Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-345/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC-nə, Nəcəfov Sabir Nəcəf oğluna, Cavabdeh2 MMC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi M.Əmiraslanovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqus t tarixli, 2-2(103)-432/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh1 MMC (bundan sonra – “cavabdeh”) arasında imzalanmış xx xxxxxxxx 2010-cı il tarixli, 40K/10 nömrəli təminatlı kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə əsasən iddiaçı borc alana 36 ay müddətinə, illik 22% (iyirmi iki) olmaqla 3 (üç) ədəd “DAEWOO” markalı (BS090) sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün 196.092 (yüz doxsan iki min doxsan iki) manat kredit məbləğini verməyi, borc alan isə, krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri (illik 22 %) iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 40 K/10 nömrəli girov müqaviləsinə əsasən, 40 K/10saylı xx.xx.2010-cu il tarixli “Təminatlı Kredit müqaviləsi” üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq “Girov saxlayan” “Girov qoyana” 3 (üç) ədəd “DAEWOO” markalı (BS090) markalı istehsal tarixi: 2009-cu il tarixli avtobuslar girov saxlayana girov kimi təqdim edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə girov predmeti hər biri 78.000 (yetmiş səkkiz min) olmaqla, cəmi 234.000 (iki yüz otuz dörd min) manat dəyərində qiymətləndirilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən “Girov qoyan”, girov ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, «Girov saxlayanın» alış qiymətinə bu müqavilənin 3.1 bəndində nəzərdə tutulmu ş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil etməklə ipoteka predmetlərini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəltmək hüququ vardır. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə ilə «Girov qoyan» «Girov predmeti» olan sərnişin daşıma avtobusları “girov saxlayanın” ödəniş anına tələblərini tam şəkildə əhatə edir və buna borcun əsas hissəsi, hesablanmış faizlər, «Girov qoyan» tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən “Girov saxlayana” dəyən zərərlər və həmçinin «Girov saxlayan» tərəfindən «Girov predmetinə» ödəniş yönəldilməsilə bağlı çəkilən əlavə xərclər habelə məhkəmə xərcləri də daxil edilir. 3. xx xxxxxxxx 2010-cu il tarixli, 40 K/10 nömrəli təminatlı kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, kredit məbləğinin hərəkəti və uçotu Borc verən tərəfindən Borc alan üçün açılan ******* saylı ssuda hesabı vasitəsilə təmin edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən Bankla borc alan arasında aparılan hesablaşmalar Borc verən tərəfindən Borc alan üçün açılan ******* saylı cari hesab vasitəsilə aparılır. Müqavilənin 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1%miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Müqavilənin 4.1-ci bəndinin h) yarımbəndinə əsasən, borc alan tərəfindən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə kredit qaytarılmadığı, habelə həmin müqavilədə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kreditin hər hansı b ir hissəsi qaytarılmadıqda, borc verən (iddiaçı) öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər.
4. İddiaçı ilə Nəcəfov Sabir Nəcəf oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli 40ZA/10 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, zamin, bundan sonra Borc alan adlanacaq Cavabdeh1” MMC ilə Bank arasında imzalanmış xx xxxxxxxx 2010cu il il tarixli 40K-10 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22% (iyirmi iki) olmaqla 36 ay müddətinə verilən 196.092 (yüz doxsan iki min doxsan iki) manat məbləğində vəsaitin hesablanmış faizlərin və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin durur. Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin tam yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və borc alan bank qarşısında eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Müqavilənin 3.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün borc alan üçün, habelə təmin olunan öhdəlik üzrə Bankın yazılı razılığı ilə borcun başqa şəxsə keçirildiyi təqdirdə hər hansı bir yeni borclu üçün məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini, o cümlədən, kredit ödənişlərinin vaxtında ödənilməsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımı qaydada icra etmədiyi təqdirdə, bank öz mülahizəsi ilə borc alan və zamindən ya öhdəliklərin icrasını tələb edə bilər, ya da borc alanın borclarının ödənilməsi haqqında zaminə yazılı qaydada tələb irəli sürə bilər. Ban kın mülahizəsi ilə bu bənddə göstərilmiş hallarda tələb həm tam həcmdə, həm də qismən irəli sürülə bilər.
5. Cavabdehlər Cavabdeh1 MMC, Nəcəfov Sabir Nəcəf oğluna (bundan sonra – “cavabdehlər”) ünvanlanmış xx xxxx 2016-cı il tarixli 1600 saylı bildirişlə, xx.xx.2010-cu il tarixli 40K/10 saylı Kredit Müqaviləsi üzrə 196.092,00 borcu olduğunu, borcun ödənilmədiyi təqdirdə tutmanın girov predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh1" MMC-dən və Nəcəfov Sabir Nəcəf oğlundan 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 129,204.69 AZN, faiz borcu üzrə 96,169.86 AZN və cərimə borcu üzrə 125,276.81 AZN, cəmi 350 651.36 AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın "Cavabdeh1" MMC-nin mülkiyyətində olan **-TG-*** dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU004064, istehsal tarixi 2009-cu il, **-TG-*** dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU003144, istehsal tarixi 2009-cu il, 10-TG340 dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU003252,istehsal tarixi 2009-cu il DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Müştərilərə Xidmət Departamenti ilə “xxxx” MMC arasında bağlanmış 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu il tarixli Təminatlı kredit müqaviləsinə əsasən sərnişin daşınmada istifadə olunması məqsədi ilə 3 ədəd Daewoo markalı (BS090) modelli avtobusların alınması üçün illik 22 %-lə, 36 ay müddətinə 196 092 (yüz doxsan altı min doxsan iki) AZN məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi "Cavabdeh1 " MMC direktoru Nəcəfov Sabir Nəcəf oğlu ilə "İddiaçı" ASC-nin Müştərilərə Xidmət Departamenti arasında, 3 ədəd istehsal tarixi 2009-cu il olan “DAEWOO BS090” markalı avtobusların girov qoyulması barədə xx xxxxxxxx 2010-cu il tarixli 40K/10 №-li Girov Müqaviləsi bağlanmışdır. İddiaçıda olan məlumata görə hal-hazırda qeyd olunan **-TG-***, **-TG-*** dövlət nömrə nişanlı avtobuslar 135 sa ylı marşrut üzrə **-TG-*** dövlət nömrə nişanlı avtobus isə 119 saylı marşrut üzrə Bakı şəhəri ərazisində "xxxx" MMC tərəfindən sərnişindaşınmada istifadə edilir. Nəcəfov Sabir Nəcəf oğlunun bildirdiyinə görə "xxxx" MMC ondan həmin avtobusları qəbul edərək kredit borcunun ödəyəcəklərini bildirmişdilər. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, tərəflər arasında münasibətlərin məhkəmədənkənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır.
8. İddiaçının Müştərilərə Xidmət Departamenti ilə cavabdeh "Cavabdeh1 " MMC arasında bağlanmış 40K/10 n ömrəli, xx xxxxxxxx 2010-cu il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə "Cavabdeh1" MMC-nin iddiaçı qarşısında əsas borc üzrə 129,204.69 ( yüz iyirmi doqquz min iki yüz dörd manat 69 qəpik) AZN, faiz borcu üzrə 96,169.86 (doxsan altı min yüz altmış doqquz manat 86 qəpik) AZN və cərimə borcu üzrə 125,276.81 (yüz iyirmi beş min iki yüz yetmiş altı manat 81 qəpik) AZN, cəmi 350 651.36 (üç yüz əlli min altı yüz əlli bir manat otuz altı qəpik) AZN borc yaranmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-l(81)-1404/2016 saylı qərarına əsasən "İddiaçı" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Qərara əsasən Əmanətlərin Sığortalanması Fondu "İddiaçı" ASC-nin ləğvedici təyin edilmişdir. 10. 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli, 2-2(81)800/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC, Nəcəfov Sabir Nəcəf oğlundan 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 129,204.69 (yüz iyirmi doqquz min iki yüz dörd manat 69 qəpik) manat, faiz borcu üzrə 72,595.16 manat, cərimə borcu üzrə 1.292,04 AZN manat tutularaq iddiaçıya ödənilməsi, tutmanın "Cavabdeh1" MMC-nin mülkiyyətində olan **-TG-*** dövlət nömrə Şassi № KL5UK42HEAU004064, istehsal tarixi 2009-cu il, **TG-*** dövlət nömrə nişanlı Şassi № KL5UK42HEAU003144, istehsal tarixi 2009-cu il, **TG-*** dövlət nömrə" nişanlı Şassi № KL5UK42HEAU003252, istehsal tarixi 2009-cu il DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi, “Daewo BS090 ” markalı, 10-TG- 338 dövlət qeydiyyat nişanlı avtobusun ilkin satış qiyməti 5.000 (beş min) manat, “Daewo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun ilkin satış qiyməti 18.000,00 (on səkkiz min) manat, “Daewo BS090” markalı, 10-TG- 340 dövlət qeydiyyat nişanlı avtobusun ilkin satış qiyməti 7.000 (yeddi min) manat təyin edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manatın 20 (iyirmi) manat hissəsinin Cavabdeh1 MMC-nə, Nəcəfov Sabir Nəcəf oğluna, 10 (on) manat hissəsinin iddiaçıya aid edilməsi, Cavabdeh2 MMC-yə münasibətdə iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza ilə bağlı 50,0 (üç yüz qırx beş) manat e kspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – F.Mədətli).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin QR 163/M/1 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində “Daewo BS090” markalı, 10-TG- 338 dövlət qeydiyyat nişanlı “xxxx” MMC-nə məxsus olan avtobusun xx xxxxxx 2018-ci il tarixə bazar dəyərinin 5000 (beş min) manat, QR 163/M/2 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəyi üzrə “Daewo BS090” markalı, 10-TG- 339 dövlət qeydiyyat nişanlı “xxxx” MMC-nə məxsus olan avtobusun xx xxxxxx 2018-ci il tarixə bazar dəyərinin 18.000,00 (on səkkiz min) manat, QR 163/M/3 saylı, xx.xx.2018-ci il tarixli ekspert rəy i üzrə “Daewo BS090” markalı, 10TG340 dövlət qeydiyyat nişanlı “xxxx” MMC-nə məxsus olan avtobusun xx xxxxxx 2018-ci il tarixə bazar dəyərinin 7.000 (yeddi min) manat olması müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8537saylı, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə görə, xx.xx.2010-cu il tarixli 40 K/10 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 MMC-nin xx xxxx 2016-cı il tarixədək (iddia ərizəsində göstərilən tarixədək və müqavilə müddətindən sonra 5 %-lə hesablandıqda) banka olan borcu 207.686,17 manat müəyyən olunur.
13. Cavabdeh1 MMC tərəfindən 40K/10 nömrəli kredit müqaviləsi üzrə aldığı kreditə görə xx xxxx 2016-cı il tarixədək 104.900,00 manat ödəniş aparılmış, həmin məbləğdən 61.001,82 manatı əsas bo rc üzrə, 43.898,18 hissəsi faiz borcu üzrə ödənişlər həyata keçirilmişdir.
14. Beləliklə, iş materiallarındakı hesabdan çıxarışla cavabdehin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada yerinə yetirməyərək, ödənişləri gecikdirdiyi təsdiq edildiyindən, Cavabdeh1 MMC, Nəcəfov Sabir Nəcəf oğlunun xx xxxxxxxx 2010-cı il tarixli, 40K/10 nömrəli kredit müqaviləsinə əsasən 129.204,69 manat əsas, 72.595,16 manat faiz borcunun cavabdehdən tutulmasına dair iddiaçının tələbi müqavilənin 3.7-ci bəndinə uyğun hesab edilərək qismən əsaslı olduğundan, təmin edilməlidir.
15. İddia ərizəsində Cavabdeh2 MMC cavabdehlərin sırasında qeyd edilsə də, lakin ona qarşı hər hansı tələb yönəlməmiş, Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında olan münasibətlər xx xxxxxxxx 2010-cu il tarixli, 40K/10 nömrəli kredit müqaviləsi əsasında deyil, xx xxxx 2012-ci il tarixli “nəqliyyat vasitələrinin icarəyə götürülməsi”nə dair olan müqavilə münasibətləri həddində tənzimlənmiş, Cavabdeh2 MMC xx xxxxxxxx 2010-cı il tarixli, 40K/10 nömrəli kredit müqaviləsi, girov müqaviləsi, yaxud hər hansı zaminlik müqaviləsi üzrə hər hansı öhdəlik daşımamışdır.
16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 269.1, 269.3, 269.4, 270.1, 317.1, 319.1, 385.1, 386.1, 442, 445.7, 448.1, 462.1, 463.1, 467, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 101.3, 103.1, 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Həmçinin cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqust tarixli, 2-2(103)-432/2020 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh Nəcəfov Sabir Nəcəf oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli, 2-2(81)-800/2019 saylı qətnaməsi – cavabdeh Nəcəfov Sabir Nəcəf oğlundan kredit borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin, qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının apelyasiya şikayətində Cavabdeh2 MMC-nin də məhkəmə prosesinin tərəfi olduğu, onun da mülki məsuliyyətə cəlb olunmalı olduğu qeyd edilsə də, Cavabdeh2 MMC-nin iddiaçı bank ilə hər hansı müqavilə münasibətləri mövcud deyildir. Hansısa məlumata əsaslanaraq, ipoteka predmeti olan avtobusların Cavabdeh2 MMC tərəfindən 135 və 119 saylı marşrutlar üzrə sərnişin daşımada istifadə edildiyinə istinadən onu cavabdeh qismində irəli sürmüş, lakin bu zaman ona qarşı konkret tələbi irəli sürməmiş, Cavabdeh2 MMC-nin cavabdeh tərəf kimi qiymətləndirilməsi üçün əsaslar mövcud olmadığından, onun formal şəkildə cavabdeh kimi iddi a ərizəsində göstərilməsi onun üçün mülki məsuliyyət yarada bilməz.
21. Məhkəmə Ekspertiza Mərkəzinin 8537saylı, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə görə, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin bankdan 22% hesabı ilə, 36 ay müddətinə götürdüyü 196.092,00 manat məbləğində kredit öhdəliyinə dair qrafik şəklində, onun ödənişlər də nəzərə alınmaqla, ətraflı tədqiqat aparılmaqla aydınlıq gətirilmişdir. Belə ki, ekspert müəyyən etmişdir ki, Cavabdeh1 MMC-nin xx xxxx 2016-cı il tarixinə 116.994,14 manat məbləğində faiz borcu mövcuddur, həmin borcundan 43.898,18 manatını ödəmişdir ki, belə olan halda da onun banka olan qalıq faiz borcu 72.595,96 (116.994,14-43.898,18) manat təşkil edir. Hərçənd, üç illik müqavilə müddə ti xx.xx.2013-cü il tarixinə hesablanan cəmi faiz məbləği 97.393,89 (116994,14-19100 ( xx xxxx 2016-cı il tarixinə hesablanan faiz)) manat təşkil edirdi.
22. Mübahisənin məhkəmə aidiyyəti qanuni qüvvəsini almış məhkəmə qərardadları ilə öz həllini tapmışdır. Belə ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə işin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardadı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)10996/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanımış və işə həmin məhkəmə tərəfindən də kommersiya qaydasında baxılmışdır.
23. S.Nəcəfov, iddiaçı bank ilə «xxxx» MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, bankla bağlamış olduğu x xxxxxxxx 2010-cu il tarixli 40k/ 10 saylı girov müqaviləsinin məzmunundan məlumatlı olmuş və onu imzası ilə təsdiq etmişdir. Mülki Məcəllənin 351.3-cü maddəsinin tələbində isə nəzərdə tutulur ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla da, o, mübahisə etmək hüququnu itirir.
24. İddiaçı ilə S.Nəcəfov arasında bağlanmış 40ZA/10 saylı xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsi (4-cü bəndi) ilə konkret müddət müəyyən olunmamışdır. Lakin zaminlik müqaviləsinin və iddiaçı bank ilə Cavabdeh1 MMC arasında bağlanmış və 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu il tarixli təminatlı kredit müqaviləsinin 1.1-ci bəndlərindən görünür ki, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixində bitir. Belə olan halda, Mülki Məcəllənin 477.0.4-cü maddəsi (2 -ci cümləsi) baxımından, kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixdə bitdiyi vaxtdan, xx xxxxxxxx 2014-cü il tarixə kimi keçən bir illik müddət ərzində bank tərəfindən S.Nəcəfova qarşı iddia irəli sürülmədiyindən (iddia xx.xx.2016-cı il tarixində qaldırılmışdır), sonuncunun zaminliyinə artıq xitam verilmiş olur.
25. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 387.3, 351.3, 477.0.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini və ya işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh2 MMC məh kəmə prosesində tərəf deyilsə, onda hansı əsaslarla məhkəməyə aidiyyətlə bağlı vəsatətlə müraciət edir, ekspert rəyinə əsasən iddia tələbinin faiz borcu hissəsində azaldılması qanunsuz və əsassızdır, sübutların qiymətləndirilməsində səhvə yol verilmiş, onlar sadəcə olaraq sadalanmış, onlara ayrıayrılqda qiymət verilməmişdir, Mülki Məcəllənin 477-ci maddəsində qeyd edilmişdir ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zami nlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Nəcəfov Sabir Nəcəf oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 40ZA/10 nömrəli zaminlik müqaviləsinin 4-cü bəndinə görə bu müqavilə icrası zaminliklə təmin olunan kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdə qüvvəyə minir və kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam icra olunana qədər qüvvədədir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman zaminlik müqaviləsinin müddəti bitməmiş, çünki borcalan tərəfindən öhdəliklər icra olunmamışdır. MM-nin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu norma Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində qeyd edilən əsasları tamam ilə təkzib etmiş olur. Qətnamədə qeyd edilmişdir ki, zaminlik müqaviləsində müqavilənin qüvvədə olma müddəti ilə bağlı norma qeyri-müəyyəndir, buna görə də tərəflər üçün hüquqi nəticə doğura bilməz. Məhkəmə hesab etmişdir ki, zaminlik müqaviləsinin qüvvədə olma müddəti müəyyən edilməmişdir. Müqavilənin şərtinin əhəmiyyətsiz hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Qətnamədə qeyd edilmişdir ki, müqavilənin müddəti ilə bağlı zaminlik müqaviləsində göstərilən müddəa mülki qanunvericiliyə ziddir, lakin bunu təsdiq edən hər hansı norma əks edilməmişdir.
28. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88, 103-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdi m etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
30. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
31. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
32. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiy a şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və o nlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
387. Öhdəliyin tərəfləri 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır...”. “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirs ə, bununla o, mübahisə etmək hüququnu itirir”. “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqust tarixli, 2-2(103)-432/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti təmin edilməməlidir.
39. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və 8537saylı, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 MMC-nin xx xxxx 2016-cı il tarixinə 116.994,14 manat məbləğində faiz borcu mövcuddur, həmin borcundan 43.898,18 manatını ödəmiş, onun banka olan qalıq faiz borcu 72.595,96 (116.994,14-43.898,18) manat təşkil edir, hərçənd, üç illik müqavilə müddəti xx.xx.2013-cü il tarixinə hesablanan cəmi faiz məbləği 97.393,89 manat təşkil edirdi.
40. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, S.Nəcəfov, iddiaçı bank ilə «xxxx» MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, bankla bağlamış olduğu x xxxxxxxx 2010-cu il tarixli 40k/10 saylı girov müqaviləsinin məzmunundan məlumatlı olmuş və onu imzası ilə təsdiq etmişdir. İddiaçı ilə S.Nəcəfov arasında bağlanmış 40ZA/10 saylı xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsi (4-cü bəndi) ilə konkret müddət müəyyən olunmasa da, zaminlik müqaviləsinin və iddiaçı bank ilə Cavabdeh1 MMC arasında bağlanmış və 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu il tarixli təminatlı kredit müqaviləsinin 1.1-ci bəndlərindən görünür ki, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixində bitir. Mülki Məcəllənin 477.0.4-cü maddəsi (2-ci cümləsi) baxımından, kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixdə bitdiyi vaxtdan, xx xxxxxxxx 2014-cü il tarixə kimi keçən bir illik müddət ərzində bank tərəfindən S.Nəcəfova qarşı iddia irəli sürülmədiyindən (iddia xx.xx.2016-cı il tarixində qaldırıl mışdır), sonuncunun zaminliyinə artıq xitam verilmiş olur.
41. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, Mülki Məcəllənin 477-ci maddəsinə görə, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Nəcəfov Sabir Nəcəf oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 40ZA/10 nömr əli zaminlik müqaviləsinin 4-cü bəndinə görə bu müqavilə icrası zaminliklə təmin olunan kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdə qüvvəyə minir və kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman zaminlik müqaviləsinin müddətinin bitmədiyi, borcalan tərəfindən öhdəliklərin icra olunmaması barədə iddiaçının dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı ilə S.Nəcəfov arasında bağlanmış 40ZA/10 saylı xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsində (4-cü bəndi) konkret müddət müəyyən olunmasa da, zaminlik müqaviləsinin və iddiaçı bank ilə Cavabdeh1 MMC arasında bağlanmış və 40K/10 nömrəli, xx xxxxxxxx 2010-cu il tarixli təminatlı kredit müqaviləsinin 1.1-ci bəndlərinə görə zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixində bitir, belə olan halda kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası müddəti xx xxxxxxxx 2013-cü il tarixdə bitdiyi vaxtdan, xx xxxxxxxx 2014-cü il tarixə kimi keçən bir illik müddət ərzində bank tərəfindən S.Nəcəfova qarşı iddia irəli sürülmədiyindən (iddia xx.xx.2016-cı il tarixində qaldırılmışdır), sonuncunun zaminliyinə artıq xitam verilmiş olur.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavi lənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əl eyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli digər qərarında isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hal lar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmam ası iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş materiallarına istinad etməklə apelyasiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək, rəydə gəlinən nəticələrlə razılaşmışdır. Buna görə də iddiaçının bununla bağlı dəlillərinə məhkəmə kollegiyası tənqidi yanaşır.
46. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsini cavabdeh S.Nəcəfovdan zaminlik müqaviləsinə istinadla kredit borcunun tutulması hissəsində ləğv edərək, həmin hissədə ona qarşı iddianın rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin iddiaçı bank ilə hər hansı müqavilə münasibətlərinin mövcud olmadığını, həmçinin xx xxxxxx 2018-ci il tarixli ekspert rə yinə əsasən Cavabdeh1 MMC-nin xx xxxx 2016-cı il tarixinə 116.994,14 manat məbləğində faiz borcunun mövcud olduğunu, həmin borcdan 43.898,18 manatını ödədiyindən, onun banka olan qalıq faiz borcunun 72.595,96 manat təşkil etdiyini, Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verildiyini, belə müddət təyin edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyini nəzərə alaraq kassasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir.
47. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqust tarixli, 2-2(103)432/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
49. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqust tarixli, 2-2(103)-432/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.