımı müqavilə müddətlərinin bitdiyi tarixlərindən hesablandıqda hər müqavilə üzrə müvafiq olar aq may və sentyabr 2023-cü il tarixində, qarşılıqlı hesablaşmaların uzlaşdırılması aktının imzalanması tarixindən hesablandığı halda isə 2024-cü il 9 mart tarixində iddia müddətinin axımı başa çatmış, iddiaçının isə iddia ərizəsi ilə 2024-cü il 7 may tarixində məhkəməyə müraciət etməsi iddia müddətini ötürməsi və Qırğızıstan Respublikası MM-in 212-ci maddəsinə əsasən iddianın rədd edilməsi üçün əsasdır.
24. Apellyasiya şikayətinin iddia müddətinin axımının müqavilələrin və üzləşmə aktının tarixindən deyil, Azərbaycan Respublikası Baş Prokurorluğunun 2021-ci il 10 noyabr tarixli məktubunun tarixindən hesablanmalı olması barədə dəlilinə münasibətdə məhkəmə apellyatorun bu dəlili ilə razılaşmayaraq göstərmişdir ki, tərəflər arasındakı münasibətləri qeyd olunan məktub deyil, müqavilə tənzimləy ir. Müqavilə üzrə nəzərdə tutulmuş borcun ödənilməsi şərtləri isə tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən müəyyən edilir.
25. İddiaçı həm müqavilə, həm üzləşmə aktına münasibətdə iddia müddətini ötürmüş, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan vaxtında istifadə etməmiş, nəticədə hüquqlarının prosessual formada müdafiəsi imkanını itirmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanununun 1.1, 2.1, 25.1-ci, Qırğızıstan Respublikası Mülki Məcəlləsinin 211, 212, 215, 216.2, 296, 297, 623-cü və MPM-in 385, 440.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
27. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri, Beynəlxalq Xüsusi Hüquq haqqında Azərbaycan Respublikası Qanununun 1.1, 2.1, 25.1, Qırğızıstan Respublikası Mülki Məcəlləsinin 211, 212, 215, 216.1, 216.2, 296, 297, 623, 629.1, 629.2, 630.1, 630.2, 632.1, 632.2-ci maddələri üzrə - MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığımüqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
29. Müqavilə üzrə öhdəlik icrası başa çatmasına dair bitirmə aktı tərtib edilməmişdir. Müqavilələr üzrə borcun məbləğinin hesablanmasına dair tərəflər arasında 2021-ci il 9 mart tarixli razılaşma imzalanmışdır. Müqavilələr üzrə bitirmə aktı imzalanmadığından, həmin müqavilə üzrə öhdəliklərin davam etdiyi qənaətini formalaşdırdığından müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə pulun tələb edilməsinə dair nəinki müqavilələri icra tarixi, heç müqavilələr üzrə borcun olmasına dair 2021-ci il 9 mart tarixli razılaşmanın tarixindən də hesablanmaqla iddia müddətinin ötürülməsi qənaətinə gəlinməsi əsassızdır. Bu isə onu ehtiva edir ki, məhkəmənin iddia müddətinin ötürülməsinə iddianın təmin edilməməsi qənaətinə gəlinməsi qənaəti əsassızdır. Bu hal məhkəmələr tərəfindən nəzərə alınmamış, maddi hüquq normaları səhv təsfir edilməklə tətbiq edi lməli olan maddi hüquq normaları səhv tətbiq edilmişdir ki, bu da məhkəmə müdafiəsi hüququnun pozulmasını qaçılmaz etmişdir. Çünki bitirmə aktı olmadığından, müqavilə üzrə öhdəliyin icrasının başa çatması, şifarişçi qismində iddiaçının tələbinin yaranması üçün yekun müddətin hesablanması mümkünsüz olduğundan, borcun məbləği üzrə dəqiqləşdirmə barədə 2021-ci il 9 mart tarixli razılaşma müqavilə üzrə öhdəliyin tələbinin aralıq müddətini ehtiva edir. Belə olan halda isə həmin müddətlərə istinadən iddia müddətinin ötürülməsi qənaətinə gəlinməsi maddi hüquq normalarının tələbləri baxımından mümkünsüzdür. İddiaçı müqavilə üzrə öhdəliyin icrasının davam etdiyi və borca dair 2021-ci il 9 mart tarixli razılaşmanın olmasına baxmayaraq, cavabdehin dövlət orqanı olması nəzərə alınaraq, dövlət orqanını n vəzifəli şəxslərinin hərəkətlərindən aidiyyəti üzrə öhdəliklərin icasında hərəkətsizliklərindən (vəzifə səlahiyyətlərinin icra edilməməsi və sui-istifadə hallarından) şikayət etdikdən sonra Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmiş, həmin müraciətin nəticəsindən sonra müqavilə üzrə öhdəliyin icra edilməməsi qənaətinə gəlmişdir ki, bu da onun artıq müqavilə tərəfinin öhdəliyi icra etməməsinə görə tələb etmək hüququnun yarandığından məhkəməyə müraciət etmişdir.
30. MPM-in 14.1, 14.2, 88, 217.1-ci maddələri üzrə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamaqla yanaşı, mübahisənin həlli üçün zəruri xüsusatlara lazımınca diqqət yetirməmiş və sübutları düzgün tədqiq etməmişdir. Belə ki, ədalətli məhkəmə araşdırılmasını təmin təmin etməyərək, podrat müqavilə üzrə münasibə tlərin davam etdirilib-etdirilməməsi, bitirmə aktının olub-olmaması aydınlaşdırılmamış, yalnız iddia müddətinin tətbiqi barədə ərizəyə istinad etməklə, iddia tələbini təmin etməmişdir ki, bu da posessual hüquq normaları baxımından sübutlar üzrə tam, hərtərəfli araşdırılmanın aparılmasını təmin etməmişdir.
31. Cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə faktiki olaraq iddia tələbinin əsaslılığını qəbul edirlər, amma müqavilə üzrə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Lakin müqavilə üzrə istinad edilən müddəalar iddia müddətinin ötürülməsi əsası kimi dəyərləndirilə bilməz. Çünki müqavilə tərəfi olan Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi Azərbaycan Respublikasının adından çıxış etməklə, səfirliyin b elə bir hərəkətə yol verməsi, müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə Azərbaycan Respublikasının aidiyyəti orqanına müraciət edərək, səfirliyin müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsi üçün tədbirlər görməsi xahiş edilmiş, Azərbaycan Respublikasının Baş prokururluğunun 2022-ci il 20 aprel tarixli 14/2-652nəz-22 nömrəli məktubundan sonra müqavilə üzrə öhdəliyin icra edilməyəcəyi müəyyən edilmişdir. Belə olan halda, iddia tələbinə qarşı etirazda istinad edildiyi tarixlərə deyil, qeyd edilən məktubun tarixindən müqavilə üzrə öhdəliyin icra edilməyəcəyi bilindiyindən və həmin məktuba əsasən də məhkəməyə müraciət edildiyindən, eləcə də işlərin təhfil alınmasından sonra iddia müddətinin hesablanması nəzərdə tutulduğundan iddia müddətinin ötürülməsi qənaəti əsaslı hesab edilə bilmə z. Əlavə olaraq, pulun ödənilməməsi nəticəsində işlər tam şəkildə tamamlanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktik i hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 35. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1.Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir....” “Maddə
2. Xarici hüququn məzmununun müəyyən olunması 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur....” “Maddə
25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.6. podrat müqaviləsində - podratçının;...”
36. Qırğızıstan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında
211. İddia müddəti hüququ pozulmuş şəxsin iddiası üzrə hüququn müdafiəsi müddətidir.
212. Ümumi iddia müddəti 3 il müəyyən edilmişdir.
215. Məhkəmə iddia müddətinin keçməsindən asılı olmayaraq mülki işi baxılmaq üçün icraata qəbul edir. İddia müddəti yalnız işdə iştirak edən şəxslərin yazılı ərizəsi əsasında məhkəmə qərarı qəbul edilənə qədər tətbiq edilir. İddia müddətinin keçməsi iştirak edən şəxslərin yazılı ərizəsi əsasında məhkəmənin iddia ərizəsinin təmin edilməməsi barədə qərar çıxarması üçün əsas kimi müəyyən edilib. 216.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
296. Öhdəliyə əsasən bir şəxs (borclu) digər şəxsin xeyrinə müəyyən fəaliyyəti həyata keçirməyi, məsələn, əmlak verməyi, iş görməyi, pul ödəməyi və s., yaxud hər hansı hərəkətdən çəkinməyi öhdəsinə götürür, kreditorun isə borcludan öz öhdəliyinin icrasını tələb etmək hüququ var.
297. Öhdəliyin yaranma əsasları aşağıdakılardır: Müqavilə, Elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması, əldə edilməsi və əqli fəaliyyətin digər nəticələri əsasında, Digər şəxslərə vurulmuş zərər, Vəfat etmiş şəxsdən qalmış vərəsəlik əsasında.
623. Podrat müqaviləsinə əsasən bir şə xs (podratçı) digər şəxsin (sifarişçi) göstərişi əsasında müəyyənləşdirilmiş müddət ərzində şərtləşdirilmiş işi görməyi və onun nəticələrini sifarişçiyə təhvil verməyi öhdəsinə götürür, sifarişçi isə işi qəbul etməyi və işin dəyərini ödəməyi öhdəsinə götürür.
37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqd a hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
41. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Baxılan işdə, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
42. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM-nin 407.2-ci maddəsi).
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yo xdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2-2(103)-108/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.