Məhkəmə qərarları › İş №2-2(102)-348/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-348/2021

16.09.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmala
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-348/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi X3rşı iş üzrə QƏRAR Açar sözlər: qərarın ləğvi və X2yə görə hesablanmış borcun silinməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, X14 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili X7 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-2(107)-1/2021 saylı qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 08 mart 2019-cu il tarixli, NDG 005485 saylı akta əsasən, baxış zamanı sayğac sxemində quraşdırılmış C/T-larının (cərəyan transformatorlarının) əmsalı iddiaçının X4 “Proqram bazası”nda qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Ölçmə zamanı axan yüklər: İA=86A olduqda sayğac sxemində İA=054; İB=110A olduqda ib=0.68A; İc=110A olduqda ic=0.68A göstərir. Nəticədə K=160. C/T-nun əmsalı K=16ü göstərir. C/Tlarınının üzəri lak parça ilə sarınmayıb, açıqdır. Transformatorun 04 kv ucluqları sarınıb, faktiki axan yük: Pf=60 kvt. Psay=45 kvt (qırx beş). İşlədicilərin ümumi gücü 60+250kvt. P üm=310 kvt. C/T rəyə aparıldığı üçün işlədicilər birbaşa qoşuldu. Güc transformatoruna görə S=400 kva” olduğu müəyyən edilmişdir.

2. Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş 08 mart 2019-cu il tarixli, 044952 nömrəli akta əsasən, "08 mart 2019-cu il tarixli, NDQ 005485 saytı akta əsasən C/T-lun sökülüb rəy verilməsi üçün qutuya qoyulub 982062 №-li möhürlə möhürlənib laboratoriyaya göndərilmişdir. C/T-ru transformasiya əmsalı K=160 göstərir. Yeni C/T-ru (K- 120) olmadığından yük birbaşa qoşuldu, yeni C/Tru qoşulana qədər sərfiyyat P=320 gücə uyğun verilsin” qeydiyyatı aparılmışdır. 3. "xxxx" ASC-nin Akt komissiyasının 2019-cu il 11 mart tarixli icra vərəqəsinə əsasən, həmin icra vərəqi 2019-cu il 08 mart tarixli, NDQ seriyalı 005485 nömrəli akt əsasında ha zırlanmış, qüsur olaraq yoxlama zamanı sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalı bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmayıb. Habelə sxemin bərpa olunması göstərilmiş və 8380 göst x (160 əmsal-120 əmsal)=335200 kvts hesablanmışdır. 4. 2019-cu il 11 mart tarixli, 136051 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokoluna əsasən, yoxlama zamanı komissiyaya təqdim edilmiş 3 ədəd cərəyan transformatorunun transformasiya əmsalları K=160 olduğu müəyyən edilmişdir.

5. Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə tərtib olunmuş 2018-ci il 1 fevral tarixli, 144617 nömrəli akta əsasən, 009885-li akta əsasən sayğac keçən yükü qeyd etmədiyi üçün say ğac yenisi ilə əvəz olunub möhürlənmişdir. 6. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 3 yanvar 2019-cu il tarixli 013571 nömrəli “Enerjitəchizatı müəssisə ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra abonent) arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsi”nin 6-cı bəndində göstərilmişdir ki, Enerjitəchizatı müəssisə ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir. 7. “Müqavilə”nin 12-ci bəndində göstərilmişdir ki, tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və isti smarı “X2 Qaydaları"nın 7.6-cı bəndinə uyğun aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin “Mərkəzi Aran” X9 və Satışı İdarəsi X3rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli qərarın ləğv edilməsi və 30.168 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 oktyabr 2004-cü ildə Vergilər Naziriyi tərəfindən dövlət qeydiyyatına alınmış, 18 sentyabr 2006-cı ildə isə İdarənin nizamnaməsi qəbul edilmiş, 08 mart 2019-cu ildə "xxxx" ASC-nin və Yevlax RETSİ-nin əməkdaşları tərəfindən İddiaçı Meliorasiya və X11-3 nasos stansiyasının sayğaçına baxış keçirilərək nəticəsinə dair tərtib olunmuş aktda baxış zamanı, sayğac sxemində quraşdırılmış c/transformatorları əmsalı bazada 120 qeyd olunsa da faktiki olaraq K=160 göstərdiyi qeyd olunmuş, bundan sonra cavabdeh tərəfindən verilmiş 11 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən 335.200 kv.st enerjinin dəyəri olaraq 30.168 manat cərimə hesablanmış, abonentin saldosuna əsasən 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfiyyat olmamış, fevral ayında 40.800 kvt.saat, mart ayında isə 15.600 kvt.saat enerji sərf edilmişdir. Akt tərtib edilməmişdən bir ay əvvəl isə cavabdeh tərəfindən sayğaca baxış keçirilsə də heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 noyabr 2013-cü il tarixli, 315 s saylı sərə ncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilməsi qərara alınmışdır və həmin sərəncam əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 25 noyabr 2013-cü il tarixli əmr verilərək, nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASCyə təhvil–təslim edilməsi qərara alınmış və 2014-cü ilə qeyd edilən avadanlıqlar, o cümlədən Aran-3 nasos stansiyası X4 balansına verilmişdir və artıq beş ildir ki, nasos stansiyası sonuncunun balansındadır və iddiaç ı və ya onun hər-hansı əməkdaşı tərəfindən nasos stansiyasına və ya sayğaca müdaxilə edilməsi mümkün deyildir. Beləliklə, hesablaşma cihazı olan sayğac iddiaçının sahibliyində olmadığı üçün bu sayğacda olan hər-hansı qüsura görə iddiaçı cavabdehlik daşımır, cavabdehin əməkdaşları isə maddi ziyan vuran, təqsirli və hüquqa zidd hərəkətlərə yol verən subyekti düzgün müəyyən etməmişlər.

10. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 8 mart 2019-cu il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən və X4 X12 Balans Şöbəsinin rəisinin iştirakı ilə iddiaçının Meliorasiya və X15-3 nasos stansiyasını elektrik ilə təchiz edən sayğac-uçot dəstinə baxış keçirilmiş, baxış keçirilən zaman sayğac sxemində quraşdırı lmış cərəyan transformatorlarının əmsalı iddiaçının proqram bazasında qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərmiş, cərəyan transformatorlarının üzəri lak parça ilə sarınmamış, transformatorun 04 kv ucluqları sarınmış, ölçmə zamanı axan yüklər İA=86A olduqda sayğac sxemində İA=054, İB=110A olduqda ib=0.68A, İc=110A olduqda ic=0.68A göstərmişdir. Baxış zamanı iştirakının təmin olunmasının təklif edilməsinə baxmayaraq, iddiaçının nasos stansiyasına nəzarət etməyə məsul olan əməkdaşı iş yerində olmamış, aşkar olunmuş enerji pozuntularına görə iddiaçı barəsində “X2 Qaydaları”nın tələblərinə uyğun olaraq 8 mart 2019-cu il tarixli, NDQ 005485 saylı akt tərtib edilmiş, akta əsasən 8 mart 2019-cu il tarixə 335.200 kvt/s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə 30.168 manat əlavə sərfiyyat hesablanmışdır.

11. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, e-2-2(84)-129/2019 saylı qətnaməsi ilə (hakim İlqar Cabbarov) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi göstərmişdir ki, X2 qaydaları üç halda, istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda), uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerjitəchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulm uş iddia müddəti daxilində yenidən hesablaşma hüququ vermişdir. Göstərilən hüquqlar həmçinin pozuntuda istehlakçının təqsirinin olması ilə şərtləndirilmişdir. Hazırki halda, müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan akt və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş etməsinə səbəb olmuşdur. Bu səbəbdən, həmin itki sayğacın sonuncu dəfə dəyişdirildiyi 1 fevral 2018-ci il tarixdən pozuntunun aşkar olduğu vaxtadək borc kimi iddiaçıya hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni “X2 Qaydaları”nın 8.17, Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 14.2, 77.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov).

16. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 8 noyabr 2013-cü il tarixli, 315s saylı sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksək gərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASCnin balansına verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İddiaçı 18 sentyabr 2006-cı il tarixli nizamnaməsinin 2.2.3-cü bəndinə əsasən nasos stansiyalarının, onların elektrik avadanlıqlarının və digər qurğuların istismarını onların texniki istismar qaydaları əsasında həyata keçirmək, 2.2.5-ci bəndində əsasən X2nin uçotunu təsdiq edilmiş enerjidən istifadə qaydaları əsasında həyata keçirilməsini təmin etmək idarənin vəzifələridir. Məhkəmə kollegiyası hesab etmişdir ki, yalnız elektrik verilişi xətləri əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilmiş, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyalarının istismarını onların texniki istismar qaydaları əsasında həyata keçirmək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin vəzifələrinə aiddir.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “X2 Qaydaları”nən 8.17-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya insta nsiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2-2(102)-52/2020 saylı qərarı ilə (sədrlik edən İlqar Dadaşov, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

20. Məhkəmə kollegiyası göstərmişdir ki, iddiaçının təqsirindən hesablaşma uçot cihazlarının zədələnməsi (plombların qoparıldığı), uçot cihazlarının qoşulma sxemlərinin pozulması və uçot cihazlarından kənar özbaşına yüklərin qoşulması halları müəyyən edilməmiş, cavabdehin müəyyən etdiyi hallar isə sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmamasından ibarət olmuşdur. Bu iki hal isə “X2 Qaydalarının” 8.17-ci bəndinin müddəları ilə əhatə olunmur.

21. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 noyabr 2013-cü il tarixli 315s №-li sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASCnin balansına verilməsi qərara alınmış, həmin Sərəncam əsasında da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xx xx" ASC-yə təhvil - təslim edilməsi haqında 25 noyabr 2013-cü il tarixli 039ü saylı əmr verilmiş, Sərəncam və əmrin əsasında isə 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan, o cümlədən Aran- 3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X4 balansına verilmişdir. Beləliklə, işdəki sənədlərə əsasən 2014-cü ildən cərəyan transformatorları, o cümlədən Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X4 balansına verildiyindən, iddiaçının həmin transformator yarımstansiyalarının (cərəyan transformatorları) avadanlıqları, onların texniki vəziyyəti və göstəriciləri üçün hansı məsuliyyət daşıması maddi hüquq normalarına uyğun olaraq əsaslandırılmamışdır. 22. "X2 Qaydaları"na əsasən balans mənsubiyyəti sərhədi - dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, tərəflər arasında balans mənsubiyyəti sərhədi dəqiq müəyyən edilməli, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 noyabr 2013-cü il tarixli 315s №-li sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASCnin balansına verilib-verilmədiyi halı zəruri sübutlara istinadla dəqiq müəyyən edilməli, cavabdehin balansında olduğu halda iddiaçının digər şəxsin balans mənsubiyyətində olan elektrik avadanlarının texniki vəziyyətinə görə cavabdehlik daşıyıb-daşımadığı, başqa sözlə iddaçının davranışı ilə tələb olunan zərər arasında səbəbli əlaqə olub-olmadığı məsələsinə aydınlıq gətirilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2-2(107)-21/2020 saylı qərardadı ilə (sədrlik edən Elçin Hüseynov, hakimlər Mibahəddin Hüseynov və Vəzirxan Mə likov) iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş (iş.v251 c1) ekspert tərəfindən 18 dekabr 2020-ci il tarixli, 10/1900 saylı rəy tərtib olunmuşdur. (iş.v 17, c2)

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 18 dekabr tarixli, 10/1900 saylı rəyində qeyd edilmişdir ki: - Ekspertiza tədqiqatına mübahisəli sayğac və ona bağlantısı olan cərəyan transformatorları təqdim edilməklə, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, həmin elektrik ölçü cihazlarında hansı nasazlığın və ya müdaxilə izlərinin olub- olmamasını müəyyən etmək mümkün deyildir. Hər-hansı bir sənədin, həmçinin 8 mart 2019-cu il tarixli, NDQ 005485 saylı aktın və həmin aktın əs asında verilmiş 11 mart 2019cu il tarixli qərarın (icra vərəqisinin) düzgün tərtib olunub-olunmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından, məhkəmə tərəfindən həll oluna bilər. - Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı “İddiaçı”nin Aran-3 nasos stansiyasının elektrik enerjisi ilə təchiz edən elektrik hesablaşma sayğacının qoşulma sxemində aşkar edilmiş pozuntu faktı (sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmaması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın 8.17-ci bəndinin tələblərində nəzərdə tutulmuş enerji pozuntularına aiddir. - Cavabdeh "xxxx" ASC-nin balansında olan 35/10 kV-luq JBİ y/s-dan çıxan 10 kVluq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformator məntəqəsinin 0,4 kV-luq «ştırından» balans mənsubiyyəti sərhədi müəyyən edilmiş elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan, sayğacın quraşdırıldığı elektrik şəbəkəsinə (sxemə) eiektrik cərəyanın verilməsini dayandırılmaqla hər hansı bir şəxs (həmçinin kənar şəxs) tərəfindən müdaxilə olunaraq iddiaçıya məxsus Aran-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Həmin enerji pozuntusunun yaradılmasında hansı tərəfin maraqlı olub-olmamasının müəyyən edilməsi məhkəmə mühəndis-texnik i ekspertizasının həll etdiyi məsəllərinin dairəsindən (predmətindən) kənar olduğu və hüquqi xarakter daşıdığı üçün, məhkəmə tərəfindən həl oluna bilər. - “X2 qaydaları”nın 7.6-cı bəndinin tələblərinə görə və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 3 yanvar 2019-cu il tarixli 013571 nömrəli “Enerjitəchizatı müəssisə ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında eiektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nə əlavə edilmiş “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akta əsasən balans mənsubiyyəti sərhədində (35/10 kV-luq JBİ y/st-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformatorun 0,4 kV-luq ştırından) quraşdırılmış elektri k hesablaşma sayğacı və sayğac sxeminə daxil olan cərəyan transformatorları enerji təchzatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir, istehlakçının (abonentin) təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda onların təmir, əvəzetmə və dövlət yoxlanışı istehlakçının hesabına yerinə yetirilir.

25. İşə apellyasiya qaydasında baxılarkən, mütəxəssis qismində məhkəməyə çağrılmış, "xxxx" ASC-nin «Mərkəzi Aran» Regional Təchizatı və Satışı İdarəsinin Yevlax Elektrik Şəbəkəsində texnik vəzifəsində işləyən X5 izahatında göstərmişdir ki, İddiaçı ərazisində olan transformatorun ayrıca ayırıcısı var. Hər-hansı bir transformatora gələn eneji xəttini 10 kilovotluq xətt ayırıcısından açıb və transformato run daxilindəki 0.4 kilovotluq ayırıcıdan da ayırıb həmin transformatorun içində işləmək mümkündür. Transformatorun içində hər-hansı bir iş görmək üçün enerji idarəsi tərəfindən enerji xəttini yarımstansiyadan açmağa zərurət olmur. Cərəyan transformatorları açıq satışda olur. Sayğac sxeminə daxil olan cərəyan transformatorlarını dəyişmək ora gələn enerji xəttini ayırıcıdan açdıqdan sonra mümkündür, lakin həmin cərəyan transformatorlarını yalnız bu sahə üzrə mütəxəssis, yəni enerqetik dəyişə bilər. İddiaçı nasos stansiyasının işçiləri elektrik xəttində nasazlıq olanda və ya hər-hansı bir qəza baş verəndə enerci xəttini ayırıcıdan açdıqdan sonra baş verən qəzanı aradan qaldırmaq üçün müvafiq işləri görə bilirlər.

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2-2(107)-1/2021 saylı qətnaməsi ilə (sədrlik edən Elçin Hüseynov, hakimlər Mirbahəddin Hüseynov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, həm iş üzrə alınmış ekspert rəyindən, həm də məhkəmə kollegiyasının iclasında dindirilmiş mütəxəssisin ifadəsindən cavabdeh "xxxx" ASC-nin balansında olan 35/10 kV-luq JBİ y/s-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformator məntəqəsinin 0,4 kV-luq “ştırından” balans mənsubiyyəti sərhədi müəyyən edilmiş elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan, sayğacın qur aşdırıldığı elektrik şəbəkəsinə (sxemə) elektrik cərəyanın verilməsi dayandırılmaqla hər-hansı bir şəxs (həmçinin kənar şəxs) tərəfindən müdaxilə olunmasının mümkün olduğu nəticəsi hasil olmuşdur. Belə olan halda, buna marağı olan şəxs tərəfindən iddiaçıya məxsus Aran-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Ekspert rəyi ilə həmçinin, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı “İddiaçı”nin “Aran-3” nasos stansiyasının elektrik enerjisi ilə təchiz edən elektrik hesablaşma sayğacının qoşulma sxemində aşkar edilmiş pozuntu faktının (sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmaması) “X2 qaydaları”nın 8.17-ci bəndinin tələblərində nəzərdə tutulmuş enerji pozuntularına aid olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə həmçinin cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmaması müəyyən edilmişdir.

28. Həmçinin, enerjitəchizatı müəssisəsi ("xxxx" ASC) ilə abonent (Yevlax SSİ) arasında balans mənsubiyyəti sərhədi 35/10 kV-luq JBİ y/st-dan çıxan 10 kV-luq EKO h/xdən qidalanan ******* saylı 400 kVA transformatorun 0,4 kV-luq ştırından keçir. Elektrik hesablama sayğacı və sayğac sxeminə daxil olan cərəyan transformatorları həmin balans mənsubiyyəti sərhəddində quraşdırılması müəyyən edilmişdir. Beləliklə də, balans mənsubiyyəti sərhədi müəyyən edilmiş və balans mənsubiyyəti sərhəddində quraşdırılmış elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan iddiaçının müdaxilə etməsi və onun elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, mübahisəli pozuntunun baş verməsində iddiaçı tərəfin maraqlı olması nəticəsinə gəlmişdir.

29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “X2 Qaydaları”nən 5.1, 7.6, 8.17-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 30 mart 2021-ci il tarixdə iş üzrə tərəflərə gön dərilmişdir.

31. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh tərəfindən qeyri-iş günü iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan iddiaçıya məxsus transformator qutusuna baxış keçirilmiş, baxış keçirildikdən 3 gün sonra, yəni 11 mart 2019-cu il tarixdə iddiaçıya heç bir məlumat verilmədən qərar qəbul edilməklə icra vərəqəsi verilmişdir. Məhkəmə göstərilən halı nəzərə almadan, yalnız cavabdehin məhkəmə iclasında dindirilmiş və mübahisəli aktı qəbul etmiş əməkdaşlarının izahatına əsaslanmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdehin əməkdaşları iddiaçının istifadəsində olan sayğacda qüsurun mövcud olduğunu bildirsələr də, həmin qüsurun məhz iddiaçı tərəfindən törədildiyini qeyd etməmişdirlər. Habelə, mübahisəli akt qəbul edilməmişdən 1 ay əvvəl də iddiaçının istifadəsində olan sayğaca baxış keçirilmiş və heç bir qüsur aşkar edilməmişdir.

33. Abonent saldosuna əsasən, 2019-cu ilin yanvar ayı ərzində heç bir sərfiyyat olmamış, fevral ayında 40.800 kvt/s, mart ayında isə 15.600 kvt/s enerji sərf edilmişdir. Aylıq sərfiyyat bu qədər aşağı olduğu halda, mübahisəli qərarda 335.200 kvt/s enerji itkisinin göstərilməsi anlaşılan olmamışdır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 noyabr 2013-cü il tarixli, 315s nömrəli sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyalarını və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilməsi qərara alınmışdır. Sərəncam əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 25 noyabr 2013-cü il tarixli, 039ü saylı əmr verilərək nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASCyə təhvil-təslim edilməsi əmr edilmişdir. Həmin Sərəncam və əmrin əsasında 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan, o cümlədən Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X4 balansına verilmişdir. Həmin akt X4 rəisi, baş mühəndisi və baş mühasibi tərəfindən imzalanmışdır. Göründüyü kimi, Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri 2014-cü ildən X4 balansında olmuşdur. Bu səbəbdən, İddiaçı və onun hər-hansı əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişlər.

37. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. III.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düz gün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “...

5. Elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədləri. 5.1. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstə qil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə)....

7. Elektrik enerjisinin uçot cihazlarının quraşdırılması və istismarı. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğul arla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

8. Elekatria enerjisindən (aktiv və reaktiv istifadəyə görə hesablaşmalar. 8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir....”

42. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə 2019-cu il 08 mart tarixində cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğac-uçot dəstinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğac sxemində quraşdırı lmış C/T- larının (cərəyan transformatorlarının) əmsalı iddiaçının X4 “Proqram bazası”nda qeydiyyatda olan **********9 saylı istehlakçı kodu üzrə hesablaşma hesabında 120 əmsal qeyd olunduğu halda faktiki olaraq K=160 göstərir. Cavabdehin Akt komissiyasının 2019-cu il 11 mart tarixli icra vərəqinə əsasən 2019-cu il 08 mart tarixli NDQ seriyalı 005485 nömrəli akt əsasında iddiaçıya X2yə görə əlavə sərfiyyat hazırlanmışdır. İddiaçı hazırki iddiasında həmin sərfiyyat əsasında hesablanmış borcu mübahisələndirmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış belə qənaətə gəlmişdir ki, balans mənsubiyyəti sərhəddində quraşdırılmış elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan iddiaçının müdaxilə etmə si mümkündür. Məhkəmə bu zaman iş üzrə verilmiş ekspert rəyini və mütəxəssisin rəyini əsas götürmüşdür.

45. Lakin baxılan iş üzrə verilmiş ekspert rəyində enerji pozuntusunun yaradılmasında hansı tərəfin maraqlı olub-olmamasının müəyyən edilməsinin məhkəməmühəndis-texniki ekspetizasının həll etdiyi məsələlərin dairəsindən (predmetindən) kənar olduğu və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən həll olunması göstərilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin həmin rəyə əsaslanmaqla, eləcə də iddiaçının elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan müdaxilə etməsinin mümkünlüyündən çıxış etməklə nəticəyə gəlməsi əsassız olmaqla, sübutların qiymətləndirilməsinə dair mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur.

46. Mütəxəssisin izaha tının sübuti əhəmiyyətinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin mütəxəssisin cavabdehin aidiyyəti idarəsinin əməkdaşı olmasını nəzərə almamış, izahatda göstərilənləri işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmiş bununla da, MPM-nin 80,81,88-ci maddələrinin tələblərini pozmuşdur.

47. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmi n sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

48. Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayət i üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).

49. Baxılan iş üzrə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 noyabr 2013-cü il tarixli 315s №-li sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilib-verilmədiyi halı zəruri sübutlara istinadla müəyyən edilməli, cavabdehin balansında olduğu halda iddiaçının digər şəxsin balans mənsubiyyətində olan elektrik avadanlarının texniki vəziyyətinə görə cavabdehlik daşıyıbdaşımadığı, başqa sözlə iddaçının davranışı ilə tələb olunan zərər arasında səbəbli əlaqə olub-olmadığı məsələsinə aydınlıq gətirilməlidir.

50. Hazırki işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya məhkəməsinin qərarında şərh edilmiş qeyd olunan göstərişlər üzrə ətraflı araşdırma aparılmamış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 noyabr 2013cü il tarixli 315s №-li sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilib-verilmədiyinə ümumiyyətlə münasibət bildirməmiş, eləcə də iddiaçının digər şəxsin balans mənsubiyyətində olan elektrik avadanlarının te xniki vəziyyətinə görə cavabdehlik daşıyıb-daşımadığı, “X2 Qaydaları”nın 8.17-ci bəndinin dispozisiya şərtlərinin olub-olmaması, məhz iddiaçının təqsirindən hesablaşma uçot cihazlarının zədələnməsi (plombların qoparılması); uçot cihazlarının qoşulma sxemlərinin pozulması və uçot cihazlarından kənar özbaşına yüklərin qoşulması apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübutlarla müəyyən edilməmiş, nəticədə Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələbləri pozulmuşdır.

51. Bundan əlavə, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir; cavabdeh tərəfindən tərtib edilmiş 2019-cu il 11 mart tarixli qərarının (icra vərəqi) ləğv edilməsi (birinci tələb); 30.168 manat borcun (cərimənin) silinməsi (ikinci tələb).

52. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, borcun silinməsi tələbi ilə yanaşı, iddiaçının 2019-cu il 11 mart tarixli icra vərəqinin ləğv edilməsi tələbinə mülki mühakimə icraatı qaydasında baxılmasının mümkünlüyünə də mülki prosesual qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir.

54. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2021-ci il 19 mart tarixli 2-2(107)-1/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F. Qəribov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar