Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-666/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətindən imtina olunması, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(104)-183/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərək aşağıdakı qərardad qəbul e dilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 27 mart tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yazılan 90.000 manat borcun silinməsi və mediasiya xərci kimi ödənilən 400 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 1 may tarixli e-2-2(115)-522/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – K.Vəliyev).
3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 22(104)-183/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
5. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti icraata qəbul edilmiş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir.
7. Kassasiya baxışı zamanı cavabdehin vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanmış 2023-cü il 22 noyabr tarixli ərizədə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(104)-183/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən qarşı tərəf ilə razılığa gəlməklə bağlı imtina edildiyi bildirilmiş və kassasiya şikayəti üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin ba rışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə
410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiya sı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələblərinə (bax bu qərarın 8-ci bəndinə) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina şikayət verən şəxsin məhkəmə qərarı ilə razılaşmasını, yəni iddiaçının öz tələbindən maddi-hüquqi mənada müvafiq hissədə imtina etməsini, cavabdehin isə ona qarşı irəli sürülən iddianı maddi-hüquqi mənada müvafiq hissədə etiraf etməsini nəzərdə tutur.
10. Prosessual qanun iddiadan imtina edilməsinin və iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul olunmaması üçün yalnız iki əsas müəyyən etmişdir: 1) həmin hərəkərlərin qanuna zidd olması; 2) hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması.
11. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2023-cü il 22 noyabr tarixli ərizəyə yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, hazırkı halda cavabdehin kassasiya şikayətindən imtinasının qəbul edilməməsi üçün hər hansı prosessual əsas mövcud deyildir; bu səbəbdən də həmin imtina qəbul edilməli və cavabdehin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.
12. Şərh edilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə cavabdehin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.