Məhkəmə qərarları › İş №2-2(102)-499/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-499/2024

03.10.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmala
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-499/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)- 106/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2023-cü il 18 aprel tarixli ******* nömrəli akta əsasən, "xxxx" ASC-yə (bundan sonra – “ASC”) məxsus ünvanda baxış keçirilməsi nəticəsində sayğacdan kənar qaz xətti vasitəsilə qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir.

2. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 40 m3 /saat orta gündəlik iş rejimi 16 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 2023-cü il 18 aprel tarixli ******* nömrəli akt əsasında 115.200 m3 hesabat aparılmışdır (Cavabdeh İB tərəfindən verilmiş 2023-cü il 18 aprel tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə). 3. 2023-cü il 17-19 aprel tarixlərində Cavabdeh İB-yə ASC-nin ünv anında müqavilə şərtlərinə əməl olunmasının yoxlanılması üçün aparılacaq baxış reyestrdə qeydiyyatdan keçmişdir (2023-cü il 17 aprel tarixli KY231912184 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış). 4. 2018-ci ilin aprel ayı üçün akt üzrə ASC-yə 28.800 manat borc hesablanmışdır (ASCyə məxsus abonent saldosu).

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 5 iyul tarixli 10/3942 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının arxa hissəsində yerləşən ərazidə 15 mm diametrlik rezin materialdan olan boru vasitəsilə 18 gün müddətində gündəlik 10 saat təbii qazdan istifadə olunduğu şəraitdə sərf olunan təbii qazın həcminin (7x10x18=1.260 m3) 1.260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edilir.

6. ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə nəticəsində Cavabdeh İB-yə 28.800 manat ziyan vurulmasına dair həmin Birlik tərəfindən toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (Bakı şəhər Binəqədi rayon prokurorluğunun 2023-cü il 11 iyul tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı).

7. ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzarət İdarəsində yardımçı təsərrüfat müdiri vəzifəsində işləyən X2 (bundan sonra – “İ.Məmmədov”) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haq qında iş üzrə icraata başlanılmışdır (Bakı şəhər Binəqədi rayon prokurorluğunun 2023-cü il 11 iyul tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar).

8. ASC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən HMX və SİMNİnin yardımçı təsərrüfatında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla 277,2 manat məbləğində təbii qazın talanması faktının aşkar olunması nəticəsində vəzifəli şəxs İ.Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 800 manat məbləğində cərimə olunmuşdur (2023-cü il 28 iyul tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı 2023-cü il 19 iyun tarixində Cavabde h İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2023-cü il 18 aprel tarixli ******* nömrəli qərarının ləğv olunaraq iddiaçıya hesablanmış 28.800 manat məbləğində itirilmiş qaz sərfinin dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 2023-cü il 18 aprel tarixli ******* nömrəli (təbii qazdan istifadə qaydalarının pozulması haqqında) akta əsasən iddiaçıya 28.800 manat məbləğində itirilmiş qaz sərfinin dəyəri hesablanmış, buna görə də iddiaçıya mənsub olan bütün obyektlərinə qazın verilişi dayandırılmışdır. İddiaçı istifadə etdiyi təbii qaza görə aylıq tam ödəniş edərək cavabdehə heç bir borcu yoxdur. Cavabdehin iddiaçıya 2023-cü il 18 aprel tarixli ******* nömrəli (təbii qazdan istifadə qaydalarının pozulması haqqında) akta əsasən hesablanmış 28.800 manat məbləğində itirilmiş qaz sərfinin dəyəri qanunsuz və əsasızdır. Belə ki, hər ay sayğac yoxlanaraq qazdan istifadə barədə hesab faktura və elektron qaimə verilir. Keçən ay sayğac yoxlanışında sayğacdan kənar qazdan istifadə aşkar edilməmişdir. 2023-cü il 18 aprel tarixində aşkar edilmiş sayğacdan kənar qazdan istifadə idarənin qaz xəttində yox, qaçqın və məcburi köçkünlər üçün çəkilmiş qaz xətti aşkar edilmişdir. Həmin şəxslərin 15 gün müddətində sayğacdan kənar qazdan istifadəyə görə hesablanmış 28.800 manat məbləğində itirilmiş qaz sərfinin dəyəri qanunsuz və əsasızdır. Belə ki, cavabdeh 15 gün müddətində sayğacdan kənar qazdan istifadəyə görə hesablanmış 28.800 manat məbləği hansı hesablamalara g örə müəyyən edildiyi bilinmir.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, tərəflərindən iddiaçıya məxsus sahədə yoxlama aparılmış, iddiaçının uzun müddətdir ki, sayğacdan keçməyən kənar xətdən istifadə etməsi faktı aşkar edilmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt yazılaraq, iddiaçıya ümumilikdə 28.800 manat borc yazılmışdır. Həmin borc sayğacın göstəriciləri nəzərə alınmaqla 180 gün müddət üçün hesablanmışdır, belə ki, qanunsuz qoşulmanın müddətini müəyyən etmək mümkün deyildir. Binəqədi Rayon Prokurorluğu tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razı deyildir, belə ki, ekspert tərəfindən hesablama düzgün aparılmamışdır. Bundan əlavə, aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmışdır. Kənar xətdən uzun müddət istifadə edilməsinə baxmayaraq hər ay sayğaca baxış keçirilərkən həmin xətt gizlədildiyi üçün vaxtında aşkar edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsi tərəfindən 2023-cü il 12 oktyabr tarixində keçirilmiş yerində müayinə nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., M.S.ünvan 2 ünvanında yerləşən ASC-də cavabdeh tərəfindən tərtib olunan 2023-cü il 18 aprel tarixli ******* nömrəli aktda qeyd olunan sayğacdan kənar qaz xəttinə baxış keçirilmiş, həmin xəttin artıq kəsildiyi, xəttin sayğacdan keçmədiyi, ümumi qaz xəttindən kənar boru vasitəsilə ASCyə məxsus yardımçı təsərrüfata (cücələrin saxlandığı yer) çəkildiyi aşkar edilmişdir.

13. Bakı Kommersi ya Məhkəməsinin 2023-cü il 27 oktyabr tarixli e-2-2(113)-3647/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair hissəsində iş üzrə icraata xitam verilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 oktyabr tarixli e-2-2(113)-3647/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya əsassız olaraq hesablanmış 28.522,80 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

15. Məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən qətnamədə göstərilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən əraziyə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacdan keçməyən kənar xə tt aşkar edilmiş, bu barədə 2023-cü il 18 aprel tarixli ******* nömrəli akt tərtib edilmişdir.

16. İddiaçı həmin qaz xəttindən istifadə etmədiyini, həmin kənar xəttin iddiaçıya aid olmadığını, habelə həmin xətdən iddiaçıya məxsus həmin ərazidə məskunlaşmış məcburi köçkün ailələri tərəfindən istifadə edildiyini iddia etsə də, məhkəmə həmin dəlillər ilə razılaşmamışdır.

17. Belə ki, materiallarda olan Bakı şəhər Binəqədi rayon prokurorluğunun 2023-cü il 11 iyul tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə 2023-cü il 28 iyul tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan (bax §§ 6-8) görünür ki, həmin xətdən iddiaçı tərəfindən istifadə edilməsi faktı öz təsdiqini tapmış, bu səbəbdən iddiaçının vəzifəli şəxsi olan İ.Məmmədov Azərbaycan Respublik asının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

18. Məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarından həmin qərarların mübahisələndirilmədiyi müəyyən edilmişdir.

19. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş audio-video yazıdan görünür ki, 2023-cü il 18 aprel tarixində iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən əraziyə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacdan keçməyən kənar xətt aşkar olunmuş, həmin xəttin ümumi qaz xəttindən iddiaçıya məxsus yardımçı təs ərrüfata qədər çəkildiyi müəyyən edilmişdir.

20. Məhkəmə tərəfindən tərəflərin nümayəndələrinin iştirakları ilə keçirilən yerində müayinə zamanı da iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən ərazidə sayğacdan keçməyən, ümumi qaz xəttindən iddiaçının sahiblik və istifadəsində olan yardımçı təsərrüfata (cücələrin saxlanması üçün ayrılmış yer) qədər kənar xəttin çəkildiyi, həmin xəttin cavabdeh tərəfindən 2023-cü il 18 aprel tarixdə aparılmış baxış zamanı kəsildiyi müəyyən edilmişdir.

21. Bununla yanaşı, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin akt əsasında hesablanmış borcun “Qazdan istifadə qaydaları”na əsasən hesablandığını, kənar xəttin çəkilməsi anını müəyyən etmək mümkün olmadığı üçün borcun 180 gün müddət üç ün hesablandığını bildirmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, 2023-cü il 5 iyul tarixli 10/3942 nömrəli ekspert rəyi ilə (bax § 5) iddiaçının arxa hissəsində yerləşən ərazidə 15 mm diametrlik rezin materialdan olan boru vasitəsilə 18 gün müddətində gündəlik 10 saat təbii qazdan istifadə olunduğu şəraitdə sərf olunan təbii qazın həcminin (7x10x18=1.260 m3) 1.260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edilmiş, sərf edilmiş qazın dəyərinin az olması səbəbindən cinayət işinin başlanması rədd edilmiş, iddiaçının vəzifəli şəxsi inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.

23. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qanunsuz qoşulma nəticəsində itirilmiş qazın həcminin 1.260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edildiyindən həmin hissədə borcun silinməli olması barədə iddia tələbi təmin edilə b ilməz.

24. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 28.522,80 (28.800–277,20) manat məbləğində borc əsassız hesab edilməklə silinməlidir.

25. Birinci instansiya məhkəməsi bu qənaətini “Qazdan istifadə Qaydaları”nın 6.5-1.1, 6.5-1.2, 6.5-1.3 və 6.5-3-cü bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin təmin edilmiş hissədə ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-106/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, iddiaçıya hesablanmış 28.275 manat borcun silinməsi cavabdehə həvalə edilməsi qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

28. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdehin şikayəti əsasında Binəqədi rayon Prokurorluğunun 2023-cü il 11 iyul tarixli qərarı ləğv edilərək material əlavə araşdırmaya qaytarılmış, 2024-cü il 25 aprel tarixli qərarla yenidən cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın məzmunundan görünür ki, prokurorluq tərəfindən əlavə ekspertiza təyin edilmiş, həmin ekspert rəyində qeyd olunan şəraitdə (2 ədəd qaz sobasında gündəlik 10 saat olmaq la 18 gün təbii qazdan istifadə edilərsə) maksimal saatlıq qaz sərfiyyatı 1.404 m3 (308,8 manat) müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əməkdaşı İ.Məmmədov tərəfindən qanunsuz qaz xəttinə qoşulmanın yalnız 18 gün davam etməsi həmin şəxsin prokurorluğa verdiyi izahatından başqa digər mötəbər sübutlarla təsdiq edilməmişdir. O cümlədən bu pozuntunun cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi, iki il davam etdiyinə dair iş materiallarında hər hansı sübut mövcud deyil. İ.Məmmədov prokurorluğa verdiyi izahatda göstərmişdir ki, idarənin həyətində ağzı qapadılmış qaz borusunun kəsilmiş hissəsinə rezin şlanq keçirərək 2023-cü ilin aprel ayında cücələri saxladığı tikiliyə qaz xətti çəkmişdir. İşə birinci instansiya qaydasında baxılarkən 2023-cü il 12 okty abr tarixində keçirilmiş yerli baxış zamanı iştirak edən İ.Məmmədov qanunsuz qoşulduğu qaz xəttinin ondan əvvəl də mövcud olduğunu göstərmişdir.

30. Məhkəmə kollegiyası “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın dəyərini hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli olduğunu və bu zaman qanunsuz qoşulmanın aşkar edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda iddiaçının təbii qazdan qanunsuz qoşularaq istifadə etdiyi dövr bir ay qəbul edilməlidir.

31. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 14 fevral tarixli e-2-2(103)- 106/2024 nömrəli qərardadı ilə bir aylıq dövr üçün qazdan qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyanın hesablanması məqsədi ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təy in edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 1 aprel tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, diametri 15 mm olan borudan saatda 7 m3 qaz keçir və sobaların gündəlik 10 saat işləmə rejimində 70 m3 qaz sərf olunduğundan 1 ay müddətində 2.100 m3 təbii qaz sərf edilə bilər.

32. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi 28.275 manat (28.800-525) borcun silinməsinə dair hissədə əsaslı olduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilməli, iddiaçıya hesablanmış 28.275 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1099.1-ci maddəsinə; “Qazdan istifadə Qaydaları”nın 5.2, 6.5-1 v ə 6.5-3-cü bəndlərinə istinad edərək əsaslandırmışdır.

34. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. MPM-in 9.1-ci maddəsi üzrə - Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus qaz sayğacı müəssisədən kənarda quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən “Qazdan istifadə qaydaları” 5.2-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın dəyərini hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirir, qaz sayğacının aylıq sərfiyyatı müəyyən edilməsi üçün göstərici qeydə alınır, lakin abonentin qaz təsərrüfatına baxış keçirilmir. Belə olan halda isteh lakçının sayğacdan kənar qaz xətti çəkməsi hallarının sayğac göstəricisinin qeydə alınması zamanı aşkar olunması mümkün deyildir.

36. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə 2023-cü il 12 oktyabr tarixdə keçirdiyi yerində müayinə zamanı sözügedən qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz olaraq ən azı iki il müddətində istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının əməkdaşı olan və eyni zamanda prokurorluğun araşdırması zamanı izahat vermiş İ.Məmmədov bildirmişdir ki, iki ildir ki həmin qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edir, lakin həmin xətt daha öncədən, yəni 5-6 il öncədən mövcuddur. İ.Məmmədov sözügedən qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz olaraq ən azı iki il müddətində istifadə edil məsini etiraf etmişdir. Məhkəmə qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edən şəxsin verdiyi ifadəni nəzərə almamışdır.

37. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi iş üzrə olan sübutları araşdırmadan, iddiaçının etirafedici ifadəsini nəzərə almamışdır. Bu cür hallarda istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyd yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiy yətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

38. Kassator MPM-in 386-cı maddəsinin tələblərinin də pozulduğu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

40. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri)

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və o nlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....” 43. “Qaz təchizatı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir....”

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müva fiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz...” “... 6.5. Qanunsuz qoşulma halları aşkar edildikd ə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın tal anması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.... 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Q aydaların 6.51-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır....”

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

47. Cavabdeh öz dəlillərində belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin işt irakı ilə yerində müayinə keçirərkən iddiaçının əməkdaşı olan İ.Məmmədov məlum qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz olaraq ən azı iki il müddətində istifadə edilməsini etiraf etmiş, lakin məhkəmə həmin ifadəni nəzərə almamışdır. 48. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin (bax § 43) və müvafiq olaraq “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (bax § 44) tələblərinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvləri ndən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, məhz iddiaçının əməkdaşı olan İ.Məmmədovun özü prokurorluğa verdiyi izahatında onun tərəfindən qanunsuz qaz xəttinə qoşulmanın yalnız 18 gün davam etməsini göstərmişdir.

50. Hazırkı halda da ASC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən HMX və SİMNİ-nin yardımçı təsərrüf atında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla 277,2 manat məbləğində təbii qazın talanması faktının aşkar olunması nəticəsində vəzifəli şəxs İ.Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 800 manat məbləğində cərimə olunmuşdur

51. Habelə hazırda qüvvədə olan Binəqədi rayon Prokurorluğunun 2024-cü il 25 aprel tarixli son qərarı ilə yenidən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, prokurorluq tərəfindən təyin edilmiş əlavə ekspertizanın rəyində qeyd olunan şəraitdə (2 ədəd qaz sobasında gündəlik 10 saat olmaqla 18 gün təbii qazdan istifadə edilərsə) maksimal saatlıq qaz sərfiyyatı 1404 m3 (308,8 manat) müəyyən edilmişdir.

52. Apellyasiya instansiyası məhk əməsi də hazırkı iş üzrə nəticəyə gələrkən məhz prokurorluğun həmin qərarına istinad edərək, habelə apellyasiya icraatı zamanı daxil olmuş 2024-cü il 1 aprel tarixli ekspert rəyini nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə vurulmuş ziyan cəmi 525 manat təşkil edir.

53. Cavabdehin isə MPM-in 77.1-ci maddəsinin (bax § 45) tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən qazın daha artıq həcmdə talan olunmaqla ziyan vurulmasına dair işə baxan məhkəmələrə tutarlı dəlillər, sübutlar təqdim etməsi iş materiallarından görünmür. Həmçinin kassator mübahisələndirilən qətnaməni də inandırıcı dəlillərlə təkzib edə bilməmişdir.

54. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır, bu səbəbdən də kas sasiya şikayətinin digər dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

55. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 45) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 45) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

56. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdı r.

57. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 22(103)-106/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar