Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-498/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" ASC-nin “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik Şəbəkəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" ASC-nin “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi X2rşı borcun silinməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 14 mart tarixli, 2-2(107)-19 /2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – ASC) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 2019-cu il bağlanmış 3 yanvar tarixdə 013571 nömrəli “Enerjitəchizatı müəssisə ilə büdcədən maliyyələşdirilən təşkilat arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə” imzalanmışdır.
2. Müqaviləyə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir (bənd 6). Tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının a lınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “X1 Qaydaları"nın 7.6-cı bəndinə uyğun aparılır (bənd 12). 3. 2019-cu il 8 mart tarixli, NDG 005485 saylı akta əsasən, baxış zamanı sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının (C/T) əmsalında uyğunsuzluqlar akar edilmiş, sayğac yoxlanılaraq yenisi ilə əvəz olunmuş və 2019-cu il 11 mart tarixli icra vərəqəsinə əsasən, iddiaçıya 335.200 kv.st enerjinin dəyəri olaraq 30.168 manat cərimə hesablanmış. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 30 aprel tarixində cavabdehlər "xxxx" ASC-yə və “Mərkəzi Aran” Regional Təchizatı və Satışı İdarəsi X2rşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhk əməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 2019-cu il 11 mart tarixli qərarın ləğv edilməsi və 30.168 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, akt tərtib edilməmişdən bir ay əvvəl cavabdeh tərəfindən sayğaca baxış keçirilsə də, heç bir qüsur aşkar edilməmiş, sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 noyabr tarixli, 315 s saylı sərəncamı ilə "xxxx" ASC tərəfindən istismar olunan nasos stansiyaları və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında "xxx x" ASC tərəfindən 2013-cü il 25 noyabr tarixli əmr verilərək, nasos stansiyalarına, subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-yə təhvil–təslim edilməsi qərara alınmış, 2014-cü ilə qeyd edilən avadanlıqlar, o cümlədən Aran-3 nasos stansiyası X3 balansına verilmişdir və artıq beş ildir ki, nasos stansiyası sonuncunun balansındadır. İddiaçı və ya onun hər-hansı əməkdaşı tərəfindən nasos stansiyasına, sayğaca müdaxilə edilməsi mümkün deyildir. Beləliklə, hesablaşma cihazı olan sayğac iddiaçının sahibliyində olmadığı üçün bu sayğacda olan hər-hansı qüsura görə iddiaçı cavabdehlik daşımır, cavabdehin əməkdaşları isə maddi ziyan vuran, təqsirli və hüquqa zidd hərəkətlərə yol verən subyekti düzgün müəyyən etməmişlər.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 560.1, 560.2, 560.3.5.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (bundan sonra – “X1 Qaydalar”) 8.33-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 26.1, 36.9-cu maddələrinə istinad olunmuşdur. 7. 2019-cu il 1 iyul tarixində cavabdeh "xxxx" ASC iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, sayğaca baxış zamanı iştirakının təmin olunmasının t əklif edilməsinə baxmayaraq, iddiaçının nasos stansiyasına nəzarət etməyə məsul olan əməkdaşı iş yerində olmamış, aşkar olunmuş enerji pozuntularına görə iddiaçı barəsində akt tərtib edilmiş, akta əsasən itirilmiş enerjinin bərpası məqsədilə 30.168 manat əlavə sərfiyyat hesablanmışdır.
9. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyul tarixli, e-2-2(84)-129/2019 saylı qətnaməsi ilə (hakim – İ.Cabbarov) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, X1 qaydaları üç halda, istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndiyi (plomb qoparıldıqda), uçot cihazlarının qoşulma sxemləri pozulduğu və uçot cihazlarından kənar özbaşına yük qoşulduğu hallarda enerjitəchizat müəssisəsinə istehlakçıya elektrik qəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğacların ın sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma hüququ vermişdir. Göstərilən hüquqlar, həmçinin, pozuntuda istehlakçının təqsirinin olması ilə şərtləndirilmişdir. Hazırki halda, müəyyən olunmuş pozuntuda istehlakçının təqsirinin olması iş materiallarında olan akt və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Əmsalın 120 götürülərək hesablanması iddiaçı tərəfindən sərf edilmiş enerjiyə görə daha az ödəniş etməsinə səbəb olmuşdur. Bu səbəbdən, həmin itki sayğacın sonuncu dəfə dəyişdirildiyi 2018-ci il 1 fevral tarixindən pozuntunun aşkar olduğu vaxtadək borc kimi iddiaçıya hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, akt tərtib olunarkən cavabdeh tərəfindən heç bir qan un pozuntusuna yol verilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni “X1 Qaydaları”nın 8.17, MPM-in 14.2, 77.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 oktyabr tarixli, 2-2(107)-48/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim – R.Rəfiyev, hakimlər – G.Abbasov və M.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etm iş və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 noyabr tarixli, 315s saylı sərəncamı ilə "xxxx" ASC tərəfindən istismar olunan nasos stansiyalarına, subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksək gərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İddiaçı 2006-cı il 18 sentyabr tarixli nizamnaməsinin 2.2.3-cü bəndinə əsasən, nasos stansiyalarının, onların elektrik avadanlıqlarının və digər qurğuların istismarını onların texniki istismar qaydaları əsasında həyata keçirmək, 2.2.5-ci bəndinə əsasən, X1nin uçotunu təsdiq edilmiş enerjidən istifadə qaydaları əsasında həyata keçirilməsini təmin etmək idarənin vəzifələridir. Yalnız elektrik verilişi xətləri əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilmiş, "xxxx" ASC tərəfindən istismar olunan nasos stansiyalarına, subartezian quyularına xidmət edən transformator yarımstansiyalarının istismarını onların texniki istismar qaydaları əsasında həyata keçirmək "xxxx" ASC-nin vəzifələrinə aiddir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “X1 Qaydaları”nın 8.17-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali M əhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli, 2-2(102)-52/2020 saylı qərarı ilə (sədrlik edən hakim – İ.Dadaşov, hakimlər – A.Hüseynov və R.Nəbizadə) kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təqsirindən hesablaşma uçot cihazlarının zədələnməsi (plombların qoparıldığı), uçot cihazlarının qoşulma sxemlərinin pozulması və uçot cihazlarından kənar özbaşına yüklərin qoşulması halları müəyyən edilməmiş, cavabdehin müəyyən etdiyi hallar isə sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmamasından ibarət olmuşdur. Bu iki hal isə “X1 Qaydalarının” 8.17-ci bəndinin müddəaları ilə əhatə olunmur.
19. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 8 noyabr tarixli, 315s nömrəli sərəncamı ilə "xxxx" ASC tərəfindən istismar olunan nasos stansiyalarına, subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilməsi qərara alınmış, həmin Sərəncam əsasında da "xxxx" ASC tərəfindən nasos stansiyalarına, subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-yə təhvil - təslim edilməsi haqında 2013-cü il 25 noyabr tarixli, 039ü saylı əmr verilmiş, Sərəncam və əmrin əsasında isə 2014-cü ildə akt tərtib edilərək İddiaçı balansında olan, o cümlədən Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X3 balansına verilmişdir. Beləliklə, işdəki sənədlərə əsasən, 2014-cü ildən cərəyan transformatorları, o cümlədən Aran-3 nasos stansiyasını təmin edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətləri X3 balansına verildiyindən, iddiaçının həmin transformator yarımstansiyalarının (cərəyan transformatorları) avadanlıqları, onların texniki vəziyyəti və göstəriciləri üçün hansı məsuliyyət daşıması maddi hüquq normalarına uyğun olaraq əsaslandırılmamışdır. 20. "X1 Qaydaları"na əsasən, balans mənsubiyyəti sərhədi - dövlət elektroenergetika müəssisəsi i lə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, tərəflər arasında balans mənsubiyyəti sərhədi dəqiq müəyyən edilməli, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 8 noyabr tarixli, 315s nömrəli sərəncamı ilə "xxxx" ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik veriliş i xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilib-verilmədiyi halı zəruri sübutlara istinadla dəqiq müəyyən edilməli, cavabdehin balansında olduğu halda iddiaçının digər şəxsin balans mənsubiyyətində olan elektrik avadanlıqlarının texniki vəziyyətinə görə cavabdehlik daşıyıbdaşımadığı, başqa sözlə iddiaçının davranışı ilə tələb olunan zərər arasında səbəbli əlaqə olubolmadığı məsələsinə aydınlıq gətirilməlidir.
22. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni "X1 Qaydaları"nın 8.17-ci bəndinə, MPM-in 88-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-2(107)-1/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim - E.Hüseynov, hakimlər – M. Hüseynov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 21 iyul tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2020-ci il 18 dekabr tarixli, 10/1900 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, birinci-ikinci suallar üzrə: ekspertiza tədqiqatına mübahisəli sayğac və ona bağlantısı olan cərəyan transformatorları təqdim edilməklə, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, həmin elektrik ölçü cihazlarında hansı nasazlığın və ya müdaxilə izlərinin olubolmamasını müəyyən etmək mümkün deyildir. Hər hansı bir sənədin, həmçinin 2019-cu il 8 mart tarixli, NDQ 005485 saylı aktın və həmin aktın əsasında verilmiş 2019-cu il 11 mart tarixli qərarın (icra vərəqisinin) düzgün tərtib olunub-olunmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından, məhkəmə tərəfindən həll oluna bilər. Üçüncü sual üzrə: cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının Aran-3 nasos stansiyasının elektrik enerjisi ilə təchiz edən elektrik hesablaşma sayğacının qoşulma sxemində aşkar edilmiş pozuntu faktı (sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parç a ilə sarınmaması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 №-li qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.17-ci bəndinin tələblərində nəzərdə tutulmuş enerji pozuntularına aiddir. Dördüncü sual üzrə: cavabdeh "xxxx" ASC-nin balansında olan 35/10 kV-luq JBİ y/s-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformator məntəqəsinin 0,4 kVluq “ştırından” balans mənsubiyyəti sərhədi müəyyən edilmiş elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan, sayğacın quraşdırıldığı elektrik şəbəkəsinə (sxemə) elektrik cərəyanın verilməsini dayandırılmaqla hər hansı bir şəxs (həmçinin kənar şəxs) tərəfindən müdaxilə olunaraq iddiaçıya məxsus Aran-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür., Həmin enerji pozuntusunun yaradılmasında hansı tərəfin maraqlı olub-olmamasının müəyyən edilməsi məhkəmə mühəndistexniki ekspertizasının həlk etdiyi məsəllərinin dairəsindən (predmetindən) kənar oluğu və hüquqi xarakter daşıdığı üçün, məhkəmə tərəfindən həl oluna bilər. Beşinci sual üzrə: “X1 qaydaları”nın 7.6 bəndinin tələblərinə görə və "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 2019-cu il 3 yanvar tarixli, 013571 nömrəli “Enerjitəchizatı müəssisə ilə büdcədən maliyyələşdirilən təşkilat (abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nə əlavə edilmiş “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhə di və tərəflərin istismar məsuliyyəti haqqında” qaydalara əsasən balans mənsubiyyəti sərhədində (35/10 kV-luq JBİ y/st-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformatorun 0,4 kVluq ştırından) quraşdırılmış elektrik hesablaşma sayğacı və sayğac sxeminə daxil olan cərəyan transformatorları enerjitəchzatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir, istehlakçının (abonentin) təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda onların təmir, əvəzetmə və dövlət yoxlanışı istehlakçının hesabına yerinə yetirilir.
25. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, həm iş üzrə alınmış ekspert rəyindən, həm də məhkəmə iclasında dindirilmiş mütəxəssisin ifadəsindən cavabdeh "xxxx" ASCnin balansında olan 35/10 kV-luq JBİ y/s-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan ******* saylı 400 kVA transformator məntəqəsinin 0,4 kV-luq “ştırından” balans mənsubiyyəti sərhədi müəyyən edilmiş elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan, sayğacın quraşdırıldığı elektrik şəbəkəsinə (sxemə) elektrik cərəyanın verilməsi dayandırılmaqla hər hansı bir şəxs (həmçinin, kənar şəxs) tərəfindən müdaxilə olunmasının mümkün olduğu nəticəsi hasil olmuşdur. Belə olan halda, buna marağı olan şəxs tərəfindən iddiaçıya məxsus Aran-3 nasos stansiyasını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əm sallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Ekspert rəyi ilə, həmçinin, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı “İddiaçı”nin “Aran-3” nasos stansiyasının elektrik enerjisi ilə təchiz edən elektrik hesablaşma sayğacının qoşulma sxemində aşkar edilmiş pozuntu faktının (sayğac sxemində quraşdırılmış cərəyan transformatorlarının əmsalının bazada K=120 qeyd olunduğu halda faktiki olaraq K=160 göstərdiyi, cərəyan transformatorlarının üzərinin lak parça ilə sarınmaması) “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələblərində nəzərdə tutulmuş enerji pozuntularına aid olması müəyyən edilmişdir.
26. Həmçinin, enerjitəchizatı müəssisəsi ("xxxx" ASC) ilə abonent (Yevlax SSİ) arasında balans mənsubiyyəti sərhədi 35/10 kV-luq JBİ y/st-dan çıxan 10 kV-luq EKO h/x-dən qidalanan *** **** saylı 400 kVA transformatorun 0,4 kV-luq ştırından keçir. Elektrik hesablama sayğacı və sayğac sxeminə daxil olan cərəyan transformatorları həmin balans mənsubiyyəti sərhəddində quraşdırılması müəyyən edilmişdir. Beləliklə də, balans mənsubiyyəti sərhədi müəyyən edilmiş, balans mənsubiyyəti sərhəddində quraşdırılmış elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan iddiaçının müdaxilə etməsi və onun elektrik hesablama sayğacının sxeminə daxil olan 120 əmsallı cərəyan transformatorlarını 160 əmsallı cərəyan transformatorları ilə əvəz edilməsi mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, mübahisəli pozuntunun baş verməsində iddiaçı tərəfin maraqlı olması nəticəsinə gəlmişdir.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “X1 Qaydaları”nın 5.1, 7.6, 8.17ci, MPM- in 14.2, 77.1, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 16 sentyabr tarixli, 2-2(102)-348/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-2(107)1/2021 saylı qətnaməsi (sədrlik edən hakim – K.Abiyeva, hakimlər – B.Məmmədli və B.Qəribov) ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə verilmiş ekspert rəyində en erji pozuntusunun yaradılmasında hansı tərəfin maraqlı olub-olmamasının müəyyən edilməsinin məhkəmə-mühəndis-texniki ekspetizasının həll etdiyi məsələlərin dairəsindən (predmetindən) kənar olduğu və hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən həll olunması göstərilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin həmin rəyə əsaslanmaqla, eləcə də iddiaçının elektrik hesablama sayğacına cavabdehin icazəsi olmadan müdaxilə etməsinin mümkünlüyündən çıxış etməklə nəticəyə gəlməsi əsassız olmaqla, sübutların qiymətləndirilməsinə dair mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur.
31. Mütəxəssisin izahatının sübut əhəmiyyətinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin mütəxəssisin cavabdehin aidiyyəti idarəsinin əməkdaşı olmasını nəzərə almamış, izahatda göstərilənləri işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmiş, bununla da, MPM-in 80, 81, 88-ci maddələrinin tələblərini pozmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə kassasiya məhkəməsindəki birinci icraatda qəbul edilmiş qərarda şərh edilmiş göstərişlər üzrə ətraflı araşdırma aparılmamış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 8 noyabr tarixli, 315s nömrəli sərəncamı ilə "xxxx" ASC tərəfindən istismar olunan nasos stansiyalarına və subartezian quyularına xidmət edən transformator yarımstansiyaları və yüksəkgərginlikli elektrik verilişi xətlərinin əvəzsiz olaraq "xxxx" ASC-nin balansına verilib-verilmədiyinə ümumiyyətlə münasibət bildirməmişdir. Eləcə də, iddiaçının digər şəxsin balans mənsubiyyətində olan elektrik avadanlıqlarının t exniki vəziyyətinə görə cavabdehlik daşıyıb-daşımadığı, “X1 Qaydaları”nın 8.17ci bəndinin dispozisiya şərtlərinin olub-olmaması, məhz iddiaçının təqsirindən hesablaşma uçot cihazlarının zədələnməsi (plombların qoparılması); uçot cihazlarının qoşulma sxemlərinin pozulması və uçot cihazlarından kənar özbaşına yüklərin qoşulması apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübutlarla müəyyən edilməmiş, nəticədə MPM-in 420-ci maddəsinin tələbləri pozulmuşdır.
33. Bundan əlavə, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir; cavabdeh tərəfindən tərtib edilmiş 2019-cu il 11 mart tarixli qərarının (icra vərəqi) ləğv edilməsi (birinci tələb); 30.168 manat borcun (cərimənin) silinməsi (ikinci tələb).
34. İşin yeni apellyasiya baxışı zamanı, borcun silinməsi tələ bi ilə yanaşı, iddiaçının 2019-cu il 11 mart tarixli icra vərəqinin ləğv edilməsi tələbinə mülki mühakimə icraatı qaydasında baxılmasının mümkünlüyünə də mülki prosessual qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir.
35. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “X1 Qaydaları”nın 5.1, 7.6, 8.17ci bəndlərinə, MPM-in 14.2, 77.1, 80, 81, 88, 89, 217.2, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
36. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 mart tarixli, 2-2(107)-19/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim - M.Əsədli, hakimlər – A.Mahmudov və Ə.Məcidov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 iyul tar ixli, 2-2(84)-129/2019 saylı qətnaməsi tamamilə ləğv edilmiş, yeni qətnamə qəbul olunmuş, iddia ərizəsi təmin edilmiş, iddiaçıya əsassız hesablanmış 30168 manat borcun (cərimənin) silinməsi qət edilmişdir.
37. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarında qeyd edilmiş göstərişləri nəzərə alaraq "xxxx" ASC-yə və "xxxx" ASC-yə sorğu ünvanlamışdır. Yevlax EŞ-nin rəisi X5 tərəfindən verilmiş Xidməti məlumatda qeyd olunmuşdur ki, Yevlax EŞ-in Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 noyabr tarixli, 315a saylı sərəncamına əsasən, İddiaçı balansında olan nasos stansiyalarının enerji təchizatına xidmət edən transformator yarımstansiyaları Yevlax EŞ-nin balansına təhvil verilmişdir. Bu faktı təsdiq edən təhvil-təslim aktı da iş materiallarına əlavə edilmişdir.
38. Məhk əmə müəyyən etmişdir ki, həmin nasos stansiyası artıq 8 ildir ki, X3 balansındadır. İddiaçı, onun hər hansı bir əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün deyildir. Ona görə sayğacda olan hər hansı bir qüsura görə iddiaçı cavabdehlik daşımır. Baxış keçirilərkən və akt tərtib edilərkən istehlakçı iddiaçı tərəfin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Onların aktı imza edib-etməyəcəklərindən asılı olmayaraq nümayəndənin, ən azından iştirakı təmin olunmalı idi.
39. X1 qaydalarına əməl olunmasının vəziyyəti yoxlanılarkən və bu barədə akt tərtib edilərkən yalnız cavabdeh müəssisəsinin əməkdaşlarının iştirakı təmin olunmuş, maraqlı şəxslərin iştiraki təmin edilməli olduğu halda edilməmişdir. Halbuki, "xxxx" İstehsalat Birliyinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Eyni zamanda, qəbul edilmiş nəticənin qanunazidd olduğunu iddia etmək imkanını istehlakçı üçün yaratmış olur. Həmçinin, cavabdeh "xxxx" İstehsalat Birliyi istehlakçıya münasibətdə daha güclü tərəfdir və mübahisələndirilən aktın qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Qəbul edilmiş aktın qanuni və əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir.
40. Hazırki iş üzrə cavabdeh enerji satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi akt əsasında zərər qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPM-in 77.2-ci maddəsinə əsasən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada istehlakçının iştirakı olmadan tərtib edilmiş həmin aktı mötəbər sübut hesab etməyərək belə qənaətə gəlir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “X1 Qaydaları”nın 5.1, 7.6, 8.17ci bəndlərinə, MPM-in 14.2, 77.1, 77.2, 88, 217.2, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
42. Cavabdeh "xxxx" ASC ka ssasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “X1 Qaydaları”nın 5.3-cü bəndinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 noyabr tarixli, 315a saylı sərəncamına əsasən, İddiaçı balansında olan nasos stansiyalarının enerji təchizatına xidmət edən transformator yarımstansiyalarının X3 balansına təhvil verildiyini, İddiaçı hər hansı əməkdaşı tərəfindən həmin nasos stansiyasına və sayğaca müdaxilə edilməsi mümkün olmadığına görə sayğacda olan hər hansı bir qüsura görə iddiaçının cavabdehl ik daşımadığı qənaətinə gəlmişdir. Lakin elektrik sayğacının X3 balansında olması özlüyündə heç bir halda iddiaçının sayğaca müdaxilə edə bilməsini faktını istisna etmir və məhkəmə tərəfindən məhz bu əsasla təqsirin birtərəfli olaraq X3 üzərinə qoyulması tamamilə əsassızdır. Belə ki, “X1 Qaydaları”nın 5.3-cü bəndində göstərilir ki, enerji təchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: - 5.3.1-ci bəndinə görə, hava budaqlanmasında-binada. xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda. Qeyd edilən norma daha onu deməyə onu əsas verir ki, məhz İddiaçı istifadəsində və məsuliyyət dairəsində olan elektrik hesablaşma sayğacında aşkar edilmiş sayğaca müdaxilə faktına görə akt tərtib edilmişdir.
44. Digər tərəfdən, Qaydaların 5.3-cü bəndi məhz elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyəti nəzərdə tutur. Lakin aparılmış baxış zamanı nasos stansiyasına quraşdırılmış elektrik hesablaşma sayğacına qəsdən X1 göstərişini azaltmaq məqsədilə "sayğac sxeminə daxil olan C/T-larının üzərinə əmsalın “K=120” olduğu qeyd olunan pasport yapışdırılmışdır. Bu səbəbdən, sayğacın qeyd etdiyi elektrik enerjisi sərfiyyatına görə hesablama sayğacın sərfiyyat göstəricisinin 160 əmsala vurularaq aparılmalı olduğu halda 120 əmsala vurulmaqla aparılmışdır ki, bununla da enerji uçotu pozulmuşdur. Buna görə də, qeyd edilən pozuntu elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətlə bağlı olmamış və məhz mara qlı şəxs olan iddiaçı tərəfindən elektrik hesablaşma sayğacına kənar müdaxilə etməklə qəsdən X1 göstərişini azaltmaq məqsədilə ilə edilmişdir.
45. Məhkəmə tərəfindən, həmçinin “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadığını əsas gətirərək mübahisələndirilən aktın mötəbər sübut olmadığı qənaətinə gəlmişdir. Lakin “X1 Qaydaları”nın 8.17-ci bəndində istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda yenidən hesablaşma aparılan zaman abonentinin nümayəndəsinin iştirakının mütləq qaydada təmin olunması tələbi qanunv erici tərəfindən enerjitəchizat müəssisəsinin üzərinə qoyulmamışdır. Akt tərtib olunarkən abonentin nümayəndəsinin iştirakının mütləq qaydada təmin olunması barədə müddəalar adı çəkilən Qaydaların 8.33-ci bəndində öz əksini tapmışdır. Belə ki, Qaydaların 8.33cü bəndində məhz məişət abonentinin sayğacına baxış zamanı qüsur aşkar olunduğu halda enerji təchizat müəssisəsi tərəfindən abonentin və ya onun nümayəndəsinin aktın tərtibində iştirakının mütləq qaydada təmin edilməsi nəzərdə tutulur. Hazırki iş üzrə iddiaçının məişət abonenti olmadığını və mübahisələndirilən aktın tərtibi zaman enerji təchizat müəssisəsi tərəfindən abonentin nümayəndəsinin iştirakının təmin olunmasını Qaydaların 8.17-ci bəndində imperativ norma kimi nəzərdə tutulmadığını nəzərə alsaq aktın qanunvericiliyin tələblərin ə tam riayət edilməklə tərtib olunması bir daha öz təsdiqini tapmış olur.
46. Məhkəmə təərfindən MPM-in 217.2-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi cavabdehin enerji satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsi olduğunu, iddia tələbinin cavabdehin tərtib etdiyi akt əsasında hesablanmış pulun silinməsi ilə bağlı olduğunu və MPM-in 77.2-ci maddəsinə istinad edərək həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməli olduğunu qeyd etmişdir. X6 məhkəməsinin 22(107)-19/2022 saylı qətnaməsi çıxarılarkən MPM-in 77.2-ci maddəsi artıq ləğv edilmişdir. Belə ki, 2021-ci il 9 iyul tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-in 77.2-ci maddəsi ləğv edilmişdir. Lakin məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almamış və öz qətnaməsini əsaslandırarkən qüvvədən düşmüş hüquq normasına istinad edərək prossesual hüquq normasının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. Kassasiya baxışının hədləri
48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılır.
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansi yası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” (hüquq münasibətlərini yarandığı dövrdə qüvvədə olan resaksiya) “5. Elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədləri 5.1. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabde hlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə). “7. Elektrik enerjisinin uçot cihazlarının quraşdırılması və istismarı 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjit əchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. “8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.”
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətn amə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi t ərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
54. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıldığı dövrdə MPM-in qüvvədən düşmüş 77.2-ci madəsinə istinad olunması ilə bağlı kassasiya şikayətinin dəlili əsaslı olsa da, bu hal qətnaməin ləğvi üçün əsas ola bilməz. Çünki həmin hal apellyasiya instansiyası məhkəməsinin əsaslandırılmasının yalnız bir dəlilini təşkil edir. Həmçinin MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
55. Kassasiya şikayətin in digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(107)-19/2022 saylı iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed