Məhkəmə qərarları › İş №2-2(102)-527/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-527/2023

01.11.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmala
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-527/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-527/2023 Açar sözlər: abonent hesabına hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli, 2-2(103)-625/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydas ında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin möhürü ilə təsdiq edilmiş 10502 nömrəli MXD seriyalı inventar aktında İddiaçı məxsus Masazır M.S.Ordubadi ünvanında yerləşən pivə istehsalı obyektinin su təchizatı və kanalizasiya sisteminə 2018-ci il 14 noyabr tarixdə baxış keçirilməsi, sudan D=20 mm-lik boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə olunması, kənar xəttin kəsilərək ləğv edilməsi göstərilmişdir. X3 İdarəsinin mühəndisi Qabil Cabbarov, nəzarətçilər Elnur İbişov, Orxan Paşayev, Nicat Quliyev qeyd edilməklə imzalanmış İddiaçı imtina etdiyi qeyd edilmişdir.

2. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında 2052 m3 miqdarında 16.416 manat dəyərində sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə ziyan vurulduğu q eyd edilmiş, hesabat müştəri xidmətlər departamentinin rəis müavini Cabbar Cabbarlı qeyd edilməklə imzalanmış və möhürlə təsdiq edilmişdir.

3. İddiaçı məxsus abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, 2019-cu ilin mart ayında qeyd olunan sayğaca cəmi 16.416 manat məbləğ hesablanmışdır. 4. 2022-ci il 28 oktyabr tarixli MŞB/6-6623 saylı mediasiya arayışına əsasən 200 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında yerləşən avtoyuyucu avtoservisə (F/S İddiaçı ********** VÖEN) məxsus 132619 nömrəl i abonent hesabına əsassız olaraq hesablanmış 16.416 AZN manat pulun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Müştəri Xidməti Departamentinin əməkdaşları 2018-ci il 14 noyabr tarixdə Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında yerləşən, abonent kodu 132619 olan pivə istehsalı ilə məşğul olan obyektə gələrək araşdırma aparmış, araşdırmanın nəticəsində həmin restoranın sudan və kanalizasiya şəbəkəsinin qeyri-qanuni istifadə etdiyini əsas gətirərək 16.416 AZN manat cərimə hesablanmışdır. Bu hal iddiaçıya yalnız suyu kəsildikdən sonra məlum olmuşdur. Sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçiri lmiş, cavabdehin qanunsuz yoxlamaları nəticəsində iddiçıya cəmi olaraq 16.416 AZN borc məbləği hesablanmışdır. Abşeron Rayonu, Masazır qəsəbəsi, M.S. Ordubadi ev 5 ünvanında (F/S İddiaçı ********** VÖEN) sudan istifadə ilə bağlı kənar xətt olmamışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli, 262 nömrəli “Sudan istifadə qaydaları”nın 2.2-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqın da Əsasnamə”nin 1.4., 1.5 və 1.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-ci il 14 aprel tarixli, 2-2(113)-802/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim - Aytən Əliyeva).

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, 16.416 manat məbləğində hesablanmış məbləğ silinməlidir.

10. Gəldiyi nəticəni məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli, 2-2(103)-625/2023 saylı qə tnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və E.Kazımov).

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış və bildirmişdir ki, cavabdeh tərəfindən 2018-ci il 14 noyabr tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə həyata keçirilən yoxlama-su təchizatı sisteminə baxış qanunla məyyən olunmuş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi ola bilməz. Buna görə də həmin yoxlama nəticəsində hesbalanmış borcun silinməsi barədə iddia əsaslı olmuşdur.

14. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməs i və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2ci bəndlərinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

15. Qətnamə 2023-cü il 12 iyul tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh 2023-cü il 9 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1096, 1097.1ci, “Su təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 67.1, 72-ci maddələri, “Sudan istifadə Qaydaları”nın 3.1.1, 8.7-ci bəndləri üzrə - iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində cavabdehə 16.416 manat məbləğində ziyan vurmuşdur. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. Bununla bağlı sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul olunmuşdur. 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndi üzrə - birinci instansiya məhkəməsinin cavabdehin əməkdaşları nın iddiaçı tərəfindən sudan sayğacdan kənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. 18. “Su təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsi üzrə - cavabehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. 19. “Sudan istifadə qaydaları”nın 6.1-ci bəndi üzrə - balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti Cəmiyyətin balansındadır və həmin xəttə nəzarət funksiyasını cavabdeh həyata keçirir. Cavabdeh balansında olan xəttlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyataalınması üçün heç bir əsas yoxdur. 20. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30cu maddəsi üzrə - istehlakçıya verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli vəsaitin həcmi suölçən cihazın göstəricisinə uyğun aparılır. Cəmiyyətin əməkdaşları tərəfindən 2018-ci il 14 noyabr tarixində obyektin su təchizatına baxış keçirərkən sayğacdan kənar diametri 20mm olan boru vasitəsilə qeyri-qanuni sudan istifadə olunması faktı aşkar edilmiş, iddaçıya sudan qanunsuz istifadə nəticəsində 16.416 manat məbləğində d əymiş ziyan hesablanmışdır. Məhkəmə bu hal üzrə də maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbuletmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normati v hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.1. yoxlayıcı orqanın adı; 31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix; 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;”

26. Azərbaycan Respublikası P rezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “ İ.Ümumi müddəalar... 1.4. qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V.Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onla ra istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli, 22(103)-625/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdehin əməkdaşlarının i ddiaçı tərəfindən sudan sayğacdan kənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsinin aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirilməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab olunması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu tələblərinə görə yoxlamalar yoxlamaların vahid reyestrində qeydə alınmalıdır (Qanunun 3-cü maddəsi).

33. Hazırkı halda, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş ha llarından görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən pivə istehsalı obyektinin su təchizatı və kanalizasiya sisteminə 2018-ci il 14 noyabr tarixdə baxış keçirilmiş, kənar xətt kəsilərək ləğv edilmiş, həmçinin 16.416 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının su təchizatına sadəcə baxış keçirilməmiş, baxış nəticəsində kənar xətt aşkarlanması ilə əlaqədar tədbirlər də görülmüşdür.

34. Bu isə, cavabdehin hərəkətlərinin istinad olunan Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin də təsirir dairəsini düşdüyünü göstərir.

35. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın su təchizatı v ə kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənziml ənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görmələri mütləq şərt kimi nəzərdə tutulmuşdur.

36. Göründüyü kimi, cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamalara aid olmuş, lakin cavabdehin iddiaçının barəsində borcun hesablanmasına əsas olmuş yoxlaması qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhk əməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşmaqla həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə də zərurətin aradan qalxması qənaətinə gəlir.

38. Beləliklə, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi doğru olduğundan, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli, 2-2(103)625/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli, 22(103)-625/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar